2024-cü ilin yanvar-iyun aylarında Qazax rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
2024-cü ilin yanvar-iyun aylarında Qazax rayonu üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 211 milyon 716,5 min manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artmışdır. Məhsul buraxılışının həcmi 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə sənayedə 13,7 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 13,0 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 7,1 faiz artmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 2,4 faiz, tikintidə 39,1 faiz, informasiya və rabitə xidmətləri sahəsində 36,1 faiz azalmışdır. 2024-cü ilin yanvar-iyun ayları ərzində məhsul və xidmətlərin 89,0 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur. Əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 2199,3 manat təşkil etmişdir. Sənaye: 2024-cü ilin yanvar-iyun ayları ərzində faktiki qiymətlərlə 92 milyon 308,7 min manatlıq və ya 2023-cü ilin yanvar-iyun aylarına nisbətən 13,7 faiz çox sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. İstehsalın ümumi həcmində mədənçıxarma sektoru 15,7 faiz, emal sektoru 70,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 13,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru 0,8 faiz təşkil etmişdir. Məhsulun 85,9 faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2023-cü ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 12,0 faiz artmışdır. 2024-cü ilin yanvar-iyun aylarında mədənçıxarma sektorunda 14 milyon 450,8 min manatlıq, emal sektorunda 64 milyon 814,9 min manatlıq məhsul istehsal edilmiş, 2023-cü ilin yanvar-iyun aylarına nisbətən məhsul istehsalı müqayisəli qiymətlərlə mədənçıxarma sektorunda 3,7 faiz, emal sektorunda 20,5 faiz artmışdır. Emal sektorunda 2023-cü ilin yanvar-iyun aylarına nisbətən tikinti materiallarının istehsalı 19,7 faiz artmış, mebellərin istehsalı 3,1 faiz azalmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın real həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz azalmış, rayon əhalisinə və digər istehlakçılara 50007,1 MVt.s elektrik enerjisi, 70,43 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real həcmi 14,8 faiz artmış, əhaliyə və digər istehlakçılara 561,6 min kubmetr təbii su verilmişdir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq: 2024-cü ilin məhsulu üçün 4507,0 hektar sahədə buğda, 6938,0 hektar sahədə arpa səpini aparılmışdır. 2024-cü ilin yanvar-iyun aylarında heyvandarlıq sahəsində 2597,1 ton ət (diri çəkidə), 16552,6 ton süd, 6025,0 min ədəd yumurta, 235,8 ton yun istehsal edilmişdir. 2023-cü ilin yanvar-iyun aylarına nisbətən ət istehsalı 3,9 ton (0,2 faiz), süd istehsalı 0,9 ton azalmış, yumurta istehsalı 5,0 min ədəd (0,1 faiz), yun istehsalı 0,3 ton (0,1 faiz) artmışdır. 2024-cü ilin iyul ayının 1-nə 29332 baş iribuynuzlu mal-qara (ondan 16018 baş inək və camış), 126130 baş qoyun və keçi mövcud olmuşdur. 2023-cü ilin eyni dövrünə nisbətən iribuynuzlu mal-qara 258 baş (0,9 faiz), qoyun və keçilər 1788 baş (1,4 faiz) azalmışdır. Tikinti: 2024-cü ilin yanvar-iyun ayları ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyon 976,6 min manat məbləğində, yaxud 2023-cü ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyon 791,2 min manatı və ya 98,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Nəqliyyat: 2024-cü ilin yanvar-iyun ayları ərzində avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 7662,0 min nəfər sərnişin daşınmış, 2023-cü ilin eyni dövrünə nisbətən 7,0 faiz artım müşahidə olunmuşdur. 