2023-cü ilin yanvar-iyun aylarında Qazax rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
2023-cü ilin yanvar-iyun aylarında Qazax rayonu üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 208 milyon 183,6 min manat təşkil etmiş və əvvəlki ilin eyni dövrünə nisbətən 3,5 faiz azalmışdır. Məhsul buraxılışının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə sənayedə 13,3 faiz, nəqliyyat və anbar təsərrüfatında 4,3 faiz, informasiya və rabitə xidmətlərində 22,5 faiz, ticarət, nəqliyyat vasitələrinin təmirində 4,3 faiz artmış, kənd təsərrüfatında 6,8 faiz, tikintidə isə 30,6 faiz azalmışdır.
2023-cü ilin yanvar-iyun aylarında məhsul və xidmətlərin 84,4 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur. Əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 1831,9 manat təşkil etmişdir.
Sənaye. 2023-cü ilin yanvar-iyun ayları ərzində faktiki qiymətlərlə 84 milyon 939,3 min manatlıq və ya 2022-ci ilin müvafiq dövrünə nisbətən 13,3 faiz çox sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. İstehsalın ümumi həcmində mədənçıxarma sektoru 16,0 faiz, emal sektoru 67,4 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 15,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru 0,8 faiz təşkil etmişdir. Məhsulun 83,4 faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 41,7 faiz artmışdır. Cari ilin yanvar-iyun aylarında mədənçıxarma sektorunda 13 milyon 554,4 min manatlıq, emal sektorunda 57 milyon 214,8 min manatlıq məhsul istehsal edilmiş, 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 19,0 faiz artmışdır.
Emal sektorunda 2022-ci ilin müvafiq dövrünə nisbətən içki məhsullarının istehsalı 29,9 faiz, mebellərin istehsalı 12,2 faiz artmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın real həcmi 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 15,3 faiz artmış, rayon əhalisinə və digər istehlakçılara 48834,5 milyon kVt-saat elektrik enerjisi, 73,3 milyon kubmetr təbii qaz verilmişdir.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real həcmi 51,8 faiz artmış, əhaliyə və digər istehlakçılara 512,3 milyon kubmetr təbii su verilmişdir.
Kənd təsərrüfatı. 2023-cü ilin məhsulu üçün 5243,0 hektar sahədə buğda, 6611,0 hektar sahədə arpa səpini aparılmışdır.
2023-cü ilin yanvar-iyun aylarında heyvandarlıq sahəsində 2601,0 ton ət (diri çəkidə), 16553,5 ton süd, 6020,0 min ədəd yumurta istehsal edilmişdir. 2022-ci ilin yanvar-iyun aylarına nisbətən ət istehsalı 69,4 ton (2,6 faiz), süd istehsalı 33,2 ton (0,2 faiz), yun istehsalı 0,7 ton (07 faiz) azalmış, yumurta istehsalı isə 2,0 min ədəd artmışdır.
2023-cü il iyul ayının 1-nə 29590 baş iribuynuzlu mal-qara (ondan 16211 baş inək və camış), 127918 baş qoyun və keçi mövcud olmuşdur. 2022-ci ilin müvafiq dövrünə nisbətən mal-qaranın baş sayı 2,1 faiz, qoyun və keçilərin baş sayı isə 1,2 faiz azalmışdır.
Tikinti. 2023-cü ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 19 milyon 801,4 min manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 29,5 faiz az vəsait yönəldilmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 19 milyon 356,9 min manatı və ya 97,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Nəqliyyat. 2023-cü ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 7163,0 min nəfər sərnişin daşınmış, 2022-ci ilin müvafiq dövrünə nisbətən 18,4 faiz artım müşahidə olunmuşdur.
2023-cü ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə 641,0 min ton yük daşınmış və 2022-ci ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artmışdır.
İnformasiya və rabitə. İnformasiya və rabitə müəssisələri tərəfindən 2023-cü ilin yanvar-iyun ayları ərzində faktiki qiymətlərlə 1 milyon 226,4 min manatlıq xidmət göstərilmiş, xidmətlərin 1 milyon 64,6 min manatı və ya 86,8 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 22,5 faiz artmış, bu sahədə əldə olunmuş gəlirin 86,7 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən 15,6 faiz artmışdır.
Pərakəndə ticarət. 2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 135 milyon 725,3 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 18 milyon 664,6 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 4,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 16,2 faiz artmışdır.
Ticarət şəbəkələrində 73 milyon 783,5 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 61 milyon 941,8 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsullarının, içkilər və tütün məmulatları satışı 12,8 faiz azalıb, qeyri-ərzaq məhsullarının satışı 35,2 faiz artmışdır.
İstehlak qiymət indeksləri. 2023-cü ilin iyun ayında istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində may ayına nisbətən 0,4 faiz ucuzlaşma, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məhsullarının qiymətlərində 1,0 faiz ucuzlaşma, qeyri-ərzaq məhsullarının qiymətlərində 0,2 faiz bahalaşma, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində bahalaşma müşahidə olunmamışdir. 2023-cü ilin yanvar-iyun aylarında 2022-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində 11,8 faiz bahalaşma, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 18,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətlərində 6,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 6,7 faiz bahalaşma müşahidə olunmuşdur.
Əməkhaqqı. 2023-cü ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 638,1 manat, dövlət sektorunda 641,1 manat, qeyri-dövlət sektorunda 633,6 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesində 1065,3 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 823,0 manat, maliyyə və sığorta sahəsində 1385,7 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində 394,0 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 943,6 manat, təhsil sahəsində 578,9 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 714,1 manat, istirahət, əyləncə və incəsənət sahəsində 472,7 manat təşkil etmişdir.
Demoqrafik vəziyyət. 2023-cü ilin yanvar-iyun aylarında rayon əhalisinin sayı 172 nəfər artaraq 2023-cü il iyul ayının 1-i vəziyyətinə 95 min 945 nəfər təşkil etmişdir.
Cədvəl 1
MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR
| 2023-cü ilin yanvar-iyun ayları, faktiki qiymətlərlə | 2023-cü ilin yanvar-iyun ayları 2022-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə | Məlumat üçün 2022-ci ilin yanvar-iyun ayları 2021-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
Ümumi məhsul buraxılışı, min manat | 208183,6 | 96,5 | 112,0 |
Sənaye məhsulunun ümumi həcmi*), min manat |
84939,3 |
113,3 |
86,4 |
Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat, o cümlədən tikinti-quraşdırma işlərinə | 19801,4
19356,9 | 70,5
69,4 | 2,8 d
3,0 d |
Kənd təsərrüfatının ümumi məhsulu, min manat |
54222,3 |
93,2 |
95,1 |
Nəqliyyat sektorunda yük daşınması*), min ton |
641,0 |
107,2 |
110,7 |
Nəqliyyat sektorunda sərnişin daşınması*), min sərnişin |
7163,0 |
118,4 |
120,7 |
İnformasiya və rabitə xidmətləri, min manat |
1226,4 |
122,5 |
104,6 |
Pərakəndə ticarət dövriyyəsi*), min manat |
135725,3 |
104,3 |
102,9 |
Əhaliyə göstərilən ödənişli xidmətlər*), min manat |
18664,6 |
116,2 |
107,3 |
Orta aylıq nominal əməkhaqqı, manat | 638,1**) | 119,0***) | 112,6****) |
Əhalinin sayı, 2023-cü il 01.07.2023 vəziyyətinə, min nəfər |
95945 |
95574 |
100,4 |
Qeyd:
*) fiziki şəxslər nəzərə alınmaqla;
**) 2023-cü ilin yanvar-iyun ayları;
***) 2023-cü ilin yanvar-iyun ayları 2022-ci ilin yanvar-iyun aylarına nisbətən;
****) 2022-ci ilin yanvar-iyun ayları 2021-ci ilin yanvar-iyun aylarına nisbətən.
Ümumi məhsul buraxılışı
2023-cü ilin yanvar-iyun aylarında 208 milyon 183,6 min manat həcmində və ya 2022-ci ilin müvafiq dövrünə nisbətən 3,5 faiz az ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 2170,2 manat təşkil etmişdir.
2023-cü ilin yanvar-iyun ayları ərzində istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 84 milyon 939,3 manat (40,8 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 54 milyon 222,3 min manat (26,0 faiz), tikintidə 19 milyon 356,9 manat (9,3 faiz), nəqliyyat və anbar təsərrüfatında 5 milyon 142,3 manat (2,5 faiz), informasiya və rabitədə 1 milyon 226,4 min manat (0,6 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 43 milyon 296,4 min manat (20,8 faiz) təşkil etmişdir.
Ümumi məhsul buraxılışı, sənayedə 13,3 faiz, nəqliyyat və anbar təsərrüfatında 4,3 faiz, informasiya və rabitə xidmətlərində 22,5 faiz, ticarət, nəqliyyat vasitələrinin təmirində 4,3 faiz artmış, kənd təsərrüfatında 6,8 faiz, tikintidə 30,6 faiz, azalmışdır.
Cədvəl 2
İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və
məhsul buraxılışının fiziki həcm indeksi.*
| 2023-cü ilin yanvar-iyun aylarında faktiki qiymətlərlə, min manat | 2022-ci ilin yanvar-iyun aylarında faktiki qiymətlərlə, min manat | Qiymət indeksi, faizlə | 2023-cü ilin yanvar-iyun ayları 2022-ci ilin qiymətləri ilə, min manat | Fiziki həcm indeksi, faizlə | Ümumi həcmdə xüsusi çəkisi, faizlə |
A | 1 | 2 | 3 | 4 | 5 | 6 |
Sənaye | 84939,3 | 34761,0 | 215,7 | 39384,2 | 113,3 | 40,8 |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 54222,3 | 52317,2 | 111,2 | 48741,2 |
93,2 |
26,0 |
Tikinti | 19356,9 | 27883,7 | 100,0 | 19356,9 | 69,4 | 9,3 |
Nəqliyyat və anbar təsərrüfatı | 5142,3 | 4655,1 | 105,9 |
4855,3 |
104,3 |
2,5 |
İnformasiya və rabitə | 1226,4 | 1000,9 | 100,0 | 1226,4 | 122,5 |
0,6 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri | 43296,4 | 36576,5 | 113,5 | 38149,3 |
104,3 |
20,8 |
Yekun: | 208183,6 | 151194,4 | 137,2 | 151713,9 | 96,5 | 100,0 |
Qrafik 1
2023-cü ilin yanvar-iyun aylarında ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə
Qrafik 2
2023-cü ilin yanvar-iyun aylarında ÜMB-nin
mülkiyyət növləri üzrə quruluşu, faizlə
Sənaye
2023-cü ilin yanvar-iyun aylarında Qazax rayonunda 84 milyon 939,3 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz çox olmuşdur. Ümumi istehsalın 81,8 faizini sənaye məhsulları, 18,2 faizini isə sənaye xidmətləri təşkil etmişdir.
