• Təqvim

  • Maraq



Qazaxda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta”, “Qeyri-formal məşğulluğun aradan qaldırılması”, “Kiçik və orta biznesin inkişafına dövlət dəstəyi” mövzularında tədbir keçirilib

Sentyabrın 15-də Qazax Rayon İcra Hakimiyyətinin, Aqrar Sığorta Fondunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının və Qazax KOB dostun birgə təşkilatçılığı ilə sahibkarlar üçün “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta”, “Qeyri-formal məşğulluğun aradan qaldırılması”, “Kiçik və orta biznesin inkişafına dövlət dəstəyi” mövzularında tədbir keçirilib.

Qazax Gənclər Evində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov, ümumi şöbənin müdir müavini Əli Əhmədov, Mərkəzi Aran filialının müdiri Rauf Həmidov, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin filiallarla və vasitəçilərlə iş şöbəsinin müdiri Ramin İsmayılov, baş mütəxəssis Aydın Nəsirzadə, Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Toxum Fondu, Toxumçular Assosiasiyası, Azərbaycan Fermerlər Assosiasiyasının təmsilçiləri, Qazax, Tovuz, Şəmkir, Ağstafa, Gədəbəy rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, idarə, müəssisə, təşkilatların rəhbərləri, Qazax RİH başçısının İƏD-si üzrə nümayəndələri və bələdiyyələr, fermerlər və iri sahibkarlar iştirak ediblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq qonaqları və iştirakçıları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən danışıb. İcra başçısı Aqrar Sığorta FondununAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının və Qazax KOB dostun fəaliyyətindən geniş bəhs edərək bütün işlərin arxasında dövlət tərəfindən sahibkarlara göstərilən qayğının dayandığını bildirib. Sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışan icra başçısı ölkəmizdə, bölgələrimizdə mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin genişlənməsi, yeni bizneslərin yaranması üçün sahibkarlara hər zaman böyük qayğı, dəstək göstərildiyini vurğulayıb. Ulu Öndər Heydər Əliyev tərəfindən sahibkarlara göstərilən qayğının ölkə Prezidenti İlham Əliyev tərəfindən bu gün də davam etdirildiyini, ölkə rəhbəri olaraq hər zaman sahibkarların yanında olduğunu vurğulayıb. Ölkə başçısının sahibkarlara verdiyi dəstəyin, göstərdiyi qayğının Qazax rayonunda da hər zaman örnək götürüldüyünü, sahibkarlar üçün geniş imkanlar yaradıldığını söyləyib. Bugünkü tədbiri də sahibkarlara göstərilən qayğının davamı kimi qiymətləndirib. 


Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin təşkilində göstərilən dəstəyə və qonaqpərvərliyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Son illər Qazax rayonunun inkişaf edərək abad rayonlar sırasında dayanmasını yüksək qiymətləndirərək buna görə rayon rəhbərliyinə razılığını ifadə edib. F.Sadıqov Aqrar Sığorta Fondunun sahibkarlara, fermerlərə açdığı geniş imkanlar barədə ətraflı şəkildə məlumat verərək onları bu imkanlardan yararlanmağa çağırıb. 


