• Təqvim

  • Unutma

  • Maraq



"Fidan" adlı qısametrajlı filmin (sosial çarxın) təqdimat mərasimi keçirilib

"Fidan" adlı qısametrajlı filmin (sosial çarxın) təqdimat mərasimi keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən "Toy: adət-ənənələr haqqında maarifləndirmə tədbirlərinin keçirilməsi" adlı layihə çərçivəsində çəkilmiş "Fidan" adlı qısametrajlı filmin (sosial çarxın) təqdimat mərasimi keçirilib.
"Fidan" adlı qısametrajlı filmin (sosial çarxın) təqdimat mərasimi keçirilib
Ədəbiyyat Muzeyinin akt zalında keçirilən təqdimat mərasimində İcra Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, gənclər, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
"Fidan" adlı qısametrajlı filmin (sosial çarxın) təqdimat mərasimi keçirilib
Qazax rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi İsmayıl Süleymanov mərasimdə çıxış edərək layihə barədə ətraflı məlumat verib. Qeyd edib ki, erkən nikahlar və onun fəsadları mövzusuna həsr olunmuş "Fidan" adlı qısametrajlı filmin (sosial çarxın) çəkilişi 27-29 iyun 2017-ci il tarixlərdə aparılıb. Layihənin həyata keçirilməsində məqsəd erkən nikahlar, onların törədə biləcəyi fəsadlar, ekən nikahların qarşısının alınması yönündə maarifləndirmə işlərinin aparılması, xüsusilə də bu mövzuda sosial çarxın çəkilməsidir. Layihə əsasən, mövzunu özündə tam əks etdirən təbliğat xarakterli müasir formatlı yaradıcı əsərlərin yaradılması, Azərbaycanın bəzi regionlarında qız uşaqlarının haqlarının pozulması məsələlərinə olan həssaslığın artırılması ilə yanaşı, sağlam ailə təməlini dağıda biləcək bu kimi yalnış addımların aradan qaldırlmasına dəstək olmaq məqsədi daşıyır. Layihənin əsas məqsədi gənclərin erkən nikaha qarşı həssalığının artırılması, bu problemin cəmiyyətimizə və ölkəmizin inkişafına necə təsir etməsinin əhəmiyyətinin geniş izah edilməsi, erkən nikah problemlərinin virtual aləmdə təbliğidir. Layihənin əsas vəzifələri isə mövzu ilə bağlı maarifləndirmə işləri aparmaq, mövzunun aktuallığını və ciddiliyini fərqli rakursdan insanlara çatdırmaq, yeniyetmə və gənclərin sənətin yeni və fərqli istiqamətlərinə marağını artırmaqdır.
"Fidan" adlı qısametrajlı filmin (sosial çarxın) təqdimat mərasimi keçirilib
Sonra film nümayiş olunub. Nümayişdən sonra filmin ssenari müəllifi və rejissoru Allahverdi Musayev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov və başqaları çıxış edərək erkən nikahların qarşısının alınmasında bu cür layihələrin böyük əhəmiyyət daşıdığını və belə tədbirlərin davam etdirilməsini qeyd ediblər.
"Fidan" adlı qısametrajlı filmin (sosial çarxın) təqdimat mərasimi keçirilib
Məlumat üçün qeyd edək ki, layihə rəhbəri Tükəzban Süleymanovadır. Filmdə rolları Allahverdi Musayev (bəy), Vüsalə Cəfərli (gəlin), Qazax Dövlət Dram Teatrının aktyorlarından Hacı Hacıyev (bəyin atası), Xanım Məmmədova (bəyin anası), Aydın Orucov (gəlinin atası), Minayə İbrahimova (gəlinin anası) canlandırıblar.

"Fidan" adlı qısametrajlı filmin (sosial çarxın) təqdimat mərasimi keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş