2019-cu ilin yanvar-iyun aylarında Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri
2019-cu ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 37825,2 milyon manata çatmış, əhalinin hər nəfərinə düşən ÜDM isə 3828,1 manata bərabər olmuşdur. ÜDM istehsalının 44,6 faizi sənayenin, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,0 faizini təşkil etmişdir. Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 15,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 13,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,3 faiz, sənayedə 2,9 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,8 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 2,5 faiz, digər xidmət sahələrində 1,8 faiz artmış, tikintidə isə 11,2 faiz azalmışdır. İqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 1,3 faiz, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artmışdır. Rayonun iqtisadiyyatının əsas göstəriciləri cədvəldə qeyd olunduğu kimidir:
min manatla
Göstəricinin adı |
2019-cu ilin yanvar-iyun ayları |
2019-cu ilin yanvar-iyun ayları 2018-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
Ümumi məhsul buraxılışı |
121566,8 |
127,0 |
Sənaye məhsulunun (işlərin xidmətlərin) ümumi həcmi |
18971,7 |
137,5 |
Əsas kapitala yönəldilən investisiyalar |
32930,3 |
194,9 |
Kənd təsərrüfatının ümumi məhsulu |
35972,4 |
117,9 |
Nəqliyyat sektorunda yük daşınması, min ton |
809,0 |
102,7 |
Nəqliyyat sektorunda sərnişin daşınması, min. sərnişin |
8103,0 |
102,5 |
Poçt və rabitə xidmətlərinin həcmi |
828,9 |
111,2 |
Pərakəndə əmtəə dövriyyəsi |
93774,5 |
101,6 |
Əhaliyyə göstərilən ödənişli xidmətlər |
13496,4 |
102,1 |
Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı (manatla) |
351,2 |
114,8 |
Cədvəldən göründüyü kimi yanvar-iyun ayları ərzində ümumi daxili məhsul əvvəlki ilin eyni dövrünə nisbətən 27,0 faiz artmışdır. Yarımil ərzində bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 351,2 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 14,8 faiz çoxdur. Rayonda yarımil ərzində məhsul buraxılışının strukturu aşağıdakı kimidir:
ƏHALİ
İlin əvvəlindən rayon əhalisinin sayı 0,2 faiz artaraq 97869 nəfərə çatmışdır. Əhalinin hər bir kvadrat kilometrə düşən sayı 141 nəfər olmuşdur. Rayon əhalisinin 21931 nəfəri şəhər, 75938 nəfəri isə kənd sakinləridir. Ümumi sayın 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən altı ay ərzində 548 nəfər doğulan körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 5,6 təşkil etmişdir. 2019-cu ilin yarımili ərzində 346 nəfər ölüm halı qeydə alınmışdır. Təbii artım 202 nəfər olmuşdur. Yanvar-iyun ayları ərzində qeydiyyat şöbəsi tərəfindən 264 nikah və 51 boşanma halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 2,7, boşanmaların sayı isə 0,5 olmuşdur. Hesabat dövrü ərzində 39 nəfər rayona daimi yaşamaq üçün gələn qeydə alınmışdır. Rayondan gedən isə qeydə alınmamışdır. Miqrasiya saldosu müsbət 39 nəfər təşkil etmişdir. Hal-hazırda rayonda 656 nəfər qaçqın, 8051 nəfər məcburi köçkün məskunlaşmışdır.
