• Təqvim

  • Maraq



2023-cü ilin yanvar-mart aylarında Qazax rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri


2023-cü ilin yanvar-mart aylarında Qazax rayonu üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 80 milyon 493,9 min manat təşkil etmiş və əvvəlki ilin eyni dövrünə nisbətən 0,1 faiz azalmışdır. Məhsul buraxılışının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə sənayedə 7,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 18,8 faiz, informasiya və rabitə xidmətlərində 26,1 faiz, ticarət, nəqliyyat vasitələrinin təmirində 6,6 faiz artmış, kənd təsərrüfatıda 0,4 faiz, tikintidə isə 46,1 faiz azalmışdır. 

2023-cü ilin yanvar-mart aylarında məhsul və xidmətlərin 87,5 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur. Əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 840,6 manat təşkil etmişdir. 

Sənaye: 2023-cü ilin yanvar-mart ayları ərzində faktiki qiymətlərlə 37 milyon 768,3 min manatlıq və ya 2022-ci ilin müvafiq dövrünə nisbətən 107,9 faiz sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. İstehsalın həcmi emal sektorunda 64,9 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 17,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalında 0,9 faiz təşkil etmişdir. Məhsulun 81,9 faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2022-ci ilin yanvar-mart aylarına nisbətən 18,0 faiz artmışdır.

Emal sektorunda 2023-cü ilin yanvar-mart ayları ərzində 24 milyon 527,3 min manatlıq məhsul istehsal edilmiş, 2022-ci ilin yanvar-mart aylarına nisbətən 23,8 faiz artmışdır. Emal sektorunda 2022-ci ilin müvafiq dövrünə nisbətən içki  məhsullarının istehsalı 50,0 faiz, mebellərin istehsalı 13,8 faiz artmışdır. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun real həcmi 2022-ci ilin yanvar-mart aylarına nisbətən 8,0 faiz azalmış, rayon əhalisinə və digər istehlakçılara 24113,1 milyon kVt-saat elektrik enerjisi, 37,8 milyon kubmetr təbii qaz verilmişdir. 

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunun real həcmi 61,8 faiz artmış, əhaliyə və digər istehlakçılara 240,8 milyon kubmetr təbii su verilmişdir.

Kənd təsərrüfatı: 2023-cü ilin məhsulu üçün 5165,0 hektar sahədə payızlıq buğda, 6535,0 hektar sahədə arpa səpini aparılmışdır. 

2023-cü ilin yanvar-mart aylarında heyvandarlıq sahəsində 1317,6 ton ət (diri çəkidə), 7449,0 ton süd, 271,6 min ədəd yumurta istehsal edilmişdir. 2022-ci ilin yanvar-mart aylarına nisbətən ət istehsalı 104,0 ton (0,8 faiz), süd istehsalı 8,0 ton (0,1 faiz) azalmış, yumurta istehsalı  isə 1,0 min ədəd  artmışdır.

2023-cü il aprel ayının 1-nə rayonun təsərrüfatlarında 29559 baş iribuynuzlu mal-qara (ondan 16190 baş inək və camış), 127795 baş qoyun və keçi mövcud olmuşdur. 2022-ci ilin müvafiq dövrünə nisbətən mal-qaranın baş sayı 2,3 faiz, qoyun və keçilərin baş sayı isə 9,6 faiz azalmışdır.

Tikinti: 2023-cü ilin yanvar-mart aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyon 968,2 min manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 43,2 faiz az vəsait yönəldilmişdir. 

Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyon 719,6 min manatı və ya 93,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Nəqliyyat: 2023-cü ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 405,0 min nəfər sərnişin daşınmış, 2022-ci ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artım müşahidə olunmuşdur.

2023-cü ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı ilə 525,7 min ton yük daşınmış və 2022-ci ilin müvafiq dövrünə nisbətən 30,2 faiz artmışdır. 

İnformasiya və rabitə: İnformasiya və rabitə müəssisələri tərəfindən 2023-cü ilin yanvar-mart ayları ərzində faktiki qiymətlərlə 596,4 min manatlıq xidmət göstərilmiş və -87,3 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 26,0 faiz artmış, bu sahədə əldə olunmuş gəlirin 88,0 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən 15,0 faiz artmışdır. 

Pərakəndə ticarət: 2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 69 milyon 437,3 min manatlıq məhsul satılmış, xidmət sahələri tərəfindən 9 milyon 234,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 6,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 8,9 faiz artmışdır. 

Ticarət şəbəkələrində 41 milyon 640,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 27 milyon 797,3 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsullarının satışı 0,1 faiz, qeyri-ərzaq məhsullarının satışı 15,4 faiz artmışdır. 

İstehlak qiymət indeksləri: 2023-cü ilin mart ayında istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində fevral ayına nisbətən 0,7 faiz bahalaşma, o cümlədən ərzaq məhsulları, içkilər və tütünün qiymətlərində 1,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətlərində 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində bahalaşma müşahidə olunmamışdir. 2023-cü ilin yanvar-mart aylarında 2022-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində 11,8 faiz bahalaşma, o cümlədən ərzaq məhsulları, içkilər və tütünün qiymətlərində 18,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətlərində 7,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 6,0 faiz bahalaşma müşahidə olunmuşdur. 

