Qazaxda keçirilən Novruz yarmarkasında böyük qələbəlik var - VİDEO
Novruz bayramı ərəfəsində rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə Qazax şəhərindəki Təzə Bazarda (Çinardibi deyilən ərazidə) keçirilən Novruz yarmarkası davam edir.
Artıq fevral ayının 17-dən start götürən yarmarkada müxtəlif növ kənd təsərrüfatı məhsulları, ət və süd məhsulları, meyvə-tərəvəz, göyərtilər, bir sözlə, bayram süfrəsi üçün nə lazımdırsa, hamısı bazar qiymətindən aşağı qiymətə satılır. Ona görə də rayonumuzun əhalisi, şəhərimizin qonaqları və bütün arzu edənlər yarmarkanın imkanlarından faydalana bilirlər.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün Novruz yarmarkasında iştirak edib. Rayon rəhbərliyi burada satışa çıxarılmış məhsulların çeşidləri və qiymətləri ilə tanış olub. Məlumat verilib ki, satılan məhsulların keyfiyyətləri yüksək, qiymətləri isə bazarla müqayisədə xeyli ucuzdur. Bütün məhsullar bazar qiymətlərindən 20-30 faiz aşağı satılır. Hətta, quzu əti alıcılara 8 manata, mal əti isə 6 manat 50 qəpiyə təklif olunur.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yarmarkanın fəaliyyəti ilə tanış olarkən bir çox rayon sakinləri ilə görüşüb söhbət edib, alıcıların münasibətini öyrənib. Rayon rəhbərliyi ilə söhbət edən bütün sakinlər Novruz bayramı ərəfəsində yüksək səviyyədə keçirilən bayram yarmarkasından, qiymətlərin ucuz olmasından razı qaldıqlarını bildiriblər. Respublika Prezidenti İlham Əliyevə minnətdarlıq edərək yarmarkanın Novruz bayramı ərəfəsində keçirilməsini yüksək qiymətləndiriblər. Yaradılan şəraitə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər.
Onu da qeyd edək ki, yarmarka fəaliyyətə başladığı ilk gündən nəinki rayonumuzun əhalisi, hətta, qonşu rayonların sakinləri də böyük maraq göstərir. Ona görə də yarmarkada böyük qələbəlik var.
Yarmarka Novruz bayramına kimi davam edəcəkdir.

03 mart 2018-ci il tarixdə keçirilmiş ərzaq məhsullarının satışı yarmarkasında qiymətlər aşağıdakı kimi olmuşdur
Elçin İSMAYIL
Facebook-da paylaş