KƏND TƏSƏRRÜFATI
2019-cu ilin yarımilində kənd təsərrüfatının ümumi məhsul istehsalının faktiki qiymətlərlə dəyəri 35972,4 min manat təşkil etmişdir ki, bundan 23744,2 min manatı heyvandarlıq, 12228,2 min manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulununistehsalı 17,9 faiz artmışdır. Kənd təsərrüfatının əsas sahələrindən biri bitkiçilikdir. Qаzах rаyonu üzrə 2019-cu ilin məhsulu üçün 19804,0 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilmişdir ki, əkin sahəsi keçən ilə nisbətən 889,0 hektar çox olmuşdur. Əkilmiş sahənin 12555 hektarı payızlıq taxıl olmuşdur ki, ondan 8305 hektarı buğda, 4250 hektarı arpa sahəsidir. Keçən ilə nisbətən 610,2 hektar payızlıq buğda az, 813,5 hektar payızlıq arpa isə artıq səpilmişdir. Rayon üzrə cəmi əkin sahəsinin strukturu aşağıdakı kimidir:
2019-cu ilin məhsulu üçün 765,0 hektar sahədə yazlıq dənlilər səpilmişdir ki, ondan 70,0 hektarı vələmir, 600,0 hektarı qarğıdalı, 3,0 hektarı darı, 92,0 hektarı sorqo olmuşdur. Keçən ilə nisbətən yazlıq bitkilər 208,2 hektar az səpilmişdir. Əkinlər hamısı əhali təsərrüfatları tərəfindən əkilmişdir. 2019-cu ilin məhsulu üçün payızlıq və yazlıq 13579 hektar dənlilər və dənli paxlalılar biçiləcək sahə vardır. Bu da keçən ilə nisbətən 49,1 hektar çoxdur. Biçiləcək sahənin payızlıqlardan başqa 600 hektarı qarğıdalı, 3 hektarı darı, 70 hektarı vələmir, 92 hektarı sorqo, 259 hektarı dənli paxlalılardır. Keçən ilə nisbətən qarğıdalı 56,5 hektar çox, paxlalılar isə 44,2 hektar az olmuşdur. 147 hektar sahədə yazlıq texniki bitkilər əkilmişdir. Əkilmiş sahənin 65 hektarı tütün, 82 hektarı günəbaxandır. Keçən illə müqayisədə tütün əkilmiş sahə 5 hektar çox, günəbaxan əkilmiş sahə isə 36 hektar azdır. 2019-cu ildə rayonda 1924 hektar sahədə kartof, tərəvəz və bostan məhsulları əkilmişdir ki, ondan 1320 hektarı kartof, 554 hektarı tərəvəz, 50 hektarı bostan əkilmiş sahədir. Keçən illə müqayisədə tərəvəz 61,9 hektar, kartof 234 hektar, bostan məhsullarının səpini 19 hektar çox olmuşdur. Tərəvəz əkilmiş sahənin 22 hektarını kələm, ondan 10 hektarını gül kələm, 115 hektarını xiyar, 167 hektarını pomidor, 6 hektarını xörək üçün yerkökü, 3 hektarını baş soğan, 11 hektarını sarımsaq, 69 hektarını badımcan, 44 hektarını şirin bibər, 43 hektarını acı bibər, 75 hektarını göyərti əkilmiş sahə təşkil etmişdir. Cəmi əkin sahəsinin 4154 hektarı yem bitkiləridir ki, ondan 795 hektarı cari il yoncası, 3359 hektarı isə keçmiş illərdə əkilmiş yoncadır. Keçən illə müqayisədə cari ildə əkilmiş yonca 256,3 hektar, keçmiş illərdə əkilmiş yonca 326,2 hektar artıq olmuşdur.
2019-cu il üçün əkin sahəsinin 2018-ci illə müqayisəli cədvəli
Sıra № |
Bitkinin adı |
Ölçü vahidi |
01 iyun 2019-cu il |
01 iyun 2018-ci il |
Fərq + - |
1 |
Taxıl payızlıq |
hektar |
12555 |
12351,7 |
+203,3 |
2 |
Yazlıq dənlilər |
hektar |
765 |
973,2 |
-208,2 |
3 |
Paxlalılar |
hektar |
259 |
303,2 |
-44,2 |
4 |
Texniki bitkilər |
hektar |
147 |
106,0 |
+41 |
5 |
Kartof |
hektar |
1320 |
1086,0 |
+234 |
6 |
Tərəvəz |
hektar |
554 |
492,1 |
+61,9 |
7 |
Bostan |
hektar |
50 |
31,0 |
+19 |
8 |
Yonca |
hektar |
4154 |
3571,5 |
+582,5 |
|
Cəmi |
hektar |
19804 |
18914,7 |
+889,3 |
