• Təqvim

  • Maraq



Şəhid oğlumun evi əsaslı təmir olunur


Oğlum Sərxan Mustafayev 44 günlük Vətən müharibəsində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 

Sağ olsunlar, dövlət qurumları oğlumun ailəsini tək qoymurlar. Tez-tez ziyarət edərək problemləri ilə maraqlanırlar. Növbəti ziyarət zamanı oğlumun ailəsinin mənzil şəraitinin pis olması barədə məlumat verdim və evin əsaslı şəkildə təmir olunmasını xahiş etdim. Evə baxış keçirildi, həqiqətən təmirə ehtiyacı olduğunu gördülər. 

Bir neçə gün keçdikdən sonra Qazax rayonunda fəaliyyət göstərən "Arkoz Qazax Sement Zavodu" MMC-dən bir qrup inşaatçı gələrək evin təmirinə başladı. Bir neçə gündən sonra rayon rəhbərliyi və zavodun direktor müavini kəndə gələrək təmir işlərinin gedişi ilə maraqlandılar və  əlavə təkliflər verdilər. 

Vətən müharibəsində şəhid olan oğlumun ailəsi üçün qayğı göstərən hər kəsə, o cümlədən "Arkoz Qazax Sement Zavodu" MMC-nin rəhbərliyinə və kollektivinə minnətdarlığımı bildirirəm. 

İslam MUSTAFAYEV,

Qazax rayonu, Aslanbəyli kəndinin sakini, şəhid atası

“Azərbaycan” qəzeti

31 iyul 2025-ci il, səhifə 6

https://www.azerbaijan-news.az/az/posts/detail/sehid-oglumun-evi-esasli-temir-olunur-1753909730/366036




Facebook-da paylaş