
İlkin
məlumatlara əsasən 2020-ci ildə ölkədə 72432,2 milyon manatlıq və ya əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz az ümumi daxili məhsul istehsal
olunmuşdur. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz,
neft-qaz sektorunda isə 7,0 faiz azalmışdır. ÜDM istehsalının 33,7 faizi sənaye,
11,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,7 faizi tikinti, 7,1
faizi nəqliyyat və anbar təsərrüfatı, 6,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı
və balıqçılıq, 2,0 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi
və ictimai iaşə sahələrinin, 20,2 faizi digər sahələrin payına düşmüş, məhsula
və idxala xalis vergilər ÜDM-un 9,7 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə
düşən ÜDM 7262,8 manata bərabər olmuşdur. Rayonun
iqtisadiyyatının əsas göstəriciləri cədvəldə
qeyd olunduğu kimidir:
min manatla
Göstəricinin adı |
2020-ci il
|
2020-ci il
2019-cu ilə nisbətən, faizlə |
Ümumi məhsul
buraxılışı |
297735,7 |
97,9 |
O cümlədən sənaye |
42801,7 |
99,6 |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq |
101260,3 |
98,5 |
Tikinti |
79034,8 |
99,3 |
Nəqliyyat və
anbar təsərrüfatı |
6475,5 |
78,5 |
İnformasiya
və rabitə |
1797,8 |
107,4 |
Ticarət, nəqliyyat
vasitələrinin təmiri |
66365,6 |
95,6 |
Əsas
kapitala yönəldilən investisiyalar |
126466,6 |
152,0 |
Nəqliyyat sektorunda yük daşınması, min ton |
1123,0 |
67,1 |
Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin |
9310,0 |
55,9 |
Pərakəndə əmtəə
dövriyyəsi |
206104,4 |
95,6 |
Əhaliyə göstərilən
ödənişli xidmətlər |
23802,0 |
74,5 |
Orta aylıq
nominal əməkhaqqı (manatla) |
462,2 |
116,8 |
Qlobal pandemiya
elan olunmuş koronavirus (COVID-19) rayon iqtisadiyyatına da öz təsirini göstərmişdir.
Belə ki, ilkin hesablamalara əsasən 2020-ci ildə ümumi daxili məhsul əvvəlki
illə müqayisədə 2,1 faiz azalaraq 297735,7 min manat təşkil etmişdir. Məhsul
buraxılışı sənayedə 0,4 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində
4,4 faiz, nəqliyyat və anbar təsərrüfatı
sahəsində 21,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 1,5
faiz azalmış, informasiya və rabitə sahəsində
7,4 faiz artım müşahidə olunmuşdur. 2020-ci ildə ilkin hesablamalara əsasən
orta aylıq nominal əməkhaqqı 462,2 manat olmuşdur ki, bu da ötən illə müqayisədə 16,8 faiz çoxdur. Rayonda 2020-ci ildə məhsul buraxılışının strukturu aşağıdakı kimidir:

ƏHALİ
01.01.2020-ci
il tarixinə rayon əhalisinin sayı ilkin hesablamalara əsasən ilin əvvəlindən 429 nəfər artaraq
98859 nəfərə çatmışdır. Əhalinin hər bir kvadrat kilometrə düşən sayı 143 nəfər
olmuşdur. Rayon əhalisinin 22020 nəfəri şəhər, 76839 nəfəri isə kənd sakinləridir. Ümumi sayın 49,8 faizi kişilərin,
50,2 faizi isə qadınların payına düşür. Ədliyyə Nazirliyinin Rayon Qeydiyyat Şöbəsi
tərəfindən il ərzində 1256 nəfər doğulan körpə qeydə alınmış və bu göstərici
qadınların hər 1000 nəfərinə 25,3 təşkil etmişdir. 2020-ci il ərzində 860 nəfər
ölüm halı qeydə alınmışdır. Təbii artım 396 nəfər olmuşdur. 2020-ci ildə Qeydiyyat Şöbəsi tərəfindən
379 nikah və 102 boşanma halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə
nikahların sayı 3,8, boşanmaların sayı isə 1,0 olmuşdur. İl ərzində 64 nəfər rayona daimi yaşamaq üçün gələn qeydə
alınmışdır. Rayondan gedən 31 nəfər
olmuşdur. Miqrasiya saldosu müsbət 33 nəfər təşkil etmişdir. Hazırda rayonda üzvlərinin
sayı 4168 nəfər olmaqla 981 ailə məcburi köçkündür.
KƏND TƏSƏRRÜFATI
2020-ci ildə
kənd təsərrüfatının ümumi məhsul istehsalının faktiki qiymətlərlə dəyəri
101260,3 min manat təşkil etmişdir ki, bu ümumi məhsul buraxılışının 34,0
faizini təşkil edir. Kənd təsərrüfatında
ümumi məhsul istehsalının 57894,2 min manatı bitkiçilik, 43366,2 min manatı isə
heyvandarlıq məhsullarıdır. Dövlət
Statistika Komitəsinin yerli statistika
orqanları üçün işlər proqramına əsasən rаyonda əkin sahələrinin uçotu aparılmış
və məlum olmuşdur ki, 2020-ci ilin məhsulu üçün 18631,0 hektar sahədə payızlıq
və yazlıq bitkilər əkilmişdir. Əkin sahəsi keçən ilə nisbətən 1173,0 hektar
azalmışdır. Əkilmiş sahənin 11392,0 hektarı payızlıq taxıl sahəsidir ki, bunun
6916,0 hektarını buğda, 4476,0 hektarını
arpa sahəsi təşkil edir. Buğda əkilmiş sahənin 2133,0 hektarı, arpa əkilmiş sahənin 1516,0 hektarı dən əmələ gəlmədiyi
üçün quru ot kimi biçilmiş, dən üçün
4783,0 hektar buğda, 2960,0 hektar payızlıq arpa sahəsi qalmışdır.
2016-2020-ci illərdə kənd
təsərrüfatı bitkilərinin cəmi əkin sahəsinin dinamikası

Rayon üzrə 2020-ci ilin məhsulu
üçün cəmi əkin sahəsinin strukturu

2020-ci ilin məhsulu üçün 567,0 hektar sahədə
yazlıq dənlilər əkilmişdir ki, ondan 90,0 hektarı vələmir, 406,0 hektarı qarğıdalı,
3,0 hektarı arpa, 68,0 hektarı sorqo təşkil etmişdir. Keçən ilə nisbətən yazlıq
bitkilərin əkin sahəsi 198,0 hektar azalmışdır. Əkinlər hamısı əhali
təsərrüfatları tərəfindən əkilmişdir. 2020-ci ilin məhsulu üçün payızlıq və
yazlıq 8505,0 hektar dənlilər və dənli paxlalı bitkilər biçiləcək sahə vardır. Bu da ötən ilə nisbətən 5074,0
hektar azdır. Biçiləcək sahənin payızlıqlardan başqa 406 hektarı qarğıdalı, 3,0
hektarı arpa, 90,0 hektarı vələmir, 68,0 hektarı sorqo, 195,0 hektarı dənli
paxlalılardır. Keçən ilə nisbətən qarğıdalı 194,0 hektar, paxlalılar isə 64,0
hektar az olmuşdur. 49,0 hektar sahədə texniki bitki olan günəbaxan əkilmişdir. Tütün əkini olmamışdır. 2020-ci ildə rayonda 1724,0
hektar sahədə kartof, tərəvəz və bostan bitkiləri əkilmişdir ki, ondan 1051,0
hektarı kartof, 642,0 hektarı tərəvəz, 31,0 hektarı bostan əkilmiş sahədir.
