Əsas Səhifə > Kənd təsərrüfatı > 2023-cü ilin yanvar-sentyabr aylarında Qazax rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
2023-cü ilin yanvar-sentyabr aylarında Qazax rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri14-12-2023, 15:04 |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2023-cü ilin yanvar-sentyabr aylarında Qazax rayonu üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı ilkin hesablamalara əsasən 404612,7 min manat təşkil etmiş və əvvəlki ilin eyni dövrünə nisbətən 3,6 faiz artmışdır. Məhsul buraxılışının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə sənayedə 3,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 14,7 faiz, informasiya və rabitə xidmətləri sahəsində 16,4 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 2,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 2,5 faiz, tikintidə isə 6,7 faiz artmışdır. 2023-cü ilin yanvar-sentyabr aylarında məhsul və xidmətlərin 84,8 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur. Əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 4211,2 manat təşkil etmişdir. Sənaye: 2023-cü ilin yanvar-sentyabr ayları ərzində faktiki qiymətlərlə 144 milyon 333,3 min manatlıq və ya 2022-ci ilin müvafiq dövrünə nisbətən 3,8 faiz çox sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. İstehsalın ümumi həcmində mədənçıxarma sektoru 13,4 faiz, emal sektoru 72,1 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 13,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru 0,8 faiz təşkil etmişdir. Məhsulun 85,5 faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən 3,5 dəfə artmışdır. Cari ilin yanvar-sentyabr aylarında mədənçıxarma sektorunda 19 milyon 339,6 min manatlıq, emal sektorunda 104 milyon 5,5 min manatlıq məhsul istehsal edilmiş, 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən məhsul istehsalı mədəndənçəxarma sektorunda 2,1 faiz azalmış, emal sektorunda 4,0 faiz artmışdır. Emal sektorunda 2022-ci ilin müvafiq dövrünə nisbətən tikinti materiallarının istehsalı 15,4 faiz, mebellərin istehsalı 9,2 faiz artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın real həcmi 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən 8,3 faiz artmış, rayon əhalisinə və digər istehlakçılara 76459,6 MVt.s elektrik enerjisi, 103,6 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real həcmi 34,9 faiz artmış, əhaliyə və digər istehlakçılara 838,9 min kubmetr təbii su verilmişdir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq: 2023-cü ilin məhsulu üçün 5243,0 hektar sahədə buğda, 6611,0 hektar sahədə arpa səpini aparılmışdır. 2023-cü ilin yanvar-sentyabr aylarında heyvandarlıq sahəsində 4263,1 ton ət (diri çəkidə), 25065,7 ton süd, 9475,0 min ədəd yumurta istehsal edilmişdir. 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 65,0 ton (1,5 faiz), süd istehsalı 127,6 ton (0,5 faiz) azalmış, yumurta istehsalı isə 7,0 min ədəd (0,1 faiz), yun istehsalı 1,4 ton (0,6 faiz) artmışdır. 2023-cü il oktyabr ayının 1-nə 29593 baş iribuynuzlu mal-qara (ondan 16213 baş inək və camış), 127843 baş qoyun və keçi mövcud olmuşdur. 2022-ci ilin müvafiq dövrünə nisbətən mal-qaranın baş sayı 2,1 faiz, qoyun və keçilərin baş sayı isə 1,3 faiz azalmışdır. Tikinti: 2023-cü ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 41 milyon 721,3 min manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,0 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 41 milyon 235,6 min manatı və ya 98,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Nəqliyyat: 2023-cü ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 9884,0 min nəfər sərnişin daşınmış, 2022-ci ilin müvafiq dövrünə nisbətən 21,6 faiz artım müşahidə olunmuşdur. 