Məhsulun 67,4 faizi emal, 15,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı, 16,0 faizi mədənçıxarma sektorunda istehsal olunmuşdur.
Qeyri-dövlət sektorunda istehsalın həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 3,0 dəfə artaraq 70 milyon 804,6 manat və ya sənaye məhsulunun 83,4 faizini təşkil etmişdir.
Qrafik 3
2023-cü ilin yanvar-iyun aylarında məhsul istehsalının
sənayenin bölmələri üzrə strukturu, faizlə
İstehlakçılara 91 milyon 729,1 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 iyul 2023-cü il tarixində sənaye müəssisələrinin anbarlarında 6 milyon 3,5 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 7,1 faizini təşkil etmişdir.
Cədvəl 3
Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı
Fəaliyyət növlərinin adı | 2023-cü ilin yanvar-iyun aylarında istehsal edilmişdir, min manat | 2022-ci ilin yanvar-iyun aylarına nisbətən sabit qiymətlərlə, faizlə | İstehsalın ümumi həcmində xüsusi çəkisi, faizlə |
|
Cəmi *) | 84939,3 | 113,3 | 100,0 |
|
Mədənçıxarma sənayesi | 13554,4 | 108,7 | 16,0 |
|
o cümlədən: mədənçıxarma sənayesinin digər sahələri | 13554,4 | 108,7 |
16,0 |
|
Emal sənayesi | 57214,8 | 119,0 | 67,4 | |
o cümlədən: |
|
|
| |
qida məhsullarının istehsalı | 3913,5 | - | 4,6 | |
içki istehsalı | 460,8 | 129,9 | 0,5 | |
toxuculuq sənayesi | 4,4 | 91,7 | 0,01 | |
mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı | 36,6 |
- | 0,04 | |
poliqrafiya məhsullarının istehsalı | 30,2 | - | 0,04 | |
rezin və plastik kütlə məmulatlarının istehsalı | 152,4 | - | 0,18 | |
tikinti materiallarının istehsalı | 47743,0 | 110,0 | 56,21 | |
elektrik avadanlıqlarının istehsalı | 21,2 | 725,7 | 0,03 | |
mebellərin istehsalı | 4813,5 | 112,2 | 5,67 | |
sair sənaye məhsullarının istehsalı | 7,0 | 189,1 | 0,01 | |
maşın və avadanlıqların quraşdırılması və təmiri | 32,2 | 472,3 |
0,03 | |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı | 13465,0 | 115,3 | 15,8 | |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı | 705,1 | 151,8 | 0,8 | |
o cümlədən: suyun yığılması, təmizlənməsi və paylanması | 429,4 |
- |
0,5 | |
digər tullantıların yığılması və məhv edilməsi | 275,7 |
- |
0,3 |
*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla
Emal sektorunun müəssisələri tərəfindən 2023-cü ilin yanvar-iyun ayları ərzində 57 milyon 214,8 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, rayon üzrə məhsul istehsalının ümumi həcmində 67,4 faiz təşkil etmiş və 2022-ci ilin müvafiq dövrünə nisbətən 19,0 faiz artmışdır. Sahə üzrə məhsul istehsalının əsasını tikinti materiallarının istehsalı (83,4 faiz), qida məhsullarının istehsalı (6,8 faiz), mebellərin istehsalı (8,4 faiz) təşkil edir.
Qida məhsullarının istehsalı 2,1 dəfə artaraq 3 milyon 913,5 min manata çatmış və bölmənin məhsullarının 4,6 faizini təşkil etmişdir.
İçki istehsalının real həcmi 29,9 faiz artaraq 460,8 min manat təşkil etmiş, onlardan 36,2 min dekalitr və ya 3,8 dəfə çox şirinləşdirilməmiş qazsız su istehsal edilmişdir.
Toxuculuq sənayesi məhsulları üzrə ixtisaslaşan müəssisələr tərəfindən 4,4 min manatlıq məhsul, ondan 22 kv.m ilməli xalça istehsal edilmişdir. 2022-ci ilin iyul ayının əvvəlinə sahə müəssisələrinin anbarlarında hazır məhsul qalığı mövcud olmamışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2023-cü il yanvar-iyun aylarında 13 milyon 465,0 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmişdir. Bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artmış, rayon əhalisinə və digər istehlakçılara 48834,5 milyon kVt-saat elektrik enerjisi, 73,3 milyon kubmetr təbii qaz verilmişdir.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin real həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətən 51,8 faiz artmış və 705,1 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 512,3 milyon kubmetr təbii su verilmişdir.
