Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı şəhərdə yeni işıqlandırma sistemi qurulan küçələrdə olub
İcra başçısı şəhərdə yeni işıqlandırma sistemi qurulan küçələrdə olubBu gün, 21:46 |
|
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.
Sakinlər onlara göstərilən qayğıya, eləcə də müraciətlərinə operativ şəkildə baxılmasına razılıq edərək buna görə ölkə başçısına və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Yaşadıqları küçənin qısa vaxtda işıqlandırılmasına görə rayon rəhbərliyinə və əziyyəti keçən insanlara təşəkkürlərini ifadə ediblər. Qeyd edək ki, adları çəkilən küçələrdə yaşayan sakinlərin küçənin işıqlandırılması ilə bağlı müraciəti şəhər Bələdiyyəsi tərəfindən öz müsbət həllini tapıb. Küçələrə dayaq basdırılaraq konsol tipli xarici LED küçə işığı (kobra) qoyularaq küçənin işıqlanması təmin edilib.
Geri qayıt |