• Təqvim

  • Maraq



2022-ci ilin yanvar-sentyabr aylarında Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri


2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə 98,1 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 10,1 faiz artmışdır. ÜDM istehsalının 52,2 faizi sənaye, 7,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,0 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,8 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 9748,9 manata bərabər olmuşdur. Rayonun iqtisadiyyatının əsas göstəriciləri ilkin hesablamalara əsasən aşağıdakı cədvəldə qeyd   olunduğu kimidir:      

 

 

Göstəricinin adı

 

Məhsul və xidmətlərin  satışından əldə olunan  gəlir, min manatla

2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci ilin

yanvar-sentyabr aylarına  nisbətən, faizlə

(müqayisəli qiymətlərlə)

Yanvar-sentyabr ayları

2022

2021

Ümumi məhsul buraxılışı, o cümlədən

288204,4

214986,1

113,9

Sənaye

54165,6

39259,8

98,4

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq  

126167,0

93544,2

111,9

Tikinti

38650,5

21617,0

178,8

Nəqliyyat və anbar  təsərrüfatı

6821,5

5620,2

121,4

İnformasiya və rabitə

1544,4

1420,2

108,7

Ticarət, nəqliyyat  vasitələrinin təmiri

60855,4

53524,7

102,0

Əsas kapitala yönəldilən investisiyalar

38980,4

22241,6

175,2

Nəqliyyat sektorunda yük  daşınması, min ton

920,0

819,0

112,3

Nəqliyyat sektorunda  sərnişin daşınması, min sərnişin

8126,0

6406,0

126,8

Pərakəndə əmtəə dövriyyəsi

188992,0

162689,2

102,0

Əhaliyə göstərilən ödənişli  xidmətlər

23800,0

20379,0

106,0

Orta aylıq nominal əməkhaqqı (manatla)

554,4

477,4

116,2

İlkin hesablamalara əsasən 2022-ci ilin yanvar-sentyabr aylarında ümumi daxili məhsul əvvəlki ilin eyni dövrü ilə müqayisədə sabit qiymətlərlə 13,9 faiz artaraq 288204,4 min manat təşkil etmişdir. Məhsul buraxılışı sənayedə 1,6 faiz azalmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 11,9 faiz, informasiya və rabitə sahəsində 8,7 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 2,0 faiz, tikintidə 1,7 dəfə, nəqliyyat və anbar təsərrüfatında 21,4 faiz artmışdır. İlkin hesablamalara əsasən 2022-ci ilin yanvar-sentyabr aylarında orta aylıq nominal əməkhaqqı 554,4 manat olmuşdur ki, bu da ötən  ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz çoxdur. Rayonda 2022-ci ilin yanvar-sentyabr aylarında məhsul buraxılışının strukturu aşağıdakı kimidir:

 

ƏHALİ

01.10.2022-ci il tarixinə rayon əhalisinin sayı ilkin hesablamalara əsasən cari ilin doqquz ayı ərzində 252 nəfər, 0,3 faiz artaraq 99430 nəfərə çatmışdır. Əhalinin hər bir kvadrat kilometrə düşən sayı 143 nəfər olmuşdur. Rayon əhalisinin 21980 nəfəri şəhər, 77450 nəfəri isə kənd sakinləridir. Ümumi sayın 49,0 faizi kişilərin, 51,0 faizi isə qadınların payına düşür. Ədliyyə Nazirliyinin Rayon Qeydiyyat Şöbəsi tərəfindən doqquz ay ərzində 762 nəfər doğum, 551 nəfər ölüm, 335 nikah və 93 boşanma halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 10,3, ölənlərin sayı 7,4 nikahların sayı 4,5, boşanmaların sayı isə 1,3 olmuşdur. Doqquz ay ərzində 41 nəfər rayona daimi yaşamaq üçün gələn qeydə alınmışdır. 01.10.2022-ci il tarixə rayonda  üzvlərinin sayı 4177 nəfər olmaqla 982 ailə məcburi köçkündür. Rayon üzrə bəzi demoqrafik göstəricilər:

 

