Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edib
Bu gün sevindirici haldır ki, hər bir Azərbaycan gənci dövlətin və
dövlət başçısının qayğısı ilə əhatə olunub. Azərbaycan Respublikasının Gənclər
Fondunun sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin
maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqə də bu qayğının daha bir bariz
nümunəsidir.
Respublikamızın hər yerində olduğu kimi, qazaxlı gənclər də müsabiqəyə
qoşulublar. Gənclər müsabiqəyə qatılmaq üçün dünən və bu gün Qazax Gənclərin
İnkişaf və Karyera Mərkəzinə müraciət ediblər. Bir neçə gəncin sənədləri
hazırlanaraq sistemə yüklənilib. Qeyd edək ki, ərizə qəbulunun iyulun 19-a qədər
davam etməsi nəzərdə tutulub.
Bu gün həmçinin Gənclər Mərkəzində bir qrup gənc üçün "Layihələrin
yazılışı, büdcə və icra planının hazırlanması" mövzusunda məlumatlandırma
xarakterli təlim də keçirilib. Bu mövzuda təlimlərin önümüzdəki həftələrdə də
reallaşdırılması nəzərdə tutulur.






Facebook-da paylaş