Əməkhaqqı: 2023-cü ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 598,9 manat, dövlət sektorunda 603,3 manat, qeyri-dövlət sektorunda 592,0 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesində 969,5 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 813,2 manat, maliyyə və sığortada 1316,6 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda 398,2 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminatda 862,8 manat, təhsildə 537,5 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 706,7 manat, istirahət, əyləncə və incəsənət sahəsində 469,2 manat təşkil etmişdir.

Demoqrafik vəziyyət: 2023-cü ilin yanvar-mart aylarında rayon əhalisinin sayı 102 nəfər artaraq 2023-cü il aprel ayının 1-i vəziyyətinə 95 min 875 nəfər təşkil etmişdir. 

Cədvəl 1 

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR

 

2023-cü ilin

yanvar-mart

ayları,

faktiki

qiymətlərlə

2023-cü ilin

yanvar-mart

ayları

2022-ci ilin

yanvar-mart

aylarına

nisbətən,

faizlə

Məlumat üçün

2022-ci ilin

yanvar-mart

ayları

2021-ci ilin yanvar-mart

aylarına

nisbətən, faizlə

Ümumi məhsul buraxılışı, min manat,

o cümlədən qeyri-dövlət bölməsi

80493,9

70440,7

99,9

-

100,1

-

Sənaye məhsulunun ümumi həcmi, min manat, o cümlədən qeyri-dövlət sənayesi

37768,3

 

30937,5

107,9

 

-

81,8

 

-

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat, o cümlədən tikinti-quraşdırma işlərinə

3968,2

 

3719,6

56,8

 

53,9

129,9

 

134,0

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

14415,1

99,6

99,1

Nəqliyyat sektorunda yük daşınması, min ton

 

525,7

 

130,2

 

102,7

Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin

 

405,0

 

104,0

 

149,3

İnformasiya və rabitə xidmətləri, min manat

 

596,4

 

126,0

 

98,0

Pərakəndə ticarət dövriyyəsi,        min manat

 

69437,3

 

106,6

 

102,9

Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat

9234,0

108,9

102,4

Orta aylıq nominal əməkhaqqı, manat 

598,9**)

116,6***)

114,0****)

Əhalinin sayı, 2023-cü il 01.04.2023 vəziyyətinə, min nəfər

95875

100,5

100,3

Qeyd: *) fiziki şəxslər nəzərə alınmaqla;

      **) 2023-cü ilin yanvar-fevral ayları;

   ***) 2023-cü ilin yanvar-fevral ayları 2022-ci ilin yanvar-fevral aylarına nisbətən; 

   ****) 2021-ci ilin yanvar-fevral ayları 2021-ci ilin yanvar-fevral aylarına nisbətən.

Ümumi məhsul buraxılışı

2023-cü ilin yanvar-mart aylarında 80 milyon 493,9 min manat həcmində və ya 2022-ci ilin müvafiq dövrünə nisbətən 0,1 faiz az ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 840,6 manat təşkil etmişdir. 

2023-cü ilin yanvar-mart ayları ərzində istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 37 milyon 768,3 manat (46,9 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 14 milyon 415,1 min manat (17,9 faiz), tikintidə 3 milyon 719,6 manat (4,6 faiz), nəqliyyat və anbar təsərrüfatında 2 milyon 191,2 manat (2,7 faiz), informasiya və rabitədə 596,4 manat (0,7 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 21 milyon 803,3 manat (27,2 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı, sənayedə 7,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 18,8 faiz, informasiya və rabitə xidmətlərində 26,1 faiz, ticarət, nəqliyyat vasitələrinin təmirində 6,6 faiz artmış, kənd təsərrüfatında 0,4 faiz, tikintidə 46,1 faiz, azalmışdır.

Cədvəl 2 

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi

                                                                           

2023-cü ilin

yanvar-mart

aylarında

faktiki

qiymətlərlə,

min manat

2022-ci ilin

yanvar-mart

aylarında

faktiki qiymətlərlə,

min manat

Qiymət indeksi, faizlə

2023-cü ilin yanvar-mart

ayları

2022-ci ilin qiymətləri ilə,

min manat 

Fiziki

həcm

indeksi,

faizlə

Ümumi

həcmdə

xüsusi

çəkisi,

faizlə

A

1

2

3

4

5

6

Sənaye

37768,3

19500,7

179,5

21041,3

107,9

46,9

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq    

14415,1

12859,8

112,5

12812,5

 

 

99,6

 

 

17,9

Tikinti

3719,6

6904,4

100,0

3719,6

53,9

4,6

Nəqliyyat və anbar təsərrüfatı 

2191,2

1762,9

104,6

 

2094,9

 

118,8

 

2,7

İnformasiya və rabitə

596,4

473,3

99,9

597,2

126,1

 

0,7

Ticarət; nəqliyyat vasitələrinin təmiri

21803,3

18148,5

112,7

19346,3

 

106,6

 

27,2

Yekun:

80493,9

60387,2

100,1

59611,9

99,9

100,0

Qrafik 1 

2023-cü ilin yanvar-mart aylarında ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə

Qrafik 2

2023-cü ilin yanvar-mart aylarında ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə


Sənaye

2023-cü ilin yanvar-mart aylarında Qazax rayonunda 37 milyon 768,3 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz çox olmuşdur. Ümumi istehsalın 81,8 faizini sənaye məhsulları, 18,2 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 64,9 faizi emal, 17,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı, 16,9 faizi mədənçıxarma  sektorunda istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda istehsalın həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətən 2 dəfə artaraq 30 milyon 937,5 manat və ya sənaye məhsulunun 81,9 faizini təşkil etmişdir. 

Qrafik 3

2023-cü ilin yanvar-mart aylarında məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə


İstehlakçılara 44 milyon 367,2 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 aprel 2023-cü il tarixində sənaye müəssisələrinin anbarlarında 5 milyon 196,9 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 13,8 faizini təşkil etmişdir. 

Cədvəl 3 

Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı 

Fəaliyyət növlərinin adı

2023-cü ilin

yanvar-mart

aylarında

istehsal

edilmişdir,

min manat

2022-ci ilin yanvar-mart

aylarına

nisbətən

sabit qiymətlərlə, faizlə

İstehsalın ümumi həcmində xüsusi çəkisi,

faizlə

Cəmi *) 

37768,3

107,9

100,0

o cümlədən:

 

 

 

dövlət sektoru

6830,8

-

18,1

qeyri-dövlət sektoru

30937,5

-

81,9

Mədənçıxarma sənayesi

6385,8

119,9

16,9

o cümlədən: mədənçıxarma sənayesinin digər sahələri

 

6385,8

 

119,9

 

16,9

Emal sənayesi

24527,3

123,8

64,9

o cümlədən:

 

 

 

qida məhsullarının istehsalı 

2161,5

-

5,7

içki istehsalı

4,2

150,0

0,01

toxuculuq  sənayesi

2,4

100,0

0,01

mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı

18,3

-

0,05

poliqrafiya məhsullarının istehsalı

24,1

-

0,06

rezin və plastik kütlə məmulatlarının istehsalı

95,1

-

0,25

tikinti materiallarının istehsalı

19890,7

100,0

52,65

elektrik avadanlıqlarının istehsalı

9,7

405,2

0,03

mebellərin istehsalı

2309,5

113,8

6,11

sair sənaye məhsullarının istehsalı 

3,5

190,6

0,01

maşın və avadanlıqların quraşdırılması və təmiri

8,3

232,6

0,02

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

6526,3

92,0

17,3

Su təchizatı, tullantıların 

təmizlənməsi və emalı

328,9

161,8

0,9

o cümlədən: suyun yığılması, təmizlənməsi və paylanması 

192,2

-

0,5

digər tullantıların yığılması və məhv   edilməsi

135,7

-

0,4

*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla

Emal sektorunun müəssisələri tərəfindən 2023-cü ilin yanvar-mart ayları ərzində 24 milyon 527,3 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişrayon üzrə məhsul istehsalının ümumi həcmində 64,9 faiz təşkil etmiş və 2022-ci ilin müvafiq dövrünə nisbətən 23,8 faiz artmışdır. Sahə üzrə məhsul istehsalının əsasını tikinti materiallarının istehsalı (52,65 faiz), qida məhsullarının istehsalı (5,7 faiz), mebellərin istehsalı (6,11 faiz)  təşkil edir. 

Qida məhsullarının istehsalı 8,4 faiz azalaraq 2 milyon 161,5 min manata çatmış və bölmənin məhsullarının 5,7 faizini təşkil etmişdir. 

İçki istehsalının real həcmi 50 faiz artaraq 4,2 min manat təşkil etmiş, onlardan 0,7 min dekalitr və ya 50 faiz çox şirinləşdirilməmiş qazsız su istehsal edilmişdir.

Toxuculuq sənayesi məhsulları üzrə ixtisaslaşan müəssisələr tərəfindən 2,4 min manatlıq məhsul, ondan 12 kv.m ilməli xalça istehsal edilmişdir. 2022-ci ilin aprel ayının əvvəlinə sahə müəssisələrinin anbarlarında hazır məhsul qalığı mövcud olmamışdır. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2023-cü il yanvar-mart aylarında 6 milyon 526,3 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmişdir. Bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,0 faiz azalmış, rayon əhalisinə və digər istehlakçılara 24113,1 milyon kVt-saat  elektrik enerjisi, 37,8 milyon kub metr təbii qaz verilmişdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin real həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətən 61,8 faiz artmış və 328,9 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 240,8 milyon kub metr təbii su verilmişdir.

Cədvəl 4 

Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri *)

Məhsul növlərinin adı və

ölçü vahidi

2023-cü il yanvar-mart aylarında istehsal

edilmişdir (əmtəəlik)

2022-ci

il yanvar-mart aylarına

nisbətən,

faizlə

01.04.2023-cü il

vəziyyətinə

hazır məhsul ehtiyatı

Mədənçıxarma sənayesi 

bentonit, ton

35665,0

124,8

169220,0

əhəngdaşı  tozu, ton

6520,0

82,0

-

inşaat  üçün əhəng     daşı, ton

9450,0

102,3

 

Qida məhsullarının istehsalı 

 

 

 

buğda və ya çovdarla qarışıq buğda unu, ton

127,5

95,0

-

çörək, ton

770,51

92,0

-

İçki istehsalı

Şirinləşdirilməmiş mineral və qazlı sular, min dekalitr

2,1

150,0

-

Toxuculuq  sənayesi

ilməli xalça, kv.m 

12,0

100,0

-

Mebellərin istehsalı

yataq otağı üçün taxta mebellər, ədəd

670

140,0

-

yemək və qonaq otaqları üçün taxta mebellər, ədəd

570

122,0

-

Elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi və təchizatı

elektrik enerjisinin bölüşdürülməsi, mlyn. kVt.s

24113,1

104,6

-

qazın bölüşdürülməsi, mlyn.kub metr

37,8

91,7

-

buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, min Q.kal

2807,0

136,7

-

təbii suyun yığılması və bölüşdürülməsi,

mlyn.kub m

240,8

186,2

-

 *) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmadan

Tikinti

Əsas kapitala yönəldilmiş vəsaitlər

İlkin məlumatlara əsasən 2023-cü ilin yanvar-mart aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyon 968,2 min manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 43,2 faiz az vəsait yönəldilmişdir. 

Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyon 719,6 min manatı və ya 93,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin 69,8 faizini dövlət sektoru, 29,2 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir.

Cədvəl 5 

Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər *

 

2023-cü ilin 

yanvar-mart aylarında,

min manat

2022-ci ilin 

müvafiq 

dövrünə

 nisbətən, 

faizlə

Ümumi

 həcmdə 

xüsusi                      çəkisi, faizlə

Cəmi

3968,2

56,8

100,0

o cümlədən:

 

 

 

dövlət sektoru

2775,6

53,1

69,9

qeyri-dövlət sektoru

1192,6

67,8

30,1

ondan:

 

 

 

fərdi yaşayış evlərinin tikintisinə

1160,0

90,6

29,2

                                                                                                Qrafik 4

Əsas kapitala yönədilmiş vəsaitlərin mülkiyyət növləri üzrə strukturu, faizlə

 

Tikinti müəssisələrinin fəaliyyəti haqqında

2023-cü ilin yanvar-mart aylarında fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş işlərin həcmi 517,1 min manat təşkil etmiş və ümumi tikinti işlərinin 504,0 min manatını, yaxud 97,5 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri (ondan 90,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 9,3 faizini əsaslı təmir, - faizini cari təmir işləri) təşkil etmişdir. 2,5 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. 

Cədvəl 6

Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən 

yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla 

(2023-cü ilin yanvar-mart aylarında)

 

Cəmi

Ümumi

 yekuna nisbətən, 

faizlə

2022-ci ilin 

müvafiq 

dövrünə

 nisbətən, faizlə

Cəmi

517,1

100,0

104,4

o cümlədən:

 

 

 

Hüquqi şəxslər 

504,0

97,5

101,7

o cümlədən:

 

 

 

tikinti, yenidənqurma və genişləndirmə

457,1

90,7

-

əsaslı təmir

46,9

9,3

-

cari təmir

-

-

-

sair işlər 

-

-

-

Fiziki şəxslərin yerinə yetirdiyi işlər

13,1

2,5

-

Kənd təsərrüfatı

2023-cü ilin yanvar-mart aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 14415,1 min manat təşkil etmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalmışdır.

Bitkiçilik: 2023-cü ilin məhsulu üçün 5165,0 hektar sahədə payızlıq buğda, 6535,0 hektar sahədə payızlıq arpa səpini aparılmışdır. Qazax rayonu üzrə 2023-cü ilin məhsulu üçün olan kənd təsərrüfatı bitkilərinin əkin sahəsi aşağıdakı cədvəllə xarakterizə olunur:

Cədvəl 7

Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar

 

2023-cü ildə

2022-ci ildə

2023-cü il

2022-ci ilə nisbətən, faizlə

Dənlilər və dənli paxlalı bitkilər

11866,0

11445,2

103,7

o cümlədən:

 

 

 

buğda

5229,0

4876,6

107,2

arpa

6597,0

6499,6

101,5

Cəmi əkin sahəsi 

13696,0

13135,2

104,3

Heyvandarlıq: 2023-cü ilin yanvar-mart aylarında heyvandarlıq bölməsində diri çəkidə 1317,6 ton ət, 7449,0 ton süd, 2716,0 min ədəd yumurta istehsal edilmişdir. 2022-ci ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 1,0 min ədəd  artmış, ət istehsalı 10,4 ton, süd istehsalı isə 0,8 ton azalmışdır. 

