Əsas Səhifə > Kənd təsərrüfatı > 2020-ci ildə Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri

2020-ci ildə Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri


13-02-2021, 16:15


İlkin məlumatlara əsasən 2020-ci ildə ölkədə 72432,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz az ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,6 faiz, neft-qaz sektorunda isə 7,0 faiz azalmışdır. ÜDM istehsalının 33,7 faizi sənaye, 11,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,7 faizi tikinti, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-un 9,7 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 7262,8 manata bərabər olmuşdur. Rayonun iqtisadiyyatının əsas  göstəriciləri cədvəldə qeyd olunduğu kimidir:     

                                                                                                           min manatla

Göstəricinin adı

2020-ci il

 

2020-ci  il

2019-cu  ilə   nisbətən, faizlə

Ümumi məhsul buraxılışı

297735,7

97,9

O cümlədən sənaye

42801,7

99,6

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

101260,3

98,5

Tikinti

79034,8

99,3

Nəqliyyat və anbar təsərrüfatı

6475,5

78,5

İnformasiya və rabitə

1797,8

107,4

Ticarət, nəqliyyat vasitələrinin təmiri

66365,6

95,6

Əsas kapitala yönəldilən investisiyalar

126466,6

152,0

Nəqliyyat  sektorunda yük daşınması, min ton

1123,0

67,1

Nəqliyyat  sektorunda sərnişin daşınması, min sərnişin

9310,0

55,9

Pərakəndə əmtəə dövriyyəsi

206104,4

95,6

Əhaliyə göstərilən ödənişli xidmətlər

23802,0

74,5

Orta aylıq nominal əməkhaqqı (manatla)

462,2

116,8

Qlobal pandemiya elan olunmuş koronavirus (COVID-19) rayon iqtisadiyyatına da öz təsirini göstərmişdir. Belə ki, ilkin hesablamalara əsasən 2020-ci ildə ümumi daxili məhsul əvvəlki illə müqayisədə 2,1 faiz azalaraq 297735,7 min manat təşkil etmişdir. Məhsul buraxılışı sənayedə 0,4 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 4,4  faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 21,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 1,5 faiz  azalmış, informasiya və rabitə sahəsində 7,4 faiz artım müşahidə olunmuşdur. 2020-ci ildə ilkin hesablamalara əsasən orta aylıq nominal əməkhaqqı 462,2 manat olmuşdur ki, bu da ötən illə müqayisədə 16,8 faiz çoxdur. Rayonda 2020-ci ildə məhsul buraxılışının strukturu aşağıdakı kimidir:


ƏHALİ

01.01.2020-ci il tarixinə rayon əhalisinin sayı ilkin hesablamalara  əsasən ilin əvvəlindən 429 nəfər artaraq 98859 nəfərə çatmışdır. Əhalinin hər bir kvadrat kilometrə düşən sayı 143 nəfər olmuşdur. Rayon əhalisinin 22020 nəfəri şəhər, 76839 nəfəri isə kənd sakinləridir. Ümumi sayın 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Ədliyyə Nazirliyinin Rayon Qeydiyyat Şöbəsi tərəfindən il ərzində 1256 nəfər doğulan körpə qeydə alınmış və bu göstərici qadınların hər 1000 nəfərinə 25,3 təşkil etmişdir. 2020-ci il ərzində 860 nəfər ölüm halı qeydə alınmışdır. Təbii artım 396 nəfər olmuşdur. 2020-ci ildə Qeydiyyat Şöbəsi tərəfindən 379 nikah və 102 boşanma halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,8, boşanmaların sayı isə 1,0 olmuşdur. İl ərzində 64 nəfər rayona daimi yaşamaq üçün gələn qeydə alınmışdır. Rayondan gedən 31 nəfər olmuşdur. Miqrasiya saldosu müsbət 33 nəfər təşkil etmişdir. Hazırda rayonda üzvlərinin sayı 4168 nəfər olmaqla 981 ailə məcburi köçkündür.

