Əsas Səhifə > Kənd təsərrüfatı > 2024-cü ilin yanvar-iyun aylarında Qazax rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

2024-cü ilin yanvar-iyun aylarında Qazax rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri


26-08-2024, 08:36


2024-cü ilin yanvar-iyun aylarında Qazax rayonu üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 211 milyon 716,5 min manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artmışdır. Məhsul buraxılışının həcmi 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə sənayedə 13,7 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 13,0 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 7,1 faiz artmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 2,4 faiz, tikintidə 39,1 faiz, informasiya və rabitə xidmətləri sahəsində 36,1 faiz azalmışdır. 2024-cü ilin yanvar-iyun ayları ərzində məhsul və xidmətlərin 89,0 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur. Əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 2199,3 manat təşkil etmişdir. 

Sənaye: 2024-cü ilin yanvar-iyun ayları ərzində faktiki qiymətlərlə 92 milyon 308,7 min manatlıq və ya 2023-cü ilin yanvar-iyun aylarına nisbətən 13,7 faiz çox sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. İstehsalın ümumi həcmində mədənçıxarma sektoru 15,7 faiz, emal sektoru 70,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 13,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru 0,8 faiz təşkil etmişdir. Məhsulun 85,9 faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2023-cü ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 12,0 faiz artmışdır. 2024-cü ilin yanvar-iyun aylarında mədənçıxarma sektorunda 14 milyon 450,8 min manatlıq, emal sektorunda 64 milyon 814,9 min manatlıq məhsul istehsal edilmiş, 2023-cü ilin yanvar-iyun aylarına nisbətən məhsul istehsalı müqayisəli qiymətlərlə mədənçıxarma sektorunda 3,7 faiz, emal sektorunda 20,5 faiz artmışdır. Emal sektorunda 2023-cü ilin yanvar-iyun aylarına nisbətən tikinti materiallarının  istehsalı 19,7 faiz artmış, mebellərin istehsalı 3,1 faiz azalmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın real həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz azalmış, rayon əhalisinə və digər istehlakçılara 50007,1 MVt.s elektrik enerjisi, 70,43 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real həcmi 14,8 faiz artmış, əhaliyə və digər istehlakçılara 561,6 min kubmetr təbii su verilmişdir.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq: 2024-cü ilin məhsulu üçün 4507,0 hektar sahədə buğda, 6938,0 hektar sahədə arpa səpini aparılmışdır. 

2024-cü ilin yanvar-iyun aylarında heyvandarlıq sahəsində 2597,1 ton ət (diri çəkidə), 16552,6 ton süd, 6025,0 min ədəd yumurta, 235,8 ton yun istehsal edilmişdir. 2023-cü ilin yanvar-iyun aylarına nisbətən ət istehsalı 3,9 ton (0,2 faiz), süd istehsalı 0,9 ton azalmış, yumurta istehsalı 5,0 min ədəd (0,1 faiz), yun istehsalı 0,3 ton (0,1 faiz)  artmışdır. 2024-cü ilin iyul ayının 1-nə 29332 baş iribuynuzlu mal-qara (ondan 16018 baş inək və camış), 126130 baş qoyun və keçi mövcud olmuşdur. 2023-cü ilin eyni  dövrünə nisbətən iribuynuzlu mal-qara 258 baş (0,9 faiz), qoyun və keçilər 1788 baş (1,4 faiz) azalmışdır.

Tikinti: 2024-cü ilin yanvar-iyun ayları ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyon 976,6 min manat məbləğində, yaxud 2023-cü ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyon 791,2 min manatı və ya 98,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Nəqliyyat: 2024-cü ilin yanvar-iyun ayları ərzində avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 7662,0 min nəfər sərnişin daşınmış, 2023-cü ilin eyni dövrünə nisbətən 7,0 faiz artım müşahidə olunmuşdur. 2024-cü ilin  yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə 685,0 min ton yük daşınmış və 2023-cü ilin yanvar-iyun aylarına nisbətən 6,9 faiz artmışdır. 

İnformasiya və rabitə: İnformasiya və rabitə müəssisələri tərəfindən 2024-cü ilin yanvar-iyun aylarında faktiki qiymətlərlə 786,3 min manatlıq xidmət göstərilmiş, xidmətlərin 610,3 min manatı və ya 77,6 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 36,1 faiz azalmış, bu sahədə əldə olunmuş gəlirin 78,9 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2023-cü ilin yanvar-iyun aylarına nisbətən 41,9 faiz azalmışdır. 

Pərakəndə ticarət: 2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 145 milyon 645,9 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 19 milyon 590,3 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 7,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 2,5 faiz artmışdır. Ticarət şəbəkələrində 78 milyon 972,8 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 66 milyon 673,1 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının satışı 7,6 faiz, qeyri-ərzaq məhsullarının satışı 6,4 faiz artmışdır. 