2024-cü ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə 685,0 min ton yük daşınmış və 2023-cü ilin yanvar-iyun aylarına nisbətən 6,9 faiz artmışdır. İnformasiya və rabitə: İnformasiya və rabitə müəssisələri tərəfindən 2024-cü ilin yanvar-iyun aylarında faktiki qiymətlərlə 786,3 min manatlıq xidmət göstərilmiş, xidmətlərin 610,3 min manatı və ya 77,6 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 36,1 faiz azalmış, bu sahədə əldə olunmuş gəlirin 78,9 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2023-cü ilin yanvar-iyun aylarına nisbətən 41,9 faiz azalmışdır. Pərakəndə ticarət: 2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 145 milyon 645,9 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 19 milyon 590,3 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 7,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 2,5 faiz artmışdır. Ticarət şəbəkələrində 78 milyon 972,8 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 66 milyon 673,1 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının satışı 7,6 faiz, qeyri-ərzaq məhsullarının satışı 6,4 faiz artmışdır. İstehlak qiymətləri indeksləri: 2024-cü ilin iyun ayında istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətləri may ayına nisbətən eyni səviyyədə qalmış, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində, qeyri-qida məhsullarının qiymətlərində, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində dəyişiklik müşahidə olunmamışdır. 2024-cü ilin yanvar-iyun aylarında 2023-cü ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində 1,3 faiz bahalaşma, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 1,0 faiz, qeyri-qida məhsullarının qiymətlərində 1,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 2,0 faiz bahalaşma müşahidə olunmuşdur. Əməkhaqqı: 2024-cü ilin yanvar-iyun ayları ərzində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 709,7 manat, dövlət sektorunda 673,4 manat, qeyri-dövlət sektorunda 768,9 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesində 1600,0 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 853,6 manat, maliyyə və sığorta sahəsində 1691,6 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində 416,3 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 1037,8 manat, təhsil sahəsində 613,7 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 733,9 manat, istirahət, əyləncə və incəsənət sahəsində 472,5 manat təşkil etmişdir. Demoqrafik vəziyyət: 2024-cü ilin yanvar-iyun aylarında rayon əhalisinin sayı ilkin hesablamalara əsasən 115 nəfər artaraq 2024-cü il iyul ayının 1-i vəziyyətinə 96 min 321 nəfər təşkil etmişdir. Cədvəl 1 MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR 2024-cü ilin yanvar-iyun aylarında, faktiki qiymətlərlə 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Məlumat üçün 2023-cü ilin yanvar-iyun ayları 2022-ci ilin yanvar-iyun aylarına nisbətən, faizlə Ümumi məhsul buraxılışı, min manat 211716,5 102,9 96,5 Sənaye məhsulunun ümumi həcmi*), min manat 92308,7 113,7 113,3 Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat o cümlədən tikinti-quraşdırma işlərinə 11976,6 11791,2 60,5 60,9 70,5 69,4 Kənd təsərrüfatının ümumi məhsulu, min manat 54540,1 97,6 93,2 Nəqliyyat sektorunda yük daşınması*), min ton 685,0 106,9 107,2 Nəqliyyat sektorunda sərnişin daşınması*), min sərnişin 7662,0 107,0 118,4 İnformasiya və rabitə xidmətləri, min manat 786,3 63,9 122,5 Pərakəndə ticarət dövriyyəsi*), min manat 145645,9 107,1 104,3 Əhaliyə göstərilən ödənişli xidmətlər*), min manat 19590,3 102,5 116,2 Orta aylıq nominal əməkhaqqı, manat 709,7 111,2 119,0 Əhalinin sayı, 01.07.2024 vəziyyətinə, nəfər 96321 100,4 100,4 Qeyd: *) fiziki şəxslər nəzərə alınmaqla; Ümumi məhsul buraxılışı 2024-cü ilin yanvar-iyun ayları ərzində 211 milyon 716,5 min manat həcmində və ya 2023-cü ilin yanvar-iyun aylarına nisbətən 2,9 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 2205,4 manat təşkil etmişdir. 2024-cü ilin yanvar-iyun aylarında istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 92 milyon 308,7 manat (43,6 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 54 milyon 540,1 min manat (25,7 faiz), tikintidə 11 milyon 791,2 manat (5,6 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 5 milyon 683,5 manat (2,7 faiz), informasiya və rabitə sahəsində 786,3 min manat (0,4 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 46 milyon 606,7 min manat (22,0 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı, sənayedə 13,7 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 13,0 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 