01 iyul 2019-cu il tarixə 8260 hektar taxıl sahəsi biçilmişdir ki, bunun 4101 hektarını buğda, 4159 hektarını isə arpa sahəsi təşkil edir. Taxıl sahələrindən 25091,2 ton məhsul əldə edilmişdir. Taxılın orta məhsuldarlığı 30,4 sentner olmuşdur. Buğda sahəsindən 14817 ton, arpa sahəsindən 10274,2 ton məhsul toplanmışdır. Buğdanın orta məhsuldarlığı 36,1 sentner, arpanın orta məhsuldarlığı isə 24,7 sentner olmuşdur. 130 hektar tərəvəz əkilmiş sahənin məhsulu toplanmış, 2534,5 ton məhsul əldə edilmişdir ki, bundan 52 hektar xiyar əkilmiş sahədən 1144,0 ton, 50 hektar pomidar əkilmiş sahədən 1225,0 ton, 3 hektar badımcan əkilmiş sahədən 40,5 ton, 25 hektar sair tərəvəz əkilmiş sahədən isə 125,0 ton məhsul əldə edilmişdir. Yarımil ərzində meyvə bağlarından 2802,5 ton məhsul toplanmışdır. Hazırda sahələrdə işlər davam edir. Rayonda kümçülər tərəfindən 7667,5 kiloqram barama istehsal olunub təhvil verilmişdir. Yarımildə heyvandarlıq məhsulları istehsalı 23744,2 min manata bərabər olmuşdur. Heyvandarlıq məhsulları istehsalı aşağıdakı cədvəldə göründüyü kimidir:
S/N |
Məhsulun adı |
Ölçü vahidi |
2019-cu ilin yanvar-iyun ayları |
2018-ci ilin yanvar-iyun ayları |
Fərq +, - |
1 |
Ət (diri çəkidə) |
ton |
2766,2 |
2741,6 |
+24.6 |
2 |
Süd |
ton |
16748,0 |
15627,7 |
+1120.3 |
3 |
Yumurta |
min ədəd |
6006 |
5984 |
+22 |
4 |
Yun (fiziki çəkidə) |
sentner |
2664 |
2650 |
+14 |
|
Ölçü vahidi |
01.07.2016 |
01.07.2017 |
01.07.2018 |
01.07.2019 |
01.07.2019 01.07.2018-ci ilə nisbətən faizlə |
İribuynuzlu mal-qara |
baş |
30275 |
30291 |
30305 |
30326 |
100,1 |
O cümlədən: inək və camışlar |
baş |
16056 |
16234 |
16245 |
16451 |
101,3 |
Qoyun və keçilər |
baş |
141890 |
142929 |
143040 |
143070 |
100,0 |
SƏNAYE
2019-cu ilin yarımilində rayonun sənaye təşkilatlarında fiziki şəxslər də daxil olmaqla istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi keçən ilin müfaviq dövrünə nisbətən 37,5 faiz artaraq 18971,7 min manat təşkil etmişdir. İstehsal edilmiş məhsulun 5451,8 min manatı, 28,7 faizi dövlət sektorunun, 13519,9 min manatı, 71,3 faizi isə qeyri-dövlət sektorunun payına düşür. Ümumi istehsalın 74,9 faizi sənaye məhsulunun istehsalı, 25,1 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. İstehsal edilmiş məhsulun çox hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2019-cu il tarixinə 3149,7 min manatlıq hazır məhsul qalmışdır. Sənaye sahəsində məhsul istehsalının seksiyalar üzrə müqayisəsi aşağıdakı diaqramda göstərildiyi kimidir:
Mədənçıxarma sənayesində istehsalın dəyəri 9421,0 min manat olmaqla əvvəlki ilə nisbətən 16,3 faiz artmışdır. Mədənçıxarma sahəsinin əsas məhsulu olan əmtəəlik bentonit gili istehsalı 125843 ton, tikinti daşı istehsalı isə 16250 ton, əhəng daşı tozu istehsalı 5691,3 ton təşkil etmişdir. Bentonit gili istehsalının həcmi natura ifadəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 57,9 faiz, tikinti daşı istehsalı isə 6,1 faiz artmışdır. Emal sənayesinə aid olan müəssisələr tərəfindən 4065,6 min manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu ümumi məhsul istehsalının 21,4 faizini təşkil edir. 2019-cu ilin yarımilində 6,0 min manatlıq xalça, 3690,4 min manatlıq mebel istehsal olunub satılmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda altı ay ərzində göstərilən xidmətlərin dəyəri 5182,3 min manat təşkil etmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi araşdırılan dövr ərzində 302,8 min manat təşkil etmişdir. Bu məhsul istehsalının 1,6 faizini təşkil edir. Sənaye müəssisələrinin anbarlarında 2-ci rübün sonuna 2837,9 min manatlıq gil, 155,0 min manatlıq təmiz spirt, 80,2 min manatlıq konservləşmiş məhsul qalığı olmuşdur. 2019-cu ilin yanvar-iyun ayları ərzində istehsal olunmuş sənaye məhsullarının natura ifadəsi aşağıdakı kimidir:
Məhsulun adı |
Ölçü vahidi |
2019-cu ilin yanvar-iyun ayları |
Göndərilmişdir |
Məhsul qalığı |
2018-ci ilin yanvar-iyun ayları |