İstehlak qiymətləri indeksləri: 2024-cü ilin iyun ayında istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətləri may ayına nisbətən eyni səviyyədə qalmış, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində, qeyri-qida məhsullarının qiymətlərində, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində dəyişiklik müşahidə olunmamışdır. 2024-cü ilin yanvar-iyun aylarında 2023-cü ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində 1,3 faiz bahalaşma, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 1,0 faiz, qeyri-qida məhsullarının qiymətlərində 1,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 2,0 faiz bahalaşma müşahidə olunmuşdur. 

Əməkhaqqı: 2024-cü ilin yanvar-iyun ayları ərzində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 709,7 manat, dövlət sektorunda 673,4 manat, qeyri-dövlət sektorunda 768,9 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesində 1600,0 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 853,6 manat, maliyyə və sığorta sahəsində 1691,6 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində 416,3 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 1037,8 manat, təhsil sahəsində 613,7 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 733,9 manat, istirahət, əyləncə və incəsənət sahəsində 472,5 manat təşkil etmişdir.

Demoqrafik vəziyyət: 2024-cü ilin yanvar-iyun aylarında rayon əhalisinin sayı ilkin hesablamalara əsasən 115 nəfər artaraq 2024-cü il iyul ayının 1-i vəziyyətinə 96 min 321 nəfər təşkil etmişdir.

Cədvəl 1

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR 

 

2024-cü ilin yanvar-iyun aylarında,

faktiki

qiymətlərlə 

 

2024-cü ilin     yanvar-iyun ayları 2023-cü     ilin  yanvar-iyun aylarına

nisbətən,

faizlə

Məlumat üçün

2023-cü ilin yanvar-iyun ayları

2022-ci ilin yanvar-iyun aylarına

nisbətən, faizlə

Ümumi məhsul buraxılışı, min manat

211716,5

102,9

96,5

Sənaye məhsulunun ümumi həcmi*), min manat

92308,7

113,7

113,3

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat o cümlədən tikinti-quraşdırma işlərinə

11976,6

 

11791,2

 

60,5

 

60,9

 

70,5

 

69,4

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

54540,1

97,6

93,2

Nəqliyyat sektorunda yük daşınması*), min ton                 

685,0

106,9

107,2

Nəqliyyat sektorunda sərnişin daşınması*), min sərnişin

7662,0

107,0

118,4

İnformasiya və rabitə xidmətləri,  min manat

786,3

63,9

122,5

Pərakəndə ticarət dövriyyəsi*),  min manat

145645,9

107,1

104,3

Əhaliyə göstərilən ödənişli xidmətlər*), min manat

19590,3

102,5

116,2

Orta aylıq nominal əməkhaqqı, manat

709,7

111,2

119,0

Əhalinin sayı,  01.07.2024

vəziyyətinə, nəfər

96321

100,4

100,4

































Qeyd: *) fiziki şəxslər nəzərə alınmaqla;

Ümumi məhsul buraxılışı 

2024-cü ilin yanvar-iyun ayları ərzində 211 milyon 716,5 min manat həcmində və ya 2023-cü ilin yanvar-iyun aylarına nisbətən 2,9 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 2205,4 manat təşkil etmişdir. 2024-cü ilin yanvar-iyun aylarında istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 92 milyon 308,7 manat (43,6 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 54 milyon 540,1 min manat (25,7 faiz), tikintidə 11 milyon 791,2 manat (5,6 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 5 milyon 683,5 manat (2,7 faiz), informasiya və rabitə sahəsində 786,3 min manat (0,4 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 46 milyon 606,7 min manat (22,0 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı, sənayedə 13,7 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 13,0 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 7,1 faiz artmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 2,4 faiz, tikintidə 39,1 faiz, informasiya və rabitə xidmətləri sahəsində 36,1 faiz azalmışdır.

Cədvəl 2

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi

                                                                           

2024-cü ilin yanvar-iyun ayları

faktiki

qiymətlərlə,

min manat

2023-cü ilin yanvar-iyun ayları

faktiki qiymətlərlə,

min manat

Qiymət indeksi, faizlə

2024-cü ilin yanvar-iyun ayları 

2023-cü ilin qiymətləri ilə,

min manat 

Fiziki

həcm

indeksi,

faizlə

Ümumi

həcmdə

xüsusi

çəkisi,

faizlə

A

1

2

3

4

5

6

Sənaye

92308,7

84939,3

95,6

96576,0

113,7

43,6

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq    

54540,1

54222,3

103,1

52908,4

97,6

25,7

Tikinti

11791,2

19356,9

100,0

11791,2

60,9

5,6

Nəqliyyat və anbar təsərrüfatı 

5683,5

5142,3

97,8

5811,3

113,0

2,7

İnformasiya və rabitə

786,3

1226,4

100,3

783,7

63,9

0,4

Ticarət, nəqliyyat vasitələrinin təmiri

46606,7

43432,1

100,2

46515,8

107,1

22,0

Yekun:

211716,5

208319,3

98,8

214386,4

102,9

100,0

Qrafik 1

2024-cü ilin yanvar-iyun aylarında ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə


                                                        Qrafik 2

2024-cü ilin yanvar-iyun aylarında ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə

                                   

Sənaye

2024-cü ilin yanvar-iyun ayları ərzində sənaye müəssisələri tərəfindən 92 milyon 308,7 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş, 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 13,7 faiz çox olmuşdur. Ümumi istehsalın 86,3 faizini sənaye məhsulları, 13,7 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 15,7 faizi mədənçıxarma sektorunda, 70,2 faizi emal, 13,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda istehsalın həcmi 2023-cü ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 12,0 faiz artaraq 79 milyon 310,1 manat və ya sənaye məhsulunun 85,9 faizini təşkil etmişdir.