Ötən illə müqayisədə kartof 269,0 hektar az, bostan bitkiləri 19,0 hektar az,
tərəvəz isə 88,0 hektar çox əkilmişdir. Tərəvəz əkilmiş sahənin 65,5
hektarını kələm, ondan 24,0 hektarını gül
kələm, 138,0 hektarını xiyar, 227,0 hektarını pomidor, 19,0 hektarını baş
soğan, 9,0 hektarını sarımsaq, 43,0 hektarını badımcan, 30,0 hektarını şirin bibər, 28,0 hektarını acı
bibər, 82,5 hektarını göyərti əkilmiş sahə təşkil etmişdir.
Quru ot kimi biçilmiş payızlıqları da nəzərə alsaq
cəmi əkin sahəsinin 8353,0 hektarı yemlik bitkilərdir ki, ondan 593,0 hektarı
cari il yoncası, 4111,0 hektarı isə keçmiş illərdə əkilmiş yonca, 3649,0
hektarı isə yem kimi biçilmiş payızlıqların sahəsidir. Keçən illə müqayisədə
cari ildə əkilmiş yonca 202,0 hektar azalmış, keçmiş illərdə əkilmiş yonca 752,0 hektar artıq olmuşdur.
2020-ci ildə əkin sahəsinin,
məhsulun və məhsuldarlığın 2019-cu illə müqayisəli cədvəli
S/S
|
Məhsulun adı |
Ölçü
vahidi |
2020-ci il |
2019-cu il |
Fərq (+,-) |
1 |
Dənli və dənli paxlalıların əkin sahəsi |
ha |
8505,0 |
13579,0 |
-5074 |
|
Dənli və dənli paxlalıların istehsalı |
ton |
29155,0 |
46457,5 |
-17302,5 |
|
Məhsuldarlıq, sen/ha |
sen |
34,3 |
34,2 |
+0,1 |
2 |
Dən üçün qarğıdalının əkin sahəsi |
ha |
406,0 |
600,0 |
-194,0 |
|
Dən üçün qarğıdalının istehsalı |
ton |
2213,0 |
3307,0 |
-1094,0 |
|
Məhsuldarlıq, sen/ha |
sen |
54,5 |
53,8 |
+0.7 |
3 |
Dən üçün günəbaxanın əkin sahəsi |
ha |
49,0 |
82,0 |
-33,0 |
|
Dən üçün günəbaxan istehsalı |
ton |
108,0 |
180,5 |
-68.9 |
|
Məhsuldarlıq, sen/ha |
sen |
22,0 |
22,0 |
+0,4 |
4 |
Kartof əkilən sahə |
ha |
1051,0 |
1320,0 |
-269,0 |
|
Kartof istehsalı |
ton |
32265,7 |
40018,0 |
-7752,3 |
|
Məhsuldarlıq, sen/ha |
sen |
307,0 |
303,2 |
+3,8 |
5 |
Tərəvəz əkilən sahə |
ha |
642,0 |
554,0 |
+88,0 |
|
Tərəvəz
istehsalı |
ton |
24193,5 |
12838,0 |
11355,5 |
|
Məhsuldarlıq, sen/ha |
sen |
217,7 |
212,1 |
+5,6 |
6 |
Bostan bitkilərinin əkin sahəsi |
ha |
31,0 |
50,0 |
-19,0 |
|
Bostan bitkilərinin istehsalı |
ton |
620,0 |
826,0 |
-206,0 |
|
Məhsuldarlıq, sen/ha |
sen |
200,0 |
165,2 |
+34.8 |
7 |
Bar verən yaşda meyvə və giləmeyvə bağlarının sahəsi |
ha |
1379,8 |
1305,7 |
+74,1 |
|
Meyvə
istehsalı |
ton |
16256,6 |
16597,0 |
-340,4 |
|
Məhsuldarlıq,
sen/ha |
sen |
117,8 |
127,1 |
-9,3 |
8 |
Bar verən yaşda üzüm bağlarının sahəsi |
ha |
279,0 |
279,0 |
- |
|
Üzüm istehsalı |
ton |
4127,0 |
4000,0 |
+668,0 |
|
Məhsuldarlıq, sen/ha |
sen |
130,0 |
106,1 |
+23,9 |
9 |
Ümumi əkin sahəsi |
ha |
18631,0 |
19804,0 |
-1173,0 |
|
|
|
|
|
|
|
Keçən ilə nisbətən ümumi əkin sahəsi
1173,0 hektar və yaxud 5,9 faiz az olmuşdur. Torpaqlara lazımi qaydada
aqrotexniki qulluq göstərildiyindən kifayət qədər yüksək məhsul istehsalına
nail olunmuşdur. Nəticədə dənli və dənli paxlalı bitkilərin hər hektarından
34,3 sentner məhsul əldə edilmişdir ki, bu keçən ildəkindən 0,1 sentner çoxdur. 2020-ci ilin məhsulu üçün əkilmiş
406,0 hektar qarğıdalı sahəsindən 2213,0 ton qarğıdalı istehsal edilmişdir.
