Qazaxda “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi təqdim edilib
Qazax rayon Gənclər Mərkəzində keçirilən tədbirdə gənc kişilər iştirak edib. “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsinin məqsədi gənc və yetkinlərin fəal iştirakına yönələn tamamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır. Tədbirdə təlimçilər qız övladlarının cəmiyyətdəki rolu, dəyəri barədə danışıb, iştirakçılarla fikir mübadiləsi aparıblar.
Facebook-da paylaş