KƏND TƏSƏRRÜFATI

2020-ci ildə kənd təsərrüfatının ümumi məhsul istehsalının faktiki qiymətlərlə dəyəri 101260,3 min manat təşkil etmişdir ki, bu ümumi məhsul buraxılışının 34,0 faizini təşkil edir. Kənd təsərrüfatında ümumi məhsul istehsalının 57894,2 min manatı bitkiçilik, 43366,2 min manatı isə heyvandarlıq məhsullarıdır. Dövlət Statistika Komitəsinin yerli  statistika orqanları üçün işlər proqramına əsasən rаyonda əkin sahələrinin uçotu aparılmış və məlum olmuşdur ki, 2020-ci ilin məhsulu üçün 18631,0 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilmişdir. Əkin sahəsi keçən ilə nisbətən 1173,0 hektar azalmışdır. Əkilmiş sahənin 11392,0 hektarı payızlıq taxıl sahəsidir ki, bunun 6916,0 hektarını buğda, 4476,0 hektarını arpa sahəsi təşkil edir. Buğda əkilmiş sahənin 2133,0 hektarı, arpa əkilmiş sahənin 1516,0 hektarı dən əmələ gəlmədiyi üçün quru ot kimi  biçilmiş, dən üçün 4783,0 hektar buğda, 2960,0 hektar payızlıq arpa sahəsi qalmışdır.

2016-2020-ci illərdə kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsinin dinamikası


Rayon üzrə 2020-ci ilin məhsulu üçün cəmi əkin sahəsinin strukturu


2020-ci ilin məhsulu üçün 567,0 hektar sahədə yazlıq dənlilər əkilmişdir ki, ondan 90,0 hektarı vələmir, 406,0 hektarı qarğıdalı, 3,0 hektarı arpa, 68,0 hektarı sorqo təşkil etmişdir. Keçən ilə nisbətən yazlıq bitkilərin əkin sahəsi 198,0 hektar azalmışdır. Əkinlər hamısı əhali təsərrüfatları tərəfindən əkilmişdir. 2020-ci ilin məhsulu üçün payızlıq və yazlıq 8505,0 hektar dənlilər və dənli paxlalı bitkilər biçiləcək sahə vardır. Bu da ötən ilə nisbətən 5074,0 hektar azdır. Biçiləcək sahənin payızlıqlardan başqa 406 hektarı qarğıdalı, 3,0 hektarı arpa, 90,0 hektarı vələmir, 68,0 hektarı sorqo, 195,0 hektarı dənli paxlalılardır. Keçən ilə nisbətən qarğıdalı 194,0 hektar, paxlalılar isə 64,0 hektar az olmuşdur. 49,0 hektar sahədə texniki bitki olan günəbaxan əkilmişdir. Tütün əkini olmamışdır. 2020-ci ildə rayonda 1724,0 hektar sahədə kartof, tərəvəz və bostan bitkiləri əkilmişdir ki, ondan 1051,0 hektarı kartof, 642,0 hektarı tərəvəz, 31,0 hektarı bostan əkilmiş sahədir. Ötən illə müqayisədə kartof 269,0 hektar az, bostan bitkiləri 19,0 hektar az, tərəvəz isə 88,0 hektar çox əkilmişdir. Tərəvəz əkilmiş sahənin 65,5 hektarını kələm, ondan 24,0 hektarını gül kələm, 138,0 hektarını xiyar, 227,0 hektarını pomidor, 19,0 hektarını baş soğan, 9,0 hektarını sarımsaq, 43,0 hektarını badımcan, 30,0  hektarını şirin bibər, 28,0 hektarını acı bibər, 82,5 hektarını göyərti əkilmiş sahə təşkil etmişdir.

Quru ot kimi biçilmiş payızlıqları da nəzərə alsaq cəmi əkin sahəsinin 8353,0 hektarı yemlik bitkilərdir ki, ondan 593,0 hektarı cari il yoncası, 4111,0 hektarı isə keçmiş illərdə əkilmiş yonca, 3649,0 hektarı isə yem kimi biçilmiş payızlıqların sahəsidir. Keçən illə müqayisədə cari ildə əkilmiş yonca 202,0 hektar azalmış, keçmiş illərdə əkilmiş yonca  752,0 hektar artıq olmuşdur.

