• Təqvim

  • Maraq

Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş rəsm sərgisi keçirilib

2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, əsgər və zabitlərimizin rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olan, işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifəsi kimi xalqımızın yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. 6 il əvvəl cəmi 44 günə qazandığımız şanlı Zəfər Azərbaycan xalqının iftixar və qürur mənbəyidir. Vətən müharibəsində şanlı Azərbaycan Ordusu döyüş meydanında əsl qəhrəmanlıq dastanı yazaraq xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoydular. Bu gün noyabrın 8-də 28 illik həsrətdən sonra azadlığına qovuşan, Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərində, eləcə də işğaldan azad olunan bütün torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Əldə etdiyimiz tarixi Qələbimizə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq.

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günükimi təntənəli şəkildə qeyd edilir. Ölkə Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.

Noyabrın 3-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş rəsm sərgisi keçirilib.

Qazax Dövlət Rəsm Qalereyasında keçirilən sərgidə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, qazilər, Qalereyanın əməkdaşları, dərnək üzvləri, mədəniyyət işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, KİV nümayəndələri iştirak ediblər.

Tarixi Qələbəmizi özündə əks etdirən şanlı günə həsr olunmuş sərgidə ümumilikdə, 30 rəsm sərgilənib. Sərgi iştirakçıları əvvəlcə gənclərin rəsmləri ilə tanış olublar.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Tədbirin aparıcısı, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli ehtiyatda olan kapitan Samir Çobanov sərgi iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi ürək sözlərini səsləndirib. S.Çobanov 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsl qəhrəmanlıq dastanı yazdığını, xalqımızın 30 illik yurd həsrətinə son qoyulduğunu qeyd edib. Xalqımıza tarixi Qələbə bəxş edən şəhidlərimizi, qazilərimizi yad etməyin, Zəfərimizi gələcək nəsillərə çatdırmağın hər kəsin ən ümdə borcu olduğunu vurğulayıb. Qalereya əməkdaşlarının, dərnək üzvlərinin hər zaman bu amalı əldə rəhbər tutaraq öz töhfələrini verdiklərini, Qalereyada tədbirlər keçirildiyini, dərnək üzvlərinin öz rəsmlərində, əl işlərində Zəfərimizi əks etdirdiklərini qeyd edib. Bugünkü sərginin də həmin silsilə tədbirlərin davamı olduğunu söyləyib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi ürək sözlərini, təbriklərini səsləndirib. İcra başçısı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Gününün silsilə tədbirlərlə qeyd edildiyini söyləyib. Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun xalqımıza tarixi günlər yaşatdığını, bəxş etdiyini qeyd edib. İcra başçısı bildirib ki, cəmi 44 günə tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində bütün dünya dövlətimizin gücünü, ordumuzun qüdrətini bir daha gördü. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin kökündə Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinin, həmin siyasətin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin dayandığını qeyd edib. Rayon rəhbəri qeyd edib ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq. İcra başçısı qeyd edib ki, nə qədər Azərbaycan xalqı var Şuşanın, eləcə də digər şəhər və rayonlarımızın azad olunduğu günlərin, tarixi Qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandanın, şəhidlərimizin, qazilərimizin heç zaman unudulmayacağını qeyd edib. İllər ötsə belə şanlı Zəfəri bizlrə bəxş edənlərə borclu və minnətdar olduğumuzu bildirib. İcra başçısı ürəyi Vətən eşqi ilə döyünən gənclərə Zəfərimizi, şəhidlərimizi, qazilərimizi yaşatdıqları, öz əsərlərində, əl işlərində əks etdirdikləri üçün razılığını ifadə edib, gələcək həyatlarında uğurlar arzulayıb.

“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, 2-ci dərəcəli Vətən müharibəsi əlili, ehtiyatda olan mayor Əliyev Xəyyam Şadət oğlu çıxış edərək 8 Noyabr – Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib, xoş arzularını səsləndirib. X.Əliyev 8 noyabr tarixinin xalqımız üçün unudulmaz, hərb tariximizin şanlı səhifəsinin yazıldığı bir gün olduğunu vurğulayıb. Əldə etdiyimiz şanlı Zəfərə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətənə fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu olduğumuzu söyləyib. Qazi X.Əliyev sərginin təşkilində əməyi keçən insanlara razılığını ifadə edərək bu cür tədbirlər keçirildiyi müddətcə igid Vətən oğullarının heç zaman unudulmayacağını bildirib. Qazi ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdikləri qayğını rayon rəhbərliyinin timsalında hər an hiss etdiklərini, daim bir qazi olaraq hörmət və ehtiram göstərildiyini vurğulayıb.

Sonda xatirə şəkli çəkdirilib.




Facebook-da paylaş


{sape_links}