• Təqvim

  • Maraq



2023-cü ilin yanvar-sentyabr aylarında Qazax rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri


2023-cü ilin yanvar-sentyabr aylarında Qazax rayonu üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı ilkin hesablamalara əsasən 404612,7 min manat təşkil etmiş və əvvəlki ilin eyni dövrünə nisbətən 3,6 faiz artmışdır. Məhsul buraxılışının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə sənayedə 3,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 14,7 faiz, informasiya və rabitə xidmətləri sahəsində 16,4 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 2,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 2,5 faiz, tikintidə isə 6,7 faiz artmışdır. 

2023-cü ilin yanvar-sentyabr aylarında məhsul və xidmətlərin 84,8 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur. Əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 4211,2 manat təşkil etmişdir. 

Sənaye: 2023-cü ilin yanvar-sentyabr ayları ərzində faktiki qiymətlərlə 144 milyon 333,3 min manatlıq və ya 2022-ci ilin müvafiq dövrünə nisbətən 3,8 faiz çox sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. İstehsalın ümumi həcmində mədənçıxarma sektoru 13,4 faiz, emal sektoru 72,1 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 13,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru 0,8 faiz təşkil etmişdir. Məhsulun 85,5 faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən 3,5 dəfə artmışdır. Cari ilin yanvar-sentyabr aylarında mədənçıxarma sektorunda 19 milyon 339,6 min manatlıq, emal sektorunda 104 milyon 5,5 min manatlıq məhsul istehsal edilmiş, 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən məhsul istehsalı mədəndənçəxarma sektorunda 2,1 faiz azalmış, emal sektorunda 4,0 faiz artmışdır. Emal sektorunda 2022-ci ilin müvafiq dövrünə nisbətən tikinti materiallarının  istehsalı 15,4 faiz, mebellərin istehsalı 9,2 faiz artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın real həcmi 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən 8,3 faiz artmış, rayon əhalisinə və digər istehlakçılara 76459,6 MVt.s elektrik enerjisi, 103,6 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real həcmi 34,9 faiz artmış, əhaliyə və digər istehlakçılara 838,9 min kubmetr təbii su verilmişdir.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq: 2023-cü ilin məhsulu üçün 5243,0 hektar sahədə buğda, 6611,0 hektar sahədə arpa səpini aparılmışdır. 

2023-cü ilin yanvar-sentyabr aylarında heyvandarlıq sahəsində 4263,1 ton ət (diri çəkidə), 25065,7 ton süd, 9475,0 min ədəd yumurta istehsal edilmişdir. 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 65,0 ton (1,5 faiz), süd istehsalı 127,6 ton (0,5 faiz) azalmış, yumurta istehsalı isə 7,0 min ədəd (0,1 faiz), yun istehsalı 1,4 ton (0,6 faiz) artmışdır.

2023-cü il oktyabr ayının 1-nə 29593 baş iribuynuzlu mal-qara (ondan 16213 baş inək və camış), 127843 baş qoyun və keçi mövcud olmuşdur. 2022-ci ilin müvafiq dövrünə nisbətən mal-qaranın baş sayı 2,1 faiz, qoyun və keçilərin baş sayı isə 1,3 faiz azalmışdır.

Tikinti: 2023-cü ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 41 milyon 721,3 min manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,0 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 41 milyon 235,6 min manatı və ya 98,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Nəqliyyat: 2023-cü ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 9884,0 min nəfər sərnişin daşınmış, 2022-ci ilin müvafiq dövrünə nisbətən 21,6 faiz artım müşahidə olunmuşdur. 2023-cü ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı ilə 1009,0 min ton yük daşınmış və 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artmışdır. 

İnformasiya və rabitə: İnformasiya və rabitə müəssisələri tərəfindən 2023-cü ilin yanvar-sentyabr ayları ərzində faktiki qiymətlərlə 1 milyon 797,8 min manatlıq xidmət göstərilmiş, xidmətlərin 1 milyon 570,4 min manatı və ya 87,0 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 16,4 faiz artmış, bu sahədə əldə olunmuş gəlirin 85,9 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən 12,0 faiz artmışdır. 

Pərakəndə ticarət: 2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 215 milyon 314,0 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 31 milyon 277,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 2,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 19,9 faiz artmışdır. Ticarət şəbəkələrində 133 milyon 737,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 81 milyon 577,0 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsullarının, içkilər və tütün məmulatları satışı 2,0 faiz, qeyri-ərzaq məhsullarının satışı 2,4 faiz artmışdır.

İstehlak qiymət indeksləri: 2023-cü ilin sentyabr ayında istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində avqust ayına nisbətən 0,4 faiz bahalaşma, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məhsullarının qiymətlərində 0,7 faiz bahalaşma, qeyri-ərzaq məhsullarının qiymətlərində 0,1 faiz bahalaşma, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 0,1 faiz bahalaşma müşahidə olunmuşdur. 2023-cü ilin yanvar-sentyabr aylarında 2022-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində 10,6 faiz bahalaşma, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 15,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətlərində 6,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 6,8 faiz bahalaşma müşahidə olunmuşdur. 

Əməkhaqqı: 2023-cü ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 642,3 manat, dövlət sektorunda 643,2 manat, qeyri-dövlət sektorunda 641,0 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesində 1077,5 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 855,9 manat, maliyyə və sığorta sahəsində 1350,0 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində 396,0 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 930,6 manat, təhsil sahəsində 582,7 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 713,2 manat, istirahət, əyləncə və incəsənət sahəsində 467,5 manat təşkil etmişdir.

Demoqrafik vəziyyət: 2023-cü ilin yanvar-sentyabr aylarında rayon əhalisinin sayı 308 nəfər artaraq 2023-cü il oktyabr ayının 1-i vəziyyətinə 96 min 081 nəfər təşkil etmişdir.

Cədvəl 1

Makroiqtisadi göstəricilər

 

2023-cü ilin

yanvar-sentyabr

ayları,

faktiki

qiymətlərlə

2023-cü ilin

yanvar-sentyabr

ayları

2022-ci ilin

yanvar-sentyabr

aylarına

nisbətən,

faizlə

Məlumat üçün

2022-ci ilin

yanvar-sentyabr

ayları

2021-ci ilin yanvar-sentyabr

aylarına

nisbətən, faizlə

Ümumi məhsul buraxılışı, min manat

404612,7

103,6

113,9

Sənaye məhsulunun ümumi həcmi*), min manat

 

144333,3

 

103,8

 

98,4

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat, o cümlədən tikinti-quraşdırma işlərinə

41721,3

 

41235,6

107,0

 

106,7

175,3

 

178,8

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

140068,4

102,5

111,9

Nəqliyyat sektorunda yük daşınması*), min ton   

1009,0

109,7

112,3

Nəqliyyat sektorunda sərnişin daşınması*), min sərnişin

9884,0

121,6

126,8

İnformasiya və rabitə xidmətləri, min manat

1797,8

116,4

108,7

Pərakəndə ticarət dövriyyəsi*), min manat

215314,0

102,3

102,0

Əhaliyə göstərilən ödənişli xidmətlər*), min manat

31277,0

120,1

119,9

 Orta aylıq nominal əməkhaqqı, manat,

642,3

116,6

115,4

 Əhalinin sayı, 2023-cü il 01.10.2023

 vəziyyətinə, min nəfər

 

96081

 

100,4

 

100,6




































Qeyd: *) fiziki şəxslər nəzərə alınmaqla;

Ümumi məhsul buraxılışı

2023-cü ilin yanvar-sentyabr aylarında 404 milyon 612,7 min manat həcmində və ya 2022-ci ilin müvafiq dövrünə nisbətən 3,6 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 4211,2 manat təşkil etmişdir. 

2023-cü ilin yanvar-sentyabr ayları ərzində istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 144 milyon 333,3 manat (35,7 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 140 milyon 68,4 min manat (34,6 faiz), tikintidə 41 milyon 235,6 manat (10,2 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 8 milyon 277,1 manat (2,0 faiz), informasiya və rabitə sahəsində 1 milyon 797,8 min manat (0,4 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 68 milyon 900,5 min manat (17,1 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı, sənayedə 3,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 14,7 faiz, informasiya və rabitə xidmətləri sahəsində 16,4 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 2,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 2,5 faiz, tikintidə 6,7 faiz artmışdır.

Cədvəl 2

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi

                                                               

2023-cü ilin

yanvar-sentyabr

aylarında

faktiki

qiymətlərlə,

min manat

2022-ci ilin

yanvar-sentyabr

aylarında

faktiki qiymətlərlə,

min manat

Qiymət indeksi, faizlə

2023-cü ilin yanvar-sentyabr

ayları

2022-ci ilin qiymətləri ilə,

min manat 

Fiziki

həcm

indeksi,

faizlə

Ümumi

həcmdə

xüsusi

çəkisi,

faizlə

A

1

2

3

4

5

6

Sənaye

144333,3

54166,7

256,7

56225,0

103,8

35,7

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq     

140068,4

126167,0

108,3

129282,6

102,5

34,6

Tikinti

41235,6

38650,5

100,0

41235,6

106,7

10,2

Nəqliyyat və anbar təsərrüfatı 

 

8277,1

6821,5

105,8

7823,3

114,7

2,0

İnformasiya və rabitə

 

1797,8

1544,4

100,0

1797,7

116,4

0,4

Ticarət; nəqliyyat vasitələrinin təmiri

68900,5

60477,4

111,4

61868,4

102,3

17,1

Yekun:

404612,7

287827,5

135,7

298232,7

103,6

100,0

Qrafik 1

2023-cü ilin yanvar-sentyabr aylarında ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə

 


                    Qrafik 2

2023-cü ilin yanvar-sentyabr aylarında ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə

         

Sənaye

2023-cü ilin yanvar-sentyabr aylarında Qazax rayonunda 144 milyon 333,3 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çox olmuşdur. Ümumi istehsalın 95,1 faizini sənaye məhsulları, 4,9 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 72,1 faizi emal, 13,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı, 13,4 faizi mədənçıxarma sektorunda istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda istehsalın həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 3,5 dəfə artaraq 123 milyon 389,1 manat və ya sənaye məhsulunun 85,5 faizini təşkil etmişdir.

