2021-ci ilin yanvar-iyun aylarında Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri
2021-ci ilin yanvar-may aylarında ölkədə 31532,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,5 faiz artmışdır. ÜDM istehsalının 41,2 faizi sənaye, 10,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi tikinti, 4,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 1,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 3150,6 manata bərabər olmuşdur. Rayonun iqtisadiyyatının əsas göstəriciləri cədvəldə qeyd olunduğu kimidir:
min manatla
Göstəricinin adı |
2021-ci ilin yanvar-iyun ayları |
2021-ci ilın yanvar-iyun ayları 2020-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
Ümumi məhsul buraxılışı |
118852,6 |
101,8 |
O cümlədən sənaye |
25665,3 |
113,4 |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq |
47003,6 |
135,3 |
Tikinti |
9398,2 |
38,3 |
Nəqliyyat və anbar təsərrüfatı |
3178,2 |
83,1 |
İnformasiya və rabitə |
956,5 |
109,4 |
Ticarət, nəqliyyat vasitələrinin təmiri |
32650,8 |
102,3 |
Əsas kapitala yönəldilən investisiyalar |
9962,9 |
28,3 |
Nəqliyyat sektorunda yük daşınması, min ton |
540,0 |
85,6 |
Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin |
5013,0 |
83,5 |
Pərakəndə əmtəə dövriyyəsi |
98650,0 |
102,3 |
Əhaliyə göstərilən ödənişli xidmətlər |
12270,0 |
102,0 |
Orta aylıq nominal əməkhaqqı (manatla) |
479,8 |
103,0 |
İlkin hesablamalara əsasən 2021-ci ilin 1-ci yarımilində ümumi daxili məhsul əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq 118852,6 min manat təşkil etmişdir. Məhsul buraxılışı sənayedə 13,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı vəbalıq çılıqda 35,3 faiz, informasiya və rabitə sahəsində 9,4 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 2,3 faiz artmış, tikintidə 61,7 faiz, nəqliyyat və anbar təsərrüfatında 16,9 faiz azalmışdır. Qlobal pandemiya elan olunmuş koronavirus (COVID-19) nəqliyyat və tikinti sahəsinə öz təsirini göstərmişdir. Belə ki, ən çox azalma tikinti sahəsində müşahidə olunmuşdur. 2021-ci ilin yanvar-iyun aylarında ilkin hesablamalara əsasən orta aylıq nominal əməkhaqqı 479,8manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,0faiz çoxdur.
Rayonda 2021-ci ilin yanvar-iyun aylarında məhsul buraxılışının strukturu aşağıdakı kimidir:
ƏHALİ
01.07.2021-ci il tarixinə rayon əhalisinin sayı ilkin hesablamalara əsasən 99013 nəfərə çatmışdır. Əhalinin hər bir kvadrat kilometrə düşən sayı 143 nəfər olmuşdur. Rayon əhalisinin 21998 nəfəri şəhər, 77015 nəfəri isə kənd sakinləridir. Ümumi sayın 49,3 faizi kişilərin, 50,7 faizi isə qadınların payına düşür. Ədliyyə Nazirliyinin Rayon Qeydiyyat şöbəsi tərəfindən altı ay ərzində 462 nəfər doğum, 425 nəfər ölüm halı qeydə alınmışdır. Altı ay ərzində Qeydiyyat şöbəsi tərəfindən 252 nikah və 49 boşanma halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 2,5, boşanmaların sayı isə 0,5 olmuşdur. Altı ay ərzində 44 nəfər rayona daimi yaşamaq üçün gələn qeydə alınmışdır. Miqrasiya saldosu müsbət 44 nəfər təşkil etmişdir. Hal-hazırda rayonda üzvlərinin sayı 4152 nəfər olmaqla 977 ailə məcburi köçkündür.
KƏND TƏSƏRRÜFATI
2021-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatının ümumi məhsul istehsalının faktiki qiymətlərlə dəyəri 47003,6 min manat təşkil etmişdir ki, bu ümumi məhsul buraxılışının 39,5 faizini təşkil edir. Ümumi məhsul istehsalının 21950,1 manatı bitkiçilik, 25053,5 min manatı isə heyvandarlıq məhsullarıdır.