Cədvəl 4
Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri *)
Məhsul növlərinin adı və ölçü vahidi | 2023-cü il yanvar-iyun aylarında istehsal edilmişdir (əmtəəlik) | 2022-ci il yanvar-iyun aylarına nisbətən, faizlə | 01.07.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Mədənçıxarma sənayesi | |||
bentonit, ton | 66675,0 | 114,6 | 149696,0 |
əhəngdaşı tozu, ton | 12918,0 | 72,8 | - |
inşaat üçün əhəng daşı, ton | 18950,0 | 105,8 |
|
Qida məhsullarının istehsalı |
|
|
|
buğda və ya çovdarla qarışıq buğda unu, ton | 108,8 | 96,4 | - |
çörək, ton | 474,82 | 95,0 | - |
İçki istehsalı | |||
Şirinləşdirilməmiş mineral və qazlı sular, min dekalitr | 49,1 | 380,6 | - |
Toxuculuq sənayesi | |||
ilməli xalça , kv.m | 22,0 | 91,7 | - |
Mebellərin istehsalı | |||
yataq otağı üçün taxta mebellər, ədəd | 1398,0 | 143,0 | - |
yemək və qonaq otaqları üçün taxta mebellər, ədəd | 1138 | 119,0 | - |
Elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi və təchizatı | |||
elektrik enerjisinin bölüşdürülməsi, mlyn. kVt.s | 48834,5 | 104,0 | - |
qazın bölüşdürülməsi, mlyn.kubmetr | 73,3 | 118,0 | - |
buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, min Q.kal | 3155,9 | 65,2 | - |
təbii suyun yığılması və bölüşdürülməsi, mlyn.kubmetr | 512,30 | 161,0 | - |
*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmadan
Tikinti
Əsas kapitala yönəldilmiş vəsaitlər
İlkin məlumatlara əsasən 2023-cü ilin yanvar-iyun aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 19 milyon 801,4 min manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 29,5 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 19 milyon 356,9 min manatı və ya 97,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 87,7 faizini dövlət sektoru, 12,3 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir.
Cədvəl 5
Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər*
| 2023-cü ilin yanvar-iyun aylarında, min manat | 2022-ci ilin müvafiq dövrünə nisbətən, faizlə | Ümumi həcmdə xüsusi çəkisi, faizlə |
Cəmi | 19801,4 | 70,5 | 100,0 |
o cümlədən: |
|
|
|
dövlət sektoru | 17368,8 | 70,0 | 87,7 |
qeyri-dövlət sektoru | 2432,6 | 74,8 | 12,3 |
ondan: |
|
|
|
fərdi yaşayış evlərinin tikintisinə |
2400,0 |
86,6 |
12,1 |
Qrafik 4
Əsas kapitala yönədilmiş vəsaitlərin
mülkiyyət növləri üzrə strukturu, faizlə
Tikinti müəssisələrinin fəaliyyəti haqqında
2023-cü ilin yanvar-iyun aylarında fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş işlərin həcmi 1195,5 min manat təşkil etmiş və ümumi tikinti işlərinin 967,4 min manatını, yaxud 80,9 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri (ondan 95,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 4,8 faizini əsaslı təmir işləri) təşkil etmişdir. 19,1 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.
Cədvəl 6
Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən
yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla
(2023-cü ilin yanvar-iyun aylarında)
| Cəmi | Ümumi yekuna nisbətən, faizlə | 2022-ci ilin müvafiq dövrünə nisbətən, faizlə |
Cəmi | 1195,5 | 100,0 | 112,4 |
o cümlədən: |
|
|
|
Hüquqi şəxslər | 967,4 | 80,9 | 93,2 |
o cümlədən: |
|
|
|
tikinti, yenidənqurma və genişləndirmə |
920,5 |
95,2 |
3,0d |
əsaslı təmir | 46,9 | 4,8 | 52,8 |
cari təmir | - | - | - |
sair işlər | - | - | - |
Fiziki şəxslərin yerinə yetirdiyi işlər | 228,1 | 19,1 | 8,7d |
Kənd təsərrüfatı
2023-cü ilin yanvar-iyun aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 54222,3 min manat təşkil etmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən 6,8 faiz azalmışdır.
Bitkiçilik. 2023-cü ilin məhsulu üçün 5243,0 hektar sahədə buğda, 6611,0 hektar sahədə arpa səpini aparılmışdır. 2023-cü ilin məhsulu üçün olan kənd təsərrüfatı bitkilərinin əkin sahəsi aşağıdakı cədvəllə xarakterizə olunur:
Cədvəl 7
Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar
| 2023-cü ildə | 2022-ci ildə | 2023-cü il 2022-ci ilə nisbətən, faizlə |
Cəmi əkin sahəsi | 18967,0 | 18970,2 | 99,9 |
o cümlədən: |
|
|
|
dənlilər və dənli paxlalı bitkilər | 12387,0 | 12059,2 | 102,7 |
ondan: buğda | 5243,0 | 4876,6 | 107,5 |
arpa | 6611,0 | 6487,6 | 101,9 |
vələmir | 80,0 | 90,0 | 133,4 |
sorqo | 36,0 | 71,0 | 50,7 |
paxlalılar | 17,0 | 16,0 | 106,3 |
qarğıdalı | 350,0 | 474,0 | 73,8 |
günəbaxan | 50,0 | 44,0 | 113,6 |
tərəvəz | 780,0 | 822,0 | 95,0 |
bostan | 43,0 | 37,0 | 116,2 |
kartof | 1300,0 | 1270,0 | 102,4 |
yem bitkiləri | 4457,0 | 4782,0 | 93,2 |
Cədvəl 8
01.07.2023-cü il tarixinə əkin sahələrindən məhsul toplanışı və
məhsuldarlıq
| Məhsul toplanmış sahə, hektarla | Məhsul, sentnerlə | Məhsuldarlıq, sentnerlə |
Buğda | 330,0 | 11550,0 | 35,0 |
Arpa | 4588,0 | 135340,0 | 29,5 |
Yaşıl lobya | 90,0 | 1800,0 | 20,0 |
Bibər | 40 | 8800,0 | 220,0 |
Xiyar | 80,0 | 28000,0 | 350,0 |
Pomidor | 106,0 | 31800,0 | 300,0 |
Sarımsaq | 17,0 | 2400,0 | 141,2 |
Sair tərəvəz | 85,0 | 8500,0 | 100,0 |
Yem bitkiləri | 1500,0 | 4500,0 | 30,0 |
Bağlar və giləmey-vəliklər(bar verən yaşda) |
1648,2 |
48800,0 |
29,6 |
Heyvandarlıq. 2023-cü ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində diri çəkidə 2601,0 ton ət, 16553,5 ton süd, 6020,0 min ədəd yumurta, 235,5 ton yun istehsal edilmişdir. 2022-ci ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 2,0 min ədəd artmış, ət istehsalı 69,4 ton, süd istehsalı isə 33,2 ton, yun istehsalı 0,7 ton azalmışdır.