Qrafik 3

2023-cü ilin yanvar-sentyabr aylarında məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə


İstehlakçılara 147 milyon 563,9 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 oktyabr 2023-cü il tarixinə sənaye müəssisələrinin anbarlarında 10 milyon 337,9 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 7,2 faizini təşkil etmişdir.

Cədvəl 3 

Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı

Fəaliyyət növlərinin adı

2023-cü ilin

yanvar-sentyabr

aylarında

istehsal

edilmişdir,

min manat

2022-ci ilin yanvar-sentyabr

aylarına

nisbətən

sabit qiymətlərlə, faizlə

İstehsalın ümumi həcmində xüsusi çəkisi,

faizlə

 

Cəmi *) 

144333,3

103,8

100,0

 

o cümlədən:

 

 

 

 

dövlət sektoru

20944,2

-

14,5

 

qeyri-dövlət sektoru

123389,1

-

85,5

 

Mədənçıxarma sənayesi

19339,6

97,9

13,4

 

o cümlədən: mədənçıxarma sənayesinin digər sahələri

 

19339,6

 

97,9

 

13,4

 

Emal sənayesi

104005,5

104,0

72,1

o cümlədən:

 

 

 

qida məhsullarının istehsalı 

5045,5

-

3,5

içki istehsalı

876,9

80,5

0,6

toxuculuq sənayesi

6,4

88,9

0,01

mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı

62,7

 

-

0,04

poliqrafiya məhsullarının istehsalı

38,2

-

0,03

rezin və plastik kütlə məmulatlarının istehsalı

214,8

-

0,15

tikinti materiallarının istehsalı

90346,6

115,4

62,6

elektrik avadanlıqlarının istehsalı

22,8

615,2

0,02

mebellərin istehsalı

7331,0

109,2

5,1

sair sənaye məhsullarının istehsalı 

10,0

195,6

0,01

maşın və avadanlıqların quraşdırılması və təmiri

 

50,6

 

316,3

 

0,04

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

19844,2

108,3

13,7

Su təchizatı, tullantıların 

təmizlənməsi və emalı

1144,0

134,9

0,8

o cümlədən: suyun yığılması, təmizlənməsi və paylanması 

723,4

 

-

 

0,5

digər tullantıların yığılması və məhv edilməsi

420,6

 

-

 

0,3

*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla.

Emal sektorunun müəssisələri tərəfindən 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 104 milyon 5,5 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişrayon üzrə məhsul istehsalının ümumi həcmində 72,1 faiz təşkil etmiş və 2022-ci ilin müvafiq dövrünə nisbətən 4,0 faiz artmışdır. Sahə üzrə məhsul istehsalının əsasını tikinti materiallarının istehsalı (86,9 faiz), qida məhsullarının istehsalı (4,9 faiz), mebellərin istehsalı (7,0 faiz) təşkil edir. 

Qida məhsullarının istehsalı 1,4 faiz artaraq 5 milyon 45,5 min manata çatmış və bölmənin məhsullarının 4,9 faizini təşkil etmişdir.

İçki istehsalının real həcmi 2,1 dəfə artaraq 876,9 min manat olmuş, bölmə üzrə məhsulun 0,8 faizini təşkil etmişdir.

Toxuculuq sənayesi məhsulları üzrə ixtisaslaşan müəssisələr tərəfindən 6,4 min manatlıq məhsul istehsal edilmişdir. 2023-cü ilin oktyabr ayının əvvəlinə sahə müəssisələrinin anbarlarında hazır məhsul qalığı mövcud olmamışdır. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2023-cü il yanvar-sentyabr aylarında 19 milyon 844,2 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmişdir. Bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artmış, rayon əhalisinə və digər istehlakçılara 76459,6 MVts elektrik enerjisi, 103,6 milyon kub metr təbii qaz verilmişdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin real həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətən 34,9 faiz artmış və 1144,0 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 838,9 min kub metr təbii su verilmişdir. 

Cədvəl 4

Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri*)

Məhsul növlərinin adı və

ölçü vahidi

2023-cü il yanvar-sentyabr aylarında istehsal

edilmişdir (əmtəəlik)

2022-ci

il yanvar-sentyabr aylarına

nisbətən,

faizlə

01.10.2023-cü il

vəziyyətinə

hazır məhsul ehtiyatı

Mədənçıxarma sənayesi 

bentonit, ton

98891,0

102,6

145035,0

əhəngdaşı tozu, ton

17181,0

66,3

-

inşaat üçün əhəng daşı, ton

28050,0

101,2

 

Qida məhsullarının istehsalı 

 

 

 

buğda və ya çovdarla qarışıq buğda unu, ton

138,5

92,6

-

çörək, ton

743,4

87,0

-

İçki istehsalı

Şirinləşdirilməmiş mineral və qazlı sular, min dekalitr

59,1

249,4

-

Toxuculuq sənayesi

ilməli xalça, kv.m 

32,0

88,9

-

Mebellərin istehsalı

yemək və qonaq otaqları üçün taxta mebellər, ədəd

5229

132,4

-

Elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi və təchizatı

elektrik enerjisinin bölüşdürülməsi, MVt.s

76459,6

102,2

-

qazın bölüşdürülməsi, milyon kub metr

103,6

110,4

-

buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, Q.kal

3289,3

65,5

-

təbii suyun yığılması və bölüşdürülməsi, min kubmetr

838,9

125,4

-

 *) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmadan.