7,1 faiz artmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 2,4 faiz, tikintidə 39,1 faiz, informasiya və rabitə xidmətləri sahəsində 36,1 faiz azalmışdır. Cədvəl 2 İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi 2024-cü ilin yanvar-iyun ayları faktiki qiymətlərlə, min manat 2023-cü ilin yanvar-iyun ayları faktiki qiymətlərlə, min manat Qiymət indeksi, faizlə 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin qiymətləri ilə, min manat Fiziki həcm indeksi, faizlə Ümumi həcmdə xüsusi çəkisi, faizlə A 1 2 3 4 5 6 Sənaye 92308,7 84939,3 95,6 96576,0 113,7 43,6 Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 54540,1 54222,3 103,1 52908,4 97,6 25,7 Tikinti 11791,2 19356,9 100,0 11791,2 60,9 5,6 Nəqliyyat və anbar təsərrüfatı 5683,5 5142,3 97,8 5811,3 113,0 2,7 İnformasiya və rabitə 786,3 1226,4 100,3 783,7 63,9 0,4 Ticarət, nəqliyyat vasitələrinin təmiri 46606,7 43432,1 100,2 46515,8 107,1 22,0 Yekun: 211716,5 208319,3 98,8 214386,4 102,9 100,0 Qrafik 1 2024-cü ilin yanvar-iyun aylarında ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə Qrafik 2 2024-cü ilin yanvar-iyun aylarında ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə Sənaye 2024-cü ilin yanvar-iyun ayları ərzində sənaye müəssisələri tərəfindən 92 milyon 308,7 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş, 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 13,7 faiz çox olmuşdur. Ümumi istehsalın 86,3 faizini sənaye məhsulları, 13,7 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 15,7 faizi mədənçıxarma sektorunda, 70,2 faizi emal, 13,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda istehsalın həcmi 2023-cü ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 12,0 faiz artaraq 79 milyon 310,1 manat və ya sənaye məhsulunun 85,9 faizini təşkil etmişdir. Qrafik 3 2024-cü ilin yanvar-iyun aylarında məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə İstehlakçılara 96 milyon 749,7 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 iyul 2024-cü il tarixinə sənaye müəssisələrinin anbarlarında 7 milyon 716,3 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 8,4 faizini təşkil etmişdir. Cədvəl 3 Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı Fəaliyyət növlərinin adı 2024-cü ilin yanvar-iyun aylarında istehsal edilmişdir, min manatla 2023-cü ilin yanvar-iyun aylarına nisbətən sabit qiymətlərlə, faizlə İstehsalın ümumi həcmində xüsusi çəkisi, faizlə Cəmi *) 92308,7 113,7 100,0 o cümlədən: dövlət sektoru 12998,6 - 14,1 qeyri-dövlət sektoru 79310,1 - 85,9 Mədənçıxarma sənayesi 14450,8 103,7 15,7 o cümlədən: mədənçıxarma sənayesinin digər sahələri 14450,8 103,7 15,7 Emal sənayesi 64814,9 120,5 70,2 o cümlədən: qida məhsullarının istehsalı 3665,0 17065,8 4,0 içki istehsalı 156,7 20,8 0,1 mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı 53,7 - 0,1 poliqrafiya məhsullarının istehsalı 231,5 5361,5 0,2 rezin və plastik kütlə məmulatlarının istehsalı 70,2 - 0,1 tikinti materiallarının istehsalı 55549,4 119,7 60,2 mebellərin istehsalı 5071,0 96,9 5,5 sair sənaye məhsullarının istehsalı 2,7 29,5 - maşın və avadanlıqların quraşdırılması və təmiri 14,7 40,4 - Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 12285,0 94,6 13,3 Su təchizatı, tullantıların təmizlənməsi və emalı 758,0 114,8 0,8 o cümlədən: suyun yığılması, təmizlənməsi və paylanması 418,5 - 0,4 digər tullantıların yığılması və məhv edilməsi 339,5 - 0,4 *) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla Emal sektorunun müəssisələri tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində 64 milyon 814,9 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, rayon üzrə məhsul istehsalının ümumi həcmində 70,2 faiz təşkil etmiş və 2023-cü ilin yanvar-iyun aylarına nisbətən 20,5 faiz artmışdır. Sahə üzrə məhsul istehsalının əsasını tikinti materiallarının istehsalı (85,7 faiz), qida məhsullarının istehsalı (5,7 faiz), mebellərin istehsalı (7,8 faiz) təşkil edir. Qida məhsullarının istehsalı 3 milyon 665,0 min manat olmuş və bölmənin məhsullarının 5,7 faizini təşkil etmişdir. İçki istehsalının real həcmi 156,7 min manat olmuş, bölmə üzrə məhsulun 0,2 faizini təşkil etmişdir. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində 12 milyon 285,0 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmişdir. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz azalmış, rayon əhalisinə və digər istehlakçılara 50007,1 MVts elektrik enerjisi, 70,43 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin real həcmi 2023-cü ilin yanvar-iyun aylarına nisbətən 14,8 faiz artmış və 758,0 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 561,6 min kub metr təbii su verilmişdir. Cədvəl 4 Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri *) Məhsul növlərinin adı və ölçü vahidi 2024-cü ilin yanvar-iyun aylarında istehsal edilmişdir 2023-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə 01.07.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı Mədənçıxarma sənayesi bentonit, ton 81799,5 122,7 101301,0 əhəngdaşı tozu, ton 8268,6 64,0 - inşaat üçün əhəng daşı, ton 11794,0 64,4 - Qida məhsullarının istehsalı buğda və ya çovdarla qarışıq buğda unu, ton 166,8 153,3 - çörək, ton 490,97 103,4 - İçki istehsalı Şirinləşdirilməmiş mineral və qazlı sular, min dekalitr 20,2 41,2 - Sement istehsalı Sement, min ton 335,31 96,3 - Mebellərin istehsalı yataq, yemək və qonaq otaqları üçün taxta mebellər, ədəd 3592 105,8 - Elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi və təchizatı elektrik enerjisinin bölüşdürülməsi, MVt.s 50007,1 102,4 - qazın bölüşdürülməsi, milyon kub metr 70,43 96,1 - buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, Q.kal 2843,0 90,1 - təbii suyun yığılması və bölüşdürülməsi, min kubmetr 561,6 109,6 - *) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla Tikinti Əsas kapitala yönəldilmiş vəsaitlər İlkin məlumatlara əsasən 2024-cü ilin yanvar-iyun aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyon 976,6 min manat və ya 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 39,5 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyon 791,2 min manatı və ya 98,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 79,0 faizini dövlət sektoru, 21,0 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir. Cədvəl 5 Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər 2024-cü ilin yanvar-iyun ayları, min manatla 2023-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Ümumi həcmdə xüsusi çəkisi, faizlə Cəmi 11976,6 60,5 100,0 o cümlədən: dövlət sektoru 9456,6 54,4 79,0 qeyri-dövlət sektoru 2520,0 103,6 21,0 Qrafik 4 Əsas kapitala yönədilmiş vəsaitlərin mülkiyyət növləri üzrə strukturu, faizlə Tikinti müəssisələrinin fəaliyyəti haqqında 2024-cü ilin yanvar-iyun aylarında fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş işlərin həcmi 3 milyon 873,2 min manat təşkil etmiş və ümumi tikinti işlərinin 3 milyon 827,9 min manatını, yaxud 98,8 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri təşkil etmişdir. 1,2 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. Cədvəl 6 Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla (2024-cü ilin yanvar-iyun ayları) Cəmi Ümumi yekuna nisbətən, faizlə 2023-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Cəmi 3873,2 100,0 3,4 d o cümlədən: Hüquqi şəxslər 3827,9 98,8 4,0 d o cümlədən: tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə 3827,9 98,8 4,0 d Fiziki şəxslərin yerinə yetirdiyi işlər 45,3 1,2 26,3 Kənd təsərrüfatı 2024-cü ilin yanvar-iyun aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 54 milyon 540,1 min manat təşkil etmiş, 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2,4 faiz azalmışdır. Bitkiçilik: 2024-cü ilin məhsulu üçün 4507,0 hektar sahədə buğda, 6938,0 hektar sahədə arpa səpini aparılmışdır. 