Göstəricilər

Yanvar-sentyabr ayları

Nəfər

Əhalinin hər 1000 nəfərinə

2022-ci il*

2021-ci il

2022-ci il*

2021-ci il 

Ümumi artım

252

218

3,4

3,0

Təbii artım

211

160

2,8

2,2

Doğulanlar

762

760

10,3

10,3

Ölənlər

551

600

7,4

8,1

Miqrasiya saldosu

+41

+58

0,5

0,8

Nikahlar

335

423

4,5

5,7

Boşanmalar

93

87

1,3

1,2

Gələnlər

41

+58

0,5

0,8

   *ilkin məlumat

KƏND TƏSƏRRÜFATI

2022-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsul istehsalının faktiki qiymətlərlə dəyəri 126167,0 min manat təşkil etmişdir ki, bu ümumi məhsul buraxılışının 43,8 faizini təşkil edir. Ümumi məhsul istehsalının 82967,1 min manatı bitkiçilik, 43199,9 min manatı isə heyvandarlıq məhsullarıdır.

Bitkiçilik. Dövlət Statistika Komitəsinin yerli statistika orqanları üçün işlər proqramına əsasən rаyonda əkin sahələrinin qəti uçotu aparılmış və məlum olmuşdur ki, 2022-ci ilin məhsulu üçün 18970,2 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilmişdir. Əkin sahəsi keçən ilə nisbətən 1460,2 hektar artmışdır. Əkilmiş sahənin 11312,0 hektarı payızlıq taxıl sahəsidir ki, bunun 4863,0 hektarını buğda, 6449,0 hektarını arpa sahəsi təşkil edir.   

Əkin sahəsinin quruluşu


2022-ci ilin məhsulu üçün payızlıq və yazlıq 11541,2 hektar qarğıdalısız dənlilər və dənli paxlalı bitkilər əkilmiş sahə vardır. Bu da ötən ilə nisbətən 1090,7 hektar çoxdur. 687,2 hektar sahədə yazlıq dənlilər əkilmişdir ki, ondan 13,6 hektarı buğda, 38,6 hektarı arpa, 90,0 hektarı vələmir, 474,0 hektarı qarğıdalı, 71,0 hektarı sorqo təşkil etmişdir. Keçən ilə nisbətən yazlıq dənlilərin əkin sahəsi 30,3 hektar azalmışdır. 44,0 hektar sahədə texniki bitki olan günəbaxan əkilmişdir. Əkinlər ailə kəndli təsərrüfatları tərəfindən aparılmışdır. 2022-ci ildə rayonda 2129,0 hektar sahədə kartof, tərəvəz və bostan bitkiləri əkilmişdir ki, ondan 1270,0 hektarı kartof, 822,0 hektarı tərəvəz, 37,0 hektarı bostan bitkiləri əkilmiş sahədir. Ötən illə müqayisədə kartof 203,0 hektar, bostan bitkiləri 2,0 hektar, tərəvəz 148,0 hektar çox əkilmişdir. Tərəvəz əkilmiş sahənin 62,0 hektarını kələm, 126,0 hektarını xiyar, 222,0 hektarını pomidor, 27,0 hektarını baş soğan, 20,0 hektarını sarımsaq, 36,0 hektarını badımcan, 32,0 hektarını şirin bibər, 27,0 hektarını acı bibər, 90,0 hektarını göyərti, 180 hektarını yaşıl lobya əkilmiş sahə təşkil etmişdir. Əkin sahəsinin 4782,0 hektarı yemlik bitkilərdir ki, 589,0 hektarı cari ildə əkilmiş yonca, 4193,0 hektarı isə keçmiş illərdə əkilmiş yonca sahəsidir. Keçən illə müqayisədə cari  ildə əkilmiş yonca 142,0 hektar azalmış, keçmiş illərdə əkilmiş yonca isə 157,0 hektar artıq olmuşdur. 