Qrafik 3

2024-cü ilin yanvar-iyun aylarında məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə


İstehlakçılara 96 milyon 749,7 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 iyul 2024-cü il tarixinə sənaye müəssisələrinin anbarlarında 7 milyon 716,3 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 8,4 faizini təşkil etmişdir.

Cədvəl 3

Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı

Fəaliyyət növlərinin adı

2024-cü ilin yanvar-iyun aylarında

istehsal

edilmişdir,

min manatla

2023-cü ilin yanvar-iyun aylarına 

nisbətən

sabit qiymətlərlə, faizlə

İstehsalın ümumi həcmində xüsusi çəkisi,

faizlə

 

Cəmi *) 

92308,7

113,7

100,0

 

o cümlədən:

 

 

 

 

dövlət sektoru

12998,6

-

14,1

 

qeyri-dövlət sektoru

79310,1

-

85,9

 

Mədənçıxarma sənayesi

14450,8

103,7

15,7

 

o cümlədən: mədənçıxarma sənayesinin digər sahələri

14450,8

103,7

15,7

 

Emal sənayesi

64814,9

120,5

70,2

o cümlədən:

 

 

 

qida məhsullarının istehsalı 

3665,0

17065,8

4,0

içki istehsalı

156,7

20,8

0,1

mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı

53,7

-

0,1

poliqrafiya məhsullarının istehsalı

231,5

5361,5

0,2

rezin və plastik kütlə məmulatlarının istehsalı

70,2

-

0,1

tikinti materiallarının istehsalı

55549,4

119,7

60,2

mebellərin istehsalı

5071,0

96,9

5,5

sair sənaye məhsullarının istehsalı 

2,7

29,5

-

maşın və avadanlıqların quraşdırılması və təmiri

14,7

40,4

-

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

12285,0

94,6

13,3

Su təchizatı, tullantıların 

təmizlənməsi və emalı

758,0

114,8

0,8

o cümlədən: suyun yığılması, təmizlənməsi və paylanması 

418,5

-

0,4

digər tullantıların yığılması və məhv  edilməsi

339,5

-

0,4

*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla

Emal sektorunun müəssisələri tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində 64 milyon 814,9 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişrayon üzrə məhsul istehsalının ümumi həcmində 70,2 faiz təşkil etmiş və 2023-cü ilin yanvar-iyun aylarına nisbətən 20,5 faiz artmışdır. Sahə üzrə məhsul istehsalının əsasını tikinti materiallarının istehsalı (85,7 faiz), qida məhsullarının istehsalı (5,7 faiz), mebellərin istehsalı (7,8 faiz)  təşkil edir. 

Qida məhsullarının istehsalı 3 milyon 665,0 min manat olmuş və bölmənin məhsullarının 5,7 faizini təşkil etmişdir. 

İçki istehsalının real həcmi 156,7 min manat olmuş, bölmə üzrə məhsulun 0,2 faizini təşkil etmişdir. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində 12 milyon 285,0 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmişdir. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz azalmış, rayon əhalisinə və digər istehlakçılara 50007,1 MVts elektrik enerjisi, 70,43 milyon kubmetr təbii qaz verilmişdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin real həcmi 2023-cü ilin yanvar-iyun aylarına nisbətən 14,8 faiz artmış və 758,0 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 561,6 min kub metr təbii su verilmişdir.

Cədvəl 4

Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri *)

Məhsul növlərinin adı və

ölçü vahidi

2024-cü ilin yanvar-iyun aylarında istehsal

edilmişdir 

2023-cü

ilin yanvar-iyun aylarına

nisbətən,

faizlə

01.07.2024-cü il

vəziyyətinə

hazır məhsul ehtiyatı

Mədənçıxarma sənayesi 

bentonit, ton

81799,5

122,7

101301,0

əhəngdaşı  tozu, ton

8268,6

64,0

-

inşaat  üçün əhəng     daşı, ton

11794,0

64,4

-

Qida məhsullarının istehsalı 

 

 

 

buğda və ya çovdarla qarışıq buğda unu, ton

166,8

153,3

-

çörək, ton

490,97

103,4

-

İçki istehsalı

Şirinləşdirilməmiş mineral və qazlı sular, min dekalitr

20,2

41,2

-

Sement istehsalı

Sement, min ton

335,31

96,3

-

 Mebellərin istehsalı

yataq, yemək və  qonaq  otaqları üçün taxta mebellər, ədəd

 

3592

 

105,8

 

                    -

Elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi və təchizatı

elektrik enerjisinin bölüşdürülməsi, MVt.s

50007,1

102,4

-

qazın bölüşdürülməsi, milyon kub metr

70,43

96,1

-

buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, Q.kal

 

2843,0

 

90,1

-

təbii suyun yığılması və bölüşdürülməsi,

min kubmetr

561,6

 

109,6

-

 *) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla

Tikinti

Əsas kapitala yönəldilmiş vəsaitlər

İlkin məlumatlara əsasən 2024-cü ilin   yanvar-iyun aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyon 976,6 min manat və ya 2023-cü  ilin   yanvar-iyun ayları ilə müqayisədə 39,5 faiz az vəsait yönəldilmişdir. 

Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyon 791,2 min manatı və ya 98,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin 79,0 faizini dövlət sektoru, 21,0 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir.

Cədvəl 5

Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər

 

2024-cü ilin yanvar-iyun ayları,

min manatla

2023-cü ilin yanvar-iyun aylarına

 nisbətən, 

faizlə

Ümumi

 həcmdə 

xüsusi                      çəkisi, faizlə

Cəmi

11976,6

60,5

100,0

o cümlədən:

 

 

 

dövlət sektoru

9456,6

54,4

79,0

qeyri-dövlət sektoru

2520,0

103,6

21,0

                                                                                                Qrafik 4

Əsas kapitala yönədilmiş vəsaitlərin mülkiyyət növləri üzrə strukturu, faizlə


Tikinti müəssisələrinin fəaliyyəti haqqında

2024-cü ilin yanvar-iyun aylarında fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş işlərin həcmi 3 milyon 873,2 min manat təşkil etmiş və ümumi tikinti işlərinin 3 milyon 827,9 min manatını, yaxud 98,8 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri təşkil etmişdir. 1,2 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.

Cədvəl 6

Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla 

(2024-cü ilin yanvar-iyun ayları)

 

Cəmi

Ümumi

 yekuna nisbətən, 

faizlə

2023-cü ilin yanvar-iyun aylarına

 nisbətən, faizlə

Cəmi

3873,2

100,0

3,4 d

o cümlədən:

 

 

 

Hüquqi şəxslər 

3827,9

98,8

4,0 d

o cümlədən:

 

 

 

tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə

3827,9

98,8

4,0 d

Fiziki şəxslərin yerinə yetirdiyi işlər

45,3

1,2

26,3

Kənd təsərrüfatı

2024-cü ilin yanvar-iyun aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 54 milyon 540,1 min manat təşkil etmiş, 2023-cü ilin yanvar-iyun ayları  ilə  müqayisədə 2,4 faiz azalmışdır. 

Bitkiçilik: 2024-cü ilin məhsulu üçün 4507,0 hektar sahədə buğda, 6938,0 hektar sahədə arpa səpini aparılmışdır. 01 iyul 2024-cü il tarixinə əkin sahələrinin qəti uçotu aparılmışdır. Uçotun nəticələrinə əsasən ailə, kəndli təsərrüfatlarında və kənd təsərrüfatı müəssisələrində bitkilərin əkin sahələri aşağıdakı cədvəllə xarakterizə olunur.

Cədvəl 7

Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar

 

2024-cü ilin yanvar-iyun ayları

2023-cü ilin yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun ayları

2023-cü ilin yanvar-iyun aylarına nisbətən, faizlə

Cəmi əkin sahəsi 

18533,0

18967,0

97,7

o cümlədən:

 

 

 

dənlilər və dənli paxlalı bitkilər

11921,0

12337,0

96,6

 o cümlədən :buğda

4507,0

5243,0

86,0

arpa

6938,0

6611,0

104,9

vələmir

80,0

80,0

100,0

sorqo

32,0

36,0

88,9

paxlalılar

14,0

17,0

82,4

qarğıdalı

350,0

350,0

100,0

günəbaxan

40,0

50,0

80,0

tərəvəz

791,0

780,0

101,4

bostan bitkiləri

45,0

43,0

104,7

kartof

1320,0

1300,0

101,5

yem bitkiləri

4416,0

4457,0

99,1






















Cədvəl 8

01.07.2024-cü il tarixinə əkin sahələrindən məhsul toplanışı və məhsuldarlıq

 

Yığılmış sahə, hektar

Yığılmış məhsul, ton

Məhsuldarlıq, sen/ha

Dənli bitkilər, cəmi 

3479,0

10627,0

30,5

o cümlədən :buğda

566,0

1946,0

34,4

arpa

2913,0

8681,0

29,8

Tərəvəz, bostan məhsulları, kökümeyvəlilər və köküyumrular, cəmi

440,0

8694,0

197,6

o cümlədən: yaşıl lobya

90,0

180,0

20,0

kələm

1,0

30,0

300,0

bibər

41,0

902,0

220,0

xiyar

82,0

2870,0

350,0

pomidor

107,0

3210,0

300,0

baş sarımsaq

15,0

212,0

141,3

kartof

20,0

450,0

225,0

sair tərəvəzlər

84,0

840,0

100,0

Yem bitkiləri, cəmi

1600,0

4800,0

30,0

Meyvələr, cəmi

-

4099,0

25,5

Giləmeyvələr, cəmi

-

595,0

138,1






















Heyvandarlıq: 2024-cü ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində diri çəkidə 2597,1 ton ət, 16552,6 ton süd, 6025,0 min ədəd yumurta və 235,8 ton yun istehsal edilmişdir. 2023-cü ilin yanvar-iyun aylarına nisbətən ət istehsalı 3,9 ton, süd istehsalı 0,9 ton azalmış, yumurta istehsalı 5,0 min ədəd, yun istehsalı isə 0,3 ton artmışdır.

