2023-cü ildə nəqliyyat və rabitənin işi haqqında təhlili məruzə
Nəqliyyat. Rayonun iqtisadiyyatında nəqliyyatın rolu artmaqdadır. 2023-cü il ərzində nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən əldə olunmuş göstəricilər qənaətbəxşdir. İl ərzində nəqliyyat sektorunda məhsul buraxılışı 11981,7 min manat olmuşdur ki, bu da ümumi məhsul buraxılışının 2,3 faizini təşkil etmişdir. 2022-ci illə müqayisədə məhsul buraxılışı 25,5 faiz artmışdır. İl ərzində fiziki şəxslər tərəfindən məhsul buraxılışının həcmi 8041,5 min manat olmuşdur ki, bu 2022-ci illə müqayisədə 3,4 faiz çoxdur. Fiziki şəxslər tərəfindən əldə olunan gəlirin 5752,8 min manatı, yəni 71,5 faizi sərnişin daşınmasından, 2288,7 min manatı, yəni 28,5 faizi isə yük daşınmasından əldə olunmuşdur.
| 2023-cü il | 2022-ci il | 2023-cü il 2022-ci ilə nisbətən, faizlə |
Nəqliyyat xidmətindən əldə olunan gəlir, faktiki qiymətlərlə | 11981,7 | 9144,0 | 125,5 |
o cümlədən: |
|
|
|
dövlət sektoru | 987,6 | 339,2 | 278,9 |
qeyri-dövlət sektoru | 10994,1 | 8804,8 | 119,6 |
ondan: fiziki şəxslər tərəfindən göstərimiş xidmətlərin dəyəri |
8041,5 |
7452,8 |
103,4 |
Fiziki şəxslər tərəfindən əldə əlunan gəlirin sturukturu, faizlə
Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min sərnişin
| 2023-cü il | 2022-ci | 2023-cü il 2022-ci ilə nisbətən, faizlə |
Cəmi | 14533,0 | 11922,0 | 121,9 |
Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton
| 2023-cü il | 2022-ci il | 2023-cü il 2022-ci ilə nisbətən, faizlə |
Cəmi | 1410,0 | 1281,0 | 110,1 |
2023-cü ildə yük daşınmasının həcmi 1410,0 min ton, sərnişin daşınması 14533,0 min nəfər olmuşdur. Əvvəlki illə müqayisədə yük daşınması 110,1 faiz, sərnişin daşınması 121,9 faiz təşkil edir.
Dövlət mülkiyyətində olan avtomobil nəqliyyatı müəssisələrinin özəlləşdirilməsi, vətəndaşların mülkiyyətində olan şəxsi avtomobillərin sayının artması, onlar üçün normal şəraitin yaradılmasının nəticəsidir ki, hazırda sərnişin daşınmaları fiziki şəxslər tərəfindən həyata keçirilir.
2023-cü ilin yekunlarına görə rayonda 14938 avtomobil vardır. Bütün avtomobillərin 97,4 faizi və ya 14554 ədədi vətəndaşların mülkiyyətində olan şəxsi minik avtomobilləridir. Orta hesabla rayon üzrə hər 100 ev təsərrüfatından 61-i şəxsi minik avtomobilinə malikdir.
Avtonəqliyyat vasitələri hüquqi şəxslərdə 384 ədəddir. Bunlardan 216 ədədi yük avtomobili, 23 ədədi minik avtobusu, 105 ədədi minik maşını, 40 ədədi digər növ avtomobillərdir.
Avtomobil nəqliyyatının işinin səmərəli olmasına avtomobil yollarının texniki vəziyyəti birbaşa təsir göstərir. Rayonda Gəncə-Qazax magistral yolu istifadə olunur. İstifadə olunan avtomobil yollarının tikilməsinə və yenidən qurulmasına ayrılan pul vəsaitləri artmaqdadır. Qazax rayonu Azərbaycanı Gürcüstan və Qara dənizin sahilləri ilə birləşdirən avtomobil yolları üzərində yerləşir. Rayon üzrə avtomobil yollarının uzunluğu 190,0 km-dir. Bunun 56,0 km-i 2-ci, 79 km-i 3-cü, 55 km-i 4-cü dərəcəyə aiddir.
2022-ci ildə nəqliyyat sektorunda çalışanların orta sayı 231 nəfər, orta aylıq nominal əməkhaqqı 849,3 manat olmuşdur.
Rabitə. 2023-cü ildə rabitə sektorunda məhsul buraxılışının faktiki qiymətlərlə həcmi 2022-ci illə müqayisədə 10,4 faiz artaraq 2334,2 min manat təşkil etmişdir.
| 2023-cü il | 2022-ci il | 2023-cü il 2022-ci ilə nisbətən, faizlə |
İnformasiya və rabitə xidmətlərindən əldə olunan gəlir |
2334,2 |
2114,9 |
110,4 |
o cümlədən: |
|
|
|
dövlət sektoru | 2001,5 | 1902,4 | 105,2 |
qeyri-dövlət sektoru | 332,7 | 212,5 | 156,6 |
Rabitə müəssisələri tərəfindən əldə olunan gəlirin əsas payı dövlət sektorunda fəaliyyət göstərən müəssisələrin fəaliyyəti nəticəsində yaranmışdır.
2023-cü ildə 19 poçt şöbəsi fəaliyyət göstərmiş, 19,2 min göndəriş həyata keçirmişdir. Poçt xidmətlərinin həcmi faktiki qiymətlərlə 261,7 min manat təşkil etmişdir.
Ümumi tutumu 18460 nömrə olan 25 ATS olmuşdur ki, onlardan 22-si kənd yerindədir. Mənzillərdə olan sabit şəbəkə telefonlarının sayı 15018 olmuşdur. Hər 100 ev təsərrüfatına 72 telefon düşür.
01 yanvar 2024-cü il tarixə mobil telefon abunəçilərinin sayı 79,1 min, internet abunəçilərinin sayı isə 9,3 min abunəçi olmuşdur. İl ərzində internetə 796 qoşulma olmuşdur.
2023-cü ildə informasiya və rabitə sektorunda çalışanların siyahı tərkibinin orta sayı 122 nəfər, orta aylıq nominal əməkhaqqı 542,1 manat olmuşdur.
Dürdanə XƏLİLOVA,
Qazax Rayon Statistika İdarəsinin rəisi
Facebook-da paylaş