2022-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 

hektarla

Sıra

Bitkinin  adı

2022-ci il

2021-cı il

2022-ci il 2021-ci ilə  nisbətən fərq,  + -

1

 Payızlıq dənlilər

11312,0

10003,0

+1309,0

2

Yazlıq dənlilər

687,2

717,0

+29,8

3

Paxlalılar

16,0

197,0

-181,0

4

Texniki bitkilər

44,0

49,0

-5,0

5

Kartof

1270,0

1067,0

203,0

6

Tərəvəz

822,0

674,0

+148,0

7

Bostan bitkiləri

37,0

35,0

+2,0

8

Yemlik bitkilər

4782,0

4767,0

+15,0

 

Cəmi əkin sahəsi

18970,2

17510,0

+1460,2

01.10.2022-ci il tarixə 11878,2 hektar dənli bitkilər əkilmiş sahə biçilmiş, 420287,0 sentner məhsul toplanmışdır. 4876,6 hektar buğda əkilmiş sahədən 187749,0 sentner, 6487,6 hektar arpa əkilmiş sahədən 208024,0 sentner məhsul əldə edilmişdir. Taxılın orta məhsuldarlığı 34,8 sentner, buğdanın məhsuldarlığı 38,5 sentner, arpanın məhsuldarlığı isə 32,1 sentner olmuşdur. Qarğıdalı əkilmiş sahənin 374,0 hektarının məhsulu toplanmış, 20944,0 sentner məhsul əldə edilmişdir. Orta məhsuldarlıq 56,0 sentner olmuşdur. Sahələrdən 620320,0 sentner tərəvəz, 153024,0 sentner yem bitkiləri, 111919,3 sentner meyvə yığılmışdır. Məhsul toplanışı davam edir. 01 oktyabr 2022-ci il tarixə əkin sahələrindən məhsul toplanışı və məhsuldarlıq

 

Məhsul toplanmış sahə, hektarla

Məhsul, sentnerlə

Məhsuldarlıq, sentnerlə

Buğda 

4876,6

187749,0

38,5

Arpa

6487,6

208024,0

32,1

Qarğıdalı

374,0

20944,0

56,0

Sair dənli bitkilər

140,0

3570,0

25,5

Paxlalı bitkilər

16,0

336,0

21,0

Günəbaxan

44,0

1012,0

23,0

Yaşıl lobya

180,0

3960,0

22,0

Kələm

62,0

16200,0

261,3

Qarpız

32,0

8000,0

250,0

Yemiş

5,0

1250,0

250,0

Bibər

59,0

14750,0

250,0

Xiyar 

126,0

44100,0

350,0

Badımcan

36,0

10260,0

285,0

Pomidor

222,0

77700,0

350,0

Sarımsaq

20,0

2800,0

140,0

Soğan 

27,0

8100,0

300,0

Kartof

1270,0

425450,0

335,0

Sair tərəvəz

90,0

9000,0

100,0

Yem bitkiləri

4782,0

153024,0

32,0

Meyvələr, cəmi

-

111919,3

-

Üzüm

-

3240,0

-

Heyvandarlıq. Heyvandarlıq məhsulları istehsalı aşağıdakı cədvəldə göründüyü kimidir:

Sıra

Məhsulun adı

Ölçü vahidi

2022-ci ilin  yanvar-sentyabr ayları

2021-ci ilin yanvar-sentyabr ayları

Fərq +, -

1

Ət(diri çəkidə)

ton

4328,1

4382,6

-54,9

2

Süd

ton

25193,3

25243,5

-50,2

3

Yumurta

min ədəd

9468,0

9465,0

+3,0

4

Yun

ton

236,2

248,0

-11,8

Heyvandarlıq məhsulları istehsalının azalmasının səbəbi mal-qaranın baş sayının azalması olmuşdur. 01.10.2022-ci il tarixə mal-qaranın baş sayı aşağıdakı cədvəldəki  kimidir:

 

 

 

Ölçü

vahidi

 

 

01.10.2019

 

 

01.10.2020

 

 

01.10.2021

 

 

01.10.2022

01.10.2022-ci il

01.10.2021-ci ilə nisbətən,  faizlə

İribuynuzlu mal-qara

baş

30326

30208

30166

30233

100,2

 O cümlədən: inək və camışlar

 

baş

 

16295

 

16247

 

16291

 

16196

 

99,4

Qoyun və keçilər

baş

144443

142857

138940

129542

93,2

SƏNAYE

2022-ci ilin yanvar-sentyabr ayları ərzində rayonun sənaye təşkilatlarında fiziki şəxslər və ev təsərrüfatlarında istehsal olunan sənaye məhsulları da daxil olmaqla istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 54165,6 min manat təşkil etmişdir. İstehsal edilmiş məhsulun 18498,3 min manatı, 34,2 faizi dövlət sektorunun, 35667,3 min manatı, 65,8 faizi isə qeyri-dövlət  sektorunun payına düşür. Ümumi istehsalın 63,7 faizi sənaye məhsulu istehsalının, 36,3 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. İstehsal edilmiş məhsulun çox hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 oktyabr  2022-ci il tarixinə 8747,4 min manatlıq hazır məhsul qalmışdır. Sənaye sahəsində məhsul istehsalının seksiyalar üzrə müqayisəsi aşağıdakı diaqramda göstərildiyi kimidir:


Mədənçıxarma sənayesində istehsalın dəyəri 22332,6 min manat olmaqla ümumi məhsul buraxılışının 41,2 faizini təşkil edir. Mədənçıxarma sahəsinin əsas məhsulu olan əmtəəlik bentonit gili istehsalı 96398,0 ton, tikinti daşı istehsalı isə 28065,0 ton, əhəng daşı tozu istehsalı 25916,0 ton təşkil etmişdir. Emal sənayesinə aid olan müəssisələr tərəfindən 13270,0 min manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu ümumi sənaye məhsulunun 24,5 faizini təşkil edir. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda doqquz ay ərzində göstərilən xidmətlərin dəyəri 17796,8 min manat təşkil etmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların doqquz ay ərzində həcmi 766,2 min manat təşkil etmişdir. Bu məhsul istehsalının 1,4 faizini təşkil edir. 2022-ci ilin yanvar-sentyabr aylarında istehsal olunmuş sənaye məhsullarının   natura ifadəsi aşağıdakı kimidir:

 

Məhsulun     adı

Ölçü vahidi

2022-ci ilin yanvar-sentyabr aylarında istehsal edilmişdir

İstehlakçılara göndəril-mişdir

Hesabat dövrünün sonuna

məhsul     qalığı

2021-ci     ilin yanvar-sentyabr aylarında

istehsal edilmişdir

2022-ci ilin yanvar-sentyabr ayları

2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən;

faizlə

İnşaat üçün əhəng daşı

ton

28065,0

28065,0

-

34000,0

82,5

Bentonit (əmtəəlik)

ton

96398,0

130578,0

162114,0

171110,0

56,3

Tikinti qumu

ton

19868,0

6000,0

17372,0

4100,0

484,6

Çınqıl

ton

12900,0

12900,0

-

9000,0

143,3

Əhəng daşı tozu

ton

25916,0

25916,0

-

21459,0

120,8

Şirinləşdirilməmiş mineral və qazlı su

min dkl

 

23,7

 

23,7

 

-

 

7,0

 

338,6

Araq

min dkl

5,04

2,90

3,19

11,0

45,8

Xalça

kv.m

36,0

36,0

-

16,0

225,0

Yataq  mebel dəsti

ədəd

1532

1532

-

693

221,1

Qonaq otağı üçün mebel

ədəd

1474

1474

-

981

150,3

Elektrik enerjisi (əmtəəlik)

 

qvt.s

 

74,8

 

74,8

 

-

 

77,7

 

96,3

Qaz (əmtəəlik)

mlyn

kub metr

 

93,8

 

93,3

 

-

 

81,5

 

115,1

Su (əmtəəlik)

min kub metr

 

668,8

 

668,8

 

-

 

619,8

 

107,9

2022-ci ilin yanvar-sentyabr aylarında rayonda müəssisələr tərəfindən 28065,0 ton  tikintidaşı istehsal olunub satılmışdır. Əmtəəlik gil istehsalı 96398,0 ton olmuş, 130578,0 ton gil satılmış və 2022-ci ilin oktyabr ayının 1-i tarixinə əvvəlki dövrlərdə yaranmış  ehtiyatlar da nəzərə alınmaqla 162114,0 ton gil, 3,19 min dekalitr araq qalığı olmuşdur. Yanvar-sentyabr ayları ərzində mebel istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 1532 ədəd yataq mebel dəsti, 1474 ədəd yemək və qonaq otağı üçün mebel istehsal  olunub satılmışdır. 2022-ci ilin yanvar-sentyabr aylarında rayonda 74,8 qvts elektrik   enerjisi, 93,8 milyon kub qaz bölüşdürülmüş, 668,8 min kub su istehsal olunub satılmışdır. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində rayonun sənaye müəssisələrində  muzdla çalışan işçilərin orta sayı 1147 nəfər olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 124,5  faiz təşkil edir. İşçilərin 360 nəfəri dövlət, 787 nəfəri isə qeyri-dövlət  sektorunda çalışır. İşçilərin 316 nəfəri mədənçıxarma, 466 nəfəri emal, 203 nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 162 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışmışdır. İlkin  hesablamalara əsasən sənaye müəssisələrində işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz artaraq 691,5 manat olmuşdur. Orta aylıq əməkhaqqı dövlət sektorunda 614,3 manat, qeyri-dövlət sektorunda 726,8 manat təşkil etmişdir. Sənaye müəssisələrinə doqquz ay ərzində 180 nəfər işçi qəbul edilmiş, 284 nəfər işdən azad edilmişdir.   

