Qəbələdə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib
GOYEZEN.AZ AZƏRTAC-a əsasən bildirir ki, ötən iki gün ərzində Qəbələ rayonu ilə tanış olan, tarixi abidələrə, turizm obyektlərinə və istehsal müəssisələrinə ekskursiya edən Ağstafa, Daşkəsən, Göyçay, Qazax və Tovuz məktəbliləri martın 25-də səhər saatlarında Şəkiyə yola düşüblər.
AZƏRTAC xəbər verir ki, Qəbələ səfərinin sonunda bu rayonların şagirdləri arasında “Nə? Harada? Nə zaman?” adlı intellektual oyun keçirilib. Məktəblilərin öz biliklərini nümayiş etdirmək imkanı qazandıqları oyun gərgin mübarizə şəraitində keçib.
Yarışın nəticələrinə görə, Qazax məktəbliləri 1-ci, Göyçay şagirdləri 2-ci, Tovuz komandası isə 3-cü yerə layiq görülüb.
Qaliblərə kubok, medallar və sertifikatlar təqdim olunub.

Facebook-da paylaş