                                                                                                          Cədvəl 8

Heyvandarlıq məhsullarının istehsalı, sentner

       

2023-cü ilin yanvar-mart  aylarında

2022-ci ilin yanvar-mart aylarında

2023-cü ilin yanvar-mart ayları 2022-ci ilin müvafiq dövrünə nisbətən

%

+, -

Ət (diri çəkidə)

13176,0

13280,0

99,2

-104,0

Süd

74490,0

74498,0

99,9

-8,0

Yumurta, min ədəd

2716,0

2715,0

100,0

+1,0

Qrafik 5

Əsas növ heyvandarlıq məhsullarının istehsalı, sentner


2023-cü ilin aprelin 1-nə rayonda 29559 baş iribuynuzlu mal-qara (ondan 16190 baş inək və camış), 127795 baş qoyun və keçi mövcud olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 691 baş (2,3 faiz) azalmış (inək və camışlar 217 baş (1,3 faiz) azalmış, qoyun və keçilərin sayı 13551 baş (9,6 faiz) artmışdır.

                                         Cədvəl 9

Mal-qaranın sayı, aprelin1-i vəziyyətinə, baş

       

2023-cü ilin yanvar-mart aylarında

2022-ci ilin yanvar-mart aylarında

2023-cü ilin yanvar-mart ayları

2022-ci ilin müvafiq dövrünə nisbətən

%

+, -

İribuynuzlu mal-qara 

29559

30250

97,7

-691

ondan:

 

 

 

 

inək və camışlar

16190

16407

98,7

-217

Qoyun və keçilər

127795

141346

90,4

-13551

Nəqliyyat

2023-cü ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 405,0 min nəfər sərnişin daşınmış, 2022-ci ilin müvafiq dövrünə nisbətən 104,1 faiz artmışdır.  

                                                                                                              Cədvəl 10   

Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər 

 

2023-cü ilin

yanvar-mart aylarında

2022-ci ilin

yanvar-mart aylarında

2022-ci ilin 

müvafiq dövrünə

nisbətən, faizlə

 Cəmi

405,0

389,0

104,1

2023-cü ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı ilə 525,7 min ton yük daşınmış və 2022-ci ilin müvafiq dövrünə nisbətən 130,2 faiz artmışdır.

Cədvəl 11

Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton

 

 

2023-cü ilin

yanvar-mart aylarında

2022-ci ilin

yanvar-mart aylarında

2022-ci ilin 

müvafiq dövrünə

nisbətən, faizlə

 Cəmi

525,7

403,8

130,2

                                                                                                                  Qrafik 6


2023-cü ilin yanvar-mart ayları ərzində nəqliyyat müəssisələri tərəfindən 2 milyon 191,2 min manatlıq xidmət göstərilmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən 18,8 faiz artmışdır. Göstərilmiş xidmətin 112,4 min manatı (5,1 faizi) dövlət sektorunun, 2 milyon 78,8 min manatı (94,9 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir.

Cədvəl 12

 

2023-cü ilin

yanvar-mart aylarında,

 manatla

2022-ci ilin

yanvar-mart aylarında, 

manatla

2022-ci ilin 

müvafiq 

dövrünə 

nisbətən, faizlə

Nəqliyyat xidmətindən əldə olunan gəlir, faktiki qiymətlərlə *)

2191,2

1762,9

118,8

o cümlədən:

 

 

 

dövlət sektoru

112,4

93,9

114,5

qeyri-dövlət sektoru

2078,8

1669,0

119,1

İnformasiya və rabitə

Bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-mart aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 26,0 faiz artaraq 596,4 min manat təşkil etmişdir ki, onun da 520,9 min manatı (87,3 faizi) əhali tərəfindən istifadə olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən 18,8 faiz artmışdır.

Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 88,0 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 12,0 faiz təşkil etmişdir.

Cədvəl 13

İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat

 

2023-cü ilin yanvar-

mart aylarında

2022-ci ilin

yanvar-

mart aylarında

2022-ci ilin

müvafiq dövrünə nisbətən,

 faizlə

İnformasiya və rabitə 

xidmətlərindən əldə olunan gəlir

 

596,4

 

473,6

 

126,0

o cümlədən:

 

 

 

dövlət sektoru

525,0

456,6

115,0

qeyri-dövlət sektoru

71,4

17,0

4,2 dəfə

                                                                                                                   Qrafik 7

İnformasiya və rabitə sahəsində göstərilən xidmətin həcmi, min manat


İstehlak bazarı

2023-cü ilin yanvar-mart aylarında istehlakçıların tələbatının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 69 milyon 437,3 min manat olmaqla 2022-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə  6,6 faiz artmışdır. 

Cədvəl 14 

İstehlak bazarı üzrə əsas göstəricilər

                                  

2023-cü ilin

yanvar-mart aylarında 

min manat

2023-cü ilin yanvar-mart ayları 

2022-ci ilin yanvar-mart aylarına 

nisbətən, faizlə

İstehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri

 

69437,3

 

106,6

o cümlədən:

 

 

dövlət mülkiyyəti üzrə

-

-

qeyri-dövlət mülkiyyəti üzrə

69437,3

106,6

ondan: fərdi sahibkarlar üzrə

 

54665,5

 

109,8

Əmtəə bazarı

2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 69 milyon 437,3 min manatlıq məhsul satılmış, 41 milyon 640,0 min manatını (59,7 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 27 milyon 797,3 min manatını (40,3 faiz) qeyri-ərzaq malları təşkil etmişdir.

2022-ci ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 6,6 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,0 faiz, qeyri-ərzaq malları üzrə 15,4  faiz artmışdır.