2023-cü ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı ilə 1009,0 min ton yük daşınmış və 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artmışdır. İnformasiya və rabitə: İnformasiya və rabitə müəssisələri tərəfindən 2023-cü ilin yanvar-sentyabr ayları ərzində faktiki qiymətlərlə 1 milyon 797,8 min manatlıq xidmət göstərilmiş, xidmətlərin 1 milyon 570,4 min manatı və ya 87,0 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 16,4 faiz artmış, bu sahədə əldə olunmuş gəlirin 85,9 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən 12,0 faiz artmışdır. Pərakəndə ticarət: 2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 215 milyon 314,0 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 31 milyon 277,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 2,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 19,9 faiz artmışdır. Ticarət şəbəkələrində 133 milyon 737,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 81 milyon 577,0 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsullarının, içkilər və tütün məmulatları satışı 2,0 faiz, qeyri-ərzaq məhsullarının satışı 2,4 faiz artmışdır. İstehlak qiymət indeksləri: 2023-cü ilin sentyabr ayında istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində avqust ayına nisbətən 0,4 faiz bahalaşma, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məhsullarının qiymətlərində 0,7 faiz bahalaşma, qeyri-ərzaq məhsullarının qiymətlərində 0,1 faiz bahalaşma, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 0,1 faiz bahalaşma müşahidə olunmuşdur. 2023-cü ilin yanvar-sentyabr aylarında 2022-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində 10,6 faiz bahalaşma, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 15,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətlərində 6,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 6,8 faiz bahalaşma müşahidə olunmuşdur. Əməkhaqqı: 2023-cü ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 642,3 manat, dövlət sektorunda 643,2 manat, qeyri-dövlət sektorunda 641,0 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesində 1077,5 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 855,9 manat, maliyyə və sığorta sahəsində 1350,0 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində 396,0 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 930,6 manat, təhsil sahəsində 582,7 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 713,2 manat, istirahət, əyləncə və incəsənət sahəsində 467,5 manat təşkil etmişdir. Demoqrafik vəziyyət: 2023-cü ilin yanvar-sentyabr aylarında rayon əhalisinin sayı 308 nəfər artaraq 2023-cü il oktyabr ayının 1-i vəziyyətinə 96 min 081 nəfər təşkil etmişdir. Cədvəl 1 Makroiqtisadi göstəricilər
Qeyd: *) fiziki şəxslər nəzərə alınmaqla; Ümumi məhsul buraxılışı 2023-cü ilin yanvar-sentyabr aylarında 404 milyon 612,7 min manat həcmində və ya 2022-ci ilin müvafiq dövrünə nisbətən 3,6 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 4211,2 manat təşkil etmişdir. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 144 milyon 333,3 manat (35,7 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 140 milyon 68,4 min manat (34,6 faiz), tikintidə 41 milyon 235,6 manat (10,2 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 8 milyon 277,1 manat (2,0 faiz), informasiya və rabitə sahəsində 1 milyon 797,8 min manat (0,4 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 68 milyon 900,5 min manat (17,1 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı, sənayedə 3,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 14,7 faiz, informasiya və rabitə xidmətləri sahəsində 16,4 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 2,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 2,5 faiz, tikintidə 6,7 faiz artmışdır. Cədvəl 2 İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi
Qrafik 1 2023-cü ilin yanvar-sentyabr aylarında ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə
Qrafik 2 2023-cü ilin yanvar-sentyabr aylarında ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə
Sənaye 2023-cü ilin yanvar-sentyabr aylarında Qazax rayonunda 144 milyon 333,3 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çox olmuşdur. Ümumi istehsalın 95,1 faizini sənaye məhsulları, 4,9 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 72,1 faizi emal, 13,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı, 13,4 faizi mədənçıxarma sektorunda istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda istehsalın həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 3,5 dəfə artaraq 123 milyon 389,1 manat və ya sənaye məhsulunun 85,5 faizini təşkil etmişdir. Qrafik 3 2023-cü ilin yanvar-sentyabr aylarında məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə İstehlakçılara 147 milyon 563,9 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 oktyabr 2023-cü il tarixinə sənaye müəssisələrinin anbarlarında 10 milyon 337,9 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 7,2 faizini təşkil etmişdir. Cədvəl 3 Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı
*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla. Emal sektorunun müəssisələri tərəfindən 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 104 milyon 5,5 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, rayon üzrə məhsul istehsalının ümumi həcmində 72,1 faiz təşkil etmiş və 2022-ci ilin müvafiq dövrünə nisbətən 4,0 faiz artmışdır. Sahə üzrə məhsul istehsalının əsasını tikinti materiallarının istehsalı (86,9 faiz), qida məhsullarının istehsalı (4,9 faiz), mebellərin istehsalı (7,0 faiz) təşkil edir. Qida məhsullarının istehsalı 1,4 faiz artaraq 5 milyon 45,5 min manata çatmış və bölmənin məhsullarının 4,9 faizini təşkil etmişdir. İçki istehsalının real həcmi 2,1 dəfə artaraq 876,9 min manat olmuş, bölmə üzrə məhsulun 0,8 faizini təşkil etmişdir. Toxuculuq sənayesi məhsulları üzrə ixtisaslaşan müəssisələr tərəfindən 6,4 min manatlıq məhsul istehsal edilmişdir. 2023-cü ilin oktyabr ayının əvvəlinə sahə müəssisələrinin anbarlarında hazır məhsul qalığı mövcud olmamışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2023-cü il yanvar-sentyabr aylarında 19 milyon 844,2 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmişdir. Bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz artmış, rayon əhalisinə və digər istehlakçılara 76459,6 MVts elektrik enerjisi, 103,6 milyon kub metr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin real həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətən 34,9 faiz artmış və 1144,0 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 838,9 min kub metr təbii su verilmişdir. Cədvəl 4 Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri*)
*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmadan. Tikinti Əsas kapitala yönəldilmiş vəsaitlər İlkin məlumatlara əsasən 2023-cü ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 41 milyon 721,3 min manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,0 faiz çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 41 milyon 235,6 min manatı və ya 98,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 92,6 faizini dövlət sektoru, 7,4 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir. Cədvəl 5 Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər
Qrafik 4 Əsas kapitala yönədilmiş vəsaitlərin mülkiyyət növləri üzrə strukturu, faizlə Tikinti müəssisələrinin fəaliyyəti haqqında 2023-cü ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş işlərin həcmi 1815,0 min manat təşkil etmiş və ümumi tikinti işlərinin 1584,0 min manatını, yaxud 87,3 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri (ümumi yekundan 78,9 faizini tikinti, yenidənqurma və genişləndirmə, 2,6 faizini əsaslı təmir işləri, 5,8 faizini sair işlər) təşkil etmişdir. 12,7 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. Cədvəl 6 Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla (2023-cü ilin yanvar-sentyabr aylarında)
Kənd təsərrüfatı 2023-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 140068,4 min manat təşkil etmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən 2,5 faiz artmışdır. Bitkiçilik: 2023-cü ilin məhsulu üçün 5243,0 hektar sahədə buğda, 6611,0 hektar sahədə arpa səpini aparılmışdır. 2023-cü ilin məhsulu üçün olan kənd təsərrüfatı bitkilərinin əkin sahəsi aşağıdakı cədvəllə xarakterizə olunur: Cədvəl 7 Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar
Cədvəl 8 01.10.2023-cü il tarixinə əkin sahələrindən məhsul toplanışı və məhsuldarlıq
Heyvandarlıq: 2023-cü ilin yanvar-sentyabr aylarında heyvandarlıq bölməsində diri çəkidə 4263,1 ton ət, 25065,7 ton süd, 9475,0 min ədəd yumurta, 237,6 ton yun istehsal edilmişdir. 2022-ci ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 7,0 min ədəd, yun istehsalı 1,4 ton artmış, ət istehsalı 65,0 ton, süd istehsalı isə 127,6 ton azalmışdır. Cədvəl 9 Heyvandarlıq məhsullarının istehsalı, sentner
2023-cü ilin oktyabr ayının 1-i tarixə 29593 baş iribuynuzlu mal-qara (ondan 16213 baş inək və camış), 127843 baş qoyun və keçi mövcud olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 640 baş (2,1 faiz) azalmış (inək və camışların sayı 17 baş (0,1 faiz) artmış, qoyun və keçilərin sayı 1699 baş (1,3 faiz) azalmışdır. Cədvəl 10 Mal-qaranın sayı, 01.10.2023-cü il tarixinə, baş
