Əsas Səhifə > Kənd təsərrüfatı > 2023-cü ilin yanvar-mart aylarında Qazax rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
2023-cü ilin yanvar-mart aylarında Qazax rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri22-05-2023, 19:18 |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2023-cü ilin yanvar-mart aylarında Qazax rayonu üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 80 milyon 493,9 min manat təşkil etmiş və əvvəlki ilin eyni dövrünə nisbətən 0,1 faiz azalmışdır. Məhsul buraxılışının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə sənayedə 7,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 18,8 faiz, informasiya və rabitə xidmətlərində 26,1 faiz, ticarət, nəqliyyat vasitələrinin təmirində 6,6 faiz artmış, kənd təsərrüfatıda 0,4 faiz, tikintidə isə 46,1 faiz azalmışdır. 2023-cü ilin yanvar-mart aylarında məhsul və xidmətlərin 87,5 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur. Əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 840,6 manat təşkil etmişdir. Sənaye: 2023-cü ilin yanvar-mart ayları ərzində faktiki qiymətlərlə 37 milyon 768,3 min manatlıq və ya 2022-ci ilin müvafiq dövrünə nisbətən 107,9 faiz sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. İstehsalın həcmi emal sektorunda 64,9 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 17,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalında 0,9 faiz təşkil etmişdir. Məhsulun 81,9 faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2022-ci ilin yanvar-mart aylarına nisbətən 18,0 faiz artmışdır. Emal sektorunda 2023-cü ilin yanvar-mart ayları ərzində 24 milyon 527,3 min manatlıq məhsul istehsal edilmiş, 2022-ci ilin yanvar-mart aylarına nisbətən 23,8 faiz artmışdır. Emal sektorunda 2022-ci ilin müvafiq dövrünə nisbətən içki məhsullarının istehsalı 50,0 faiz, mebellərin istehsalı 13,8 faiz artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun real həcmi 2022-ci ilin yanvar-mart aylarına nisbətən 8,0 faiz azalmış, rayon əhalisinə və digər istehlakçılara 24113,1 milyon kVt-saat elektrik enerjisi, 37,8 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunun real həcmi 61,8 faiz artmış, əhaliyə və digər istehlakçılara 240,8 milyon kubmetr təbii su verilmişdir. Kənd təsərrüfatı: 2023-cü ilin məhsulu üçün 5165,0 hektar sahədə payızlıq buğda, 6535,0 hektar sahədə arpa səpini aparılmışdır. 2023-cü ilin yanvar-mart aylarında heyvandarlıq sahəsində 1317,6 ton ət (diri çəkidə), 7449,0 ton süd, 271,6 min ədəd yumurta istehsal edilmişdir. 2022-ci ilin yanvar-mart aylarına nisbətən ət istehsalı 104,0 ton (0,8 faiz), süd istehsalı 8,0 ton (0,1 faiz) azalmış, yumurta istehsalı isə 1,0 min ədəd artmışdır. 2023-cü il aprel ayının 1-nə rayonun təsərrüfatlarında 29559 baş iribuynuzlu mal-qara (ondan 16190 baş inək və camış), 127795 baş qoyun və keçi mövcud olmuşdur. 2022-ci ilin müvafiq dövrünə nisbətən mal-qaranın baş sayı 2,3 faiz, qoyun və keçilərin baş sayı isə 9,6 faiz azalmışdır. Tikinti: 2023-cü ilin yanvar-mart aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyon 968,2 min manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 43,2 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyon 719,6 min manatı və ya 93,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Nəqliyyat: 2023-cü ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 405,0 min nəfər sərnişin daşınmış, 2022-ci ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artım müşahidə olunmuşdur. 2023-cü ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı ilə 525,7 min ton yük daşınmış və 2022-ci ilin müvafiq dövrünə nisbətən 30,2 faiz artmışdır. İnformasiya və rabitə: İnformasiya və rabitə müəssisələri tərəfindən 2023-cü ilin yanvar-mart ayları ərzində faktiki qiymətlərlə 596,4 min manatlıq xidmət göstərilmiş və -87,3 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 26,0 faiz artmış, bu sahədə əldə olunmuş gəlirin 88,0 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən 15,0 faiz artmışdır. Pərakəndə ticarət: 2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 69 milyon 437,3 min manatlıq məhsul satılmış, xidmət sahələri tərəfindən 9 milyon 234,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 6,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 8,9 faiz artmışdır. Ticarət şəbəkələrində 41 milyon 640,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 27 milyon 797,3 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsullarının satışı 0,1 faiz, qeyri-ərzaq məhsullarının satışı 15,4 faiz artmışdır. İstehlak qiymət indeksləri: 2023-cü ilin mart ayında istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində fevral ayına nisbətən 0,7 faiz bahalaşma, o cümlədən ərzaq məhsulları, içkilər və tütünün qiymətlərində 1,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətlərində 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində bahalaşma müşahidə olunmamışdir. 