• Təqvim

  • Maraq



Qazaxda 2 İyul – Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü və polis işçilərinin peşə bayramı ilə əlaqədar tədbir keçirilib


Bu gün Azərbaycan polisi yaranmasının 106-cı ildönümünü və peşə bayramını qeyd edir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu əlamətdar gün qeyd edilib. 2 İyul - Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü və polis işçilərinin peşə bayramı ilə əlaqədar tədbir keçirilib. 

Qazax Rayon Polis Şöbəsinin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları, təqaüddə olan veteran polislər, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Dahi şəxsiyyətin adını daşıyan Mərkəzdə həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olublar.

Sonra Qazax Rayon Polis Şöbəsinin akt zalında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyünün qorunması zamanı öz xidməti vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirərək Şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının, eləcə də bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Facebook-da paylaş