TİKİNTİ

2022-ci ilin yanvar-sentyabr aylarında rayonda istifadəyə verilmiş əsas fondların dəyəri 4374,1 min manat olmuşdur. İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən 38980,4 min manat vəsait yönəldilmişdir. Ümumi vəsaitin 38650,5 min manatı və ya 99,2 faizi tikinti quraşdırma işlərinə sərf edilmişdir. Əsas kapitala yönəldilən investisiya 

(min manatla)

 

Yanvar-sentyabr

2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci

ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə

2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci

ilin yanvar-sentyabr aylarına nisbətən, fərq+-

 

2022-ci il

 

2021-ci il

 Rayon üzrə-cəmi o cümlədən.

38980,4

22241,6

175,3

+16738,8

 Dövlət mülkiyyəti

31205,2

18427,3

169,3

+12777,9

 Qeyri-dövlət mülkiyyəti

7775,2

3814,3

203,8

+3960,9

o cümlədən

 

 

 

 

Əhalinin şəxsi vəsaiti

3970,0

3720,0

106,7

+250,0

Doqquz ay ərzində 93 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bundan 38-i kənd yerindədir. Yaşayış evlərinin ümumi sahəsi 14880,0 kv/m, yaşayış sahəsi isə 8930,0 kv/m təşkil etmişdir. İstifadəyə verilmiş yaşayış evlərinin dəyəri  3720,0 min manatdır. Tikinti quraşdırma işləri

min manatla

 

Yanvar-sentyabr

2022-ci ilin yanvar-sentyabr ayları 2020-ci

ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə

2022-ci ilin yanvar-sentyabr

ayları 2021-ci

ilin yanvar-sentyabr aylarına nisbətən,

fərq+-

 

2022-ci il

 

2021-ci il

Rayon üzrə o cümlədən

38650,5

21617,0

178,8

+17033,5

Dövlət mülkiyyəti

31073,8

18083,0

171,8

+12990,8

Qeyri-dövlət mülkiyyəti

7576,7

3534,0

2.1 dəfə çox

+4042,7

o cümlədən

 

 

 

 

Əhalinin şəxsi vəsaiti

3771,5

3534,0

106,7

+237,5

Tikinti müəssisələri tərəfindən görülən inşaat işlərinin həcmi 1694,5 min manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müqayisəli qiymətlərlə 100,2  faiz təşkil  edir. 2022-ci ilin yanvar-sentyabr aylarında tikinti sektorunda işləyən işçilərin orta  sayı 123 nəfər olmuş, orta aylıq nominal əməkhaqqı 467,1 manat təşkil etmişdir. 

TİCARƏT

2022-ci ilin yanvar-sentyabr aylarında rayonda 34 ticarət müəssisəsi, 180 ticarət yerinə  malik kənd təsərrüfatı məhsulları bazarı və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər ticarət fəaliyyəti göstərmişdir. Araşdırılan dövr ərzində istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə rayonun istehlak bazarında əhaliyə  188992,0 min manatlıq istehlak malları satılmışdır. İstehlak mallarının içərisində ərzaq  malları 61,7 faizlə üstünlük təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsinin fiziki həcm indeksi 102,0 faiz olmuşdur. 2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə əmtəə dövriyyəsi

min manatla

 

Yanvar-sentyabr ayları

2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən,

faizlə

2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən,

fərq+-

 

 

2022-ci il

 

 

