Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclər arasında "Nə?", "Harada?", "Nə zaman?" və "Breyn-rinq" intellektual oyunları üzrə rayon turniri keçirib
Bu gün Qazax Gənclərin İnkişaf
və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı ilə gənclər arasında "Nə?",
"Harada?", "Nə zaman?" və "Breyn-rinq"
intellektual oyunları üzrə rayon turniri keçirilib. Qazax Gənclər Mərkəzində
keçirilən turnirdə rayonda fəaliyyət göstərən ali və orta ixtisas
müəssisələrinin tələbələrindən, eləcə də fəal gənclərdən ibarət komandalar
iştirak ediblər.Yarışa ümumilikdə 13 komandadan 65 nəfər gənc qatılıb. Qazax GİKM-nin direktoru
İsmayıl Süleymanov çıxış edərək mərkəz haqda qısa məlumat verib. Qeyd edib ki,
mərkəzin yaradılmasında əsas məqsəd gənclərə öz karyeralarını qurmaqda yardımçı
olmaq, eyni zamanda, imkanlarını genişləndirmək üçün onlara dəstək
göstərməkdir. İ.Süleymanov yarışın qaydalarını izah edərək iştirak edən hər bir
komandaya uğurlar arzulayıb. Sonra 13 komandanın qatıldığı
yarış "Nə?", "Harada?", "Nə zaman?" formatı üzrə
start götürüb. Bu mərhələdə ən çox xal toplamış Bakı
Dövlət Universiteti Qazax filialının "Sarkazm" və "Zəfər"
komandaları, eləcə də müstəqil "Stronsium", "Orion"
komandaları "Breyn-rinq" mərhələsinə vəsiqə qazanıblar. İkinci
mərhələdə daha çox xal toplayan "Stronsium" komandası yarışın qalibi
adını qazanıb. II yerə "Orion", III yerə isə "Sarkazm"
komandası layiq görülüb. Qalib və
mükafatçılar Qazax GİKM-nin müvafiq diplomları ilə təltif olunublar. Məlumat
üçün qeyd edək ki, bu gündən etibarən Qazax
Gənclərin İnkişaf və Karyera Mərkəzinin nəzdində İntellektual Oyunlar Klubu
fəaliyyətə başlayıb. GOYEZEN.AZ
Facebook-da paylaş