Tikinti

Əsas kapitala yönəldilmiş vəsaitlər

İlkin məlumatlara əsasən 2023-cü ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 41 milyon 721,3 min manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,0 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 41 milyon 235,6 min manatı və ya 98,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin 92,6 faizini dövlət sektoru, 7,4 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir.

Cədvəl 5 

Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər

 

2023-cü ilin 

yanvar-sentyabr aylarında,

min manat

2022-ci ilin 

müvafiq 

dövrünə

 nisbətən, 

faizlə

Ümumi

 həcmdə 

xüsusi     çəkisi, faizlə

Cəmi

41721,3

107,0

100,0

o cümlədən:

 

 

 

dövlət sektoru

38618,9

123,8

92,6

qeyri-dövlət sektoru

3102,4

39,9

7,4

ondan:

 

 

 

fərdi yaşayış evlərinin tikintisinə

3030,0

76,3

7,3

                 Qrafik 4

Əsas kapitala yönədilmiş vəsaitlərin mülkiyyət növləri üzrə strukturu, faizlə


Tikinti müəssisələrinin fəaliyyəti haqqında

2023-cü ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş işlərin həcmi 1815,0 min manat təşkil etmiş və ümumi tikinti işlərinin 1584,0 min manatını, yaxud 87,3 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri (ümumi yekundan 78,9 faizini tikinti, yenidənqurma və genişləndirmə, 2,6 faizini əsaslı təmir işləri, 5,8 faizini sair işlər) təşkil etmişdir. 12,7 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. 

Cədvəl 6 

Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla 

(2023-cü ilin yanvar-sentyabr aylarında)

 

Cəmi

Ümumi

 yekuna nisbətən, 

faizlə

2022-ci ilin 

müvafiq 

dövrünə

 nisbətən, faizlə

Cəmi

1815,0

100,0

105,6

o cümlədən:

 

 

 

Hüquqi şəxslər 

1584,0

87,3

99,9

o cümlədən:

 

 

 

tikinti, yenidənqurma və genişləndirmə

 

1432,1

 

78,9

 

1,9d

əsaslı təmir

46,9

2,6

17,2

cari təmir

-

-

-

sair işlər 

105,0

5,8

47,5

Fiziki şəxslərin yerinə yetirdiyi işlər

231,0

12,7

1,7d

Kənd təsərrüfatı

2023-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 140068,4 min manat təşkil etmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən 2,5 faiz artmışdır.

Bitkiçilik: 2023-cü ilin məhsulu üçün 5243,0 hektar sahədə buğda, 6611,0 hektar sahədə arpa səpini aparılmışdır. 2023-cü ilin məhsulu üçün olan kənd təsərrüfatı bitkilərinin əkin sahəsi aşağıdakı cədvəllə xarakterizə olunur:

Cədvəl 7 

Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar

 

2023-cü ildə

2022-ci ildə

2023-cü il

2022-ci ilə nisbətən, faizlə

Cəmi əkin sahəsi 

18967,0

18970,2

99,9

o cümlədən:

 

 

 

dənlilər və dənli paxlalı bitkilər

12387,0

12059,2

102,7

o cümlədən :buğda

5243,0

4876,6

107,5

arpa

6611,0

6487,6

101,9

vələmir

80,0

90,0

88,9

sorqo

36,0

71,0

50,7

paxlalılar

17,0

16,0

106,3

qarğıdalı

350,0

474,0

73,8

günəbaxan

50,0

44,0

113,6

tərəvəz

780,0

822,0

94,9

bostan

43,0

37,0

116,2

kartof

1300,0

1270,0

102,4

yem bitkiləri

4457,0

4782,0

93,2

bağlar və giləmeyvəliklər (bar verən yaşda)

 

1648,2

 

1603,2

 

102,8

üzüm (bar verən yaşda)

284,7

280,7

101,4

             Cədvəl 8

01.10.2023-cü il tarixinə əkin sahələrindən məhsul toplanışı və

məhsuldarlıq

 

Məhsul toplanmış sahə, hektarla

Məhsul, sentnerlə

Məhsuldarlıq, 

sentner/hektara

Buğda 

5243,0

183510,0

35,0

Arpa

6611,0

211560,0

32,0

Vələmir

80,0

2240,0

28,0

Sorqo

36,0

756,0

21,0

Paxlalılar

17,0

357,0

21,0

Qarğıdalı

300,0

16200,0

54,0

Günəbaxan

50,0

1150,0

23,0

Tərəvəz

780,0

175364,0

224,8

Bostan

43,0

10750,0

250,0

Kartof

1300,0

455000,0

350,0

Yem bitkiləri

4457,0

142624,0

32,0

Bağlar və giləmeyvəliklər (bar verən yaşda) 

 

1648,2

 

130291,5

 

79,1

Üzüm (bar verən yaşda)

284,7

32400,0

113,8

Heyvandarlıq: 2023-cü ilin yanvar-sentyabr aylarında heyvandarlıq bölməsində diri çəkidə 4263,1 ton ət, 25065,7 ton süd, 9475,0 min ədəd yumurta, 237,6 ton yun istehsal edilmişdir. 2022-ci ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 7,0 min ədəd, yun istehsalı 1,4 ton artmış, ət istehsalı 65,0 ton, süd istehsalı isə 127,6 ton azalmışdır. 