Qarğıdalı əkilmiş sahə ötən illə müqayisədə 194 ha, qarğıdalı istehsalı isə
1094,0 sentner az olmuşdur. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 54,5 sentner olmuşdur. Bu da keçən ildəkindən
0,7 sentner çoxdur. 49,0 hektar dən üçün günəbaxan sahəsindən 108,0 ton məhsul istehsal
edilmiş, məhsuldarlıq 22,0 sentner olmuşdur. 1051,0 hektar kartof sahəsindən
32265,7 ton kartof istehsal olunmuş, məhsuldarlıq orta hesabla hər hektardan
307,0 sentner olmuşdur. Keçən ilə nisbətən məhsuldarlıq 3,8 sentner çox
olmuşdur. Bitkiçiliyin ən mühüm sahəsi tərəvəzçilikdir. 2020-ci ilin məhsulu
üçün rayonda 642,0 hektar tərəvəz əkilmiş sahədən 24193,5 ton məhsul istehsal
olunmuşdur, məhsuldarlıq 217,7 sentner olmuşdur ki, bu da keçən illə
müqayisədə 5,6 sentner çoxdur. 31,0
hektar bostan sahəsindən 620,0 ton qarpız istehsal olunmuş, məhsuldarlıq 200,0
sentner təşkil etmişdir ki, bu keçən illə müqayisədə 34,8 sentner çoxdur.
8353,0 hektar sahədə əkilmiş yemlik bitkilərindən 131552,0 ton yonca istehsal olunmuşdur.
01.01.2021-ci il tarixə 1570,2 hektar meyvə və giləmeyvə bağı vardır ki, bunun 1379,8 hektarı bar verən yaşdadır. Meyvə və giləmeyvə bağlarından 16256,6 ton məhsul istehsal olunmuşdur. Rayonda 279,0 hektar bar verən üzüm bağından 4127,0
ton üzüm yığılmışdır. Üzüm bağlarından toplanmış məhsul keçən ilə nisbətən
668,0 ton çox olmuşdur. 2020-ci ildə 5097,0 kiloqram barama istehsal olunub
təhvil verilmişdir. Heyvandarlıq məhsulları istehsalı aşağıdakı cədvəldə
göründüyü kimidir:
S/S |
Məhsulun adı |
Ölçü vahidi |
2020-ci il
|
2019-cu il |
Fərq +, - |
1 |
Ət (diri çəkidə) |
ton |
5839,8 |
5860,5 |
-20.7 |
2 |
Süd |
ton |
31916,5 |
32055,0 |
-138,5 |
3 |
Yumurta |
min ədəd |
12600 |
12520 |
+80,0 |
4 |
Yun |
ton |
272,8 |
275,9 |
-3,1 |
Heyvandarlıq
məhsulları istehsalının azalmasının səbəbi mal-qaranın baş sayının azalması olmuşdur. 01.01.2021-ci il tarixə
mal-qaranın baş sayı aşağıdakı cədvəldəki kimidir:
Məhsulun
adı |
Ölçü
vahidi |
01.01.2018 |
01.01.2019 |
01.01.2020 |
01.01.2021 |
01.01.2021-ci
il
01.01.2020-ci
ilə nisbətən faizlə |
İribuynuzlu
mal-qara |
baş |
30782 |
31235 |
31229 |
30875 |
98.9 |
O cümlədən:
inək və camışlar |
baş |
16456 |
16636 |
16634 |
16455 |
98,9 |
Qoyun və
keçilər |
baş |
145645 |
147980 |
147705 |
144063 |
97,5 |
SƏNAYE
2020-ci il ərzində
rayonun sənaye təşkilatlarında fiziki şəxslər və ev təsərrüfatlarında istehsal olunan sənaye məhsulları da daxil
olmaqla, istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi ötən ilə nisbətən