Cədvəl 9
Heyvandarlıq məhsullarının istehsalı, sentner
| 2023-cü ilin yanvar-iyun aylarında | 2022-ci ilin yanvar-iyun aylarında | 2023-cü ilin yanvar-iyun ayları 2022-ci ilin müvafiq dövrünə nisbətən | |
% | +, - | |||
Ət (diri çəkidə) | 26010,0 | 26704,0 | 97,4 | -694,0 |
Süd | 165535,0 | 165867,0 | 99,8 | -332,0 |
Yumurta, min ədəd | 6020,0 | 6018,0 | 100,0 | +2,0 |
Yun | 2355,0 | 2362,0 | 99,7 | -7,0 |
2023-cü ilin iyulun 1-nə rayonda 29590 baş iribuynuzlu mal-qara (ondan 16211 baş inək və camış), 127918 baş qoyun və keçi mövcud olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 638 baş (2,1 faiz) azalmış (inək və camışların sayı 21 baş (0,1 faiz) artmış, qoyun və keçilərin sayı 1615 baş (1,2 faiz) azalmışdır.
Cədvəl 10
Mal-qaranın sayı, iyulun 1-i vəziyyətinə, baş
| 2023-cü ilin yanvar-iyun aylarında | 2022-ci ilin yanvar-iyun aylarında | 2023-cü ilin yanvar-iyun ayları 2022-ci ilin müvafiq dövrünə nisbətən | |
% | +, - | |||
İribuynuzlu mal-qara | 29590 | 30228 | 97,9 | -638 |
ondan: |
|
|
|
|
inək və camışlar | 16211 | 16190 | 100,1 | +21 |
Qoyun və keçilər | 127918 | 129533 | 98,8 | -1615 |
Nəqliyyat
2023-cü ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 7163,0 min nəfər sərnişin daşınmış, 2022-ci ilin müvafiq dövrünə nisbətən 18,4 faiz artmışdır.
Cədvəl 11
Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər
| 2023-cü ilin yanvar-iyun aylarında | 2022-ci ilin yanvar-iyun aylarında | 2022-ci ilin müvafiq dövrünə nisbətən, faizlə |
Cəmi | 7163,0 | 6052,0 | 118,4 |
2023-cü ilin yanvar-iyun ayların da avtomobil nəqliyyatı ilə 641,0 min ton yük daşınmış və 2022-ci ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artmışdır.
Cədvəl 12
Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton
| 2023-cü ilin yanvar-iyun aylarında | 2022-ci ilin yanvar-iyun aylarında | 2022-ci ilin müvafiq dövrünə nisbətən, faizlə |
Cəmi | 641,0 | 598,0 | 107,2 |
2023-cü ilin yanvar-iyun ayları ərzində nəqliyyat müəssisələri tərəfindən 5 milyon 142,3 min manatlıq xidmət göstərilmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən 4,3 faiz artmışdır. Göstərilmiş xidmətin 212,9 min manatı (4,1 faizi) dövlət sektorunun, 4 milyon 929,4 min manatı (95,9 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir.
Cədvəl 13
| 2023-cü ilin yanvar-iyun aylarında, manatla | 2022-ci ilin yanvar-iyun aylarında, manatla | 2022-ci ilin müvafiq dövrünə nisbətən, faizlə |
Nəqliyyat xidmətindən əldə olunan gəlir, faktiki qiymətlərlə | 5142,3 | 4655,1 | 104,3 |
o cümlədən: |
|
|
|
dövlət sektoru | 212,9 | 183,7 | 109,5 |
qeyri-dövlət sektoru | 4929,4 | 4471,4 | 104,1 |
İnformasiya və rabitə
Bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-iyun aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 22,5 faiz artaraq 1226,4 min manat təşkil etmişdir ki, onun da 1064,6 min manatı (86,8 faizi) əhali tərəfindən istifadə olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,1 faiz artmışdır. Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 86,7 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 13,3 faiz təşkil etmişdir.
Cədvəl 14
İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat
| 2023-cü ilin yanvar- iyun aylarında | 2022-ci ilin yanvar- iyun aylarında | 2022-ci ilin müvafiq dövrünə nisbətən, faizlə |
İnformasiya və rabitə xidmətlərindən əldə olunan gəlir |
1226,4 |
1000,9 |
122,5 |
o cümlədən: |
|
|
|
dövlət sektoru | 1063,4 | 917,9 | 115,6 |
qeyri-dövlət sektoru | 163,0 | 83,0 | 196,4 |
İstehlak bazarı
2023-cü ilin yanvar-iyun aylarında istehlakçıların tələbatının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 135 milyon 725,3 min manat olmaqla 2022-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,3 faiz artmışdır.
Cədvəl 15
İstehlak bazarı üzrə əsas göstəricilər
| 2023-cü ilin yanvar-iyun aylarında min manat | 2023-cü ilin yanvar-iyun ayları 2022-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
İstehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri |
135725,3 |
104,3 |
o cümlədən: |
|
|
dövlət mülkiyyəti üzrə | - | - |
qeyri-dövlət mülkiyyəti üzrə | 135725,3 | 104,3 |
ondan: fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə |
105869,2 |
106,8 |
Əmtəə bazarı
2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 135 milyon 725,3 min manatlıq məhsul satılmış və onun 73 milyon 783,5 min manatını (54,4 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 61 milyon 941,8 min manatını (45,6 faiz) qeyri-ərzaq malları təşkil etmişdir.
