Şagirdlər Qəbələnin tarixi abidələri, turizm obyektləri və istehsal müəssisələri ilə tanış olublar
GOYEZEN.AZ saytı AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar davam edir.
AZƏRTAC xəbər verir ki, Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Ağstafa, Daşkəsən, Göyçay, Qazax və Tovuz məktəblilərindən ibarət 5 qrupun üzvləri martın 24-də Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda tarixi abidələr, müasir istehsal müəssisələri, turizm, mədəniyyət və idman obyektləri ilə tanış olublar.
Şagirdlər əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət edib, ulu öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar.
Ümumilikdə 200 məktəblinin Qəbələ ilə tanışlığı zamanı növbəti ünvan “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi olub. Bölgənin ən çox turist qəbul edən bu obyekti ilə tanışlıq zamanı şagirdlərə məlumat verilib ki, kompleksin 4 kanat xəttinin və 10 xizək yolunun hamısında tikinti işləri başa çatdırılıb, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli açılıb. Bütün dağ-xizək trassası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib və gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb. 4 kanat xəttinin ümumi uzunluğu 6 kilometr, 10 xizək yolunun uzunluğu isə 17 kilometrdir. “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin xidmətlərindən ötən 3 ildə 360 mindən çox yerli və xarici turist bəhrələnib.
Şagirdlər kanat yolu ilə yüksəklikdən Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edib, xatirə şəkli çəkdiriblər.
Heydər Əliyev adına Konqres Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, 1200 yerlik mərkəz üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir. Konfrans zalı qısa müddətə başqa məqsədlər - konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir.
Sonra şagirdlər Tarix-Diyarşünaslıq Muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Bildirilib ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.
“Beltmann” piano fabrikində istehsal prosesi ilə yaxından tanış olan tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, müəssisədə dünyada məşhur olan “Beltmann” markalı pianolar istehsal olunur. Fabrik ildə 1200-1500 piano istehsal etmək gücünə malikdir.
Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban-Udi kilsəsinə maraqla baxıblar. Məlumat verilib ki, kilsə tarixi baxımdan qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Qəsəbədə 3 kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udi yaşayır. Nic qəsəbəsində udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur.
Məktəblilər sonra Qəbələ konserv zavodunda istehsal prosesi ilə tanış olublar. On iki hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji parametrlərinə görə Qafqazda analoqu yoxdur. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir.
Həmçinin şagirdlər Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna səfər edib, qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri, eləcə də Qəbələ Arxeoloji Mərkəzində nümayiş olunan maddi-mədəniyyət nümunələri ilə tanış olublar. Məlumat verilib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi var. Bu rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur. Tur-aksiyanın iştirakçılarına bu gün sürətlə inkişaf edərək Azərbaycanın gözəl şəhərlərindən birinə çevrilən qədim Qəbələ şəhəri barədə geniş məlumat verilib.
Şagirdlər Qəbələyə səfərin sonunda “Gilan” qida şəhərciyi, beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Yeddi Gözəl”, “Qafqaz Yengicə Termal Hotel və SPA”, “Qafqaz Karvansaray” otelləri, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti ilə də tanış olublar.
Qeyd edək ki, beş rayonun şagirdləri sabah Şəki və Zaqatalaya səfər edəcəklər.

Facebook-da paylaş