                   Cədvəl 9

Heyvandarlıq məhsullarının istehsalı, sentner

  

2023-cü ilin yanvar-sentyabr aylarında

2022-ci ilin yanvar-sentyabr aylarında

2023-cü ilin yanvar-sentyabr ayları 2022-ci ilin müvafiq dövrünə nisbətən

%

+, -

Ət (diri çəkidə)

42631,0

43281,0

98,5

-650,0

Süd

250657,0

251933,0

99,5

-1276,0

Yumurta, min ədəd

9475,0

9468,0

100,1

+7,0

Yun

2376,0

2362,0

100,6

+14,0

2023-cü ilin oktyabr ayının 1-i tarixə 29593 baş iribuynuzlu mal-qara (ondan 16213 baş inək və camış), 127843 baş qoyun və keçi mövcud olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 640 baş (2,1 faiz) azalmış (inək və camışların sayı 17 baş (0,1 faiz) artmış, qoyun və keçilərin sayı 1699 baş (1,3 faiz) azalmışdır.

                   Cədvəl 10

Mal-qaranın sayı, 01.10.2023-cü il tarixinə, baş

  

2023-cü ilin yanvar-sentyabr aylarında

2022-ci ilin yanvar-sentyabr aylarında

2023-cü ilin yanvar-sentyabr ayları

2022-ci ilin müvafiq dövrünə nisbətən

%

+, -

İribuynuzlu mal-qara 

29593

30233

97,9

-640

ondan:

 

 

 

 

inək və camışlar

16213

16196

100,1

+17

Qoyun və keçilər

127843

129542

98,7

-1699

Nəqliyyat

2023-cü ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 9884,0 min nəfər sərnişin daşınmış, 2022-ci ilin müvafiq dövrünə nisbətən 21,6 faiz artmışdır. 

                      Cədvəl 11

Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər

 

2023-cü ilin

yanvar-iyun aylarında

2022-ci ilin

yanvar-iyun aylarında

2022-ci ilin 

müvafiq dövrünə

nisbətən, faizlə

Cəmi

9884,0

8126,0

121,6

2023-cü ilin yanvar-sentyabr ayların da avtomobil nəqliyyatı ilə 1009,0 min ton yük daşınmış və 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artmışdır.

                   Cədvəl 12

Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton

 

 

2023-cü ilin

yanvar-sentyabr aylarında

2022-ci ilin

yanvar-sentyabr aylarında

2022-ci ilin 

müvafiq dövrünə

nisbətən, faizlə

Cəmi

1009,0

920,0

109,7

2023-cü ilin yanvar-sentyabr ayları ərzində nəqliyyat müəssisələri tərəfindən 8 milyon 277,1 min manatlıq xidmət göstərilmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən 21,3 faiz artmışdır. Göstərilmiş xidmətin 548,6 min manatı (6,6 faizi) dövlət sektorunun, 7 milyon 728,5 min manatı (93,4 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir.

                   Cədvəl 13

 

2023-cü ilin

yanvar-sentyabr aylarında,

 manatla

2022-ci ilin

yanvar-sentyabr aylarında, 

manatla

2022-ci ilin 

müvafiq 

dövrünə 

nisbətən, faizlə

Nəqliyyat xidmətindən əldə olunan gəlir, faktiki qiymətlərlə

8277,1

6821,4

 

121,3

o cümlədən:

 

 

 

dövlət sektoru

548,6

262,0

209,4

qeyri-dövlət sektoru

7728,5

6559,4

117,8

İnformasiya və rabitə

İlkin hesablamalara əsasən bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-sentyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 16,4 faiz artaraq 1797,8 min manat təşkil etmişdir ki, onun da 1570,4 min manatı (87,0 faizi) əhali tərəfindən istifadə olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artmışdır. Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 85,9 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 14,1 faiz təşkil etmişdir.

                    Cədvəl 14

İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat 

 

2023-cü ilin yanvar-

sentyabr aylarında

2022-ci ilin

yanvar-

sentyabr      aylarında

2022-ci ilin

müvafiq dövrünə nisbətən,

 faizlə

İnformasiya və rabitə 

xidmətlərindən əldə olunan gəlir

 

1797,8

 

1544,4

 

116,4

o cümlədən:

 

 

 

dövlət sektoru

1550,3

1384,4

112,0

qeyri-dövlət sektoru

247,5

160,0

154,7

İstehlak bazarı

2023-cü ilin yanvar-sentyabr aylarında istehlakçıların tələbatının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 246 milyon 591,0 min manat olmaqla 2022-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,2 faiz artmışdır.