2022-ci ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 4,3 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 12,8 faiz azalmış, qeyri-ərzaq malları üzrə 35,2 faiz artmışdır.
Cədvəl 16
Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu
| 2023-cü ilin yanvar-iyun aylarında, min manat | Ümumi yekunda xüsusi çəkisi, faizlə | 2023-cü ilin yanvar-iyun ayları 2022-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 135725,3 | 100,0 | 104,3 |
o cümlədən: |
|
|
|
ərzaq məhsulları, içkilər və tütün məmulatları |
73783,5 |
54,4 |
87,2 |
qeyri-ərzaq malları | 61941,8 | 45,6 | 135,2 |
2023-cü ilin yanvar-iyun aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 235,8 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 128,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 107,6 manatlıq qeyri-ərzaq malları almışdır.
Pərakəndə ticarət dövriyyəsinin 22,0 faizini hüquqi şəxslər, 17,4 faizini fərdi sahibkarlar tərəfindən, 60,6 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir.
Cədvəl 17
Məhsul bazarı üzrə əsas göstəricilər
| 2023-cü ilin yanvar-iyun aylarında, min manat | 2023-cü ilin yanvar- iyun ayları 2022-ci ilin yanvar- iyun aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 135725,3 | 104,3 |
o cümlədən: |
|
|
müəssisələr üzrə | 29856,1 | 96,3 |
fərdi sahibkarlar üzrə | 23673,6 | 113,7 |
bazar və yarmarkalar üzrə | 82195,6 | 110,5 |
Qrafik 5
2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin strukturu
Cədvəl 18
Pərakəndə ticarət dövriyyəsinin dinamikası
| Əvvəlki ilin müvafiq dövrünə nisbətən, müqayisəli qiymətlərlə, faizlə | ||
Pərakəndə ticarət dövriyyəsi | o cümlədən | ||
ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə | qeyri-ərzaq malları üzrə | ||
2023-cü il | |||
Yanvar-iyun | 104,3 | 87,2 | 135,2 |
2022-ci il | |||
Yanvar-iyun | 102,9 | 102,5 | 101,3 |
2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 10 milyon 408,2 min manat təşkil etmişdir.
İctimai iaşə xidmətləri
2023-cü ilin yanvar-iyun ayları ərzində ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,0 faiz artaraq 2 milyon 270,0 min manat olmuşdur.
Cədvəl 19
| 2023-cü ilin yanvar-iyun aylarında, min manat | 2023-cü ilin yanvar-iyun ayları 2022-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
İctimai iaşə xidmətləri, cəmi | 2270,0 | 123,0 |
o cümlədən: |
|
|
hüquqi şəxslər üzrə | - | - |
fiziki şəxslər | 2270,0 | 123,0 |
Əhaliyə göstərilən ödənişli xidmətlər
2023-cü ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 16,2 faiz artaraq 18 milyon 664,6 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 13 milyon 104,6 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 70,2 faizini təşkil etmişdir.
Cədvəl 20
Ödənişli xidmətlərin göstərilməsi
| 2023-cü ilin yanvar-iyun aylarında, min manat | 2023-cü ilin yanvar-iyun ayları 2022-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə |
Ödənişli xidmətlərin ümumi dəyəri-cəmi |
18664,6 |
116,2 |
o cümlədən: dövlət sektoru |
6413,0 |
95,4 |
qeyri-dövlət sektoru | 12251,6 | 131,2 |
ondan: fiziki şəxslər | 5560,0 | 78,4 |
2023-cü ilin yanvar-iyun aylarında əhalinin hər bir nəfəri orta hesabla 194,6 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.
Cədvəl 21
Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri
| Əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə, faizlə | ||
Əhaliyə göstərilən ödənişli xidmətlər | o cümlədən | ||
hüquqi şəxslər üzrə | fiziki şəxslər üzrə | ||
2022-ci il | |||
Yanvar-iyun | 107,3 | 98,8 | 115,3 |
2023-cü il | |||
Yanvar-iyun | 116,2 | 184,8 | 78,4 |
İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 43,1 faiz təşkil etmişdir.
Cədvəl 22
İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri
| 2023-cü ilin yanvar-iyun aylarında, min manatla | 2023-cü ilin yanvar- iyun ayları 2022-ci ilin müvafiq dövrünə nisbətən, faizlə | Ümumi həcmdə xüsusi çəkisi, faizlə |
İri və orta müəssisələr üzrə, cəmi | 11915,1 | 173,9 | 63,8 |
o cümlədən: |
|
|
|
digər sahələrin iri və orta müəssisələri |
5130,7 |
94,1 |
27,5 |
o cümlədən: |
|
|
|
sənaye | 5130,7 | 94,1 | 27,5 |
əsas fəaliyyət növü üzrə ( iri və orta müəssisələr) |
6784,4 |
4,8 d |
36,3 |
Qrafik 6
İri müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası
Qiymət indeksləri
İstehlak məhsullarının və ödənişli xidmətlərin istehlak qiymətləri indeksi
Rayon üzrə 2023-cü ilin iyun ayında istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 99,6 faiz, 2023-cü ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 111,8 faiz təşkil etmişdir.