2021-ci il

Pərakəndə əmtəə dövriyyəsinin

həcmi

188992,0

162689,2

116,2

+26302,9

o cümlədən:

 

 

 

 

Hüquqi şəxslər

42919,9

29829,0

143,9

+13090,9

Fərdi sahibkarlar, bazar və yarmarkalar

 

146072,1

 

132860,2

 

109,9

 

+13211,9

Pərakəndə əmtəə dövriyyəsinin quruluşu


Rayonda pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmi 188992,0 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin 22,7 faizi hüquqi şəxslərin, 61,0 faizi kənd təsərrüfatı bazarının, əşya və qarışıq mallar yarmarkasının, 16,3 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin payına düşür. Doqquz ay ərzində rayon  əhalisinin hər bir nəfəri tərəfindən ticarət şəbəkələrindən 1902,5 manatlıq istehlak   malları alınmışdır.  

ÖDƏNİŞLİ XİDMƏT VƏ İCTİMAİ İAŞƏ

2022-ci ilin yanvar-sentyabr ayları ərzində Qazax rayon əhalisinə 23800,0 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 18,5 faiz çox pullu xidmət göstərilmişdir. Ümumi ödənişli xidmətin 37,9 faizi (9029,4 min manat) hüquqi şəxslər, 5562,1 faizi (14770,6 min manatı) hüquqi şəxs yaratmadan pullu xidmət göstərən fiziki şəxslər tərəfindən təşkil olunmuşdur. Ödənişli xidmətlərin həcmi aşağıdakı cədvəldə göstərildiyi kimi olmuşdur.

min manat

 

Yanvar-sentyabr ayları

2022-ci ilin

yanvar-sentyabr ayları 2021-ci ilin

yanvar-sentyabr

aylarına nisbətən, faizlə

2022-ci ilin

yanvar-sentyabr ayları 2021-ci ilin

yanvar-sentyabr

aylarına nisbətən,

fərq +-

 

 

2022-ci il

 

 

2021-ci il

Ödənişli xidmətin ümumi həcmi-cəmi

23800,0

20379,0

116,8

+3421,0

o cümlədən

 

 

 

 

Hüquqi şəxslər

9029,4

8171,1

110,5

858,3

Fərdi sahibkarlar

14770,6

12207,9

121,0

+2562,7

Hesabat dövründə xidmət müəssisələri hər bir rayon sakininə orta hesabla 239,6 manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,6 manat, yəni 16,3 faiz çox müxtəlif növ ödənişli xidmətlər göstərmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin 10,9 faizini (2225,0 min manat) məişət xidməti, 6,8 faizini (1379,0 min manat) iaşə xidməti təşkil etmişdir. Məişət və iaşə xidmətləri fiziki şəxslərin payına düşür.

NƏQLİYYAT

2022-ci ilin yanvar-sentyabr ayları ərzində nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən məhsul buraxılışının həcmi 6821,5 min manat olmuşdur  ki, bu da ümumi məhsul buraxılışının 2,4 faizini təşkil edir.

                                       

                                       

Yanvar-sentyabr ayları

2022-ci ilin yanvar-sentyabr  ayları 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə

2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən,

fərq +-

 

 

2022-ci il

 

 

 

2021-ci il

Nəqliyyat təşkilatlarında göstərilmiş xidmətlərin dəyəri

 

6821,5

 

5620,2

 

121,4

 

+1201,3

Məhsul buraxılışı ötən ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz və ya 1201,3 min manat artmışdır. Yük daşınmasının həcmi 920,0 min ton olmuş, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz çoxdur. Doqquz ay ərzində 8126,0 min nəfər sərnişin daşınmışdır ki, bu da keçən illə müqayisədə 26,8 faiz çoxdur.   

                                       

                                       

Yanvar-sentyabr ayları

2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci ilin

yanvar-sentyabr aylarına nisbətən, faizlə

2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən, fərq +-

 

 

2022-ci il

 

 

2021-ci il

Nəqliyyat sektorunda fiziki şəxslər tərəfindən göstərilmiş xidmətlərin dəyəri

 

5465,7

 

4197,2

 

130,2

 

+1268,5

2022-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat və anbar təsərrüfatı sektorunda işçilərin orta sayı 341 nəfər olmuş, orta aylıq nominal əməkhaqqı 20,6 faiz artaraq 959,8 manat  təşkil etmişdir. 