Dövlət Statistika Komitəsinin yerli statistika orqanları üçün işlər proqramına əsasən rаyonda əkin sahələrinin uçotu aparılmış və məlum olmuşdur ki, 2021-ci ilin məhsulu üçün 17510,1 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilmişdir. Əkin sahəsi keçən ilə nisbətən 1120,9 hektar azalmışdır. Əkilmiş sahənin 10003,0 hektarı payızlıq dənlilərdir ki, bunun 5574,0 hektarını buğda, 4429,0 hektarını arpa sahəsi təşkil edir.
Rayon üzrə 2021-ci ilin məhsulu üçün cəmi əkin sahəsinin strukturu:
2021-ci ilin məhsulu üçün 717,5 hektar sahədə yazlıq dənlilər əkilmişdir ki, ondan 27,0 hektarı buğda, 52,5, hektarı arpa, 91,0 hektarı vələmir, 467,0 hektarı qarğıdalı, 80,0 hektarı sorqo təşkil etmişdir. Keçən ilə nisbətən yazlıq bitkilərin əkin sahəsi 150,5 hektar artmışdır. Əkinlər əhali təsərrüfatları tərəfindən aparılmışdır. 2021-ci ilin məhsulu üçün payızlıq və yazlıq 10917,5 hektar dənlilər və dənli paxlalı bitkilər biçiləcək sahə vardır. Bu da ötən ilə nisbətən 2412,5 hektar çoxdur. Biçiləcək sahənin payızlıqlardan başqa 467,0 hektarı qarğıdalı, 27,0 hektarı buğda, 52,5 hektarı arpa, 91,0 hektarı vələmir, 80,0 hektarı sorqo, 197,0 hektarı dənli paxlalılardır. Keçən ilə nisbətən qarğıdalı 61,0 hektar, paxlalılar isə 2,0 hektar çox olmuşdur. 49,0 hektar sahədə texniki bitki olan günəbaxan əkilmişdir. Tütün əkini olmamışdır. 2021-ci ilin məhsulu üçün rayonda 1776,5 hektar sahədə kartof, tərəvəz və bostan bitkiləri əkilmişdir ki, ondan 1067,0 hektarı kartof, 674,5 hektarı tərəvəz, 35,0 hektarı bostan əkilmiş sahədir. Ötən illə müqayisədə kartof 16,0 hektar, bostan bitkiləri 4,0 hektar, tərəvəz 32,5 hektar çox əkilmişdir. Tərəvəz əkilmiş sahənin 72,0 hektarını kələm, 139,0 hektarını xiyar, 234,0 hektarını pomidor, 23,0 hektarını baş soğan, 11,0 hektarını sarımsaq, 45,0 hektarını badımcan, 30,5 hektarını şirin bibər, 30,0 hektarını acı bibər, 90,0 hektarını göyərti əkilmiş sahə təşkil etmişdir. Əkin sahəsinin 4767,1 hektarı yemlik bitkilərdir ki, ondan 731,0 hektarı cari ildə əkilmiş yonca, 4036,1 hektarı isə keçmiş illərdə əkilmiş yonca sahəsidir. Keçən illə müqayisədə cari ildə əkilmiş yonca 138,0 hektar çox, keçmiş illərdə əkilmiş yonca isə 74,9 hektar az olmuşdur.