2023-cü ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 99,0 faiz, 2023-cü ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 118,3 faiz təşkil etmişdir.
2023-cü ilin iyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,2 faiz, 2023-cü ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 106,7 faiz təşkil etmişdir.
2023-cü ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,0 faiz, 2023-cü ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 106,7 faiz təşkil etmişdir.
Cədvəl 23
İstehlak qiymətləri indeksinin dəyişməsi
| Cəmi məhsullar və xidmətlər | Ərzaq məhsulları, içkilər və tütün məmulatları | ||
əvvəlki aya nisbətən, faizlə | əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | əvvəlki aya nisbətən, faizlə | əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | |
2023-cü il | ||||
Aprel | 100,6 | 112,0 | 100,9 | 119,1 |
May | 99,8 | 111,9 | 99,5 | 118,6 |
İyun | 99,6 | 111,8 | 99,0 | 118,3 |
..ardı
| Qeyri-ərzaq məhsulları | Xidmətlər | ||
əvvəlki aya nisbətən, faizlə | əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | əvvəlki aya nisbətən, faizlə | əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | |
2023-cü il | ||||
Aprel | 100,0 | 106,8 | 100,5 | 106,3 |
May | 100,1 | 106,7 | 100,0 | 106,5 |
İyun | 100,2 | 106,7 | 100,0 | 106,7 |
Muzdla işləyənlərin sayı
Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2023-cü ilin yanvar-iyun aylarında 10923 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 6613 nəfər (60,5 faiz), qeyri-dövlət sektorunda isə 4310 nəfər (39,5 faiz) təşkil etmişdir.
Muzdlu işçilərin 19,1 faizi məhsul istehsalı sahələrində, o cümlədən 14,1 faizi sənaye (o cümlədən 2,9 faizi mədənçıxarma, 7,5 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı) sahələrində, 1,1 faizi tikinti, 3,9 faizi kənd təsərrüfatı, ovçuluq və meşəçilik sektorunda məşğul olmuşdur.
Muzdlu işçilərin 80,9 faizi xidmət sahələrində, o cümlədən 28,3 faizi təhsil, 22,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,2 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,0 faizi maliyyə və sığorta, 1,1 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,4 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışmışlar.
Yeni iş yerlərinin açılması
İlkin məlumatlara əsasən 2023-cü ilin yanvar-iyun aylarında hüquqi şəxslər üzrə 59 yeni iş yeri açılmış və 694 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərindən 25,4 faizi yeni, 74,6 faizi mövcud müəssisə və təşkilatlarda yaradılmışdır.
Cədvəl 24
2022-ci ildə və 2023-cü ilin yanvar-iyun aylarında yeni açılmış
iş yerlərinin xarakteristikası
| 2022-ci il | 2023-cü ilin yanvar-iyun aylarında | Xüsusi çəkisi, faizlə | |
Yeni iş yerlәrinin sayı (fərdi sahibkarlar istisna olmaqla), cәmi | 135 | 59 | 100,0 | |
o cümlədən: |
|
|
| |
yeni yaradılmış müəssisə və təşkilatlarda | 65 | 15 | 25,4 | |
mövcud müəssisə və təşkilatlarda | 70 | 44 | 74,6 | |
fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda | - | - | - | |
digər tədbirlər üzrə (müxtəlif beynəlxalq və yerli layihələr, abadlıq işləri və s.) | - | - | - | |
Yeni yaradılmış fәrdi sahibkarlıq subyektlәrinin sayı | 1270 | 694 | 100,0 |
Qrafik 7
2023-cü ilin yanvar-iyun aylarında yeni açılmış iş yerləri strukturu
(fərdi sahibkarlar istisna olmaqla)
(yekuna görə, faizlə)
Əməkhaqqı
2023-cü ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 638,1 manat, həmçinin dövlət sektorunda 641,1 manat, qeyri-dövlət sektorunda 633,6 manat təşkil etmiş, 2022-ci ilin müvafiq dövrünə nisbətən rayon üzrə 19,0 faiz, o cümlədən dövlət sektoru üzrə 11,3 faiz artmış, qeyri-dövlət sektoru üzrə isə 37,1 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş və emal bölməsində 1065,3 manat, mədənçıxarma sənayesində 873,8 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 823,0 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 876,6 manat, maliyyə və sığorta sahəsində 1385,7 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminatda 943,6 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 714,1 manat təşkil etmişdir.
