• Təqvim

  • Maraq



Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların hüquqlarını qoruyaq” başlıqlı maarifləndirici tədbir keçirilib


Noyabr 18-də Qazax Rayon Heydər Əliyev Mərkəzində 20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların hüquqlarını qoruyaq” başlıqlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Qazax Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri Gövhər Mustafayeva, “Bitkilər aləmi” dərnəyinin üzvləri, əməkdaşlar və valideynlər iştirak ediblər. 


Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışıb. C.Hüseynova bildirib ki, Azərbaycanda dövlət uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev uşaqlara hər zaman böyük diqqət və sonsuz məhəbbət göstərib. Azərbaycanda uşaqların sağlam olması, onların yaxşı təhsil alması, Vətən və xalq üçün layiqli vətəndaş kimi yetişməsi Ümummilli Liderimizin siyasətinin əsas hissəsi olub. Dahi şəxsiyyət hər zaman böyük işlərdən vaxt taparaq uşaqların görüşünə gəlir, problemlərinin həlli istiqamətində misilsiz işlər görürdü. Bu məqsədyönlü siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Uşaqlar gələcəyimizi təcəssüm etdirən ən dəyərli sərvətimizdir. Uşaqların hüquqların müdafiəsi və təbliği uşaqların inkişafı, rifahı, onların müxtəlif zərərli vərdişlərdən qorunması baxımından mühüm əhəmiyyətə malikdir. “Uşaq hüquqları aylığı“nın keçirilməsinin məqsədi uşaqlara diqqət və qayğının daha da artırılması, onların müdafiəsinin daha effektivliyinin təmin edilməsidir. Ölkə Prezidenti İlham Əliyevin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” təsdiq edilmiş və dövlət başçısının 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na əsasən uşaqların hüquqları bu gün Azərbaycanda səmərəli təmin olunur.


Qazax UGİM-nin dərnək rəhbəri Gövhər Mustafayeva çıxış edərək uşaqlara öz hüquqları haqqında maarifləndirmək məqsədilə məlumat verib, uşaqlara Azərbaycan qanunvericiliyində öz əksini tapmış uşaqların hüquqları, vəzifələri haqqında danışıb. G.Mustafayeva qeyd edib ki, dünyadakı bütün uşaqların doğulduğu gündən təhsil almaq, sağlamlıq, fiziki, psixoloji təzyiqlərə qarşı müdafiə hüququ vardır. Cəmiyyətin həssas üzvü olan uşaqların xüsusi müdafiəyə ehtiyacı var. Ona görə də hər kəs onların hüquqlarının təmin edilməsində öz məsuliyyətini dərk etməli, uşaqlara qayğı göstərməlidir. 

Tədbirin sonunda uşaqlarla öz hüquqları haqqında maarifləndirici söhbət aparılıb, disskusiya şəraitində keçən görüşdə uşaqların fikirləri dinlənilib. Dərnək üzvləri Sevil İsmayılova, Ruslan Kəpili, Aliyə Pənahlı, Fuad Qəribli, Zəhra Nəbili, Əsmanur İsmayılova, Fatimə Nəbili, Omar Mirzəyev, Gülər Pənahlı, Aydan Vəliyeva, Sevda Əsgərova, Səma Yusubova, Tunar Pənahlı, Hüseyin Ələsgərov, Tunar Bağırov, Səbinə Əsgərova, Ömər Qurbanov, Mədinə Əfəndiyeva, Zəhra Abdullayeva uşaq hüquqlarına aid kompozisiyalar nümayiş etdiriblər. 





Facebook-da paylaş