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini diqqətə çatdırıb. E.Nəsibov qeyd edib ki, bu gün bütün dünyada ən aktual problemlərdən biri qeyri-rəsmi məşğulluqdur. Sözügedən məsələ Azərbaycandan da yan keçməyib, ölkədə qeyri-leqal işləyənlərin sayı kifayət qədərdir. Məhz belə halları nəzərə alan Respublika Prezidenti İlham Əliyev 9 oktyabr 2017-ci il tarixdə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu Tədbirlər planının icrasının əlaqələndirilməsi və icrasının gedişi ilə bağlı hər yarımildə bir dəfə Respublika Prezidentinə məlumat verilməsi Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamı ilə yaradılmış “Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası”na tapşırılmışdır. Bu tədbirlər planının 3.4-cü maddəsində Yerli İcra Hakimiyyəti orqanları yanında məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinin gücləndirilməsi və 4.3-cü maddəsində Yeni iş yerlərinin yaradılması barədə məlumatların yalnız dövlət məşğulluq xidməti orqanlarına verilən vakansiyalarla təsdiq olunduqdan sonra dövlət məşğulluq orqanları tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilməsi qaydasının tətbiqi öz əksini tapmışdır. Ölkədə qeyri-rəsmi məşğulluğun olması iqtisadi inkişafa mənfi təsir etməklə yanaşı, həm də vətəndaşların  mənafelərinin qorunması baxımından ziyanlıdır. Daha dəqiq, qeyri-leqal işçilərin mövcudluğu bir tərəfdən vergidən yayınmaqdırsa, digər tərəfdən işçilərin əmək və sosial hüquqlarının pozulması deməkdir. Belə ki, həmin vətəndaşlar əmək məzuniyyətindən istifadə edə bilmirlər, gələcək əmək pensiyası təminatından məhrum olurlar və həmçinin, 30 iyun 2017-ci il tarixdə təsdiq edilmiş və 1 yanvar 2018-ci il tarixdən qüvvəyə minmiş İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikası Qanunundan yararlana bilmirlər. Həmin işçilər işdən azad olunduqda yerli Məşğulluq filiallarından işsizlikdən sığorta ödənişi ala bilmirlər. Bu da həmin işçilərin təkrar əmək bazarına qayıtmalarına maneələr yaradır. Respublika Prezidenti İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda əsas istiqamət və hədəflərdən biri sosial dialoqun inkişaf etdirilməsi və qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınmasıdır. Prezident İlham Əliyevin təsdiq etdiyi 29 iyun 2018-ci il tarixli “Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu”nun 5-ci fəslinin 30-cu maddəsində qeyri-formal məşğulluğun müəyyənləşdirilməsi, 31-ci maddəsində “Qeyri formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatının yaradılması, 32-ci maddəsində Qeyri-formal məşğulluq sahəsində maarifləndirmə tədbirləri yer almışdır. Qanunun 32-ci maddəsinə uyğun olaraq, yəni qeyri-formal məşğulluq sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üçün Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən rayonumuzda bir sıra işlər görülmüşdür. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması məqsədilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası tərəfindən tərtib olunmuş cədvələ uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin iclasları təşkil olunmuş, sahibkarlar və işəgötürənlərlə görüşlər keçirilmiş, maarifləndirmə tədbirləri aparılmışdır. Həmin görülmüş işlərin nəticəsi olaraq rayonumuzda işçilərlə bağlanmış elektron əmək müqavilələrinin sayında artım müşahidə olunur. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması ilə bağlı rayonumuzda görülmüş tədbirlər Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının katibliyi tərəfindən müsbət qiymətləndirilmişdir. E.Nəsibov vurğulayıb ki, qeyri-rəsmi məşğulluq Məşğulluq filialının da işinə maneələr törədir. Belə ki, işaxtaran kimi Filialda qeydiyyatda olan vətəndaşlar hər hansı işəgötürənlər tərəfindən qeyri-formal işlədildiyi üçün filialda işaxtaran kimi qeydiyyatda qalırlar. Bu da filialın funksional iş rejimini pozur. Belə ki, qeyri-formal məşğulluğa cəlb olunmuş işaxtaran vətəndaşın gəliri rəsmi olmadığı və onunla elektron əmək müqaviləsi bağlanmadığı üçün hələ də filialda işi və qazancı olmayan şəxs kimi görünür. Bu da filialın yuxarı distansiyalara təqdim etdiyi statistik hesabat formalarında problemlər yaradır, işi və qazancı olmayan rayon sakinlərinin sayının süni şəkildə artırılmasına səbəb olur. Digər hal kimi isə işəgötürənlər işçini yeni işə qəbul edərkən onunla elektron əmək müqaviləsi bağlayırlar, lakin bir müddətdən sonra müqaviləni ləğv edirlər, ancaq işçini müqavilə olmadan işlətməyə davam edirlər. Bu da işçilərin hüquqlarının pozulmasına gətirib çıxarır. Filial tərəfindən Qazax rayonu üzrə 2023-cü ilin 6 ayı ərzində müraciət etmiş 2021 nəfər vətəndaş işaxtaran və işsiz kimi qeydiyyata alınmışdır. 6 ay ərzində Filial tərəfindən 1128 nəfərə Qazax rayonu üzrə təqdim olunmuş boş iş yerlərinə göndəriş verilmiş və daimi işlə təmin olunmuşdur. 24 avqust 2023-cü il tarixdə “Saloğlu” Fərdi Firmasında əmək yarmarkası təşkil edilmişdir. Keçirilən əmək yarmarkasında 288 nəfər işaxtaran və işsiz vətəndaş iştirak etmişdir. Həmin vətəndaşlardan 35 nəfəri peşə hazırlığı kurslarına cəlb edilmişdir. Hazırda proses davam etdirilir və daha 19 nəfər vətəndaşın peşə hazırlığı kurslarına cəlb olunması üçün sənədləşmə işləri aparılır. Əlavə olaraq mebel fabrikinə 82 nəfər işsiz vətəndaş yönləndirilmişdir. Respublika Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində “DOST İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Qazax rayonu üçün haqqı ödənilən ictimai işlər üzrə 369 kvota ayrılmışdır. Hazırda ayrılmış kvota üzrə 365 nəfər vətəndaş işləyir. İşaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədilə işəgötürənlərin boş iş yeri üzrə  işə götürdükləri işçinin əməkhaqqının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən  maliyyələşdirilir. Rayon ərazisində fəaliyyət göstərən 6 müəssisə ilə qarşılıqlı olaraq bu layihə çərçivəsində 14 nəfər işaxtaran və işsiz şəxs işlə təmin edilmişdir. Ölkə Prezidenti İlham Əliyevin 07 aprel 2016-cı il tarixli “Əhalinin Özünüməşğulluğunun təmin olunması” sahəsində verdiyi Sərəncam Qazax rayonunda uğurla icra olunur. 2023-cü il ərzində “Özünüməşğulluq” layihəsində işsiz və işaxtaran vətəndaşların iştirakı üçün Qazax rayonu üzrə 284 yer ayrılmış, ondan 235 yer kənd təsərrüfatı üzrə, 49 yer isə xidmət sahəsi üzrə nəzərdə tutulmuşdur. Filiala Qazax rayonu üzrə “Özünüməşğulluq” layihəsində iştirak etmək üçün 2146 nəfər işsiz və işaxtaran vətəndaş müraciət etmişdir. Bunlardan 1737 nəfəri kənd təsərrüfatı üzrə, 409 nəfəri isə xidmət sahəsi üzrə müraciət etmişdir. 2023-cü ilin 6 ayı ərzində Qazax rayonu üzrə özünüməşğulluq proqramı çərçivəsində 262 nəfər təlimlərə cəlb edilib. Hazırda proses uğurla davam etdirilir. İşaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla 102 nəfər peşə hazırlığına cəlb edilmişdir. Onlardan 41 nəfəri işlə təmin edilib. Peşə hazırlığının məqsədi işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasından ibarətdir. Filial tərəfindən Qazax rayonu üzrə 38 nəfər işsiz vətəndaşa “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasına uyğun olaraq işsizlikdən  sığorta ödənişi təyin olunmuşdur. Onlardan 18 nəfəri təkrar müraciət edən işsiz vətəndaşlardır. Filial işə göndəriş verilmiş vətəndaşlarla əmək müqaviləsinin bağlanmasını və onların əmək hüquqlarının qorunmasını nəzarətdə saxlayır. E.Nəsibov qeyd edib ki, Məşğulluq filialı Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi ilə birlikdə rayonumuzda qeyri-leqal məşğulluğun qarşısının alınması istiqamətində səylərini davam etdirəcək və işçilərin hüquqlarının qorunması üçün işəgötürənlərlə mütəmadi olaraq maarifləndirici tədbirlər keçirəcəkdir.