Cədvəl 15

Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu

 

2023-cü ilin

 yanvar-mart aylarında,

min manat

Ümumi yekunda xüsusi çəkisi, faizlə

2023-cü ilin yanvar-mart ayları 

2022-ci ilin yanvar-mart aylarına 

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

69437,3

100,0

106,6

 o cümlədən:

 

 

 

ərzaq məhsulları, içkilər və tütün məmulatları

41640,0

59,7

101,0

qeyri-ərzaq malları

27797,3

40,3

115,4

2023-cü ilin yanvar-mart aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 724,8 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 434,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 290,1 manatlıq qeyri-ərzaq malları almışdır. Pərakəndə ticarət dövriyyəsinin 21,3 faizini hüquqi şəxslər, 15,4 faizini fərdi sahibkarlar tərəfindən, 63,3 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir.

                                                                                                      Cədvəl 16

Məhsul bazarı üzrə əsas göstəricilər

 

2023-cü ilin

yanvar-mart aylarında,

min manat

2023-cü ilin yanvar-

mart ayları 

2022-ci ilin yanvar-

mart aylarına 

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

69437,3

106,6

o cümlədən:

 

 

müəssisələr üzrə

14771,8

96,2

fərdi sahibkarlar üzrə

10686,1

114,8

bazar və yarmarkalar üzrə

43979,4

87,1

                                                                                                                       Qrafik 8

2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsinin strukturu


                                                                                              Cədvəl 17

Pərakəndə ticarət dövriyyəsinin dinamikası 

 

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, 

müqayisəli qiymətlərlə, faizlə

Pərakəndə

 ticarət dövriyyəsi

o cümlədən

ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə

qeyri-ərzaq

malları üzrə

   2021-ci il

Yanvar-mart

102,9

102,5

102,1

   2022-ci il

Yanvar-mart

106,6

101,0

115,4

2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi  7 milyon 393,0 min manat təşkil etmişdir.

İctimai iaşə xidmətləri

2023-cü ilin yanvar-mart ayları ərzində ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,2 faiz artaraq 915,0 min manat olmuşdur.

                                                                                                            Cədvəl 18

 

2023-cü ilin

 yanvar-mart aylarında,

min manat

2023-cü ilin

yanvar-mart ayları

2022-ci ilin

yanvar-mart aylarına

nisbətən, faizlə

İctimai iaşə xidmətləri, cəmi 

915,0

119,2

o cümlədən:

 

 

hüquqi şəxslər  üzrə

-

-

fiziki şəxslər 

915,0

119,2

Əhaliyə göstərilən ödənişli xidmətlər

2023-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 8,9 faiz artaraq 9 milyon 234 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyon 458,4 min manatlıq xidmət göstərilmişdir  ki, bu da xidmətlərin ümumi dəyərinin 69,9 faizini təşkil etmişdir.

                                                                                                               Cədvəl 19

Ödənişli xidmətlərin göstərilməsi

 

2023-cü ilin

 yanvar-mart aylarında,

min manat

2023-cü ilin

yanvar-mart ayları

2022-ci ilin

yanvar-mart aylarına

nisbətən, faizlə

Ödənişli xidmətlərin ümumi dəyəri-cəmi

9234,0

108,9

o cümlədən:

dövlət sektoru

3527,5

95,1

qeyri-dövlət sektoru 

5706,5

124,2

ondan:  fiziki şəxslər 

2775,5

60,4

2023-cü ilin yanvar-mart aylarında əhalinin hər bir nəfəri orta hesabla 96,4 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir. 

Cədvəl 20 

Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri 

 

Əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə, faizlə

Əhaliyə göstərilən ödənişli xidmətlər

o cümlədən

hüquqi şəxslər üzrə

fiziki şəxslər

 üzrə

2022-ci il

Yanvar-mart

104,9

92,8

117,7

2023-cü il 

Yanvar-mart

108,9

97,6

102,5

                                                          Qrafik 9

2023-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin mülkiyyət növləri üzrə quruluşu

 

İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 49,0 faiz təşkil etmişdir.

Cədvəl 21 

İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri

 

2023-cü ilin yanvar-mart aylarında,

min manatla

2023-cü ilin

yanvar- mart ayları

2022-ci ilin müvafiq dövrünə  nisbətən, faizlə

Ümumi həcmdə 

xüsusi çəkisi, faizlə

İri və orta müəssisələr üzrə, cəmi

5889,4

90,4

63,8

o cümlədən:

 

 

 

digər sahələrin iri və orta müəssisələri

2887,3

94,0

49,0

o cümlədən:

 

 

 

sənaye

2887,3

94,0

49,0

əsas fəaliyyət növü üzrə ( iri və orta müəssisələr) 

3002,1

114,4

51,0

                                                                                                          Qrafik 10

İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası 


Qiymət indeksləri

İstehlak məhsullarının və ödənişli xidmətlərin istehlak qiymətləri indeksi

Rayon üzrə 2023-cü ilin mart ayında istehlak qiymətləri indeksi fevral ayı ilə müqayisədə 100,7 faiz, 2023-cü  ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 111,8 faiz təşkil etmişdir.