2019-cu ilin yanvar-iyun ayları 2018-ci ilin yanvar-iyun aylarına nisbətən; faizlə
|
Tikinti daşı |
ton |
16250,0 |
16250,0 |
- |
14840,0 |
109,5 |
Gil (əmtəlik) |
ton |
125843,0 |
83621,0 |
186673,0 |
79681,0 |
157,9 |
Tikinti qumu |
ton |
4540,0 |
4540,0 |
- |
24378,0 |
18,6 |
Çınqıl |
ton |
- |
- |
- |
45902,0 |
- |
Əhəng daşı tozu |
ton |
5691,4 |
5691.4 |
- |
3601,6 |
158,0 |
Təmiz spirt |
min dkl |
- |
- |
10,7 |
- |
- |
Dondurulmuş meyvə |
ton |
46,0 |
25,6 |
111,2 |
- |
- |
Xalça |
kv.m |
60,0 |
60,0 |
- |
60,0 |
100,0 |
Yataq mebel dəsti |
ədəd |
1565 |
1565 |
- |
1482 |
105,6 |
Qonaq otağı üçün mebel |
ədəd |
1705 |
1705 |
- |
807 |
211,3 |
Elektrik enerjisi (əmtəlik) |
qvt.s |
45,7 |
45,7 |
- |
41,7 |
109,6 |
Qaz (əmtəlik) |
mly.kub metr |
54,0 |
54,0 |
- |
56,8 |
95,1 |
Su (əmtəlik) |
min kub metr |
535,4 |
535,4 |
- |
486,4 |
110,1 |
ƏSASLI TİKİNTİ
2019-cu ilin yarımili ərzində rayonda istifadəyə verilmiş əsas fondların dəyəri 7694,8 min manat olmuşdur. İqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən 32490,3 min manat vəsait yönəldilmişdir. Ümumi vəsaitin 31708,1 min manatı və ya 97,6 faizi tikinti quraşdırma işlərinə sərf edilmişdir. Altı ay ərzində 129 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bunun da 92-i kənd yerindədir. Yaşayış evlərinin ümumi sahəsi 19779,3 kv/m, yaşayış sahəsi isə 10245,6 kv/m təşkil etmişdir. İstifadəyə verilmiş yaşayış evlərinin dəyəri 4944,8 min manatdır. Altı ay ərzində ümumi sahəsi 670, kv.metr olan 12 mənzil özəlləşdirilmişdir. Tikinti müəssisələri tərəfindən görülən inşaat işlərinin həcmi 1420,9 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 130,3 faiz təşkil edir. 2019-cu ilin yanvar-iyun ayları ərzində tikinti sektorunda işçilərin orta siyahı sayı 162 nəfər olmuş orta aylıq əməkhaqqı 5,2 faiz artaraq 302,1 manat təşkil etmişdir.
İSTEHLAK BAZARI
Altı ay ərzində rayonda 8 iri, 38 kiçik ticarət, xidmət müəssisəsi, 180 ticarət yerinə malik kənd təsərrüfatı məhsulları bazarı və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan 2642 fiziki şəxs ticarət fəaliyyəti göstərmişdir. Altı ay ərzində istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə rayonun istehlak bazarında əhaliyə 93774,5 min manatlıq istehlak malları satılmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 13496,4 min manat olmuşdur. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin fiziki həcm indeksi 101,6 faiz olmuşdur.
Pərakəndə ticarətin quruluşu aşağıdakı kimidir
Rayonda pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmi 93774,5 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin 12,7 faizi hüquqi şəxslərin, 65,0 faizi kənd təsərrüfatı bazarının, əşya və qarışıq mallar yarmarkasının, 22,3 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər tərəfindən yaranmışdır. Yarımil ərzində rayon əhalisinin hər bir nəfəri tərəfindən ticarət şəbəkələrindən 959,3 manatlıq istehlak malları alınmışdır. Hər bir sakinə 138,1 manatlıq ödənişli xidmət göstərilmişdir. Hüquqi və fiziki şəxslər tərəfindən rayon əhalisinə 1305,8 min manatlıq iaşə xidmətləri göstərilmişdir. İaşə xidmətlərinin həcmi keçən ilin eyni dövrünə nisbətən 5,0 faiz artmışdır.
NƏQLİYYAT
Rüb ərzində nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən məhsul buraxılışının həcmi 3796,5 min manat olmuşdur ki, bu da ümumi məhsul buraxılışının 3,1 faizini təşkil edir. Yük daşınmasının həcmi 809,0 min ton olmuş, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur. Yarımil ərzində 8103,0 min nəfər sərnişin daşınmışdır. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur.