2020-ci ildə əkin sahəsinin, məhsulun və məhsuldarlığın 2019-cu illə müqayisəli cədvəli

 

S/S

 

 

Məhsulun adı

Ölçü

vahidi

 

2020-ci il

 

2019-cu il

 

Fərq (+,-)

1

Dənli və dənli paxlalıların əkin sahəsi

ha

8505,0

13579,0

-5074

 

Dənli və dənli paxlalıların istehsalı

ton

29155,0

46457,5

-17302,5

 

Məhsuldarlıq, sen/ha

sen

34,3

34,2

+0,1

2

Dən üçün qarğıdalının əkin sahəsi

ha

406,0

600,0

-194,0

 

Dən üçün qarğıdalının istehsalı

ton

2213,0

3307,0

-1094,0

 

Məhsuldarlıq, sen/ha

sen

54,5

53,8

+0.7

3

Dən üçün günəbaxanın əkin sahəsi

ha

49,0

82,0

-33,0

 

Dən üçün günəbaxan istehsalı

ton

108,0

180,5

-68.9

 

Məhsuldarlıq, sen/ha

sen

22,0

22,0

+0,4

4

Kartof əkilən sahə

ha

1051,0

1320,0

-269,0

 

Kartof istehsalı

ton

32265,7

40018,0

-7752,3

 

Məhsuldarlıq, sen/ha

sen

307,0

303,2

+3,8

5

Tərəvəz əkilən sahə

ha

642,0

554,0

+88,0

 

Tərəvəz  istehsalı

ton

24193,5

12838,0

11355,5

 

Məhsuldarlıq, sen/ha

sen

217,7

212,1

+5,6

6

Bostan bitkilərinin əkin sahəsi

ha

31,0

50,0

-19,0

 

Bostan bitkilərinin istehsalı

ton

620,0

826,0

-206,0

 

Məhsuldarlıq, sen/ha

sen

200,0

165,2

+34.8

7

Bar verən yaşda meyvə və giləmeyvə  bağlarının sahəsi

ha

1379,8

1305,7

+74,1

Meyvə  istehsalı

ton

16256,6

16597,0

-340,4

 

Məhsuldarlıq,  sen/ha

sen

117,8

127,1

-9,3

8

Bar verən yaşda üzüm bağlarının  sahəsi

ha

279,0

279,0

-

Üzüm istehsalı

ton

4127,0

4000,0

+668,0

 

Məhsuldarlıq, sen/ha

sen

130,0

106,1

+23,9

9

Ümumi əkin sahəsi

ha

18631,0

19804,0

-1173,0

Keçən ilə nisbətən ümumi əkin sahəsi 1173,0 hektar və yaxud 5,9 faiz az olmuşdur. Torpaqlara lazımi qaydada aqrotexniki qulluq göstərildiyindən kifayət qədər yüksək məhsul istehsalına nail olunmuşdur. Nəticədə dənli və dənli paxlalı bitkilərin hər hektarından 34,3 sentner məhsul əldə edilmişdir ki, bu keçən ildəkindən 0,1 sentner  çoxdur. 2020-ci ilin məhsulu üçün əkilmiş 406,0 hektar qarğıdalı sahəsindən 2213,0 ton qarğıdalı istehsal edilmişdir. Qarğıdalı əkilmiş sahə ötən illə müqayisədə 194 ha, qarğıdalı istehsalı isə 1094,0 sentner az olmuşdur. Orta hesabla hər hektardan əldə edilmiş məhsul  54,5 sentner olmuşdur. Bu da keçən ildəkindən 0,7 sentner çoxdur. 49,0 hektar dən üçün günəbaxan sahəsindən 108,0 ton məhsul istehsal edilmiş, məhsuldarlıq 22,0 sentner olmuşdur. 1051,0 hektar kartof sahəsindən 32265,7 ton kartof istehsal olunmuş, məhsuldarlıq orta hesabla hər hektardan 307,0 sentner olmuşdur. Keçən ilə nisbətən məhsuldarlıq 3,8 sentner çox olmuşdur. Bitkiçiliyin ən mühüm sahəsi tərəvəzçilikdir. 2020-ci ilin məhsulu üçün rayonda 642,0 hektar tərəvəz əkilmiş sahədən 24193,5 ton məhsul istehsal olunmuşdur, məhsuldarlıq 217,7 sentner olmuşdur ki, bu da keçən illə müqayisədə  5,6 sentner çoxdur. 31,0 hektar bostan sahəsindən 620,0 ton qarpız istehsal olunmuş, məhsuldarlıq 200,0 sentner təşkil etmişdir ki, bu keçən illə müqayisədə 34,8 sentner çoxdur. 8353,0 hektar sahədə əkilmiş yemlik bitkilərindən 131552,0 ton yonca istehsal olunmuşdur.