2021-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin keçən illə müqayisəli cədvəli
S/S |
Bitkinin adı |
Ölçü vahidi |
2021-ci il |
2020-ci il |
Fərq, + - |
1 |
Payızlıq dənlilər |
hektar |
10003,0 |
7743,0 |
+2260,0 |
2 |
Yazlıq dənlilər |
hektar |
717,5 |
567,0 |
+150,5 |
3 |
Paxlalılar |
hektar |
197,0 |
195,0 |
+2,0 |
4 |
Texniki bitkilər |
hektar |
49,0 |
49,0 |
- |
5 |
Kartof |
hektar |
1067,0 |
1051,0 |
+16,0 |
6 |
Tərəvəz |
hektar |
674,5 |
642,0 |
+32,5 |
7 |
Bostan bitkiləri |
hektar |
35,0 |
31,0 |
+4,0 |
8 |
Yemlik bitkilər |
hektar |
4767,1 |
8353,0 |
-3585,9 |
|
Kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsi |
hektar |
17510,1 |
18631,0 |
-1120,9 |
01 iyul 2021-ci il tarixə 7695,0 hektar taxıl sahəsində biçin aparılmışdır. 3365,0 hektar buğda sahəsindən 12842,1 ton, 4330,0 hektar arpa sahəsindən 13448,6 ton məhsul toplanmışdır. Kümçülər tərəfindən 4435,6 kiloqram barama istehsal olunub təhvil verilmişdir.
Heyvandarlıq məhsulları istehsalı aşağıdakı cədvəldə göründüyü kimidir:
S/S |
Məhsulun adı |
Ölçü vahidi |
2021-ci ilin yanvar-iyun ayları |
2020-ci ilın yanvar-iyun ayları |
Fərq +, - |
1 |
Ət(diri çəkidə) |
ton |
2679,3 |
2731,2 |
-51,9 |
2 |
Süd |
ton |
16631,4 |
16713,8 |
-82,4 |
3 |
Yumurta |
min ədəd |
6015,0 |
6010,0 |
+5 |
4 |
Yun |
ton |
248,0 |
254,2 |
-6,2 |
Heyvandarlıq məhsulları istehsalının azalmasının səbəbi mal-qaranın baş sayının azalması olmuşdur. 01.07.2021-ci il tarixə mal-qaranın baş sayı aşağıdakı cədvəldəki kimidir:
|
Ölçü vahidi |
01.07.2018 |
01.07.2019 |
01.07.2020 |
01.07.2021 |
01.07.2021-ci il 01.07.2020-ci ilə nis- bətən faizlə |
İribuynuzlu mal-qara |
baş |
30384 |
30420 |
30331 |
30173 |
99,5 |
O cümlədən: inək və camışlar |
baş |
16280 |
16497 |
16468 |
16361 |
99,4 |
Qoyun və keçilər |
baş |
145231 |
145258 |
144006 |
138111 |
95,9 |
SƏNAYE
2021-ci ilin yanvar-iyun ayları ərzində rayonun sənaye təşkilatlarında fiziki şəxslər və ev təsərrüfatlarında istehsal olunan sənaye məhsulları da daxil olmaqla istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi ötən ilin eyni dövrünə nisbətən 13,4 faiz artaraq 25665,3 min manat təşkil etmişdir. İstehsal edilmiş məhsulun 7116,5 min manatı, 27,7 faizi dövlət sektorunun, 18548,8 min manatı, 72,3 faizi isə qeyri-dövlət sektorunun payına düşür. Ümumi istehsalın 74,5 faizi sənaye məhsulu istehsalının, 25,5 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. İstehsal edilmiş məhsulun çox hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2021-ci il tarixinə 3123,2 min manatlıq hazır məhsul qalmışdır.
Sənaye sahəsində məhsul istehsalının seksiyalar üzrə müqayisəsi aşağıdakı diaqramda göstərildiyi kimidir:
Mədənçıxarma sənayesində istehsalın dəyəri 11284,6 min manat olmaqla əvvəlki ilin altı ayına nisbətən 53,9 faiz artmışdır. Mədənçıxarma sahəsinin əsas məhsulu olan əmtəəlik bentonit gili istehsalı 130777,0 ton, tikinti daşı istehsalı 18100,0 ton, əhəng daşı tozu istehsalı isə 12203,0 ton təşkil etmişdir. Emal sənayesinə aid olan müəssisələr tərəfindən 7221,3 min manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu ümumi sənaye məhsulunun 28,1 faizini təşkil edir. 2021-ci ilin altı ayında 1375,0 min manatlıq mebel istehsal olunub satılmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda altı ay ərzində göstərilən xidmətlərin dəyəri 6788,2 min manat təşkil etmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi altı ay ərzində 371,2 min manat təşkil etmişdir. Bu məhsul istehsalının 1,5 faizini təşkil edir. Sənaye müəssisələrinin anbarlarında 01.07.2021-ci il tarixə 2783,6 min manat dəyərində gil, 339,6 min manat dəyərində içki qalığı olmuşdur.