Cədvəl 15

İstehlak bazarı üzrə əsas göstəricilər

                                  

2023-cü ilin

yanvar-sentyabr aylarında 

min manat

2023-cü ilin yanvar-sentyabr ayları 

2022-ci ilin yanvar-sentyabr aylarına 

nisbətən, faizlə

İstehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri

246591,0

104,2

o cümlədən:

 

 

dövlət mülkiyyəti üzrə

9085,3

99,0

qeyri-dövlət mülkiyyəti üzrə

237505,7

104,4

ondan: fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə

 

178700,4

 

100,0

Əmtəə bazarı

2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 215 milyon 314,0 min manatlıq məhsul satılmış və onun 133 milyon 737,0 min manatını (62,1 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 81 milyon 577,0 min manatını (37,9 faiz) qeyri-ərzaq malları təşkil etmişdir. 2022-ci ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 2,3 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,0 faiz, qeyri-ərzaq malları üzrə 2,4 faiz artmışdır.

Cədvəl 16

Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu

 

2023-cü ilin

 yanvar-sentyabr aylarında,

min manat

Ümumi yekunda xüsusi çəkisi, faizlə

2023-cü ilin yanvar-sentyabr ayları 

2022-ci ilin yanvar-sentyabr aylarına 

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

215314,0

100,0

102,3

o cümlədən:

 

 

 

ərzaq məhsulları, içkilər və tütün məmulatları

133737,0

62,1

102,0

qeyri-ərzaq malları

81577,0

37,9

102,4

2023-cü ilin yanvar-sentyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 249,0 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 154,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 94,3 manatlıq qeyri-ərzaq malları almışdır. Pərakəndə ticarət dövriyyəsinin 20,8 faizini hüquqi şəxslər, 17,0 faizini fərdi sahibkarlar tərəfindən, 62,2 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir.

Cədvəl 17

Məhsul bazarı üzrə əsas göstəricilər

 

2023-cü ilin

yanvar- sentyabr aylarında,

min manat

2023-cü ilin yanvar-

sentyabr ayları 

2022-ci ilin yanvar-

sentyabr aylarına 

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

215314,0

102,3

o cümlədən:

 

 

müəssisələr üzrə

44733,6

93,6

fərdi sahibkarlar üzrə

36580,6

106,4

bazar və yarmarkalar üzrə

133999,8

104,4

Qrafik 5

2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin strukturu, faizlə 


 Cədvəl 18

Pərakəndə ticarət dövriyyəsinin dinamikası 

 

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, 

müqayisəli qiymətlərlə, faizlə

Pərakəndə

 ticarət dövriyyəsi

o cümlədən

ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə

qeyri-ərzaq

malları üzrə

  2023-cü il

Yanvar-sentyabr

102,3

102,0

102,4

  2022-ci il

Yanvar-sentyabr

102,0

102,3

100,2

2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 11 milyon 118,6 min manat təşkil etmişdir.

İctimai iaşə xidmətləri

2023-cü ilin yanvar-sentyabr ayları ərzində ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,1 faiz artaraq 3 milyon 100,0 min manat olmuşdur.

Cədvəl 19

 

2023-cü ilin

 yanvar-sentyabr aylarında,

min manat

2023-cü ilin

yanvar-sentyabr ayları

2022-ci ilin

yanvar-sentyabr aylarına

nisbətən, faizlə

İctimai iaşə xidmətləri, cəmi 

3100,0

120,1

o cümlədən:

 

 

hüquqi şəxslər üzrə

-

-

fiziki şəxslər üzrə

3100,0

120,1

Əhaliyə göstərilən ödənişli xidmətlər

2023-cü ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 19,9 faiz artaraq 31 milyon 277,0 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 23 milyon 157,0 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 74,0 faizini təşkil etmişdir.

Cədvəl 20

Ödənişli xidmətlərin göstərilməsi

 

2023-cü ilin

 yanvar-sentyabr aylarında,

min manat

2023-cü ilin

yanvar-sentyabr ayları

2022-ci ilin

yanvar-sentyabr aylarına

nisbətən, faizlə

Ödənişli xidmətlərin ümumi dəyəri-cəmi

 

31277,0

 

119,9

o cümlədən: dövlət sektoru

 

9085,3

 

99,0

qeyri-dövlət sektoru 

22191,7

131,2

 ondan: fiziki şəxslər 

 

8120,0

 

50,2

2023-cü ilin yanvar-sentyabr aylarında əhalinin hər bir nəfəri orta hesabla 325,5 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.

Cədvəl 21

Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri 

 

Əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə, faizlə

Əhaliyə göstərilən ödənişli xidmətlər

o cümlədən

hüquqi şəxslər üzrə

fiziki şəxslər

 üzrə

2022-ci il

Yanvar-sentyabr

106,0

100,3

109,8

2023-cü il 

Yanvar-sentyabr

119,9

234,0

50,2

İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 33,3 faiz təşkil etmişdir.

Cədvəl 22

İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri

 

2023-cü ilin yanvar-sentyabr aylarında,

min manatla

2023-cü ilin

yanvar- sentyabr ayları

2022-ci ilin müvafiq dövrünə nisbətən, faizlə

Ümumi həcmdə 

xüsusi çəkisi, faizlə

İri və orta müəssisələr üzrə, cəmi

21066,6

223,4

100,0

o cümlədən:

 

 

 

digər sahələrin iri və orta müəssisələri

 

6977,3

 

95,6

 

33,1

o cümlədən:

 

 

 

sənaye

6977,3

95,6

33,1

əsas fəaliyyət növü üzrə (iri və orta müəssisələr) 

14089,3

6,6 d

66,9

Qrafik 6

İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası, faizlə 

 

Qiymət indeksləri

İstehlak məhsullarının və ödənişli xidmətlərin istehlak qiymətləri indeksi

Rayon üzrə 2023-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,4 faiz, 2023-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 110,6 faiz təşkil etmişdir. 2023-cü ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,7 faiz, 2023-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 115,8 faiz təşkil etmişdir. 2023-cü ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,1 faiz, 2023-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 106,2 faiz təşkil etmişdir.

