• Təqvim

  • Maraq



Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Sən qalibsən, Azərbaycanım!” adlı bayram tədbiri keçirilib


2020-ci ilin 27 sentyabrında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun qətiyyətli əks hücumu ilə başlanan Vətən müharibəsində düşmənin növbəti təxribatının qarşısı layiqincə alındı.   Tarixi Zəfərimizlə yekunlaşan 44 günlük haqq savaşımızda erməni işğalçılarının başını “Dəmir yumruq”la əzdik, onları müqəddəs torpaqlarımızdan “İti Qovan” kimi qovduq. 44 gündə əldə etdiyimiz şanlı Zəfərdən artıq 4 il ötür. O Zəfər ki, 44 gündə qazanıldı. 44 gündə igid Vətən oğulları otuz il düşmən əsarəti altında qalan torpaqlarımızı azad edərək hərb tariximizin qəhrəmanlıq dastanını yazdılar. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. 

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilib.

Bu gün 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Sən qalibsən, Azərbaycanım!” adlı bayram tədbiri keçirilib.

Mədəniyyət Mərkəzinin böyük zalında təşkil olunmuş bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Qarabağ müharibəsi əlilləri, Vətən müharibəsi əlilləri, səhiyyə, mədəniyyət işçiləri, ağsaqqallar, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.

Rayon rəhbərliyi əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Qazax Dövlət Rəsm Qalereyasının 8 Noyabr – Zəfər Günü münasibətilə hazırladıqları kitab və rəsm sərgisi ilə tanış olublar.

Mərkəzin böyük zalında davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.



Facebook-da paylaş