Əsas Səhifə > Kənd təsərrüfatı > 2025-ci ildə Qazax rayonunda əmək bazarının vəziyyəti haqqında təhlili məruzə

2025-ci ildə Qazax rayonunda əmək bazarının vəziyyəti haqqında təhlili məruzə


Dünən, 18:17

Azərbaycan Respublikasında son illərdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də əmək bazarının inkişafı və işçi qüvvəsindən səmərəli istifadə edilməsidir.

Ölkədə aparılan islahatlar iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuş, dinamik iqtisadi inkişaf təmin edilmişdir. Regionların iqtisadi inkişafının təmin edilməsi, əhalinin sosial rifahı və həyat səviyyəsinin daha da yüksəldilməsi, ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Əhalinin məşğulluğunu təmin etmək məqsədilə yeni iş yerləri, müəssisələr, infrastruktur obyektləri yaradılmışdır.

Əhalinin iqtisadi fəallığına dair keçirilən müayinənin nəticələrinə əsasən rayonda 2026-cı ilin yanvar ayının 1-i tarixinə 57364 nəfər iqtisadi fəal əhali olmuşdur ki, bu, ümumi rayon əhalisinin 59,3 faizini təşkil edir. İqtisadi fəal əhalinin 54315 nəfəri iqtisadiyyatda məşğul olanlardır. İqtisadiyyatda məşğul olanların 22,6 faizi şəhər, 77,4 faizi kənd əhalisidir. İqtisadi fəal əhalidən 3049 nəfəri işsizdir.

01 yanvar 2026-cı il tarixinə məşğul əhalinin 10883 nəfəri və yaxud 20,0 faizi muzdla işləyir. Onlardan 6731 nəfəri və ya 61,8 faizi dövlət mülkiyyətində, 4152 nəfəri və ya 38,2 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus subyektlərdə çalışanlardır.

İqtisadi fəaliyyət növlərinə uyğun olaraq muzdla işləyən işçilərin 52 nəfəri kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1884 nəfəri sənaye, 293 nəfəri tikinti, 2297 nəfəri topdan və pərakəndə ticarət, avtomobillərin və nəqliyyat vasitələrinin təmiri, 249 nəfəri nəqliyyat və anbar təsərrüfatı, 89 nəfəri informasiya və rabitə, 159 nəfəri maliyyə və sığorta, 596 nəfəri dövlət idarəetməsi və müdafiə, sosial təminat, 3045 nəfəri təhsil, 1286 nəfəri əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 569 nəfəri istirahət, əyləncə və incəsənət, 364 nəfəri digər xidmət sahələrində çalışmışdır.

Muzdla işləyənlərin strukturu, faizlə2025-ci ildə rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilə nisbətən 6,2 faiz artaraq 776,6 manat təşkil etmişdir. Dövlət mülkiyyətində olan müəssisələrdə çalışanların əməkhaqqı 742,3 manat, qeyri-dövlət mülkiyyətində olan müəssisələrdə çalışanların əməkhaqqı isə 834,9 manat olmuşdur. Emal sənayesində, maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının hərtərəfli inkişafını təmin etmiş, qeyri-neft sektorunun dayanıqlı inkişafı, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi, regionlarda müasir infrastruktur layihələrinin reallaşdırılması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması əmək bazarının inkişafı üçün əsaslı zəmin yaratmışdır. Belə ki, 2025-ci ildə rayonda 58 müəssisə yaradılmış, 752 fiziki şəxs qeydiyyatdan keçmişdir. İl ərzində 76 yeni iş yeri açılmışdır. 2025-ci ildə işçi qüvvəsinin hərəkətinə dair məlumatların təhlili göstərir ki, hüquqi şəxslər tərəfindən bu dövr ərzində boş iş yerlərinə 1403 nəfər qəbul edilmişdi ki, bunun 151 nəfəri yeni açılmış iş yerlərinə, 58 nəfəri məşğulluq orqanlarının göndərişi ilə qəbul edilmişdir. İşdən azad edilənlərin sayı il ərzində 1603 nəfər olmuşdur.

İqtisadiyyatın fəaliyyət növləri üzrə muzdla işləyən işçilərin sayı və orta aylıq nominal əməkhaqqı


İlin sonuna muzdlu işçilərin

sayı, nəfər

Orta aylıq nominal əmək haqqı, manatla

2025-ci il

2024-cü il

2025-ci il

2024-cü il

2025-ci il 2024-cü ilə nisbətən

faizlə

Rayon üzrə cəmi

10883

11232

776,6

731,0

106,2

o cümlədən:

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

52

53

627,2

534,5

117,4

Mədənçıxarma sənayesi

359

349

1138,0

1036,2

109,8

Emal sənayesi

847

849

1566,0

1682,5

93,1

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

204

247

924,4

920,1

100,5

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

474

472

638,7

544,5

117,3

Tikinti

293

314

544,2

461,4

117,9

Topdan və pərakəndə ticarət;

avtomobillərin və motosikletlərin təmiri

2297

2380

509,1

462,0

103,5

Nəqliyyat və anbar təsərrüfatı

249

236

955,6

877,7

108,9

Yaşayışın təşkili və ictimai iaşə

38

122

531,4

423,2

125,6

İnformasiya və rabitə

89

112

645,5

685,8

94,1

Maliyyə və sığorta fəaliyyəti

159

137

1820,1

1716,7

106,0

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

44

42

467,6

418,8

111,7

Peşə, elmi və texniki fəaliyyət

25

33

707,9

571,4

123,9

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

210

213

560,7

516,4

108,6

...ardı

Dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat

596

620

1023,2

1018,0

100,5

Təhsil

3045

3085

676,9

619,1

109,3

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

1286

1317

835,2

760,6

109,8

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

569

618

519,9

476,2

109,2

Digər sahələrdə xidmətlərin göstərilməsi

47

33

744,7

706,6

105,4

Qazax Rayon Statistika İdarəsi


Geri qayıt