01 iyul 2024-cü il tarixinə əkin sahələrinin qəti uçotu aparılmışdır. Uçotun nəticələrinə əsasən ailə, kəndli təsərrüfatlarında və kənd təsərrüfatı müəssisələrində bitkilərin əkin sahələri aşağıdakı cədvəllə xarakterizə olunur. Cədvəl 7 Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Cəmi əkin sahəsi 18533,0 18967,0 97,7 o cümlədən: dənlilər və dənli paxlalı bitkilər 11921,0 12337,0 96,6 o cümlədən :buğda 4507,0 5243,0 86,0 arpa 6938,0 6611,0 104,9 vələmir 80,0 80,0 100,0 sorqo 32,0 36,0 88,9 paxlalılar 14,0 17,0 82,4 qarğıdalı 350,0 350,0 100,0 günəbaxan 40,0 50,0 80,0 tərəvəz 791,0 780,0 101,4 bostan bitkiləri 45,0 43,0 104,7 kartof 1320,0 1300,0 101,5 yem bitkiləri 4416,0 4457,0 99,1 Cədvəl 8 01.07.2024-cü il tarixinə əkin sahələrindən məhsul toplanışı və məhsuldarlıq Yığılmış sahə, hektar Yığılmış məhsul, ton Məhsuldarlıq, sen/ha Dənli bitkilər, cəmi 3479,0 10627,0 30,5 o cümlədən :buğda 566,0 1946,0 34,4 arpa 2913,0 8681,0 29,8 Tərəvəz, bostan məhsulları, kökümeyvəlilər və köküyumrular, cəmi 440,0 8694,0 197,6 o cümlədən: yaşıl lobya 90,0 180,0 20,0 kələm 1,0 30,0 300,0 bibər 41,0 902,0 220,0 xiyar 82,0 2870,0 350,0 pomidor 107,0 3210,0 300,0 baş sarımsaq 15,0 212,0 141,3 kartof 20,0 450,0 225,0 sair tərəvəzlər 84,0 840,0 100,0 Yem bitkiləri, cəmi 1600,0 4800,0 30,0 Meyvələr, cəmi - 4099,0 25,5 Giləmeyvələr, cəmi - 595,0 138,1 Heyvandarlıq: 2024-cü ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində diri çəkidə 2597,1 ton ət, 16552,6 ton süd, 6025,0 min ədəd yumurta və 235,8 ton yun istehsal edilmişdir. 2023-cü ilin yanvar-iyun aylarına nisbətən ət istehsalı 3,9 ton, süd istehsalı 0,9 ton azalmış, yumurta istehsalı 5,0 min ədəd, yun istehsalı isə 0,3 ton artmışdır. Cədvəl 9 Heyvandarlıq məhsullarının istehsalı, sentner 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına nisbətən % +, - Ət (diri çəkidə) 25971,0 26010,0 99,8 -39,0 Süd 165526,0 165535,0 100,0 -9,0 Yumurta, min ədəd 6025,0 6020,0 100,1 +5,0 Yun 2358,0 2355,0 100,1 +3,0 2024-cü ilin iyul ayının 1-i tarixinə 29332 baş iribuynuzlu mal-qara (ondan 16018 baş inək və camış), 126130 baş qoyun və keçi mövcud olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 258 baş (0,9 faiz), inək və camışların sayı 193 baş (1,2 faiz), qoyun və keçilərin sayı 1788 baş (1,4 faiz) azalmışdır. Cədvəl 10 Mal-qaranın sayı, 01.07.2024-cü il tarixinə, baş 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına nisbətən % +, - İribuynuzlu mal-qara 29332 29590 99,1 -258 ondan: inək və camışlar 16018 16211 98,8 -193 Qoyun və keçilər 126130 127918 98,6 -1788 Nəqliyyat 2024-cü ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 7662,0 min nəfər sərnişin daşınmış, 2023-cü ilin yanvar-iyun aylarına nisbətən 7,0 faiz artmışdır. Cədvəl 11 Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Cəmi 7662,0 7163,0 107,0 2024-cü ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə 685,0 min ton yük daşınmış və 2023-cü ilin eyni dövrünə nisbətən 6,9 faiz artmışdır. Cədvəl 12 Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Cəmi 685,0 641,0 106,9 2024-cü ilin yanvar-iyun ayları ərzində nəqliyyat müəssisələri tərəfindən 5 milyon 683,5 min manatlıq xidmət göstərilmiş, 2023-cü ilin yanvar-iyun aylarına nisbətən 13,0 faiz artmışdır. Göstərilmiş xidmətin 155,2 min manatı (2,7 faizi) dövlət sektorunun, 5 milyon 528,3 min manatı (97,3 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir. Cədvəl 13 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Nəqliyyat xidmətindən əldə olunan gəlir, faktiki qiymətlərlə 5683,5 5142,3 113,0 o cümlədən: dövlət sektoru 155,2 212,9 74,5 qeyri-dövlət sektoru 5528,3 4929,4 114,7 İnformasiya və rabitə İlkin hesablamalara əsasən bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin yanvar-iyun aylarında 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 36,1 faiz azalaraq 786,3 min manat təşkil etmişdir ki, bunun da 610,3 min manatı (77,6 faizi) əhali tərəfindən istifadə olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 42,9 faiz azalmışdır. Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 78,9 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 21,1 faiz təşkil etmişdir. Cədvəl 14 İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə İnformasiya və rabitə xidmətlərindən əldə olunan gəlir 786,3 1226,4 63,9 o cümlədən: dövlət sektoru 620,6 1063,4 58,1 qeyri-dövlət sektoru 165,7 163,0 101,3 İstehlak bazarı 2024-cü ilin yanvar-iyun ayları ərzində istehlakçıların tələbatının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 165 milyon 236,2 min manat olmaqla 2023-cü ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 6,5 faiz artmışdır. Cədvəl 15 İstehlak bazarı üzrə əsas göstəricilər 2024-cü ilin yanvar-iyun ayları, min manatla 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə İstehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri 165236,2 106,5 o cümlədən: dövlət mülkiyyəti üzrə 5982,3 91,1 qeyri-dövlət mülkiyyəti üzrə 159253,9 108,1 ondan: fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə 122286,8 109,3 Əmtəə bazarı 2024-cü ilin yanvar-iyun ayları ərzində pərakəndə ticarət şəbəkələrində istehlakçılara 145 milyon 645,9 min manatlıq məhsul satılmış və onun 78 milyon 972,8 min manatını (54,2 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 66 milyon 673,1 min manatını (45,8 faiz) qeyri-ərzaq malları təşkil etmişdir. 2023-cü ilin yanvar-iyun aylarına nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 7,1 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 7,6 faiz, qeyri-ərzaq malları üzrə 6,4 faiz artmışdır. Cədvəl 16 Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu 2024-cü ilin yanvar-iyun ayları, min manatla Ümumi yekunda xüsusi çəkisi, faizlə 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Pərakəndə ticarət dövriyyəsi 145645,9 100,0 107,1 o cümlədən: ərzaq məhsulları, içkilər və tütün məmulatları 78972,8 54,2 107,6 qeyri-ərzaq malları 66673,1 45,8 106,4 2024-cü ilin yanvar-iyun aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 252,9 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 137,11 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 115,79 manatlıq qeyri-ərzaq malları almışdır. Pərakəndə ticarət dövriyyəsinin 24,8 faizini hüquqi şəxslər, 19,9 faizini fərdi sahibkarlar tərəfindən, 55,3 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir. Cədvəl 17 Məhsul bazarı üzrə əsas göstəricilər 2024-cü ilin yanvar-iyun ayları, min manatla 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Pərakəndə ticarət dövriyyəsi 145645,9 107,1 o cümlədən: müəssisələr üzrə 36070,0 120,6 fərdi sahibkarlar üzrə 29021,3 122,3 bazar və yarmarkalar üzrə 80554,6 97,8 Qrafik 5 2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin strukturu, faizlə Cədvəl 18 Pərakəndə ticarət dövriyyəsinin dinamikası Əvvəlki ilin yanvar-iyun aylarına nisbətən, müqayisəli qiymətlərlə, faizlə Pərakəndə ticarət dövriyyəsi o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qeyri-ərzaq malları üzrə 2024-cü il Yanvar-iyun 107,1 107,6 106,4 2023-ci il Yanvar-iyun 104,3 87,2 135,2 01.07.2024-cü il tarixinə pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 16 milyon 934,8 min manat təşkil etmişdir. İctimai iaşə xidmətləri 2024-cü ilin yanvar-iyun ayları ərzində ictimai iaşə dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 2 milyon 420,0 min manat olmuşdur. Cədvəl 19 2024-cü ilin yanvar-iyun ayları, min manatla 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə İctimai iaşə xidmətləri, cəmi 2420,0 104,1 o cümlədən: hüquqi şəxslər üzrə - - fiziki şəxslər üzrə 2420,0 104,1 Əhaliyə göstərilən ödənişli xidmətlər 2024-cü ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin eyni dövrünə nisbətən real ifadədə 2,5 faiz artaraq 19 milyon 590,3 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyon 879,4 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 35,1 faizini təşkil etmişdir. Cədvəl 20 Ödənişli xidmətlərin göstərilməsi 2024-cü ilin yanvar-iyun aylarında, min manatla 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Ödənişli xidmətlərin ümumi dəyəri-cəmi 19590,3 102,5 o cümlədən: dövlət sektoru 5982,3 91,1 qeyri-dövlət sektoru 13608,0 108,5 ondan: fiziki şəxslər 12710,9 223,3 2024-cü ilin yanvar-iyun aylarında əhalinin hər bir nəfəri orta hesabla 204,1 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir. Cədvəl 21 Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri Əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə, faizlə Əhaliyə göstərilən ödənişli