Nəqliyyat 2023-cü ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 9884,0 min nəfər sərnişin daşınmış, 2022-ci ilin müvafiq dövrünə nisbətən 21,6 faiz artmışdır. Cədvəl 11 Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər
2023-cü ilin yanvar-sentyabr ayların da avtomobil nəqliyyatı ilə 1009,0 min ton yük daşınmış və 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artmışdır. Cədvəl 12 Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton
2023-cü ilin yanvar-sentyabr ayları ərzində nəqliyyat müəssisələri tərəfindən 8 milyon 277,1 min manatlıq xidmət göstərilmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən 21,3 faiz artmışdır. Göstərilmiş xidmətin 548,6 min manatı (6,6 faizi) dövlət sektorunun, 7 milyon 728,5 min manatı (93,4 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir. Cədvəl 13
İnformasiya və rabitə İlkin hesablamalara əsasən bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-sentyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 16,4 faiz artaraq 1797,8 min manat təşkil etmişdir ki, onun da 1570,4 min manatı (87,0 faizi) əhali tərəfindən istifadə olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artmışdır. Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 85,9 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 14,1 faiz təşkil etmişdir. Cədvəl 14 İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat
İstehlak bazarı 2023-cü ilin yanvar-sentyabr aylarında istehlakçıların tələbatının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 246 milyon 591,0 min manat olmaqla 2022-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,2 faiz artmışdır. Cədvəl 15 İstehlak bazarı üzrə əsas göstəricilər
Əmtəə bazarı 2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 215 milyon 314,0 min manatlıq məhsul satılmış və onun 133 milyon 737,0 min manatını (62,1 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 81 milyon 577,0 min manatını (37,9 faiz) qeyri-ərzaq malları təşkil etmişdir. 2022-ci ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 2,3 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,0 faiz, qeyri-ərzaq malları üzrə 2,4 faiz artmışdır. Cədvəl 16 Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu
2023-cü ilin yanvar-sentyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 249,0 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 154,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 94,3 manatlıq qeyri-ərzaq malları almışdır. Pərakəndə ticarət dövriyyəsinin 20,8 faizini hüquqi şəxslər, 17,0 faizini fərdi sahibkarlar tərəfindən, 62,2 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir. Cədvəl 17 Məhsul bazarı üzrə əsas göstəricilər
Qrafik 5 2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin strukturu, faizlə Cədvəl 18 Pərakəndə ticarət dövriyyəsinin dinamikası
2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 11 milyon 118,6 min manat təşkil etmişdir. İctimai iaşə xidmətləri 2023-cü ilin yanvar-sentyabr ayları ərzində ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,1 faiz artaraq 3 milyon 100,0 min manat olmuşdur. Cədvəl 19
Əhaliyə göstərilən ödənişli xidmətlər 2023-cü ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 19,9 faiz artaraq 31 milyon 277,0 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 23 milyon 157,0 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 74,0 faizini təşkil etmişdir. Cədvəl 20 Ödənişli xidmətlərin göstərilməsi
2023-cü ilin yanvar-sentyabr aylarında əhalinin hər bir nəfəri orta hesabla 325,5 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir. Cədvəl 21 Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri
İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 33,3 faiz təşkil etmişdir. Cədvəl 22 İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri
Qrafik 6 İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası, faizlə
Qiymət indeksləri İstehlak məhsullarının və ödənişli xidmətlərin istehlak qiymətləri indeksi Rayon üzrə 2023-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,4 faiz, 2023-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 110,6 faiz təşkil etmişdir. 2023-cü ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,7 faiz, 2023-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 115,8 faiz təşkil etmişdir. 2023-cü ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,1 faiz, 2023-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 106,2 faiz təşkil etmişdir. 2023-cü ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi avqust ayı ilə müqayisədə 100,1 faiz, 2023-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 106,8 faiz təşkil etmişdir. Cədvəl 23 İstehlak qiymətləri indeksinin dəyişməsi