2023-cü ilin yanvar-mart aylarında 2022-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində 11,8 faiz bahalaşma, o cümlədən ərzaq məhsulları, içkilər və tütünün qiymətlərində 18,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətlərində 7,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 6,0 faiz bahalaşma müşahidə olunmuşdur. Əməkhaqqı: 2023-cü ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 598,9 manat, dövlət sektorunda 603,3 manat, qeyri-dövlət sektorunda 592,0 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesində 969,5 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 813,2 manat, maliyyə və sığortada 1316,6 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda 398,2 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminatda 862,8 manat, təhsildə 537,5 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 706,7 manat, istirahət, əyləncə və incəsənət sahəsində 469,2 manat təşkil etmişdir. Demoqrafik vəziyyət: 2023-cü ilin yanvar-mart aylarında rayon əhalisinin sayı 102 nəfər artaraq 2023-cü il aprel ayının 1-i vəziyyətinə 95 min 875 nəfər təşkil etmişdir. Cədvəl 1 MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR
Qeyd: *) fiziki şəxslər nəzərə alınmaqla; **) 2023-cü ilin yanvar-fevral ayları; ***) 2023-cü ilin yanvar-fevral ayları 2022-ci ilin yanvar-fevral aylarına nisbətən; ****) 2021-ci ilin yanvar-fevral ayları 2021-ci ilin yanvar-fevral aylarına nisbətən. Ümumi məhsul buraxılışı 2023-cü ilin yanvar-mart aylarında 80 milyon 493,9 min manat həcmində və ya 2022-ci ilin müvafiq dövrünə nisbətən 0,1 faiz az ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 840,6 manat təşkil etmişdir. 2023-cü ilin yanvar-mart ayları ərzində istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 37 milyon 768,3 manat (46,9 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 14 milyon 415,1 min manat (17,9 faiz), tikintidə 3 milyon 719,6 manat (4,6 faiz), nəqliyyat və anbar təsərrüfatında 2 milyon 191,2 manat (2,7 faiz), informasiya və rabitədə 596,4 manat (0,7 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 21 milyon 803,3 manat (27,2 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı, sənayedə 7,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 18,8 faiz, informasiya və rabitə xidmətlərində 26,1 faiz, ticarət, nəqliyyat vasitələrinin təmirində 6,6 faiz artmış, kənd təsərrüfatında 0,4 faiz, tikintidə 46,1 faiz, azalmışdır. Cədvəl 2 İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi
Qrafik 1 2023-cü ilin yanvar-mart aylarında ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə Qrafik 2 2023-cü ilin yanvar-mart aylarında ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə Sənaye 2023-cü ilin yanvar-mart aylarında Qazax rayonunda 37 milyon 768,3 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz çox olmuşdur. Ümumi istehsalın 81,8 faizini sənaye məhsulları, 18,2 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 64,9 faizi emal, 17,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı, 16,9 faizi mədənçıxarma sektorunda istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda istehsalın həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətən 2 dəfə artaraq 30 milyon 937,5 manat və ya sənaye məhsulunun 81,9 faizini təşkil etmişdir. Qrafik 3 2023-cü ilin yanvar-mart aylarında məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə İstehlakçılara 44 milyon 367,2 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 aprel 2023-cü il tarixində sənaye müəssisələrinin anbarlarında 5 milyon 196,9 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 13,8 faizini təşkil etmişdir. Cədvəl 3 Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı
*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla Emal sektorunun müəssisələri tərəfindən 2023-cü ilin yanvar-mart ayları ərzində 24 milyon 527,3 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, rayon üzrə məhsul istehsalının ümumi həcmində 64,9 faiz təşkil etmiş və 2022-ci ilin müvafiq dövrünə nisbətən 23,8 faiz artmışdır. Sahə üzrə məhsul istehsalının əsasını tikinti materiallarının istehsalı (52,65 faiz), qida məhsullarının istehsalı (5,7 faiz), mebellərin istehsalı (6,11 faiz) təşkil edir. Qida məhsullarının istehsalı 8,4 faiz azalaraq 2 milyon 161,5 min manata çatmış və bölmənin məhsullarının 5,7 faizini təşkil etmişdir. İçki istehsalının real həcmi 50 faiz artaraq 4,2 min manat təşkil etmiş, onlardan 0,7 min dekalitr və ya 50 faiz çox şirinləşdirilməmiş qazsız su istehsal edilmişdir. Toxuculuq sənayesi məhsulları üzrə ixtisaslaşan müəssisələr tərəfindən 2,4 min manatlıq məhsul, ondan 12 kv.m ilməli xalça istehsal edilmişdir. 2022-ci ilin aprel ayının əvvəlinə sahə müəssisələrinin anbarlarında hazır məhsul qalığı mövcud olmamışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2023-cü il yanvar-mart aylarında 6 milyon 526,3 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmişdir. Bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,0 faiz azalmış, rayon əhalisinə və digər istehlakçılara 24113,1 milyon kVt-saat elektrik enerjisi, 37,8 milyon kub metr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin real həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətən 61,8 faiz artmış və 328,9 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 240,8 milyon kub metr təbii su verilmişdir. Cədvəl 4 Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri *)
*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmadan Tikinti Əsas kapitala yönəldilmiş vəsaitlər İlkin məlumatlara əsasən 2023-cü ilin yanvar-mart aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyon 968,2 min manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 43,2 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyon 719,6 min manatı və ya 93,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 69,8 faizini dövlət sektoru, 29,2 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir. Cədvəl 5 Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər *
Qrafik 4 Əsas kapitala yönədilmiş vəsaitlərin mülkiyyət növləri üzrə strukturu, faizlə
Tikinti müəssisələrinin fəaliyyəti haqqında 2023-cü ilin yanvar-mart aylarında fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş işlərin həcmi 517,1 min manat təşkil etmiş və ümumi tikinti işlərinin 504,0 min manatını, yaxud 97,5 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri (ondan 90,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 9,3 faizini əsaslı təmir, - faizini cari təmir işləri) təşkil etmişdir. 2,5 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. Cədvəl 6 Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla (2023-cü ilin yanvar-mart aylarında)
Kənd təsərrüfatı 2023-cü ilin yanvar-mart aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 14415,1 min manat təşkil etmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalmışdır. Bitkiçilik: 2023-cü ilin məhsulu üçün 5165,0 hektar sahədə payızlıq buğda, 6535,0 hektar sahədə payızlıq arpa səpini aparılmışdır. Qazax rayonu üzrə 2023-cü ilin məhsulu üçün olan kənd təsərrüfatı bitkilərinin əkin sahəsi aşağıdakı cədvəllə xarakterizə olunur: Cədvəl 7 Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar
Heyvandarlıq: 2023-cü ilin yanvar-mart aylarında heyvandarlıq bölməsində diri çəkidə 1317,6 ton ət, 7449,0 ton süd, 2716,0 min ədəd yumurta istehsal edilmişdir. 2022-ci ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 1,0 min ədəd artmış, ət istehsalı 10,4 ton, süd istehsalı isə 0,8 ton azalmışdır. Cədvəl 8 Heyvandarlıq məhsullarının istehsalı, sentner
Qrafik 5 Əsas növ heyvandarlıq məhsullarının istehsalı, sentner 2023-cü ilin aprelin 1-nə rayonda 29559 baş iribuynuzlu mal-qara (ondan 16190 baş inək və camış), 127795 baş qoyun və keçi mövcud olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 691 baş (2,3 faiz) azalmış (inək və camışlar 217 baş (1,3 faiz) azalmış, qoyun və keçilərin sayı 13551 baş (9,6 faiz) artmışdır. Cədvəl 9 Mal-qaranın sayı, aprelin1-i vəziyyətinə, baş
Nəqliyyat 2023-cü ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 405,0 min nəfər sərnişin daşınmış, 2022-ci ilin müvafiq dövrünə nisbətən 104,1 faiz artmışdır. Cədvəl 10 Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər
2023-cü ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı ilə 525,7 min ton yük daşınmış və 2022-ci ilin müvafiq dövrünə nisbətən 130,2 faiz artmışdır. Cədvəl 11 Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton
Qrafik 6 2023-cü ilin yanvar-mart ayları ərzində nəqliyyat müəssisələri tərəfindən 2 milyon 191,2 min manatlıq xidmət göstərilmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən 18,8 faiz artmışdır. Göstərilmiş xidmətin 112,4 min manatı (5,1 faizi) dövlət sektorunun, 2 milyon 78,8 min manatı (94,9 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir. Cədvəl 12
İnformasiya və rabitə Bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-mart aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 26,0 faiz artaraq 596,4 min manat təşkil etmişdir ki, onun da 520,9 min manatı (87,3 faizi) əhali tərəfindən istifadə olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən 18,8 faiz artmışdır. Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 88,0 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 12,0 faiz təşkil etmişdir. Cədvəl 13 İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat
Qrafik 7 İnformasiya və rabitə sahəsində göstərilən xidmətin həcmi, min manat İstehlak bazarı 2023-cü ilin yanvar-mart aylarında istehlakçıların tələbatının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 69 milyon 437,3 min manat olmaqla 2022-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,6 faiz artmışdır. Cədvəl 14 İstehlak bazarı üzrə əsas göstəricilər
Əmtəə bazarı 2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 69 milyon 437,3 min manatlıq məhsul satılmış, 41 milyon 640,0 min manatını (59,7 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 27 milyon 797,3 min manatını (40,3 faiz) qeyri-ərzaq malları təşkil etmişdir. 2022-ci ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 6,6 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,0 faiz, qeyri-ərzaq malları üzrə 15,4 faiz artmışdır. Cədvəl 15 Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu
2023-cü ilin yanvar-mart aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 724,8 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 434,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 290,1 manatlıq qeyri-ərzaq malları almışdır. Pərakəndə ticarət dövriyyəsinin 21,3 faizini hüquqi şəxslər, 15,4 faizini fərdi sahibkarlar tərəfindən, 63,3 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir. Cədvəl 16 Məhsul bazarı üzrə əsas göstəricilər
Qrafik 8 2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsinin strukturu Cədvəl 17 Pərakəndə ticarət dövriyyəsinin dinamikası
2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 7 milyon 393,0 min manat təşkil etmişdir. İctimai iaşə xidmətləri 2023-cü ilin yanvar-mart ayları ərzində ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,2 faiz artaraq 915,0 min manat olmuşdur. Cədvəl 18
Əhaliyə göstərilən ödənişli xidmətlər 2023-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 8,9 faiz artaraq 9 milyon 234 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyon 458,4 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 69,9 faizini təşkil etmişdir. Cədvəl 19 Ödənişli xidmətlərin göstərilməsi
2023-cü ilin yanvar-mart aylarında əhalinin hər bir nəfəri orta hesabla 96,4 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir. Cədvəl 20 Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri
Qrafik 9 2023-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin mülkiyyət növləri üzrə quruluşu
İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 49,0 faiz təşkil etmişdir. Cədvəl 21 İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri
Qrafik 10 İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası Qiymət indeksləriİstehlak məhsullarının və ödənişli xidmətlərin istehlak qiymətləri indeksi Rayon üzrə 2023-cü ilin mart ayında istehlak qiymətləri indeksi fevral ayı ilə müqayisədə 100,7 faiz, 2023-cü ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 111,8 faiz təşkil etmişdir. 2023-cü ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi fevral ayı ilə müqayisədə 101,6 faiz, 2023-cü ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 118,9 faiz təşkil etmişdir. 2023-cü ilin mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi fevral ayı ilə müqayisədə 100,1 faiz, 2023-cü ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 107,1 faiz təşkil etmişdir. 2023-cü ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi fevral ayı ilə müqayisədə 100,0 faiz, 2023-cü ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 106,0 faiz təşkil etmişdir. Cədvəl 22 İstehlak qiymətləri indeksinin dəyişməsi