xidmətlər o cümlədən hüquqi şəxslər üzrə fiziki şəxslər üzrə 2023-cü il Yanvar-iyun 116,2 184,8 78,4 2024-cü il Yanvar-iyun 102,5 51,3 223,3 İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 78,6 faiz təşkil etmişdir. Cədvəl 22 İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin yanvar-iyun ayları, min manatla 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Ümumi həcmdə xüsusi çəkisi, faizlə İri və orta müəssisələr üzrə, cəmi 6640,1 54,4 100,0 o cümlədən: digər sahələrin iri və orta müəssisələri 5222,3 99,4 78,6 o cümlədən: sənaye 5222,3 99,4 78,6 əsas fəaliyyət növü üzrə ( iri və orta müəssisələr) 1417,8 20,4 21,4 Qrafik 6 2024-cü ilin yanvar-iyun aylarında iri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası, faizlə İstehlak məhsullarının və ödənişli xidmətlərin istehlak qiymətləri indeksi Rayon üzrə 2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 101,3 faiz təşkil etmişdir. 2024-cü ilin iyun ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 101,0 faiz təşkil etmişdir. 2024-cü ilin iyun ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,0 faiz təşkil etmişdir. 2024-cü ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,0 faiz təşkil etmişdir. Cədvəl 23 Cəmi məhsullar və xidmətlər Qida məhsulları, içkilər və tütün məmulatları əvvəlki aya nisbətən, faizlə əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə əvvəlki aya nisbətən, faizlə əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə 2024-cü il Aprel 100,1 101,4 100,1 101,2 May 100,0 101,3 99,6 101,0 İyun 100,0 101,3 100,0 101,0 ..ardı Qeyri-qida məhsulları Ödənişli xidmətlər əvvəlki aya nisbətən, faizlə əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə əvvəlki aya nisbətən, faizlə əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə 2024-cü il Aprel 100,3 100,9 100,0 102,1 May 100,2 101,0 100,5 102,0 İyun 100,0 101,0 100,0 102,0 Muzdla işləyənlərin sayı Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2024-cü ilin yanvar-iyun aylarında 11137 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 6900 nəfər (62,0 faiz), qeyri-dövlət sektorunda isə 4237 nəfər (38,0 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 20,4 faizi məhsul istehsalı sahələrində, o cümlədən 14,0 faizi sənaye (o cümlədən 2,7 faizi mədənçıxarma, 7,6 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı), 2,1 faizi tikinti, 4,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşdur. Muzdlu işçilərin 79,6 faizi xidmət sahələrində, o cümlədən 27,5 faizi təhsil, 21,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 11,8 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,6 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 2,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,2 faizi maliyyə və sığorta, 1,1 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 2,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi yaşayışın təşkili və ictimai iaşə sahələrində çalışmışlar. Yeni iş yerlərinin açılması İlkin məlumatlara əsasən 2024-cü ilin yanvar-iyun aylarında hüquqi şəxslər üzrə 62 yeni iş yeri açılmış və 202 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərinin 52-si mövcud müəssisə və təşkilatlarda, 10-u yeni yaradılmış müəssisə və təşkilatlarda yaradılmışdır. Cədvəl 24 2023-cü ildə və 2024-cü ilin yanvar-iyun aylarında yeni açılmış iş yerlərinin xarakteristikası 2023-cü il 2024-cü ilin yanvar-iyun aylarında Yekuna görə xüsusi çəkisi, faizlə Yeni iş yerlәrinin sayı (fərdi sahibkarlar istisna olmaqla), cәmi 81 62 100,0 o cümlədən: yeni yaradılmış müəssisə və təşkilatlarda 15 10 16,1 mövcud müəssisə və təşkilatlarda 66 52 83,9 Yeni yaradılmış fәrdi sahibkarlıq subyektlәrinin sayı 1144 660 100,0 Əməkhaqqı 2024-cü ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 709,7 manat, həmçinin dövlət sektorunda 673,4 manat, qeyri-dövlət sektorunda 768,9 manat təşkil etmiş, 2023-cü ilin yanvar-iyun aylarına nisbətən rayon üzrə 11,2 faiz, o cümlədən dövlət sektoru üzrə 5,0 faiz, qeyri-dövlət sektoru üzrə isə 21,1 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş və emal bölməsində 1600,0 