“Gənc könüllü”lər "Saloğlu" mebel fabrikində qonaq olublar
Bu gün bütün dünyada güclü dövlət kimi tanınan Azərbaycanda ölkənin
qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin
artırılması, ətraf rayonlarda məşğulluğun təmini baxımından böyük tədbirlər həyata
keçirilir, layihələr reallaşdırılır. Respublika Prezidentinin 2014-cü il 26
dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin
inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq ölkəmizdə sənaye parklarının yaradılmasına, fabriklərin
inşasına başlanılmışdır. Artıq bu istiqamətdə işlər davam etdirilir, müvafiq sərəncamdan
irəli gələn vəzifələr uğurla həyata keçirilir. Qazax rayonunda
2000-ci ildən fəaliyyət göstərən "Saloğlu” mebel fabriki də nəinki respublikamızda, eləcə də artıq xarici
ölkələrdə belə tanınır. Fabrik qərb bölgəsinin ən böyük rəqabətli
müəssisələrindən biridir. Fabrikin istehsal etdiyi məhsullar alıcılar tərəfindən
böyük rəğbətlə qarşılanır. Bu gün "Saloğlu” fərdi firması 19 illik fəaliyyəti
dövründə yerli mebel istehsalı sahəsində öz sözünü deməklə yanaşı, xarici
bazarda da "Made in Azerbaijan” brendini layiqincə təmsil etməyə nail olmuşdur.
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na qoşulan "Saloğlu”
mebel fabriki 400 nəfərlik kollektivlə, respublikamızın qərb bölgəsində, Qazax
rayonunda yerləşməklə ölkə iqtisadiyyatına öz töhfəsini verir. Müasir mebel
istehsalçıları içərisində özünə məxsus yeri olan "Saloğlu" mebel
fabriki ən böyük istehsalçı kimi istehsal prosesində yeni avadanlıqların və
texnoloji xətlərin quraşdırılması sahəsində də seçilir. Müasir mebel dəstlərinin
istehsalının tənzimlənməsi üçün müəssisədə Almaniya və İtaliya
avadanlıqlarından istifadə olunur. İstehsal olunan məhsullar həm daxili bazarda
satışa çıxarılır, həm də Avropanın bir çox ölkələrinə (Almaniya, Fransa,
Hollandiya, Belçika, İsveç, İtaliya və İspaniya) ixrac olunur. 2004
və 2016-cı illərdə möhtərəm Prezident İlham Əliyevin fabrikə ziyarətləri zamanı
verdiyi tövsiyə və tapşırıqlardan ruhlanan müəssisə hədəflərini daha da böyüdərək,
2500 nəfərlik yeni iş yerlərinin açılması istiqamətində bir neçə yeni istehsal
fabriklərinin tikintisinə başlayıb. Bu gün Qazax Gənclərin İnkişaf
və Karyera Mərkəzinin təşkilatçılığı ilə bir qrup "Gənc könüllü”
"Saloğlu" mebel fabrikində qonaq olub. Könüllülər burada ağacyonqarlı
lövhələrin, laminatların kəsim və montaj sahəsi, mebellər üçün dəmir hissələrin
və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkas və yay istehsalı
sahəsi, dəri və parça üzlüklərin istehsalı sahəsi, çarpayılar üçün döşək
istehsalı sahəsi, yumşaq mebellərin istehsalı, yataq və qonaq otaqları üçün mebel
dəstlərinin istehsalı sahəsi ilə tanış olublar. "Gənc
könüllü”lər ölkə Prezidenti İlham Əliyevin təməlini atdığı "Venzana” layihəsinin
tikintisi ilə də yaxından maraqlanıblar. Bildirilib ki, layihə əsasında yeni
fabrik cari ilin sonuna qədər fəaliyyətə keçərək, istehsal edəcəyi mebel məhsullarının
2020-ci ilin ilk rübündə Avropaya ixracatını planlaşdırır."Venzana” layihəsi təkcə böyük bir fabrikin ərsəyə gəlməsi demək deyil. Eyni
zamanda, bölgədə işsizliyin aradan qaldırılmasında reallaşdırılan ən uğurlu
layihələrdən biridir. Bu gün bu layihənin gerçəkləşməsi həm ölkə iqtisadiyyatının
güclənməsi, həm də əhalinin maddi rifah halının yaxşılaşması deməkdir.
GOYEZEN.AZ
Facebook-da paylaş