Muzdla işləyənlərin sayı Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2023-cü ilin yanvar-fevral aylarında 10949 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 6663 nəfər (60,9 faiz), qeyri-dövlət sektorunda isə 4286 nəfər (39,1 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 19,1 faizi məhsul istehsalı sahələrində, ondan 14,1 faizi sənaye (o cümlədən 3,0 faizi mədənçıxarma, 7,5 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı) sahələrində, 1,1 faizi tikinti, 3,9 faizi kənd təsərrüfatı, ovçuluq və meşəçilik sektorunda məşğul olmuşdur. Xidmət sahələrində çalışanların 28,5 faizi təhsil, 22,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,3 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat,1,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,0 faizi maliyyə və sığorta, 1,0 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışmışlar. Yeni iş yerlərinin açılması İlkin məlumatlara əsasən 2023-cü ilin yanvar-mart aylarında hüquqi şəxslər üzrə 25 yeni iş yeri açılmış və 371 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərindən 60,0 faizi yeni, 40,0 faizi mövcud müəssisə və təşkilatlarda yaradılmışdır. Cədvəl 23 2022-ci ildə və 2023-cü ilin yanvar-mart aylarında yeni açılmış iş yerlərinin xarakteristikası
Qrafik 11 2023-cü ilin yanvar-mart aylarında yeni açılmış iş yerləri strukturu (fərdi sahibkarlar istisna olmaqla) (yekuna görə, faizlə) Əməkhaqqı 2023-cü ilin yanvar-fevral aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 598,9 manat, həmçinin dövlət sektorunda 603,3 manat, qeyri-dövlət sektorunda 592,0 manat təşkil etmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən rayon üzrə 16,0 faiz artmış, dövlət sektoru üzrə 9,8 faiz artmış, qeyri-dövlət sektoru üzrə 32,6 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş, emal bölməsində 969,5 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 813,2 manat, maliyyə və sığortada 1316,6 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminatda 862,8 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində 706,7 manat təşkil etmişdir. Cədvəl 24 2023-cü ilin yanvar-fevral aylarında iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı
*) Fiziki şəxslər nəzərə alınmaqla Qrafik 12 2023-cü və 2022-ci ilin yanvar-fevral aylarında rayon üzrə orta aylıq nominal əməkhaqqının dinamikası Demoqrafik vəziyyət Qazax rayon əhalisinin sayı 2023-cü ilin yanvar-mart aylarında 102 nəfər artaraq 01.04.2023-cü il vəziyyətinə 95 min 875 nəfərə çatmışdır. Əhalinin 49,2 faizini (47 min 170 nəfər) kişilər, 50,8 faizini (48 min 705 nəfər) qadınlar təşkil edir. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 138 nəfər olmuşdur. Qazax rayonunda 01.01.2023-cü il tarixinə əmək qabiliyyətli yaşadək (0-14 yaşda olan uşaq və yeniyetmələr) 20118 nəfər (21,0 faiz), əmək qabiliyyətli yaşda (kişilər 15-64 yaş, qadınlar 15-61 yaş) 66533 nəfər (69,5 faiz) və əmək qabiliyyətli yaşdan yuxarı (ahıllar) 9122 nəfər (9,5 faiz) əhali vardır. Cədvəl 25 Əhalinin təbii hərəkətinin əsas göstəriciləri
Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 2023-cü ilin yanvar-mart aylarında Qazax rayonunda 279 nəfər doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,8 təşkil etmişdir. 2023-cü ilin yanvar-mart aylarında 187 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,2-dən 7,9 qədər azalmışdır. 2023-cü ilin yanvar-mart aylarında rayonda 141 nikaha daxilolma və 32 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə 2022-ci ilin yanvar-mart aylarına nisbətən nikahların sayı 6,8-dən 6,0 qədər azalmış, boşanmaların sayı 1,3-dən 1,4-ə qədər artmışdır. Qrafik 13 2023-cü və 2022-ci ilin yanvar-mart aylarında demoqrafik göstəricilər Cədvəl 26 Əhalinin mexaniki hərəkətinin göstəriciləri
2023-cü ilin yanvar-mart aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün rayona 10 nəfər gələn, rayon üzrə miqrasiya saldosu müsbət 10 nəfər təşkil etmişdir. Qazax Rayon Statistika İdarəsi Geri qayıt |