01.01.2021-ci  il tarixə 1570,2 hektar meyvə  giləmeyvə bağı vardır ki, bunun 1379,8 hektarı bar verən yaşdadır. Meyvə və giləmeyvə  bağlarından 16256,6 ton məhsul istehsal olunmuşdur. Rayonda 279,0 hektar bar verən üzüm bağından 4127,0 ton üzüm yığılmışdır. Üzüm bağlarından toplanmış məhsul keçən ilə nisbətən 668,0 ton çox olmuşdur. 2020-ci ildə 5097,0 kiloqram barama istehsal olunub təhvil verilmişdir. Heyvandarlıq məhsulları istehsalı aşağıdakı cədvəldə göründüyü kimidir:

S/S

Məhsulun adı

Ölçü vahidi

2020-ci il

 

2019-cu il

Fərq +, -

1

Ət (diri çəkidə)

ton

5839,8

5860,5

-20.7

2

Süd

ton

31916,5

32055,0

-138,5

3

Yumurta

min ədəd

12600

12520

+80,0

4

Yun

ton

272,8

275,9

-3,1

Heyvandarlıq məhsulları istehsalının azalmasının səbəbi mal-qaranın baş sayının azalması olmuşdur. 01.01.2021-ci il tarixə mal-qaranın baş sayı aşağıdakı cədvəldəki kimidir:

         

        Məhsulun adı

Ölçü

vahidi

01.01.2018

01.01.2019

01.01.2020

01.01.2021

01.01.2021-ci il

01.01.2020-ci ilə nisbətən faizlə

İribuynuzlu mal-qara

baş

30782

31235

31229

30875

98.9

O cümlədən: inək və camışlar

 

baş

16456

16636

16634

16455

98,9

Qoyun və keçilər

baş

145645

147980

147705

144063

97,5

SƏNAYE

2020-ci il ərzində rayonun sənaye təşkilatlarında fiziki şəxslər və ev təsərrüfatlarında  istehsal olunan sənaye məhsulları da daxil olmaqla, istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi ötən ilə nisbətən 0,4 faiz azalaraq 42801,7 min manat təşkil etmişdir. İstehsal edilmiş məhsulun 13741,6 min manatı, 32,1 faizi dövlət sektorunun, 29060,1 min manatı, 67,9 faizi isə qeyri-dövlət sektorunun payına düşür. Ümumi istehsalın 69,3 faizi sənaye məhsulu istehsalının, 30,7 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. İstehsal edilmiş məhsulun çox hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar  2021-ci il tarixinə 2640,0 min manatlıq hazır məhsul qalmışdır. Sənaye sahəsində məhsul istehsalının seksiyalar üzrə müqayisəsi aşağıdakı diaqramda göstərildiyi kimidir:


Mədənçıxarma sənayesində istehsalın dəyəri 20428,6 min manat olmaqla əvvəlki ilə nisbətən 14,2 faiz azalmışdır. Mədənçıxarma sahəsinin əsas məhsulu olan əmtəəlik bentonit gili istehsalı 145662,0 ton, tikinti daşı istehsalı 51300,0 ton, əhəng daşı tozu istehsalı 26302,6 ton təşkil etmişdir. Emal sənayesinə aid olan müəssisələr tərəfindən 8565,4 min manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir.  Bu ümumi sənaye məhsulunun 20,0 faizini təşkil edir. 2020-ci ildə 20,7 min manatlıq xalça, 2647,0 min manatlıq mebel istehsal olunub satılmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda il ərzində göstərilən xidmətlərin dəyəri 13127,6 min manat təşkil etmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi il  ərzində 680,1 min manat təşkil etmişdir. Bu məhsul istehsalının 1,6 faizini təşkil edir. Sənaye müəssisələrinin anbarlarında 01.01.2021-ci il tarixə 2290,0 min manat dəyərində gil, 350,0 min manat dəyərində içki qalığı olmuşdur. 2020-ci ildə istehsal olunmuş sənaye məhsullarının natura ifadəsi aşağıdakı kimidir:

 

Məhsulun  adı

Ölçü vahidi

2020-ci ildə

istehsal edilmişdir

İstehlakçılara göndərilmişdir

Hesabat dövrünün sonuna

məhsul  qalığı

2019-cu  ildə

istehsal edilmişdir

2020-ci il

2019-cu ilə   nisbətən;

faizlə

 

 

İnşaat üçün əhəng daşı

ton

51300,0

51300,0

 

37122,0

134,2

Bentonit (əmtəəlik)

ton

145662,0

162158,0

152059,0

201722,0

72,2

Tikinti qumu

ton

-

-

-

13150,0

-

Çınqıl

ton

17225,0

17225,0

-

4920,0

350,1

Əhəng daşı tozu

ton

26302,6

26302,6

-

13949,4

188,6

Şirinləşdirilməmiş mineral və qazlı su

min dkl

 

60,2

 

60,2

 

-

 

29,4

 

204,8

Araq

min dkl

53,6

49,2

4,4

16,0

335,0

Dondurulmuş meyvə tərəvəz

ton

 

-

 

44,4

 

-

 

135,0

 

-

Xalça

kv.m

160,0

160,0

-

120,0

133,3

Yataq  mebel dəsti

ədəd

1441

1441

-

2880

50,0

Qonaq otağı üçün mebel

ədəd

1862

1862

-

3328

55,9

Elektrik enerjisi (əmtəəlik)

qvt.s

 

95,4

 

95,4

 

-

 

96,3

 

99,0

Qaz (əmtəəlik)

mlyn

kubmetr

 

128,8

 

128,8

 

-

 

114,6

 

112,4

Su (əmtəəlik)

min kubmetr

 

926,5

 

926,5

 

-

 

1062,9

 

87,2

2020-ci ildə rayonda müəssisələr tərəfindən 51300,0 ton tikinti daşı istehsal olunub satılmışdır. Əmtəəlik gil istehsalı 145662,0 ton olmuş, 162158,0 ton gil satılmış və 2021-ci ilin yanvar ayının 1-i tarixinə əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla 152059,0 ton gil, 10,7 min dekalitr təmiz spirt, 4,4 min dekalitr araq qalığı  olmuşdur. İl ərzində 160,0 kvadratmetr xalça, mebel istehsalı ilə  məşğul  olan  müəssisələr  tərəfindən 1441 ədəd yataq mebel dəsti, 1862 ədəd  yemək və qonaq otağı üçün  mebel istehsal olunub satılmışdır. Konservləşmiş meyvə-tərəvəz istehsalı olmamış44,4 ton məhsul istehlakçılara  göndərilmişdir. İl ərzində rayonda 95,4 Qvts   elektirik enerjisi, 128,8 milyon kub qaz bölüşdürülmüş, 926,5 min kub su istehsal olunub satılmışdır.