RABİTƏ

2022-ci ilin yanvar-sentyabr aylarında rabitə sektorunda məhsul buraxılışının faktiki  qiymətlərlə həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq 1544,4 min manat  təşkil etmişdir.                                         

 

 

 

 

 

 

Yanvar-sentyabr ayları

2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci ilin

yanvar-sentyabr aylarına nisbətən, faizlə

2022-ci ilin yanvar-sentyabr ayları 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən,

fərq +-

 

 

2022-ci il

 

 

 

2021-ci il

Rabitə xidmətlərindən əldə olunan gəlir 

1544,4

1420,3

108,7

+124,1

Göstərilmiş rabitə xidmətləri içərisində şəhərlərarası və beynəlxalq telefon rabitəsi 2,6 faiz, şəhər telefon rabitəsi 10,2 faiz, kənd telefon rabitəsi 22,4 faiz, internet xidməti isə 64,8 faiz təşkil etmişdir. 01 oktyabr 2022-ci il tarixə rayonda 12739 internet abunəçisi olmuşdur. Doqquz ay ərzində internet qoşulmalarının sayı 239 olmuşdur. Araşdırılan dövr ərzində göndərilən sadə və sifarişli məktub, banderolların sayı 17535 ədəd, daxil olanların sayı isə 44260 ədəd olmuşdur. Poçt müəssisələri tərəfindən 995 ədəd poçt bağlaması göndərilmişdir. Daxil olan  bağlamaların sayı 6427 olmuşdur. 

ƏMƏK BAZARI

01 oktyabr 2022-ci il tarixə rayonda ilkin hesablamalara əsasən muzdla işləyənlərin sayı 10326 nəfər olmuşdur. Muzdla işləyənlərin 3896 nəfəri maddi istehsal sahələrində, 6430 nəfəri isə xidmət sahələrində çalışır. Mülkiyyət növləri üzrə muzdla işləyən işçilərin 65,1 faizi dövlət, 34,9 faizi qeyri-dövlət mülkiyyətinə məxsus subyektlərdir. İqtisadi fəaliyyət növlərinə uyğun olaraq muzdla işləyən işçilərin 422 nəfəri, 4,0 faizi  kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1147 nəfəri, 11,1 faizi sənaye, 123 nəfəri, 1,2 faizi tikinti, 2175 nəfəri, 21,1 faizi  topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, 341 nəfəri, 3,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 125 nəfəri, 1,2 faizi  informasiya və rabitə, 103 nəfəri, 1,0 faizi maliyyə və sığorta fəaliyyəti, 588 nəfəri, 5,7 faizi dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 3123 nəfəri, 30,2 faizi təhsil,  1297 nəfəri, 12,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 882 nəfəri, 8,6 faizi digər xidmət sahələrində çalışmışdır. 

Muzdla işləyənlərin strukturu


2022-ci ilin doqquz ayında rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin eyni dövrünə nisbətən 16,1 faiz artaraq 554,4 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışanların əməkhaqları 576,7 manat, özəl müəssisələrdə çalışanların əməkhaqları isə 512,8 manat olmuşdur. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur. 01 iyul 2022-ci il tarixə rayonda iqtisadi fəal əhalinin sayı 58697 nəfər, məşğul əhalinin sayı 55701 nəfər, işsiz əhalinin sayı isə 2996 nəfərdir. Doqquz ay ərzində 486 nəfər məşğulluq orqanlarına müraciət etmiş, ondan 371 nəfəri işlə təmin olunmuşdur. 01 oktyabr 2022-ci il tarixə 170 nəfər məşğulluq orqanlarında rəsmi qeydiyyatda olan işsiz, 61 nəfər isə işsizlikdən sığorta   ödənişi alan şəxs vardır. İşsizlik müavinətinin orta aylıq məbləği 330,0 manat təşkil etmişdir. 2022-ci ilin doqquz ayında 21 yeni müəssisə, 6972 nəfər fiziki şəxs  qeydiyyatdan  keçmişdir.  Doqquz  ay ərzində 46 yeni iş yeri açılmışdır.

Faiq PAŞAYEV,

Qazax Rayon Statistika İdarəsinin rəisi



Facebook-da paylaş