manat, mədənçıxarma sənayesində 1007,1 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 853,6 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 832,9 manat, maliyyə və sığorta sahəsində 1691,6 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 1037,8 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 733,9 manat təşkil etmişdir. Cədvəl 25 2024-cü ilin yanvar-iyun aylarında iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı Hərfi işarəsi Fəaliyyət növləri İşçilərin sayı, nəfər Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı, manatla 2024-cü ilin yanvar-iyun aylarında 2023-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə Orta rayon göstəricisinə nisbətən, faizlə Cəmi 11137 709,7 111,2 100,0 ondan: dövlət mülkiyyəti 6900 673,4 105,0 94,9 qeyri-dövlət mülkiyyəti 4237 768,9 121,4 108,3 o cümlədən: A Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 476 486,2 94,7 68,5 B Mədənçıxarma sənayesi 309 1007,1 115,3 141,9 C Emal sənayesi*) 849 1600,0 150,2 225,4 D Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 243 853,6 103,7 120,3 E Su təchizatı, tullantıların təmizlənməsi və emalı 163 491,3 104,4 69,2 F Tikinti 239 464,3 85,9 65,4 G Ticarət; nəqliyyat vasitələrinin təmiri*) 2418 474,7 105,2 66,9 H Nəqliyyat və anbar təsərrüfatı 232 832,9 95,0 117,4 İ Yaşayışın təşkili və ictimai iaşə 22 420,7 102,5 59,3 J İnformasiya və rabitə 122 688,6 124,8 97,0 K Maliyyə və sığorta fəaliyyəti 130 1691,6 122,1 238,4 L Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 41 416,3 105,7 58,7 M Peşə, elmi və texniki fəaliyyət 30 592,8 107,3 83,5 ...ardı N İnzibati və yardımçı xidmətlərin göstərilməsi 236 507,9 108,9 71,6 O Dövlət idarəetməsi və müdafiə; sosial təminat 620 1037,8 110,0 146,2 P Təhsil 3065 613,7 106,0 86,5 Q Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 1314 733,9 102,8 103,4 R İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 589 472,5 100,0 66,6 S Digər sahələrdə xidmətlərin göstərilməsi 39 739,0 110,3 104,1 *) Fiziki şəxslər nəzərə alınmaqla Qrafik 7 2024-cü və 2023-cü ilin yanvar-iyun aylarında rayon üzrə orta aylıq nominal əməkhaqqı, manatla Demoqrafik vəziyyət 01.01.2024-cü il tarixinə əhalinin 19,7 min nəfəri (20,5 faizi) 0-14 yaşda, 66,7 min nəfəri (69,3 faizi) 15-64 yaşda və 9,8 min nəfəri (10,2 faizi) 64 yaşdan yuxarı yaşdadır. Əhalinin sayı 2024-cü ilin yanvar-iyun aylarında 115 nəfər artaraq 01.07.2024-cü il tarixinə 96 min 321 nəfərə çatmışdır. Əhalinin 49,2 faizini (47 min 390 nəfər) kişilər, 50,8 faizini (48 min 931 nəfər) qadınlar təşkil edir. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 139 nəfər olmuşdur. Cədvəl 26 Əhalinin təbii hərəkətinin əsas göstəriciləri (yanvar-iyun ayları) Demoqrafik göstəricilər Nəfərlə Əhalinin hər 1000 nəfərinə 2024-cü ilin yanvar-iyun 2023-cü ilin yanvar-iyun artım(+) azalma(-) 2024-cü ilin yanvar-iyun 2023-cü ilin yanvar-iyun 2024-cü il 2023-cü ilə nisbətən, faizlə Ümumi artım 115 172 -57 2,4 3,6 66,7 Təbii artım 138 169 -31 2,9 3,5 82,9 doğulanlar 473 543 -70 9,9 11,4 86,8 ölənlər 335 374 -39 7,0 7,9 88,6 Nikahlar 258 261 -3 5,4 5,5 98,2 Boşanmalar 103 78 +14 2,2 1,6 137,5 Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-iyun aylarında rayonda 473 nəfər doğulan körpə, 335 ölüm, 258 nikaha daxilolma, 103 boşanma halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə doğulanlar 9,9, ölənlər 7,0, nikahlar 5,4, boşanmalar 2,2 təşkil etmişdir. Qrafik 8 2024-cü və 2023-cü ilin yanvar-iyun aylarında demoqrafik göstəricilər, nəfərlə Cədvəl 27 Əhalinin mexaniki hərəkətinin göstəriciləri S/S Miqrasiya göstəriciləri Nəfərlə Əhalinin hər 1000 nəfərinə 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun ayları 2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun ayları 1 Miqrasiya saldosu +23 +18 0,5 0,4 2024-cü ilin yanvar-iyun ayları ərzində rayon üzrə miqrasiya saldosu müsbət 23 nəfər təşkil etmişdir. Dürdanə XƏLİLOVA, Qazax Rayon Statistika İdarəsinin rəisi
Qiymət indeksləri
İstehlak məhsullarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksləri, faizlə
Facebook-da paylaş