2020-ci ildə rayonun sənaye müəssisələrində muzdla çalışan işçilərin orta sayı 1125 nəfər olmuşdur ki, bu da ötən illə müqayisədə 97,4 faiz təşkil edir. İşçilərin 403 nəfəri dövlət, 722 nəfəri isə qeyri-dövlət sektorunda çalışır. İşçilərin 322 nəfəri mədənçıxarma, 394 nəfəri emal, 257 nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 152 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində  çalışmışdır. Sənaye müəssisələrində işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 5,9 faiz artaraq 483,0 manat olmuşdur. Orta aylıq əməkhaqqı dövlət sektorunda 487,8 manat, qeyri-dövlət sektorunda isə 480,3 manat təşkil etmişdir. Sənaye müəssisələrinə il ərzində 340 nəfər işçi qəbul edilmiş, 399 nəfər işdən azad edilmişdir. 

ƏSASLI TİKİNTİ

2020-ci ildə rayonda istifadəyə verilmiş əsas fondların dəyəri 7148,1 min manat olmuşdur. İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən 126466,6 min manat vəsait yönəldilmişdir. Ümumi vəsaitin 79034,8 min manatı və ya 62,5 faizi tikinti quraşdırma işlərinə sərf edilmişdir. İl ərzində 133 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bunun da 59-u kənd yerindədir. Yaşayış evlərinin ümumi sahəsi 21280,0 kv/m, yaşayış sahəsi isə 12768,0 kv/m təşkil etmişdir. İstifadəyə verilmiş yaşayış evlərinin dəyəri 5320,0 min manatdır. Tikinti müəssisələri tərəfindən görülən inşaat işlərinin həcmi 5857,4 min manat olmuşdur ki, bu da ötən illə müqayisədə 137,6 faiz təşkil edir. 2020-ci ildə tikinti sektorunda işləyən işçilərin orta sayı 147 nəfər olmuş, orta aylıq nominal əməkhaqqı 31,8 faiz artaraq 456,4 manat təşkil etmişdir.

İSTEHLAK BAZARI

2020-ci il ərzində rayonda 30 ticarət müəssisəsi, 180 ticarət yerinə malik kənd təsərrüfatı məhsulları bazarı və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər ticarət fəaliyyəti göstərmişdir. Araşdırılan dövr ərzində istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə rayonun istehlak bazarında əhaliyə 206104,4 min manatlıq istehlak malları satılmışdır. İstehlak mallarının içərisində ərzaq malları 57,4 faizlə üstünlük təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsinin fiziki həcm indeksi 95,6 faiz olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən illə müqayisədə 25,5 faiz azalaraq 23802,0 min manat olmuşdur. Məişət xidməti 3240,0 min manat, iaşə  dövriyyəsi isə 1742,5 min manat təşkil etmişdir. Pərakəndə ticarətin quruluşu aşağıdakı kimidir:


Rayonda pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmi 206104,4 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin 18,6 faizi hüquqi şəxslərin, 60,0 faizi kənd təsərrüfatı bazarının, əşya və qarışıq mallar yarmarkasının, 21,4 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin payına düşür. İl ərzində rayon əhalisinin hər bir nəfəri tərəfindən ticarət şəbəkələrindən 2090,3 manatlıq istehlak malları alınmışdır. Hər bir sakinə 241,3 manatlıq ödənişli xidmət göstərilmişdir. Hüquqi və fiziki şəxslər tərəfindən rayon əhalisinə 1742,5 min manatlıq iaşə xidmətləri göstərilmişdir. Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlər nəticəsində iaşə xidmətlərinin həcmi keçən ilə nisbətən 50,2 faiz azalmışdır.

NƏQLİYYAT

İl ərzində nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən məhsul buraxılışının həcmi 6475,5 min manat olmuşdur ki, bu da ümumi məhsul buraxılışının 2,2 faizini təşkil edir. Koronavirusun (COVID-19) qarşısının alınması məqsədilə sərnişin daşınmasına qoyulmuş məhdudiyyət və nəqliyyat sahəsində həyata keçirilən bəzi tədbirlər öz təsirini göstərmişdir. Belə ki, məhsul buraxılışı ötən illə müqayisədə 21,5 faiz azalmışdır. Yük  daşınmasının həcmi 1123,0 min ton olmuş, bu da ötən illə müqayisədə 32,9 faiz azdır. İl ərzində 9310,0 min nəfər sərnişin daşınmışdır ki, bu da keçən illə müqayisədə 44,1 faiz azdır. 2020-ci ildə nəqliyyat və anbar təsərrüfatı sektorunda işçilərin orta sayı 430 nəfər olmuş, orta aylıq nominal əməkhaqqı 7,8 faiz artaraq 694,5 manat təşkil etmişdir.

