Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin ilk təqdimat mərasimi keçirilib
Bu gün Qazax Dövlət Sosial-İqtisadi Kollecində Qazax
Gənclərin İnkişaf və Karyera Mərkəzinin ilk təqdimat mərasimi keçirilib. Mərkəzin direktoru İsmayıl
Süleymanov çıxış edərək Azərbaycan Respublikasının Gənclər Fondu, onun
fəaliyyət istiqamətləri, xüsusilə, gənclərin təhsil məsələləri sahəsində həyata
keçirilən yeniliklər, xaricdə təhsil və gənclərin məşğulluq proqramı haqda
geniş məlumat verib. Sonra Gənclərin İnkişaf və
Karyera Mərkəzi, eləcə də, onun yerli bölməsi olan Qazax Gənclərin İnkişaf və
Karyera Mərkəzi haqqında ətraflı məlumat çatdırıb. Qazax Gənclər Mərkəzinin
nəzdində fəaliyyət göstərəcək ödənişsiz xarici dil, kompüter kursları, debat
klub, artıq fəaliyyətə başlamış intellektual oyunlar klubu haqda danışıb. İ.Süleymanov qeyd edib ki,
gənclərin özünüinkişafının təmin edilməsi məqsədilə "Gənc Könüllülər"
proqramı fəaliyyətə başlayıb. Bu proqrama
qoşulmaq istəyənlər həm onlayn şəkildə, həm də şifahi müraciət etməklə qoşula
bilərlər. Məlumat üçün qeyd edək ki, növbəti təqdimat
mərasimləri Bakı Dövlət Universitetinin Qazax filialında, eləcə də rayonun orta
ümumtəhsil məktəblərində keçiriləcək. GOYEZEN.AZ
Facebook-da paylaş