Cədvəl 9

Heyvandarlıq məhsullarının istehsalı, sentner

       

2024-cü ilin yanvar-iyun ayları

2023-cü ilin yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına nisbətən

%

+, -

Ət (diri çəkidə)

25971,0

26010,0

99,8

-39,0

Süd

165526,0

165535,0

100,0

-9,0

Yumurta, min ədəd

6025,0

6020,0

100,1

+5,0

Yun

2358,0

2355,0

100,1

+3,0

2024-cü ilin iyul ayının 1-i tarixinə 29332 baş iribuynuzlu mal-qara (ondan 16018 baş inək və camış), 126130 baş qoyun və keçi mövcud olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 258 baş (0,9 faiz), inək və camışların sayı 193 baş (1,2 faiz), qoyun və keçilərin sayı 1788 baş (1,4 faiz) azalmışdır.

Cədvəl 10

      Mal-qaranın sayı, 01.07.2024-cü il tarixinə, baş

       

2024-cü ilin yanvar-iyun ayları

2023-cü ilin yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun ayları

2023-cü ilin yanvar-iyun aylarına nisbətən

%

+, -

İribuynuzlu mal-qara 

29332

29590

99,1

-258

ondan:

 

 

 

 

inək və camışlar

16018

16211

98,8

-193

Qoyun və keçilər

126130

127918

98,6

-1788

Nəqliyyat

2024-cü ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 7662,0 min nəfər sərnişin daşınmış, 2023-cü ilin yanvar-iyun aylarına nisbətən 7,0 faiz artmışdır.

Cədvəl 11 

Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər

 

2024-cü ilin yanvar-iyun ayları

2023-cü ilin yanvar-iyun 

ayları

2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına

nisbətən, faizlə

Cəmi

7662,0

7163,0

107,0

2024-cü ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə 685,0 min ton yük daşınmış və 2023-cü ilin eyni dövrünə nisbətən 6,9 faiz artmışdır.

Cədvəl 12

Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton

 

 

2024-cü ilin yanvar-iyun ayları

2023-cü ilin yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun ayları  2023-cü ilin yanvar-iyun aylarına nisbətən,          faizlə

Cəmi

685,0

641,0

106,9

2024-cü ilin yanvar-iyun ayları ərzində nəqliyyat müəssisələri tərəfindən 5 milyon 683,5 min manatlıq xidmət göstərilmiş, 2023-cü ilin yanvar-iyun aylarına nisbətən 13,0 faiz artmışdır. Göstərilmiş xidmətin 155,2 min manatı (2,7 faizi) dövlət sektorunun, 5 milyon 528,3 min manatı (97,3 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir.

Cədvəl 13

 

2024-cü  ilin yanvar-iyun ayları

2023-cü  ilin yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun ayları  2023-cü ilin yanvar-iyun aylarına  nisbətən, faizlə

Nəqliyyat xidmətindən əldə olunan gəlir, faktiki qiymətlərlə

5683,5

5142,3

113,0

o cümlədən:

 

 

 

dövlət sektoru

155,2

212,9

74,5

qeyri-dövlət sektoru

5528,3

4929,4

114,7

İnformasiya və rabitə

İlkin hesablamalara əsasən bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin yanvar-iyun aylarında 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 36,1 faiz azalaraq 786,3 min manat təşkil etmişdir ki, bunun da 610,3 min manatı (77,6 faizi) əhali tərəfindən istifadə olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 42,9 faiz azalmışdır. Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 78,9 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 21,1 faiz təşkil etmişdir.

Cədvəl 14

İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat 

 

2024-cü ilin yanvar-iyun ayları

2023-cü ilin yanvar-iyun ayları

2024-cü ilin yanvar-iyun ayları 2023-cü ilin yanvar-iyun aylarına nisbətən,

 faizlə

İnformasiya və rabitə 

xidmətlərindən əldə olunan gəlir

 

786,3

 

1226,4

 

63,9

o cümlədən:

 

 

 

dövlət sektoru

620,6

1063,4

58,1

qeyri-dövlət sektoru

165,7

163,0

101,3

İstehlak bazarı

2024-cü ilin yanvar-iyun ayları ərzində istehlakçıların tələbatının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 165 milyon 236,2 min manat olmaqla 2023-cü ilin yanvar-iyun aylarına nisbətən müqayisəli qiymətlərlə 6,5 faiz artmışdır.