...ardı
Muzdla işləyənlərin sayı Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2023-cü ilin yanvar-sentyabr aylarında 10888 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 6557 nəfər (60,2 faiz), qeyri-dövlət sektorunda isə 4331 nəfər (39,8 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 19,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 14,0 faizi sənaye (o cümlədən 2,9 faizi mədənçıxarma, 7,5 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,1 faizi tikinti, 4,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşdur. Muzdlu işçilərin 80,9 faizi xidmət sahələrində, o cümlədən 28,2 faizi təhsil, 22,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,0 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,0 faizi maliyyə və sığorta, 1,1 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,4 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışmışlar. Yeni iş yerlərinin açılması İlkin məlumatlara əsasən 2023-cü ilin yanvar-sentyabr aylarında hüquqi şəxslər üzrə 71 yeni iş yeri açılmış və 947 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərindən 21,1 faizi yeni, 78,9 faizi mövcud müəssisə və təşkilatlarda yaradılmışdır. Cədvəl 24 2022-ci ildə və 2023-cü ilin yanvar-sentyabr aylarında yeni açılmış iş yerlərinin xarakteristikası
Qrafik 7 2023-cü ilin yanvar-sentyabr aylarında yeni açılmış iş yerləri strukturu (fərdi sahibkarlar istisna olmaqla) (yekuna görə, faizlə) Əməkhaqqı 2023-cü ilin yanvar-sentyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 642,3 manat, həmçinin dövlət sektorunda 643,2 manat, qeyri-dövlət sektorunda 641,0 manat təşkil etmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən rayon üzrə 16,6 faiz, o cümlədən dövlət sektoru üzrə 11,5 faiz, qeyri-dövlət sektoru üzrə isə 26,6 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş və emal bölməsində 1077,5 manat, mədənçıxarma sənayesində 879,8 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 855,9 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 898,9 manat, maliyyə və sığorta sahəsində 1350,0 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 930,6 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 713,2 manat təşkil etmişdir. Cədvəl 25 2023-cü ilin yanvar-sentyabr aylarında iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı
*) Fiziki şəxslər nəzərə alınmaqla, Qrafik 8 2023-cü və 2022-ci ilin yanvar-sentyabr aylarında rayon üzrə orta aylıq nominal əməkhaqqı, manatla Demoqrafik vəziyyət 01.01.2023-cü il tarixinə əmək qabiliyyətli yaşadək (0-14 yaşda olan uşaq və yeniyetmələr) 20,1 min nəfər (21,0 faiz), əmək qabiliyyətli yaşda (kişilər 15-64 yaş, qadınlar 15-61 yaş) 65,3 min nəfər (68,2 faiz) və əmək qabiliyyətli yaşdan yuxarı (ahıllar) 10,4 min nəfər (10,8 faiz) əhali vardır. Qazax rayonu üzrə əhalinin sayı 2023-cü ilin yanvar-sentyabr aylarında 308 nəfər artaraq 01.10.2023-cü il vəziyyətinə 96 min 081 nəfərə çatmışdır. Əhalinin 49,2 faizini (47 min 272 nəfər) kişilər, 50,8 faizini (48 min 809 nəfər) qadınlar təşkil edir. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 139 nəfər olmuşdur. Cədvəl 26 Əhalinin təbii hərəkətinin əsas göstəriciləri
Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 2023-cü ilin yanvar-sentyabr aylarında rayonda 811 nəfər doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0 təşkil etmişdir. 2023-cü ilin yanvar-sentyabr aylarında 531 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,8-dən 7,2-yə qədər azalmışdır. 2023-cü ilin yanvar-sentyabr aylarında rayonda 369 nikaha daxilolma və 110 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən nikahların sayı 6,7-dan 5,0-ə qədər azalmış, boşanmaların sayı 1,5 təşkil etmişdir. Qrafik 9 2023-cü və 2022-ci ilin yanvar-sentyabr aylarında demoqrafik göstəricilər, nəfərlə Cədvəl 27 Əhalinin mexaniki hərəkətinin göstəriciləri
2023-cü ilin yanvar-sentyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün rayona 28 nəfər gələn qeydə alınmışdır. Rayon üzrə miqrasiya saldosu müsbət 28 nəfər təşkil etmişdir. Dürdanə XƏLİLOVA, Qazax Rayon Statistika İdarəsinin rəisi Geri qayıt |