2021-ci ilin yanvar-iyun aylarında istehsal olunmuş sənaye məhsullarının natura ifadəsi aşağıdakı kimidir:
Məhsulun adı |
Ölçü vahidi |
2021-ci ilin yanvar-iyun aylarında istehsal edilmişdir |
İstehlakçılara göndərilmişdir |
Hesabat dövrünün sonuna məhsul qalığı |
2020-ci ilin yanvar-iyun aylarında istehsal edilmişdir |
2021-ci ilin yanvar-iyun ayları 2020-ci ilin yanavr-iyun aylarına nisbətən, faizlə |
İnşaat üçün əhəng daşı |
ton |
18100,0 |
18100,0 |
- |
24590,0 |
73,6 |
Bentonit (əmtəəlik) |
ton |
130777,0 |
82814,0 |
200022,0 |
80597,0 |
162,3 |
Tikinti qumu |
ton |
2100,0 |
2100,0 |
- |
- |
- |
Çınqıl |
ton |
12000,0 |
12000,0 |
- |
4800,0 |
250,0 |
Əhəng daşı tozu |
ton |
12203,0 |
12203,0 |
- |
9894,6 |
123,3 |
Şirinləşdirilməmiş mineral və qazlı su |
min dkl |
5,6 |
5,6 |
- |
35,0 |
16,0 |
Araq |
min dkl |
11,0 |
13,0 |
2,4 |
37,4 |
29,6 |
Xalça |
kv.m |
6,0 |
6,0 |
- |
80,0 |
7,5 |
Yataq mebel dəsti |
ədəd |
469 |
469 |
- |
1144 |
41,0 |
Qonaq otağı üçün mebel |
ədəd |
684 |
684 |
- |
1392 |
49,1 |
Elektrik enerjisi (əmtəəlik) |
qvt.s |
50,3 |
50,3 |
- |
48,7 |
103,1 |
Qaz (əmtəəlik) |
mlyn kub metr |
57,1 |
57,1 |
- |
63,5 |
89,9 |
Su (əmtəəlik) |
min kub metr |
411,5 |
411,5 |
- |
464,7 |
88,6 |
2021-ci ilin altı ayında rayonda müəssisələr tərəfindən 18100,0 ton tikinti daşı istehsal olunub satılmışdır. Əmtəəlik gil istehsalı 130777,0 ton olmuş, 82814,0 ton gil satılmış və 2021-ci ilin iyul ayının 1-i tarixinə əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla 200022,0 ton gil, 2,4 min dekalitr araq qalığı olmuşdur. Altı ay ərzində mebel istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 469 ədəd yataq mebel dəsti, 684 ədəd yemək və qonaq otağı üçün mebel istehsal olunub satılmışdır. Yanvar-iyun ayları ərzində rayonda 50,3 Qvts elektirik enerjisi, 57,1 milyon kub qaz bölüşdürülmüş, 411,5 min kub su istehsal olunub satılmışdır. 2021-ci ilin yanvar-iyun aylarında rayonun sənaye müəssisələrində muzdla çalışan işçilərin orta sayı 914 nəfər olmuşdur ki, bu da ötən illin eyni dövrü ilə müqayisədə 79,5 faiz təşkil edir. İşçilərin 356 nəfəri dövlət, 558 nəfəri isə qeyri-dövlət sektorunda çalışır. İşçilərin 306 nəfəri mədənçıxarma, 248 nəfəri emal, 210 nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 150 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışmışdır. İlkin hesablamalara əsasən sənaye müəssisələrində işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz artaraq 531,6 manat olmuşdur. Orta aylıq əməkhaqqı dövlət sektorunda 508,9 manat, qeyri-dövlət sektorunda isə 546,0 manat təşkil etmişdir. Sənaye müəssisələrinə altı ay ərzində 84 nəfər işçi qəbul edilmiş, 131 nəfər işdən azad edilmişdir.
