• Təqvim

  • Maraq



İşsiz və işaxtaran şəxslərin nəzərinə!


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının dəstəyi ilə Qazax rayonunda Heydər Əliyev parkında açıq hava şəraitində 20.08.2025-ci il tarixdə, saat 11:00-da Əmək Yarmarkası keçiriləcəkdir.

Tədbirdə 15 müəssisə tərəfindən 100-dən artıq vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulmuşdur.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar və iş öhdəlikləri haqqında daha ətraflı məlumat əmək yarmarkasında iştirak edən şəxslərə təqdim olunacaqdır.

Ünvan: Qazax şəhəri, Heydər Əliyev parkı

Qazax-Tovuz Regional Məşğulluq filialı 



Facebook-da paylaş