0,4 faiz azalaraq 42801,7 min manat təşkil etmişdir. İstehsal edilmiş məhsulun
13741,6 min manatı, 32,1 faizi dövlət sektorunun, 29060,1 min manatı,
67,9 faizi isə qeyri-dövlət sektorunun payına düşür. Ümumi istehsalın 69,3 faizi
sənaye məhsulu istehsalının, 30,7 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi
hesabına yaradılmışdır. İstehsal edilmiş məhsulun çox hissəsi istehlakçılara
göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye
müəssisələrinin anbarlarında 01
yanvar 2021-ci il tarixinə 2640,0 min
manatlıq hazır məhsul qalmışdır. Sənaye sahəsində məhsul istehsalının
seksiyalar üzrə müqayisəsi aşağıdakı
diaqramda göstərildiyi kimidir:

Mədənçıxarma
sənayesində istehsalın dəyəri 20428,6 min manat olmaqla əvvəlki ilə nisbətən
14,2 faiz azalmışdır. Mədənçıxarma sahəsinin əsas məhsulu olan əmtəəlik bentonit
gili istehsalı 145662,0 ton, tikinti daşı istehsalı 51300,0 ton, əhəng daşı
tozu istehsalı 26302,6 ton təşkil etmişdir. Emal sənayesinə aid olan müəssisələr tərəfindən 8565,4 min manatlıq məhsul
istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bu ümumi sənaye məhsulunun 20,0
faizini təşkil edir. 2020-ci ildə 20,7 min manatlıq xalça, 2647,0 min manatlıq
mebel istehsal olunub satılmışdır.
Elektrik enerjisi,
qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda il ərzində göstərilən xidmətlərin dəyəri 13127,6 min manat təşkil etmişdir. Su təchizatı,
tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi
il ərzində 680,1 min manat təşkil
etmişdir. Bu məhsul istehsalının 1,6 faizini təşkil edir. Sənaye müəssisələrinin
anbarlarında 01.01.2021-ci il tarixə 2290,0 min manat dəyərində gil, 350,0 min
manat dəyərində içki qalığı olmuşdur. 2020-ci ildə istehsal olunmuş sənaye məhsullarının natura ifadəsi
aşağıdakı kimidir:
Məhsulun
adı |
Ölçü vahidi |
2020-ci ildə
istehsal edilmişdir |
İstehlakçılara göndərilmişdir |
Hesabat dövrünün sonuna
məhsul
qalığı |
2019-cu
ildə
istehsal edilmişdir |
2020-ci il
2019-cu ilə
nisbətən;
faizlə
|
İnşaat üçün əhəng daşı |
ton |
51300,0 |
51300,0 |
|
37122,0 |
134,2 |
Bentonit (əmtəəlik) |
ton |
145662,0 |
162158,0 |
152059,0 |
201722,0 |
72,2 |
Tikinti qumu |
ton |
- |
- |
- |
13150,0 |
- |
Çınqıl |
ton |
17225,0 |
17225,0 |
- |
4920,0 |
350,1 |
Əhəng daşı tozu |
ton |
26302,6 |
26302,6 |
- |
13949,4 |
188,6 |
Şirinləşdirilməmiş mineral və qazlı su |
min dkl |
60,2 |
60,2 |
- |
29,4 |
204,8 |
Araq |
min dkl |
53,6 |
49,2 |
4,4 |
16,0 |
335,0 |
Dondurulmuş meyvə tərəvəz |
ton |
- |
44,4 |
- |
135,0 |
- |
Xalça |
kv.m |
160,0 |
160,0 |
- |
120,0 |
133,3 |
Yataq
mebel dəsti |
ədəd |
1441 |
1441 |
- |
2880 |
50,0 |
Qonaq otağı üçün mebel |
ədəd |
1862 |
1862 |
- |
3328 |
55,9 |
Elektrik enerjisi (əmtəəlik) |
qvt.s |
95,4 |
95,4 |
- |
96,3 |
99,0 |
Qaz (əmtəəlik) |
mlyn
kubmetr |
128,8 |
128,8 |
- |
114,6 |
112,4 |
Su (əmtəəlik) |
min kubmetr |
926,5 |
926,5 |
- |
1062,9 |
87,2 |
2020-ci ildə
rayonda müəssisələr tərəfindən 51300,0 ton tikinti daşı istehsal olunub satılmışdır. Əmtəəlik gil istehsalı 145662,0
ton olmuş, 162158,0 ton gil satılmış və 2021-ci ilin yanvar ayının 1-i tarixinə
əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla 152059,0 ton gil,
10,7 min dekalitr təmiz spirt, 4,4 min dekalitr araq qalığı olmuşdur. İl ərzində 160,0 kvadratmetr xalça,
mebel istehsalı ilə məşğul olan müəssisələr tərəfindən 1441 ədəd
yataq mebel dəsti, 1862 ədəd yemək və
qonaq otağı üçün mebel istehsal olunub satılmışdır. Konservləşmiş meyvə-tərəvəz istehsalı olmamış44,4 ton məhsul istehlakçılara göndərilmişdir. İl
ərzində rayonda 95,4 Qvts elektirik
enerjisi, 128,8 milyon kub qaz bölüşdürülmüş, 926,5 min kub su istehsal olunub
satılmışdır.
2020-ci ildə
rayonun sənaye müəssisələrində muzdla çalışan işçilərin orta sayı 1125 nəfər
olmuşdur ki, bu da ötən illə müqayisədə 97,4 faiz təşkil edir. İşçilərin 403 nəfəri
dövlət, 722 nəfəri isə qeyri-dövlət sektorunda çalışır. İşçilərin 322 nəfəri mədənçıxarma,
394 nəfəri emal, 257 nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı, 152 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi
və emalı bölmələrində çalışmışdır. Sənaye müəssisələrində işçilərin orta
aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 5,9 faiz artaraq 483,0 manat olmuşdur. Orta aylıq əməkhaqqı dövlət
sektorunda 487,8 manat, qeyri-dövlət sektorunda isə 480,3 manat təşkil
etmişdir. Sənaye müəssisələrinə il ərzində 340 nəfər işçi qəbul edilmiş, 399 nəfər
işdən azad edilmişdir.
ƏSASLI TİKİNTİ
2020-ci ildə
rayonda istifadəyə verilmiş əsas fondların dəyəri 7148,1 min manat olmuşdur. İqtisadi
və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən 126466,6 min
manat vəsait yönəldilmişdir. Ümumi vəsaitin 79034,8 min manatı və ya 62,5 faizi tikinti quraşdırma işlərinə sərf
edilmişdir. İl ərzində 133 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bunun da 59-u kənd
yerindədir. Yaşayış evlərinin ümumi sahəsi 21280,0 kv/m, yaşayış sahəsi isə
12768,0 kv/m təşkil etmişdir. İstifadəyə verilmiş yaşayış evlərinin dəyəri 5320,0 min manatdır.
Tikinti müəssisələri tərəfindən görülən inşaat işlərinin həcmi 5857,4 min manat olmuşdur ki, bu da ötən illə müqayisədə
137,6 faiz təşkil edir. 2020-ci ildə tikinti sektorunda işləyən işçilərin orta
sayı 147 nəfər olmuş, orta aylıq nominal
əməkhaqqı 31,8 faiz artaraq 456,4 manat təşkil etmişdir.
İSTEHLAK BAZARI
2020-ci il ərzində
rayonda 30 ticarət müəssisəsi, 180 ticarət yerinə malik kənd təsərrüfatı məhsulları bazarı və hüquqi şəxs yaratmadan
fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər
ticarət fəaliyyəti göstərmişdir. Araşdırılan dövr ərzində istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə rayonun
istehlak bazarında əhaliyə 206104,4 min manatlıq istehlak malları satılmışdır. İstehlak mallarının içərisində ərzaq
malları 57,4 faizlə üstünlük təşkil etmişdir.
Pərakəndə əmtəə dövriyyəsinin fiziki həcm indeksi 95,6 faiz olmuşdur. Əhaliyə göstərilən ödənişli
xidmətlərin həcmi ötən illə müqayisədə 25,5 faiz azalaraq 23802,0 min manat olmuşdur. Məişət xidməti 3240,0 min
manat, iaşə dövriyyəsi isə 1742,5 min
manat təşkil etmişdir. Pərakəndə ticarətin quruluşu aşağıdakı kimidir:

Rayonda pərakəndə
əmtəə dövriyyəsinin ümumi həcmi 206104,4 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin
18,6 faizi hüquqi şəxslərin, 60,0 faizi kənd təsərrüfatı bazarının, əşya və qarışıq mallar
yarmarkasının, 21,4 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin
payına düşür. İl ərzində rayon əhalisinin hər bir nəfəri tərəfindən ticarət şəbəkələrindən 2090,3 manatlıq istehlak
malları alınmışdır. Hər bir sakinə 241,3
manatlıq ödənişli xidmət göstərilmişdir. Hüquqi və fiziki şəxslər tərəfindən rayon əhalisinə 1742,5 min
manatlıq iaşə xidmətləri göstərilmişdir. Koronavirus pandemiyasının
yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlər nəticəsində iaşə xidmətlərinin həcmi keçən ilə nisbətən 50,2 faiz azalmışdır.
NƏQLİYYAT
İl ərzində
nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən məhsul buraxılışının həcmi
6475,5 min manat olmuşdur ki, bu da ümumi məhsul buraxılışının 2,2 faizini təşkil
edir. Koronavirusun (COVID-19) qarşısının alınması məqsədilə sərnişin
daşınmasına qoyulmuş məhdudiyyət və nəqliyyat
sahəsində həyata keçirilən bəzi tədbirlər öz təsirini göstərmişdir. Belə ki, məhsul buraxılışı ötən illə müqayisədə 21,5 faiz
azalmışdır. Yük daşınmasının həcmi
1123,0 min ton olmuş, bu da ötən illə müqayisədə 32,9 faiz azdır. İl ərzində
9310,0 min nəfər sərnişin daşınmışdır ki, bu da keçən illə müqayisədə 44,1 faiz azdır. 2020-ci ildə nəqliyyat və anbar təsərrüfatı
sektorunda işçilərin orta sayı 430 nəfər olmuş, orta aylıq nominal əməkhaqqı
7,8 faiz artaraq 694,5 manat təşkil etmişdir.