Cədvəl 15

İstehlak bazarı üzrə əsas göstəricilər

                                  

2024-cü ilin yanvar-iyun ayları,

min manatla

2024-cü ilin yanvar-iyun ayları

2023-cü  ilin     yanvar-iyun aylarına

nisbətən, faizlə

İstehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri

165236,2

106,5

o cümlədən:

 

 

dövlət mülkiyyəti üzrə

5982,3

91,1

qeyri-dövlət mülkiyyəti üzrə

159253,9

108,1

ondan: fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə

 

122286,8

 

109,3

Əmtəə bazarı

2024-cü ilin yanvar-iyun ayları ərzində pərakəndə ticarət şəbəkələrində istehlakçılara 145 milyon 645,9 min manatlıq məhsul satılmış və onun 78 milyon 972,8 min manatını (54,2 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 66 milyon 673,1 min manatını (45,8 faiz) qeyri-ərzaq malları təşkil etmişdir. 2023-cü ilin yanvar-iyun aylarına nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 7,1 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 7,6 faiz, qeyri-ərzaq malları üzrə 6,4 faiz artmışdır.

Cədvəl 16

Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu

 

2024-cü ilin yanvar-iyun ayları,

min manatla

Ümumi yekunda xüsusi çəkisi, faizlə

2024-cü ilin yanvar-iyun ayları 

2023-cü ilin yanvar-iyun aylarına 

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

145645,9

100,0

107,1

o cümlədən:

 

 

 

ərzaq məhsulları, içkilər və tütün məmulatları

78972,8

54,2

107,6

qeyri-ərzaq malları

66673,1

45,8

106,4

2024-cü ilin yanvar-iyun aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 252,9 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 137,11 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 115,79 manatlıq qeyri-ərzaq malları almışdır. Pərakəndə ticarət dövriyyəsinin 24,8 faizini hüquqi şəxslər, 19,9 faizini fərdi sahibkarlar tərəfindən, 55,3 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir.

Cədvəl 17

Məhsul bazarı üzrə əsas göstəricilər

 

2024-cü ilin yanvar-iyun ayları,

min manatla

2024-cü ilin yanvar-iyun ayları 

2023-cü ilin yanvar-iyun aylarına 

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

145645,9

107,1

o cümlədən:

 

 

müəssisələr üzrə

36070,0

120,6

fərdi sahibkarlar üzrə

29021,3

122,3

bazar və yarmarkalar üzrə

80554,6

97,8

Qrafik 5

2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin strukturu, faizlə 


Cədvəl 18

Pərakəndə ticarət dövriyyəsinin dinamikası 

 

Əvvəlki ilin yanvar-iyun aylarına nisbətən, 

müqayisəli qiymətlərlə, faizlə

Pərakəndə

 ticarət dövriyyəsi

o cümlədən

ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə

qeyri-ərzaq

malları üzrə

   2024-cü il

Yanvar-iyun

107,1

107,6

106,4

   2023-ci il

Yanvar-iyun

104,3

87,2

135,2

01.07.2024-cü il tarixinə pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 16 milyon 934,8 min manat təşkil etmişdir.

İctimai iaşə xidmətləri

2024-cü ilin yanvar-iyun ayları ərzində ictimai iaşə dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 2 milyon 420,0 min manat olmuşdur.

Cədvəl 19

 

2024-cü ilin yanvar-iyun ayları,

min manatla

2024-cü ilin yanvar-iyun ayları

2023-cü ilin yanvar-iyun aylarına

nisbətən, faizlə

İctimai iaşə xidmətləri, cəmi 

2420,0

104,1

o cümlədən:

 

 

hüquqi şəxslər üzrə

-

-

fiziki şəxslər üzrə

2420,0

104,1

Əhaliyə göstərilən ödənişli xidmətlər

2024-cü ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin eyni dövrünə nisbətən real ifadədə 2,5 faiz artaraq 19 milyon 590,3 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyon 879,4 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 35,1 faizini təşkil etmişdir.

Cədvəl 20

Ödənişli xidmətlərin göstərilməsi

 

2024-cü ilin yanvar-iyun aylarında,

min manatla

2024-cü ilin yanvar-iyun ayları

2023-cü  ilin yanvar-iyun aylarına

nisbətən, faizlə

Ödənişli xidmətlərin ümumi dəyəri-cəmi

19590,3

102,5

o cümlədən: dövlət sektoru

5982,3

91,1

qeyri-dövlət sektoru 

13608,0

108,5

ondan: fiziki şəxslər 

12710,9

223,3

2024-cü ilin yanvar-iyun aylarında əhalinin hər bir nəfəri orta hesabla 204,1 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.

Cədvəl 21

Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri

 

Əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə, faizlə

Əhaliyə göstərilən ödənişli xidmətlər

o cümlədən

hüquqi şəxslər üzrə

fiziki şəxslər

 üzrə

2023-cü il

Yanvar-iyun

116,2

184,8

78,4

2024-cü il 

Yanvar-iyun

102,5

51,3

223,3

İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 78,6 faiz təşkil etmişdir.