2023-cü ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi fevral ayı ilə müqayisədə 101,6 faiz, 2023-cü ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 118,9 faiz təşkil etmişdir.

2023-cü ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi fevral ayı ilə müqayisədə 100,1 faiz, 2023-cü ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 107,1 faiz təşkil etmişdir.

2023-cü ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi fevral ayı ilə müqayisədə 100,0 faiz, 2023-cü ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 106,0 faiz təşkil etmişdir.

Cədvəl 22

İstehlak qiymətləri indeksinin dəyişməsi

 

Cəmi məhsullar və xidmətlər

Ərzaq məhsulları, içkilər və tütün  məmulatları

əvvəlki aya nisbətən, faizlə

əvvəlki ilin müvafiq dövrünə

nisbətən,

 faizlə

əvvəlki aya nisbətən,

faizlə

əvvəlki ilin müvafiq dövrünə nisbətən, 

faizlə

2023-cü il

Yanvar

101,0

111,2

101,4

118,4

Fevral

101,0

111,6

100,6

118,5

Mart

100,7

111,8

101,6

118,9

 

Qeyri-ərzaq məhsulları 

Xidmətlər

əvvəlki aya nisbətən, faizlə

əvvəlki ilin müvafiq dövrünə

nisbətən,  

faizlə

əvvəlki aya nisbətən, 

faizlə

əvvəlki ilin müvafiq dövrünə nisbətən,

 faizlə

2023-cü il

Yanvar

101,1

107,3

100,2

104,5

Fevral

100,0

107,3

102,2

105,6

Mart

100,1

107,1

100,0

106,0

Muzdla işləyənlərin sayı

Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2023-cü ilin yanvar-fevral aylarında 10949 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 6663 nəfər (60,9 faiz), qeyri-dövlət sektorunda isə 4286 nəfər (39,1 faiz) təşkil etmişdir. 

Muzdlu işçilərin 19,1 faizi məhsul istehsalı sahələrində, ondan 14,1 faizi sənaye (o cümlədən 3,0 faizi mədənçıxarma, 7,5 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı) sahələrində, 1,1 faizi tikinti, 3,9 faizi kənd təsərrüfatı, ovçuluq və meşəçilik sektorunda məşğul olmuşdur. 

Xidmət sahələrində çalışanların 28,5 faizi təhsil, 22,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,3 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat,1,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,0 faizi maliyyə və sığorta, 1,0 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışmışlar.

Yeni iş yerlərinin açılması

İlkin məlumatlara əsasən 2023-cü ilin yanvar-mart aylarında hüquqi şəxslər üzrə 25 yeni iş yeri açılmış və 371 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərindən 60,0 faizi yeni, 40,0 faizi mövcud müəssisə və təşkilatlarda yaradılmışdır.

                                                                                                             Cədvəl 23

2022-ci ildə və 2023-cü ilin yanvar-mart aylarında yeni açılmış 

iş yerlərinin xarakteristikası

 

2022-ci il

2023-cü ilin yanvar-mart aylarında

Xüsusi çəkisi, faizlə



Yeni iş yerlәrinin sayı (fərdi sahibkarlar istisna olmaqla), cәmi

135

25

100,0


o cümlədən:

 

 

 


yeni yaradılmış müəssisə və təşkilatlarda

65

15

60,0


mövcud  müəssisə və təşkilatlarda

70

10

40,0


fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda

-

-

-


digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli layihələr, abadlıq işləri və s.)

-

-

-


Yeni yaradılmış fәrdi sahibkarlıq subyektlәrinin sayı

1270

371

100,0


                                                                                                             Qrafik 11

2023-cü ilin yanvar-mart aylarında yeni açılmış iş yerləri strukturu

(fərdi sahibkarlar istisna olmaqla)

 (yekuna görə, faizlə)


Əməkhaqqı

2023-cü ilin yanvar-fevral aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 598,9 manat, həmçinin dövlət sektorunda 603,3 manat, qeyri-dövlət sektorunda 592,0 manat təşkil etmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən  rayon üzrə 16,0 faiz artmış, dövlət sektoru üzrə 9,8 faiz artmış, qeyri-dövlət sektoru üzrə 32,6 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı  rayon göstəricisindən çox olmuş, emal bölməsində 969,5 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 813,2 manat, maliyyə və sığortada 1316,6 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminatda 862,8 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində 706,7 manat təşkil etmişdir.                                                                                                     

Cədvəl 24

2023-cü ilin yanvar-fevral aylarında iqtisadi fəaliyyət 

növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı

Hərfi

işarəsi

 

 

 

Fəaliyyət növləri

 

 

İşçilərin

sayı,

nəfər

 

Bir işçiyə düşən orta aylıq nominal 

əməkhaqqı, manat

2023-cü

 ilin 

yanvar-fevral aylarında

2022-ci ilin 

yanvar-fevral

aylarına nisbətən, 

faizlə

Orta  rayon göstəricisinə

nisbətən,

faizlə

 

Cəmi

10949

598,9

116,6

100,0

 

ondan:

 

 

 

 