ƏSASLI TİKİNTİ
2021-ci ilin yanvar-iyun aylarında rayonda istifadəyə verilmiş əsas fondların dəyəri 3202,6 min manat olmuşdur. İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən 9962,9 min manat vəsait yönəldilmişdir. Ümumi vəsaitin 9398,2 min manatı və ya 94,3 faizi tikinti quraşdırma işlərinə sərf edilmişdir. Altı ay ərzində 72 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bundan 34-ü kənd yerindədir. Yaşayış evlərinin ümumi sahəsi 11520,0 kv/m, yaşayış sahəsi isə 6912,0 kv/m təşkil etmişdir. İstifadəyə verilmiş yaşayış evlərinin dəyəri 1360,0 min manatdır. Tikinti müəssisələri tərəfindən görülən inşaat işlərinin həcmi 936,4 min manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57,1 faiz təşkil edir. 2021-ci ilin altı ayı ərzində tikinti sektorunda işləyən işçilərin orta sayı 114 nəfər olmuş, orta aylıq nominal əməkhaqqı 484,3 manat təşkil etmişdir.
İSTEHLAK BAZARI
2021-ci ilin yanvar-iyun ayları ərzində rayonda 31 ticarət müəssisəsi, 180 ticarət yerinə malik kənd təsərrüfatı məhsulları bazarı və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər ticarət fəaliyyəti göstərmişdir. Araşdırılan dövr ərzində istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə rayonun istehlak bazarında əhaliyə 98650,0 min manatlıq istehlak malları satılmışdır. İstehlak mallarının içərisində ərzaq malları 61,4 faizlə üstünlük təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsinin fiziki həcm indeksi 102,3 faiz olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,0 faiz azalaraq 12270,0 min manat olmuşdur. Məişət xidməti 1950,0 min manat, iaşə dövriyyəsi isə 895,0 min manat təşkil etmişdir.
Pərakəndə ticarətin quruluşu aşağıdakı kimidir
Rayonda pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmi 98650,0 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin 19,2 faizi hüquqi şəxslərin, 64,6 faizi kənd təsərrüfatı bazarının, əşya və qarışıq mallar yarmarkasının, 16,2 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin payına düşür. Yarımil ərzində rayon əhalisinin hər bir nəfəri tərəfindən ticarət şəbəkələrindən 996,7 manatlıq istehlak malları alınmışdır. Hər bir sakinə 124,0 manatlıq ödənişli xidmət göstərilmişdir. Hüquqi və fiziki şəxslər tərəfindən rayon əhalisinə 895,0 min manatlıq iaşə xidmətləri göstərilmişdir. Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlər nəticəsində iaşə xidmətlərinin həcmi keçən ilın 1-ci yarımilinə nisbətən 3,9 faiz azalmışdır.
NƏQLİYYAT
2021-ci ilin 1-ci yarımili ərzində nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən məhsul buraxılışının həcmi 3178,2 min manat olmuşdur ki, bu da ümumi məhsul buraxılışının 2,7 faizini təşkil edir. COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə sərnişin daşınmasına qoyulmuş məhdudiyyət və nəqliyyat sahəsində həyata keçirilən bəzi tədbirlər öz təsirini göstərmişdir. Belə ki, məhsul buraxılışı ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz azalmışdır. Yük daşınmasının həcmi 540,0 min ton olmuş, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz azdır. Yarımil ərzində 5013,0 min nəfər sərnişin daşınmışdır ki, bu da keçən ilin 1-ci yarımili ilə müqayisədə 16,5 faiz azdır.
2021-ci ilın yanvar-iyun aylarında nəqliyyat və anbar təsərrüfatı sektorunda işçilərin orta sayı 346 nəfər olmuş, orta aylıq nominal əməkhaqqı 14,8 faiz artaraq 759,9 manat təşkil etmişdir.