2023-cü ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,1 faiz, 2023-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 106,8 faiz təşkil etmişdir.

Cədvəl 23

İstehlak qiymətləri indeksinin dəyişməsi

 

Cəmi məhsullar və xidmətlər

Ərzaq məhsulları, içkilər və tütün məmulatları

əvvəlki aya nisbətən, faizlə

əvvəlki ilin müvafiq dövrünə

nisbətən,

 faizlə

əvvəlki aya nisbətən,

faizlə

əvvəlki ilin müvafiq dövrünə nisbətən, 

faizlə

2023-cü il

İyul

99,8

111,5

99,1

117,8

Avqust

99,5

111,2

98,7

117,1

Sentyabr

100,4

110,6

100,7

115,8

...ardı

 

Qeyri-ərzaq məhsulları 

Xidmətlər

əvvəlki aya nisbətən, faizlə

əvvəlki ilin müvafiq dövrünə

nisbətən, 

faizlə

əvvəlki aya nisbətən, 

faizlə

əvvəlki ilin müvafiq dövrünə nisbətən,

 faizlə

2023-cü il

İyul

100,5

106,5

100,2

106,8

Avqust

100,3

106,3

100,0

106,9

Sentyabr

100,1

106,2

100,1

106,8

Muzdla işləyənlərin sayı

Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2023-cü ilin yanvar-sentyabr aylarında 10888 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 6557 nəfər (60,2 faiz), qeyri-dövlət sektorunda isə 4331 nəfər (39,8 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 19,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 14,0 faizi sənaye (o cümlədən 2,9 faizi mədənçıxarma, 7,5 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,1 faizi tikinti, 4,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşdur. Muzdlu işçilərin 80,9 faizi xidmət sahələrində, o cümlədən 28,2 faizi təhsil, 22,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,0 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,0 faizi maliyyə və sığorta, 1,1 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,4 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışmışlar.

Yeni iş yerlərinin açılması

İlkin məlumatlara əsasən 2023-cü ilin yanvar-sentyabr aylarında hüquqi şəxslər üzrə 71 yeni iş yeri açılmış və 947 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərindən 21,1 faizi yeni, 78,9 faizi mövcud müəssisə və təşkilatlarda yaradılmışdır.

Cədvəl 24

2022-ci ildə və 2023-cü ilin yanvar-sentyabr aylarında yeni açılmış iş yerlərinin xarakteristikası

 

2022-ci il

2023-cü ilin yanvar-sentyabr aylarında

Xüsusi çəkisi, faizlə



Yeni iş yerlәrinin sayı (fərdi sahibkarlar istisna olmaqla), cәmi

135

71

100,0


o cümlədən:

 

 

 


yeni yaradılmış müəssisə və təşkilatlarda

65

15

21,1


mövcud müəssisə və təşkilatlarda

70

56

78,9


fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda

-

-

-


digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli layihələr, abadlıq işləri və s.)

-

-

-


Yeni yaradılmış fәrdi sahibkarlıq subyektlәrinin sayı

1270

947

100,0


                     Qrafik 7

2023-cü ilin yanvar-sentyabr aylarında yeni açılmış iş yerləri strukturu

(fərdi sahibkarlar istisna olmaqla)

 (yekuna görə, faizlə)


Əməkhaqqı

2023-cü ilin yanvar-sentyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 642,3 manat, həmçinin dövlət sektorunda 643,2 manat, qeyri-dövlət sektorunda 641,0 manat təşkil etmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən rayon üzrə 16,6 faiz, o cümlədən dövlət sektoru üzrə 11,5 faiz, qeyri-dövlət sektoru üzrə isə 26,6 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş və emal bölməsində 1077,5 manat, mədənçıxarma sənayesində 879,8 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 855,9 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 898,9 manat, maliyyə və sığorta sahəsində 1350,0 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 930,6 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 713,2 manat təşkil etmişdir.

