Qazaxda Novruz yarmarkası keçirilir
Novruz bayramı ərəfəsində rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə bu gündən etibarən Qazax şəhərindəki Təzə Bazarda (Çinardibi deyilən ərazidə) Novruz yarmarkası fəaliyyətə başlayıb.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov Novruz yarmarkasında iştirak edib. Burada yaradılan şəraitlə yaxından tanış olub, qiymətlərlə, əhaliyə göstərilən ticarət xidmətləri ilə maraqlanıb.
Yarmarkada müxtəlif adda kənd təsərrüfatı məhsulları satılır. Ət və süd məhsulları, meyvə-tərəvəz, müxtəlif göyərtilər, bir sözlə, bayram süfrəsi üçün nə lazımdırsa, hamısı bazar qiymətindən aşağı qiymətə satılır. Ona görə də Novruz süfrəsi üçün lazım olan hər şeyi yarmarkadan almaq olar.
Yarmarka fəaliyyətə başladığı ilk andan nəinki rayonumuzun əhalisi, hətta qonşu rayonların sakinləri də böyük maraq göstərir. Ona görə də yarmarkada böyük qələbəlik var.
Onu da qeyd edək ki, təzə bazarda istehsalıçıların məhsullarının daşınması, yerləşdirilməsi üçün lazım olan hər cür şərait yaradılıb. Satışa çıxarılan məhsulların keyfiyyətinə və çeşidlərinə diqqət yetirilir.
Rayon əhalisi, şəhərimizin qonaqları və bütün arzu edənlər yarmarkanın imkanlarından faydalana bilərlər.
Bayram yarmarkası 3 gün - 15-16-17 mart tarixlərində davam edəcəkdir.

GOYEZEN.AZ
Facebook-da paylaş