Cədvəl 25
2023-cü ilin yanvar-iyun aylarında iqtisadi fəaliyyət
növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı
Hərfi işarəsi |
Fəaliyyət növləri |
İşçilərin sayı, nəfər
| Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı, manat | ||
2023-cü ilin yanvar-iyun aylarında | 2022-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə | Orta rayon göstəricisinə nisbətən, faizlə | |||
| Cəmi | 10923 | 638,1 | 119,0 | 100,0 |
| ondan: |
|
|
|
|
| dövlət mülkiyyəti | 6613 | 641,1 | 111,3 | 100,4 |
| qeyri-dövlət mülkiyyəti | 4310 | 633,6 | 137,1 | 99,2 |
| o cümlədən: |
|
|
|
|
A | Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq | 431 | 513,4 | 119,1 | 81,5 |
B | Mədənçıxarma sənayesi | 316 | 873,8 | 116,3 | 136,9 |
C | Emal sənayesi*) | 822 | 1065,3 | 313,6 | 166,9 |
D | Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
235 |
823,0 |
111,1 |
128,9 |
E | Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
160 |
470,4 |
107,5 |
73,7 |
F | Tikinti | 123 | 540,4 | 115,5 | 84,6 |
G | Ticarət; nəqliyyat vasitələrinin təmiri*) |
2457 |
451,4 |
112,9 |
70,7 |
H | Nəqliyyat və anbar təsərrüfatı | 209 | 876,6 | 92,3 | 137,3 |
İ | Turistlərin yerləşdirilməsi və ictimai iaşə |
22 |
410,4 |
118,0 |
64,3 |
J | İnformasiya və rabitə | 120 | 551,7 | 111,2 | 86,4 |
K | Maliyyə və sığorta fəaliyyəti | 106 | 1385,7 | 101,3 | 217,1 |
L | Daşınmaz əmlakla əlaqədar əməliyyatlar | 41 | 394,0 | 112,2 | 61,7 |
M | Peşə, elmi və texniki fəaliyyət | 33 | 552,5 | 131,2 | 86,5 |
... ardı | |||||
N | İnzibati və yardımçı xidmətlərin göstərilməsi | 168 | 466,4 | 106,5 | 73,0 |
O | Dövlət idarəetməsi və müdafiə; sosial təminat | 619 | 943,6 | 111,9 | 147,8 |
P | Təhsil | 3088 | 578,9 | 108,5 | 90,7 |
Q | Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi | 1332 | 714,1 | 123,8 | 111,9 |
R | İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət | 594 | 472,7 | 118,9 | 74,0 |
S | Digər sahələrdə xidmətlərin göstərilməsi | 47 | 669,9 | 122,4 | 104,9 |
*) Fiziki şəxslər nəzərə alınmaqla
Qrafik 8
2023-cü və 2022-ci ilin yanvar-iyun aylarında rayon üzrə
orta aylıq nominal əməkhaqqı
Demoqrafik vəziyyət
01.01.2023-cü il tarixinə əmək qabiliyyətli yaşadək (0-14 yaşda olan uşaq və yeniyetmələr) 20118 nəfər (21,0 faiz), əmək qabiliyyətli yaşda (kişilər 15-64 yaş, qadınlar 15-61 yaş) 66533 nəfər (69,5 faiz) və əmək qabiliyyətli yaşdan yuxarı (ahıllar) 9122 nəfər (9,5 faiz) əhali vardır. Qazax rayonu üzrə əhalinin sayı 2023-cü ilin yanvar-iyun aylarında 172 nəfər artaraq 01.07.2023-cü il vəziyyətinə 95 min 945 nəfərə çatmışdır. Əhalinin 49,2 faizini (47 min 204 nəfər) kişilər, 50,8 faizini (48 min 741 nəfər) qadınlar təşkil edir. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 139 nəfər olmuşdur.
Cədvəl 26
Əhalinin təbii hərəkətinin əsas göstəriciləri
Demoqrafik göstəricilər | Nəfərlə | Əhalinin hər 1000 nəfərinə | ||||
2023-cü ilin yanvar-iyun ayları | 2022-ci ilin yanvar-iyun ayları | artım(+) azalma(-) | 2023-cü ilin yanvar-iyun ayları | 2022-ci ilin yanvar-iyun ayları | 2023-cü il 2022-ci ilə nisbətən faizlə | |
Ümumi artım | 172 | 311 | -139 | 3,6 | 6,5 | 55,4 |
Təbii artım | 169 | 288 | -119 | 3,5 | 5,9 | 59,3 |
doğulanlar | 543 | 683 | -140 | 11,4 | 13,9 | 82,0 |
ölənlər | 374 | 395 | -21 | 7,9 | 8,0 | 98,9 |
Nikahlar | 261 | 326 | -65 | 5,5 | 6,6 | 83,3 |
Boşanmalar | 78 | 64 | +14 | 1,6 | 1,3 | 123,1 |
Ədliyyə Nazirliyinin Rayon Qqeydiyyat şöbələri tərəfindən 2023-cü ilin yanvar-iyun aylarında rayonda 543 nəfər doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,4 təşkil etmişdir.
2023-cü ilin yanvar-iyun aylarında 374 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,0-dən 7,9-ya qədər azalmışdır.
2023-cü ilin yanvar-iyun aylarında rayonda 261 nikaha daxilolma və 78 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə 2022-ci ilin yanvar-iyun aylarına nisbətən nikahların sayı 6,6-dan 5,5-ə qədər azalmış, boşanmaların sayı 1,6 təşkil etmişdir.
Qrafik 9
2023-cü və 2022-ci ilin yanvar-iyun aylarında
demoqrafik göstəricilər
Cədvəl 27
Əhalinin mexaniki hərəkətinin göstəriciləri
S/s | Demoqrafik göstəricilər yanvar-iyun ayları | Nəfərlə | Əhalinin hər 1000 nəfərinə | ||
2023-cü ilin yanvar-iyun aylarında | 2022-ci ilin yanvar-iyun aylarında | 2023-cü ilin yanvar- Iyun aylarında | 2022-ci ilin yanvar- Iyun aylarında | ||
1 | Gələnlərin sayı | 18 | 12 | 0,4 | 0,1 |
2 | Gedənlərin sayı | - | - |
|
|
3 | Miqrasiya saldosu | 18 | 12 | 0,4 | 0,1 |
2023-cü ilin yanvar-iyun aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün rayona 18 nəfər gələn qeydə alınmışdır. Rayon üzrə miqrasiya saldosu müsbət 18 nəfər təşkil etmişdir.
Dürdanə XƏLİLOVA,
Qazax Rayon Statistika İdarəsinin rəisi
Facebook-da paylaş