Cədvəl 25

2023-cü ilin yanvar-sentyabr aylarında iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı

Hərfi

işarə-

si

 

 

 

Fəaliyyət növləri

 

 

İşçilərin

sayı,

nəfər

 

Bir işçiyə düşən orta aylıq nominal 

əməkhaqqı, manat

2023-cü ilin 

yanvar-sentyabr aylarında

2022-ci ilin 

yanvar-sentyabr

aylarına nisbətən, 

faizlə

Orta rayon göstəricisinə

nisbətən,

faizlə

 

Cəmi

10888

642,3

116,6

100,0

 

ondan:

 

 

 

 

 

dövlət mülkiyyəti

6557

643,2

111,5

100,1

 

qeyri-dövlət mülkiyyəti

4331

641,0

126,6

99,8

 

o cümlədən:

 

 

 

 

A

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

434

504,4

117,0

78,5

B

Mədənçıxarma sənayesi

315

879,8

117,0

137,0

C

Emal sənayesi*)

815

1077,5

152,3

167,8

D

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

237

855,9

113,7

133,3

E

Su təchizatı, tullantıların təmizlənməsi və emalı 

160

474,9

108,3

73,9

F

Tikinti

124

554,9

118,8

84,8

G

Ticarət; nəqliyyat vasitələrinin təmiri*) 

2465

463,2

112,9

72,1

H

Nəqliyyat və anbar təsərrüfatı

210

898,8

93,6

139,9

İ

Turistlərin yerləşdirilməsi və 

ictimai iaşə  

22

411,9

118,9

64,1

J

İnformasiya və rabitə

119

554,1

108,6

86,3

K

Maliyyə və sığorta fəaliyyəti

113

1350,0

99,4

210,2

L

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

41

396,0

112,5

61,7

M

Peşə, elmi və texniki fəaliyyət

35

525,0

132,6

81,7

 

N

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

172

466,4

106,3

72,6

O

Dövlət idarəetməsi və müdafiə; sosial təminat         

617

930,6

110,6

144,9

P

Təhsil

3066

582,7

109,3

90,7

Q

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

1302

713,2

121,9

111,0

R

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

594

467,5

123,5

72,8

S

Digər sahələrdə xidmətlərin göstərilməsi

47

677,1

117,5

105,4

*) Fiziki şəxslər nəzərə alınmaqla,

Qrafik 8

2023-cü və 2022-ci ilin yanvar-sentyabr aylarında rayon üzrə orta aylıq nominal əməkhaqqı, manatla 


Demoqrafik vəziyyət

01.01.2023-cü il tarixinə əmək qabiliyyətli yaşadək (0-14 yaşda olan uşaq və yeniyetmələr) 20,1 min nəfər (21,0 faiz), əmək qabiliyyətli yaşda (kişilər 15-64 yaş, qadınlar 15-61 yaş) 65,3 min nəfər (68,2 faiz) və əmək qabiliyyətli yaşdan yuxarı (ahıllar) 10,4 min nəfər (10,8 faiz) əhali vardır.

Qazax rayonu üzrə əhalinin sayı 2023-cü ilin yanvar-sentyabr aylarında 308 nəfər artaraq 01.10.2023-cü il vəziyyətinə 96 min 081 nəfərə çatmışdır. Əhalinin 49,2 faizini (47 min 272 nəfər) kişilər, 50,8 faizini (48 min 809 nəfər) qadınlar təşkil edir. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 139 nəfər olmuşdur.

Cədvəl 26 

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri

Demoqrafik göstəricilər

Nəfərlə

Əhalinin hər 1000 nəfərinə

2023-cü ilin yanvar-sentyabr

 ayları

2022-ci ilin yanvar-sentyabr

ayları

artım (+)

azalma (-)

2023-cü ilin yanvar-sentyabr

 ayları

2022-ci ilin yanvar-sentyabr

 ayları 

2023-cü ilin yanvar-sentyabr

 ayları 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən,

faizlə

Ümumi artım

308

448

-140

4,2

6,1

68,9

Təbii artım

280

407

-127

3,8

5,4

70,4

doğulanlar

811

985

-174

11,0

13,2

83,3

ölənlər

531

578

-47

7,2

7,8

92,3

Nikahlar

369

497

-128

5,0

6,7

74,6

Boşanmalar

110

95

+15

1,5

1,3

115,4

Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 2023-cü ilin yanvar-sentyabr aylarında rayonda 811 nəfər doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0 təşkil etmişdir. 

2023-cü ilin yanvar-sentyabr aylarında 531 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,8-dən 7,2-yə qədər azalmışdır.

2023-cü ilin yanvar-sentyabr aylarında rayonda 369 nikaha daxilolma və 110 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən nikahların sayı 6,7-dan 5,0-ə qədər azalmış, boşanmaların sayı 1,5 təşkil etmişdir.

Qrafik 9

2023-cü və 2022-ci ilin yanvar-sentyabr aylarında demoqrafik göstəricilər, nəfərlə


Cədvəl 27

Əhalinin mexaniki hərəkətinin göstəriciləri

S/S

Miqrasiya göstəriciləri

yanvar-sentyabr

ayları

Nəfərlə

Əhalinin hər 1000 nəfərinə

2023-cü ilin yanvar-sentyabr aylarında

2022-ci ilin yanvar-sentyabr aylarında

2023-cü ilin yanvar-

sentyabr aylarında

2022-ci ilin yanvar-

sentyabr aylarında

1

Gələnlərin sayı

28

30

0,4

0,4

2

Gedənlərin sayı

-

-

-

-

3

Miqrasiya saldosu

28

30

0,4

0,4

2023-cü ilin yanvar-sentyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün rayona 28 nəfər gələn qeydə alınmışdır. Rayon üzrə miqrasiya saldosu müsbət 28 nəfər təşkil etmişdir.

Dürdanə XƏLİLOVA,

Qazax Rayon Statistika İdarəsinin rəisi



Facebook-da paylaş