 

dövlət mülkiyyəti

6663

603,3

109,8

100,7

 

qeyri-dövlət mülkiyyəti

4286

592,0

132,6

98,8

 

o cümlədən:

 

 

 

 

A

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

428

412,7

112,9

68,9

B

Mədənçıxarma sənayesi

323

833,1

113,0

139,1

C

Emal sənayesi *)

824

969,5

275,8

161,9

D

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

229

813,2

115,2

135,7

E

Su təchizatı, tullantıların təmizlənməsi və emalı 

159

464

107,5

77,4

F

Tikinti

126

534,7

111,0

89,2

G

Ticarət; nəqliyyat vasitələrinin  təmiri*) 

2456

422,3

111,5

70,5

H

Nəqliyyat və anbar təsərrüfatı

204

858,0

97,3

143,2

İ

Turistlərin yerləşdirilməsi və 

ictimai iaşə    

30

382,9

112,8

63,8

J

İnformasiya və rabitə

118

488,0

124,0

81,4

K

Maliyyə və sığorta fəaliyyəti

106

1316,6

96,2

219,8

L

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

39

398,2

115,7

66,4

M

Peşə, elmi və texniki fəaliyyət

32

442,9

106,6

73,9

N

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

164

467,0

106,1

77,9

O

Dövlət idarəetməsi və müdafiə; sosial təminat                                

611

862,8

126,2

144,0

P

Təhsil

3120

537,5

101,1

89,7

Q

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

1345

706,7

123,2

117,9

R

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

598,0

469,2

121,4

78,3

S

Digər sahələrdə xidmətlərin göstərilməsi

36

605,6

114,5

101,1

*) Fiziki şəxslər nəzərə alınmaqla

                Qrafik 12

2023-cü və 2022-ci ilin yanvar-fevral aylarında rayon üzrə orta aylıq nominal əməkhaqqının dinamikası


Demoqrafik vəziyyət

Qazax rayon əhalisinin sayı 2023-cü ilin yanvar-mart aylarında 102 nəfər artaraq 01.04.2023-cü il vəziyyətinə 95 min 875 nəfərə çatmışdır. Əhalinin 49,2 faizini (47 min 170 nəfər) kişilər, 50,8 faizini (48 min 705 nəfər) qadınlar təşkil edir. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 138 nəfər olmuşdur. 

Qazax rayonunda 01.01.2023-cü il  tarixinə əmək qabiliyyətli yaşadək (0-14 yaşda olan uşaq və yeniyetmələr) 20118 nəfər (21,0 faiz), əmək qabiliyyətli yaşda (kişilər 15-64 yaş, qadınlar 15-61 yaş) 66533 nəfər (69,5 faiz) və əmək qabiliyyətli yaşdan yuxarı (ahıllar)  9122 nəfər (9,5 faiz) əhali vardır.

                                                                                      Cədvəl 25 

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri

Demoqrafik göstəricilər

Nəfərlə

Əhalinin hər 1000 nəfərinə

2023-cü ilin yanvar-mart

 ayları

2022-ci ilin yanvar-mart

ayları

artım(+)

azalma(-)

2023-cü ilin yanvar-mart

 ayları

2022-ci ilin yanvar-mart

 ayları 

2023-cü il 2022-ci ilə nisbətən

faizlə

Ümumi artım

102

116

-67

4,3

4,9

87,8

Təbii artım

92

104

-65

3,9

4,2

92,9

doğulanlar

279

328

-114

11,8

13,4

88,1

ölənlər

187

224

-49

7,9

9,2

85,9

nikahlar

141

166

-68

6,0

6,8

88,2

boşanmalar

32

32

-7

1,4

1,3

107,7

Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 2023-cü ilin yanvar-mart aylarında Qazax rayonunda 279 nəfər doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,8 təşkil etmişdir. 

2023-cü ilin yanvar-mart  aylarında 187 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,2-dən 7,9 qədər azalmışdır.

2023-cü ilin yanvar-mart aylarında rayonda 141 nikaha daxilolma və 32 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə 2022-ci ilin yanvar-mart aylarına nisbətən  nikahların sayı 6,8-dən 6,0 qədər azalmış, boşanmaların sayı 1,3-dən 1,4-ə qədər artmışdır. 

                          Qrafik 13

2023-cü və 2022-ci ilin yanvar-mart aylarında 

demoqrafik göstəricilər


                                                                                                           Cədvəl 26

Əhalinin mexaniki hərəkətinin göstəriciləri

S/s

Demoqrafik göstəricilər

Nəfərlə

Əhalinin hər 1000 nəfərinə

2023-cü ilin yanvar-

mart aylarında

2022-ci ilin yanvar-mart aylarında

2023-cü ilin yanvar-

mart aylarında

2022-ci ilin yanvar-

mart aylarında

1

Gələnlərin sayı

10

12

0,1

0,1

2

Gedənlərin sayı

-

-

 

 

3

Miqrasiya saldosu

10

12

0,1

0,1

2023-cü ilin yanvar-mart aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün rayona 10 nəfər gələn, rayon üzrə miqrasiya saldosu müsbət 10 nəfər təşkil etmişdir.

Qazax Rayon Statistika İdarəsi



Facebook-da paylaş