Qazaxda "Türk Dövlətləri Milli Ağaclandırma Günü"nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Noyabrın 11-də Qazax Rayon İcra Hakimiyyəti və 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə Qazax rayonunun Yuxarı Salahlı kəndində "Türk Dövlətləri Milli Ağaclandırma Günü"nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiya çərçivəsində 4 hektar ərazidə 2500 ədəd sərv və 2500 ədəd eldar şamı olmaqla, cəmi 5000 ədəd ağac əkilib.
Aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatın məsul əməkdaşları, 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Tural Qasımov, digər əməkdaşlar, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, könüllülər, RİH başçısının İƏD üzrə nümayəndəlikləri iştirak ediblər.
Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil olunub.
Facebook-da paylaş