RABİTƏ
2021-ci ilin 1-ci yarımilində rabitə sektorunda məhsul buraxılışının faktiki qiymətlərlə həcmi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 9,4 faiz artaraq 956,5 min manat təşkil etmişdir. Göstərilmiş rabitə xidmətləri içərisində şəhərlərarası və beynəlxalq telefon rabitəsi 3,7 faiz, şəhər telefon rabitəsi 10,6 faiz, kənd telefon rabitəsi 22,3 faiz, internet xidməti isə 63,4 faiz təşkil etmişdir. 01 iyul 2021-ci il tarixə rayonda 10597 internet abunəçisi olmuşdur. Yarımil ərzində internet qoşulmalarının sayı 577 olmuşdur. Araşdırılan dövr ərzində göndərilən sadə və sifarişli məktub, banderolların sayı 18540 ədəd, daxil olanların sayı isə 17362 ədəd olmuşdur ki, bunlardan 1530 ədədi ölkə xaricinə göndərilmiş, 62 ədədi xarici ölkələrdən daxil olmuşdur. Poçt müəssisələri tərəfindən 503 ədəd poçt bağlaması göndərilmişdir ki, bundan 52 ədədi xarici ölkələrə göndərilmişdir. Daxil olan bağlamaların sayı 1483 olmuşdur.
ƏMƏK BAZARI
01.07.2021-ci il tarixə rayonda ilkin hesablamalara əsasən muzdla işləyənlərin orta sayı 10089 nəfər olmuşdur. Muzdla işləyənlərin 3480 nəfəri maddi istehsal sahələrində, 6609 nəfəri isə xidmət sahələrində çalışır. Mülkiyyət növləri üzrə muzdla işləyən işçilərin 68,1 faizi dövlət, 31,9 faizi qeyri-dövlət mülkiyyətinə məxsus subyektlərdir. İqtisadi fəaliyyət növlərinə uyğun olaraq muzdla işləyən işçilərin 408 nəfəri, 4,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 914 nəfəri, 9,1 faizi sənaye, 114 nəfəri, 1,1 faizi tikinti, 2024 nəfəri, 20,1 faizi topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, 346 nəfəri, 3,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 130 nəfəri, 1,3 faizi informasiya və rabitə, 94 nəfəri 0,9 faizi maliyyə və sığorta fəaliyyəti, 571 nəfəri, 5,7 faizi dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat, 3157 nəfəri, 31,3 faizi təhsil, 1370 nəfəri, 13,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsı, 961 nəfəri, 9,5 faizi digər xidmət sahələrində çalışmışdır.
Muzdla işləyənlərin strukturu
2021-ci ilin 1-ci yarımilində rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin 1-ci yarımilinə nisbətən 3,0 faiz artaraq 479,8 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışanların əməkhaqları 491,0 manat, özəl müəssisələrdə çalışanların əməkhaqları isə 455,9 manat olmuşdur. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur. 01 aprel 2021-ci il tarixə rayonda iqtisadi fəal əhalinin sayı 57425 nəfər, məşğul əhalinin sayı 53721 nəfər, işsiz əhalinin sayı isə 3704 nəfərdir. Yarımil il ərzində 1108 nəfər məşğulluq orqanlarına müraciət etmiş, ondan 756 nəfəri işlə təmin olunmuşdur. 01 iyul 2021-ci il tarixə 704 nəfər məşğulluq orqanlarında rəsmi qeydiyyatda olan işsiz, 8 nəfər isə işsizlik müavinəti alan şəxs vardır. İşzizlik müavinətinin orta aylıq məbləği 283,2 manat təşkil etmişdir. 2021-ci ilin 1-ci yarımilində 16 yeni müəssisə, 683 nəfər fiziki şəxs qeydiyyatdan keçmişdir.
Faiq PAŞAYEV,
Qazax Rayon Statistika İdarəsinin rəisiFacebook-da paylaş