• Təqvim

  • Maraq



2023-cü ildə Qazax rayonunda əmtəə bazarı haqqında


2023-cü ildə rayonda 55 müəssisə, 180 ticarət yerinə malik kənd təsərrüfatı məhsulları bazarı və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan 667 fiziki şəxs ticarət fəaliyyəti ilə məşğul olmuşdur. 01 yanvar 2024-cü il tarixinə rayonda 856 mağaza, 32 köşk olmuşdur.

2023-cü ildə istehlak bazarında pərakəndə əmtəə dövriyyəsi 2022-ci illə müqayisədə aşağıdakı kimi xarakterizə olunur. 

 

 

 

 

 

2023-cü il

 

 

 

 

2022-ci il

 

2023-cü ilin

2022-ci ilə 

nisbətən

fərqi +,-

2023-cü ilin

2022-ci ilə

nisbətən müqayisəli qiymətlərlə

fiziki

həcm  indeksi, faizlə

Pərakəndə əmtəə dövriyyəsinin

həcmi-cəmi

 

295729,3

 

264740,0

 

+30989,3

 

102,4

o cümlədən hüquqi şəxslər üzrə

 

63210,3

 

58841,5

 

+4368,8

 

98,5

fərdi sahibkarlar, bazar və 

yarmarkalar üzrə

 

232519,0

 

205898,5

 

+26620,5

 

103,5

Pərakəndə ticarət şəbəkələrində satılmış istehlak mallarının həcmi 2022-ci illə müqayisədə 2,4 faiz artaraq 295729,3 min manat olmuşdur.

Pərakəndə ticarət dövriyyəsinin strukturu, faizlə

 

Əmtəə dövriyyəsinin 172582,0 min manatı və ya 58,4 faizi ərzaq mallarının, 123147,3 min manatı və ya 41,6 faizi qeyri-ərzaq mallarının payına düşür.

Ölkə üzrə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində Qazax rayonunun əmtəə dövriyyəsinin xüsusi çəkisi 0,50 faiz, Qazax-Tovuz iqtisadi rayonu üzrə isə 13,6 faiz təşkil etmişdir.

Pərakəndə əmtəə dövriyyəsinin 63210,3 min manatı, yaxud 21,4 faizi hüquqi şəxslərin, 232519,0 min manatı, yaxud 78,6 faizi kənd təsərrüfatı bazarının, əşya və qarışıq mallar yarmarkasının, hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin tərəfindən yaranmışdır. İl ərzində rayon əhalisinin hər bir nəfəri tərəfindən ticarət şəbəkələrindən 2956,76 manatlıq istehlak malları alınmışdır. Hər bir sakini pərakəndə ticarət şəbəkələrindən 1725,82 manatlıq ərzaq,1230,94 manatlıq qeyri-ərzaqmalları almışdır.

2023-cü ildə topdansatış əmtəə dövriyyəsinin həcmi 133896,7 min manat təşkil etmişdir.

01 yanvar 2024-cü il tarixinə pərakəndə ticarət şəbəkələrində mal qalığı 8938,6 min manat olmuşdur.

Dürdanə XƏLİLOVA,

Qazax Rayon Statistika İdarəsinin rəisi       



Facebook-da paylaş