Qazax KOB dostun rəhbəri Elnur Pənahov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Qazax rayonu üzrə KOB dostunun fəaliyyət istiqamətləri barədə məlumat verib. Tədbirin ərsəyə gəlməsində təşəbbüs göstərdiyi üçün rayon rəhbərliyinə və əməyi keçən insanlara Agentlik adından təşəkkürünü çatdırıb. E.Pənahov Kiçik və Orta Biznesin İnkişafı Agentliyi olaraq Qazax rayonunda avqustun 9-da 45-ci KOB dostu ofisinin açılışını etdiyini bildirib. İlk dəfə KOB dostu ofisinin 17 sentyabr 2018-ci ildə ölkə Prezidentinin iştirakı ilə Masallı Sənaye Məhəlləsində açıldığını söyləyib. E.Pənahov vurğulayıb ki, sahibkarların hüquqlarının qorunması, müxtəlif çətinliklərinin həll edilməsi, bürokratik əngəllərin aradan qaldırılması, eləcə də sahibkarların fəaliyyətlərinin asanlaşdırılması məqsədilə operativ şəkildə anında Agentliyin adından müvafiq dövlət qurumlarına müraciətlər edilir. Natiq çıxışı zamanı daxili bazar araşdırmaları, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, startap şəhadətnaməsi, KOB-ların satışına dəstək barədə geniş məlumat verib. E.Pənahov 1 aylıq fəaliyyət müddəti ərzində Qazax KOB dostu olaraq Qazax rayonunda fəaliyyət göstərən sahibkarların müracətlərinin dinlənildiyini, müraciət edən sahibkarların bəziləri ilə ofis şəraitində, bəziləri ilə isə səyyar şəraitdə görüşlər keçirildiyini bildirib. Sahibkarlardan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi olaraq Qazax KOB dostu ilə sıx əlaqədə olmalarını tövsiyə edib. 


Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov çıxış edərək keçirilən tədbirin fermerlər və sahibkarlar üçün mühüm bir tədbir olduğunu bildirib. H.Pənahov dövlətin aqrar sahənin inkişafı üçün öz dəstəyini əsirgəmədiyini, istər əkinçilik, istərsə də heyvandarlıqda fermerlərə subsidiyaların verilməsini, sahibkarlara göstərilən qayğını qeyd edərək bugünkü tədbirin də bu məqsədə xidmət etdiyini bildirib. Sahibkarları tədbirdə aqrar sığorta, əkinçilik və heyvandarlıq sahəsində sığortalanma barədə  səslənən fikirlərdən yararlanmağa çağırıb. 


“Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC-nin direktoru Natiq Məmmədov çıxış edərək sahibkarlar olaraq hər zaman onlar üçün yaradılan münbit şəraitdən yararlandıqlarını söyləyib. Ölkə rəhbəri tərəfindən sahibkarlığın inkişafı ilə bağlı imzalanan Fərman və Sərəncamların sahibkarlara stimul verdiyini qeyd edib. Sahibkarlara göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib.


Aqrar Sığorta Fondunun ümumi şöbəsinin müdir müavini Əli Əhmədov Fondun fəaliyyətini əks etdirən slayd vasitəsilə geniş məlumat verib.   

Tədbirdə Aqrar Sığorta Fondu, Qeyri-formal məşğulluq, Aqrar Sığortanın ümumi qaydaları, Qazax-Tovuz regionu üzrə görülən işlər barədə videoçarx nümayiş etdirilib. 

Sonda fermerləri, sahibkarları maraqlandıran suallar cavablandırılıb. 

GOYEZEN.AZ



Facebook-da paylaş