RABİTƏ
2019-cu ilin altı ayı ərzində rabitə sektorunda məhsul buraxılışının faktiki qiymətlərlə həcmi 828,9 min manat olmuşdur. Rabitə müəssisələri tərəfindən əhaliyə 791,1 min manatlıq xidmət göstərilmişdir. Hesabat dövründə əldə edilmiş gəlirin 7,3 faizi şəhərlərarası və beynəlxalq rabitədən, 16,3 faizi şəhər telefon rabitəsindən, 25,4 faizi kənd telefon rabitəsindən, 51,0 faizi isə internet xidmətindən əldə edilmişdir. Əhalidən əldə edilmiş gəlirin həcminin 7,0 faizi şəhərlərarası və beynəlxalq telefon rabitəsindən, 15,0 faizi şəhər telefon rabitəsindən, 22,5 faizi kənd telefon rabitəsindən, 55,5 faizi internet xidmətindən olmuşdur. Altı ay ərzində poçt rabitəsindən 250,4 min manatlıq gəlir əldə olumuşdur ki, bunun da 235,2 min manatı əhali tərəfindən ödənilmiş xidmətlərin dəyəridir. Altı ay ərzində göndərilən məktub korrespondensiyasının sayı 14866 ədəd, bunlardan 12 ədədi ölkə xaricinə göndərilmiş, daxil olanların sayı isə 16184 ədəd olmuşdur ki, bunlardan 13 ədədi ölkə xaricindən daxil olmuşdur. Poçt müəssisələri tərəfindən 1888 ədəd poçt bağlaması göndərilmişdir ki, 24 ədədi xarici ölkələrə göndərilmiş, 1829 bağlama isə daxil olmuşdur ki, bundan 28 ədədi ölkə xaricindən daxil olmuşdur.
ƏMƏK BAZARI
Əhalinin iqtisadi fəallığına dair keçirilən müayinənin nəticələrinə əsasən hal-hazırda rayonda 56,2 min nəfər iqtisadi fəal əhali, 2535 nəfər işsiz əhali vardır. İqtisadi fəal əhalinin 53,6 min nəfəri iqtisadiyyatda məşğul olanlardır. Altı ay ərzində 1659 nəfər məşğulluq orqanlarına müraciət etmiş, ondan 768 nəfəri işlə təmin olunmuşdur. 01 iyul 2019-cu il tarixə 509 nəfər məşğulluq orqanlarında rəsmi qeydiyyatda olan işsiz, 6 nəfər isə işsizlik müavinəti alan şəxs vardır. Məşğul əhalinin 10728 nəfəri və yaxud 20,0 faizi muzdla işləyir. Muzdla işləyənlərin 3988 nəfəri maddi istehsal sahələrində, 6740 nəfəri isə xidmət sahələrində çalışır. Mülkiyyət növləri üzrə muzdla işləyən işçilərin 68,1 faizi dövlət, 31,9 faizi qeyri-dövlət mülkiyyətnə məxsus subyektlərdir. İqtisadi fəaliyyət növlərinə uyğun olaraq muzdla işləyən işçilərin 453 nəfəri, 4,2 faizi kənd təsərrüfatında, 1098 nəfəri, 10,2 faizi sənayedə, 162 nəfəri, 1,5 faizi tikintidə, 2246 nəfəri, 20,9 faizi ticarət və turizmdə, 385 nəfəri, 3,6 faizi nəqliyyat sahəsində, 133 nəfəri, 1,2 faizi rabitədə, 84 nəfəri 0,8 faizi maliyyə və sığorta fəaliyyətində, 650 nəfəri, 6,1 faizi dövlət idarəetməsi və məcburi sosial təminatda, 3140 nəfəri, 29,3 faizi təhsildə, 1428 nəfəri, 13,3 faizi səhiyyədə, 949 nəfəri, 8,9 faizi digər sosial xidmət sahələrində çalışmışdır.
Muzdla işləyənlərin strukturu
2019-cu ilin yarımilində rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilə nisbətən 14,8 faiz artaraq 351,2 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışanların əməkhaqları 359,8 manat, özəl müəssisələrdə çalışanların əməkhaqları isə 332,8 manat olmuşdur. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.
YENİ İŞ YERLƏRİNİN AÇILMASI
"Azərbaycan Respublikası Regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonda yeni iş yerlərinin açılması ardıcıl olaraq davam edir. 2019-cu ilin yanvar-iyun aylarında rayonda 545 daimi iş yeri açılmışdır ki, ondan 14-ü yeni yaradılmış, 56-ı mövcud müəssisə və təşkilatlarda, 469-u isə qeydiyyatdan keçən fiziki şəxslər tərəfindən açılmışdır.
Faiq PAŞAYEV,
Qazax Rayon Statistika İdarəsinin rəisi
Facebook-da paylaş