Cədvəl 22

İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri

 

2024-cü ilin yanvar-iyun ayları,

min manatla

2024-cü ilin yanvar-iyun ayları

2023-cü ilin yanvar-iyun aylarına  nisbətən, faizlə

Ümumi həcmdə 

xüsusi çəkisi, faizlə

İri və orta müəssisələr üzrə, cəmi

6640,1

54,4

100,0

o cümlədən:

 

 

 

digər sahələrin iri və orta müəssisələri

5222,3

99,4

78,6

o cümlədən:

 

 

 

sənaye

5222,3

99,4

78,6

əsas fəaliyyət növü üzrə ( iri və orta müəssisələr) 

1417,8

20,4

21,4

Qrafik 6

2024-cü ilin yanvar-iyun aylarında iri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası, faizlə


Qiymət indeksləri

İstehlak məhsullarının və ödənişli xidmətlərin istehlak qiymətləri indeksi

Rayon üzrə 2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz,   yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 101,3 faiz təşkil etmişdir. 2024-cü ilin iyun ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə  nisbətən isə 101,0 faiz təşkil etmişdir. 2024-cü ilin iyun ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,0 faiz təşkil etmişdir. 2024-cü ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, yanvar-iyun aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,0 faiz təşkil etmişdir.

Cədvəl 23

İstehlak məhsullarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksləri, faizlə

 

Cəmi məhsullar və xidmətlər

Qida məhsulları, içkilər və tütün  məmulatları

əvvəlki aya nisbətən, faizlə

əvvəlki ilin müvafiq dövrünə 

nisbətən,

 faizlə

əvvəlki aya nisbətən,

faizlə

əvvəlki ilin müvafiq dövrünə 

nisbətən,

 faizlə

2024-cü il

Aprel

100,1

101,4

100,1

101,2

May

100,0

101,3

99,6

101,0

İyun

100,0

101,3

100,0

101,0

..ardı

 

Qeyri-qida məhsulları 

 Ödənişli     xidmətlər

əvvəlki aya nisbətən, faizlə

əvvəlki ilin müvafiq dövrünə 

nisbətən,

 faizlə

əvvəlki aya nisbətən, 

faizlə

əvvəlki ilin müvafiq dövrünə 

nisbətən,

 faizlə

2024-cü il

Aprel

100,3

100,9

100,0

102,1

May

100,2

101,0

100,5

102,0

İyun

100,0

101,0

100,0

102,0

Muzdla işləyənlərin sayı

Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2024-cü ilin yanvar-iyun aylarında 11137 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 6900 nəfər (62,0 faiz), qeyri-dövlət sektorunda isə 4237 nəfər (38,0 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 20,4 faizi məhsul istehsalı sahələrində, o cümlədən 14,0 faizi sənaye (o cümlədən 2,7 faizi mədənçıxarma, 7,6 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı), 2,1 faizi tikinti, 4,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşdur. Muzdlu işçilərin 79,6 faizi xidmət sahələrində, o cümlədən 27,5 faizi təhsil, 21,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 11,8 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,6 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 2,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,2 faizi maliyyə və sığorta, 1,1 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 2,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi yaşayışın təşkili və ictimai iaşə sahələrində çalışmışlar.

Yeni iş yerlərinin açılması

İlkin məlumatlara əsasən 2024-cü ilin yanvar-iyun aylarında hüquqi şəxslər üzrə 62 yeni iş yeri açılmış və 202 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərinin 52-si mövcud müəssisə və təşkilatlarda, 10-u yeni yaradılmış müəssisə və təşkilatlarda yaradılmışdır.

Cədvəl 24

2023-cü ildə və 2024-cü ilin yanvar-iyun aylarında yeni açılmış iş yerlərinin xarakteristikası

 

2023-cü il

 

2024-cü ilin 

yanvar-iyun 

aylarında

Yekuna görə xüsusi çəkisi, faizlə

Yeni iş yerlәrinin sayı (fərdi sahibkarlar istisna olmaqla), cәmi

81

62

100,0

o cümlədən:

 

 

 

yeni yaradılmış müəssisə və təşkilatlarda

15

10

16,1

mövcud  müəssisə və təşkilatlarda

66

52

83,9

Yeni yaradılmış fәrdi sahibkarlıq subyektlәrinin sayı

1144

660

100,0

Əməkhaqqı

2024-cü ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 709,7 manat, həmçinin dövlət sektorunda 673,4 manat, qeyri-dövlət sektorunda 768,9 manat təşkil etmiş, 2023-cü ilin yanvar-iyun aylarına nisbətən rayon üzrə 11,2 faiz, o cümlədən dövlət sektoru üzrə 5,0 faiz, qeyri-dövlət sektoru üzrə isə 21,1 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş və emal bölməsində 1600,0 manat, mədənçıxarma sənayesində 1007,1 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 853,6 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 832,9 manat, maliyyə və sığorta sahəsində 1691,6 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 1037,8 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 733,9 manat təşkil etmişdir.