RABİTƏ
2020-ci ildə
rabitə sektorunda məhsul buraxılışının faktiki qiymətlərlə həcmi illə müqayisədə
7,4 faiz artaraq 1797,8 min manat təşkil etmişdir. Göstərilmiş rabitə xidmətləri içərisində şəhərlərarası və beynəlxalq
telefon rabitəsi 4,8 faiz, şəhər telefon rabitəsi 11,2 faiz, kənd telefon rabitəsi 23,4 faiz, internet xidməti isə
60,6 faiz təşkil etmişdir. 01 yanvar
2021-ci il tarixə rayonda 10020 internet abunəçisi olmuşdur. İl ərzində internet qoşulmalarının sayı 1604
olmuşdur. Araşdırılan dövr ərzində göndərilən
məktub korrespondensiyasının sayı 38560 ədəd, daxil olanların sayı isə 47617 ədəd
olmuşdur ki, bunlardan 9 ədədi ölkə xaricindən daxil olmuşdur. Poçt müəssisələri tərəfindən 1590 ədəd poçt
bağlaması göndərilmişdir ki, bundan 61 ədədi xarici ölkələrə göndərilmiş, 8923 bağlama daxil olmuşdur ki, bundan 72 ədədi
ölkə xaricindən daxil olmuşdur.
ƏMƏK BAZARI
01.01.2021-ci
il tarixə rayonda muzdla işləyənlərin orta sayı 10961 nəfər olmuşdur. Muzdla
işləyənlərin 4206 nəfəri maddi istehsal sahələrində, 6755 nəfəri isə xidmət sahələrində çalışır. Mülkiyyət növləri üzrə
muzdla işləyən işçilərin 64,6 faizi dövlət, 35,4 faizi qeyri-dövlət mülkiyyətinə məxsus subyektlərdir.
İqtisadi fəaliyyət növlərinə uyğun olaraq muzdla işləyən işçilərin
428 nəfəri, 3,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1125 nəfəri,
10,3 faizi sənaye, 147 nəfəri, 1,3 faizi tikinti, 2486 nəfəri, 22,7 faizi topdan
və pərakəndə ticarət, avtomobillərin təmiri, 430 nəfəri, 3,9 faizi nəqliyyat və
anbar təsərrüfatı, 134 nəfəri, 1,2 faizi informasiya və rabitə, 84 nəfəri, 0,8
faizi maliyyə və sığorta fəaliyyəti, 658
nəfəri, 6,0 faizi dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat, 3083 nəfəri, 28,1 faizi təhsil, 1432
nəfəri, 13,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsı, 954 nəfəri,
8,7 faizi digər xidmət sahələrində çalışmışdır.
Muzdla işləyənlərin strukturu

2020-ciildə rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq
nominal əməkhaqqı 2019-cu ilə nisbətən
16,2 faiz artaraq 462,2 manat təşkil etmişdir. Dövlət müəssisələrində
çalışanların əməkhaqları 479,2 manat, özəl müəssisələrdə çalışanların əməkhaqları
isə 431,2 manat olmuşdur. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti
sahəsində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək
olmuşdur. 01 oktyabr 2020-ci il tarixə rayonda iqtisadi fəal əhalinin sayı
57230 nəfər, məşğul əhalinin sayı 53584 nəfər, işsiz əhalinin sayı isə 3646 nəfərdir.
İl ərzində 23472 nəfər məşğulluq orqanlarına müraciət etmiş, ondan 1376 nəfəri
işlə təmin olunmuşdur. 01 yanvar 2021-ci il tarixə 24108 nəfər məşğulluq
orqanlarında rəsmi qeydiyyatda olan işsiz, 9 nəfər isə işsizlik müavinəti alan
şəxs vardır. 2020-ci ildə 30 yeni müəssisə, 1273 nəfər fiziki şəxs qeydiyyatdan keçmişdir.
Qazax Rayon
Statistika İdarəsi
Facebook-da paylaş