RABİTƏ

2020-ci ildə rabitə sektorunda məhsul buraxılışının faktiki qiymətlərlə həcmi illə müqayisədə 7,4 faiz artaraq 1797,8 min manat təşkil etmişdir. Göstərilmiş rabitə xidmətləri içərisində şəhərlərarası və beynəlxalq telefon rabitəsi 4,8 faiz, şəhər telefon rabitəsi 11,2 faiz, kənd telefon rabitəsi 23,4 faiz, internet xidməti isə 60,6 faiz təşkil etmişdir. 01 yanvar 2021-ci il tarixə rayonda 10020 internet abunəçisi olmuşdur. İl ərzində internet qoşulmalarının sayı 1604 olmuşdur. Araşdırılan dövr ərzində göndərilən məktub korrespondensiyasının sayı 38560 ədəd, daxil olanların sayı isə 47617 ədəd olmuşdur ki, bunlardan 9 ədədi ölkə xaricindən daxil olmuşdur. Poçt müəssisələri tərəfindən 1590 ədəd poçt bağlaması göndərilmişdir ki, bundan 61 ədədi xarici ölkələrə göndərilmiş, 8923 bağlama daxil olmuşdur ki, bundan 72 ədədi ölkə  xaricindən daxil olmuşdur.

ƏMƏK BAZARI

01.01.2021-ci il tarixə rayonda muzdla işləyənlərin orta sayı 10961 nəfər olmuşdur. Muzdla işləyənlərin 4206 nəfəri maddi istehsal sahələrində, 6755 nəfəri isə xidmət  sahələrində çalışır. Mülkiyyət növləri üzrə muzdla işləyən işçilərin 64,6 faizi dövlət, 35,4 faizi qeyri-dövlət mülkiyyətinə məxsus subyektlərdir. İqtisadi  fəaliyyət  növlərinə uyğun  olaraq muzdla işləyən işçilərin 428 nəfəri, 3,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1125 nəfəri, 10,3 faizi sənaye, 147 nəfəri, 1,3 faizi tikinti, 2486 nəfəri, 22,7 faizi topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, 430 nəfəri, 3,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 134 nəfəri, 1,2 faizi informasiya və rabitə, 84 nəfəri, 0,8 faizi maliyyə və sığorta fəaliyyəti, 658 nəfəri, 6,0 faizi dövlət idarəetməsi və müdafiə; icbari sosial  təminat, 3083 nəfəri, 28,1 faizi təhsil, 1432 nəfəri, 13,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsı, 954 nəfəri, 8,7 faizi digər xidmət sahələrində çalışmışdır.

Muzdla işləyənlərin  strukturu


2020-ciildə rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilə nisbətən 16,2 faiz artaraq 462,2 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışanların əməkhaqları 479,2 manat, özəl müəssisələrdə çalışanların əməkhaqları isə 431,2 manat olmuşdur. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur. 01 oktyabr 2020-ci il tarixə rayonda iqtisadi fəal əhalinin sayı 57230 nəfər, məşğul əhalinin sayı 53584 nəfər, işsiz əhalinin sayı isə 3646 nəfərdir. İl ərzində 23472 nəfər məşğulluq orqanlarına müraciət etmiş, ondan 1376 nəfəri işlə təmin olunmuşdur. 01 yanvar 2021-ci il tarixə 24108 nəfər məşğulluq orqanlarında rəsmi qeydiyyatda olan işsiz, 9 nəfər isə işsizlik müavinəti alan şəxs vardır. 2020-ci ildə 30 yeni müəssisə, 1273  nəfər fiziki şəxs qeydiyyatdan keçmişdir.

Qazax Rayon Statistika İdarəsi                            


Geri qayıt