Cədvəl 25

2024-cü ilin yanvar-iyun aylarında iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı

Hərfi

işarəsi

 

 

 

Fəaliyyət növləri

İşçilərin

sayı,

nəfər

 

Bir işçiyə düşən orta aylıq nominal 

əməkhaqqı, manatla

2024-cü ilin yanvar-iyun aylarında 

 

2023-cü ilin yanvar-iyun aylarına 

 nisbətən, 

faizlə

Orta  rayon göstəricisinə

nisbətən,

faizlə

 

 Cəmi

11137

709,7

111,2

100,0

 

ondan:

 

 

 

 

 

dövlət mülkiyyəti

6900

673,4

105,0

94,9

 

qeyri-dövlət mülkiyyəti

4237

768,9

121,4

108,3

 

o cümlədən:

 

 

 

 

A

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

476

486,2

94,7

68,5

B

Mədənçıxarma sənayesi

309

1007,1

115,3

141,9

C

Emal sənayesi*)

849

1600,0

150,2

225,4

D

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

243

853,6

103,7

120,3

E

Su təchizatı, tullantıların təmizlənməsi və emalı 

163

491,3

104,4

69,2

F

Tikinti

239

464,3

85,9

65,4

G

Ticarət; nəqliyyat vasitələrinin  təmiri*) 

2418

474,7

105,2

66,9

H

Nəqliyyat və anbar təsərrüfatı

232

832,9

95,0

117,4

İ

Yaşayışın təşkili və ictimai iaşə                          

22

420,7

102,5

 

59,3

J

İnformasiya və rabitə

122

688,6

124,8

97,0

K

Maliyyə və sığorta fəaliyyəti

130

1691,6

122,1

238,4

L

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

41

416,3

105,7

58,7

M

Peşə, elmi və texniki fəaliyyət

30

592,8

107,3

83,5

...ardı

N

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

236

507,9

108,9

71,6

O

Dövlət idarəetməsi və müdafiə; sosial təminat                                

620

1037,8

110,0

146,2

P

Təhsil

3065

613,7

106,0

86,5

Q

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

1314

733,9

102,8

103,4

R

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

589

472,5

100,0

66,6

S

Digər sahələrdə xidmətlərin göstərilməsi

39

739,0

110,3

104,1










*) Fiziki şəxslər nəzərə alınmaqla

Qrafik 7

2024-cü və 2023-cü ilin yanvar-iyun aylarında rayon üzrə orta aylıq nominal əməkhaqqı, manatla 


Demoqrafik vəziyyət

01.01.2024-cü il  tarixinə əhalinin 19,7 min nəfəri (20,5 faizi) 0-14 yaşda, 66,7 min nəfəri (69,3 faizi) 15-64 yaşda və 9,8 min nəfəri (10,2 faizi)  64 yaşdan yuxarı yaşdadır. Əhalinin sayı 2024-cü ilin yanvar-iyun aylarında 115 nəfər artaraq 01.07.2024-cü il tarixinə 96 min 321 nəfərə çatmışdır. Əhalinin 49,2 faizini (47 min 390 nəfər) kişilər, 50,8 faizini (48 min 931 nəfər) qadınlar təşkil edir. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 139 nəfər olmuşdur.

Cədvəl 26 

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri (yanvar-iyun ayları) 

Demoqrafik göstəricilər

Nəfərlə

Əhalinin hər 1000 nəfərinə

2024-cü ilin yanvar-iyun

 

2023-cü ilin yanvar-iyun

 

artım(+)

azalma(-)

2024-cü ilin yanvar-iyun

 

2023-cü ilin yanvar-iyun

 

2024-cü il 2023-cü ilə nisbətən,

faizlə

Ümumi artım

115

172

-57

2,4

3,6

66,7

Təbii artım

138

169

-31

2,9

3,5

82,9

doğulanlar

473

543

-70

9,9

11,4

86,8

ölənlər

335

374

-39

7,0

7,9

88,6

Nikahlar

258

261

-3

5,4

5,5

98,2

Boşanmalar

103

78

+14

2,2

1,6

137,5

Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-iyun aylarında rayonda 473 nəfər doğulan körpə, 335 ölüm, 258 nikaha daxilolma, 103 boşanma halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə doğulanlar 9,9, ölənlər 7,0, nikahlar 5,4, boşanmalar 2,2 təşkil etmişdir.

Qrafik 8

2024-cü və 2023-cü ilin yanvar-iyun aylarında demoqrafik göstəricilər, nəfərlə


Cədvəl 27

Əhalinin mexaniki hərəkətinin göstəriciləri

S/S

Miqrasiya göstəriciləri

 

Nəfərlə

Əhalinin hər 1000 nəfərinə

2024-cü ilin yanvar-iyun ayları

2023-cü ilin yanvar-iyun ayları 

2024-cü ilin yanvar-iyun ayları

2023-cü ilin yanvar-iyun ayları

1

Miqrasiya  saldosu

+23

+18

0,5

0,4

2024-cü ilin yanvar-iyun ayları ərzində rayon üzrə miqrasiya saldosu müsbət 23 nəfər təşkil etmişdir.

Dürdanə XƏLİLOVA,

Qazax Rayon Statistika İdarəsinin rəisi


Geri qayıt