“Qızılgüllər diyarı” Zaqatala tur-aksiyanın növbəti iştirakçılarını qəbul edib
GOYEZEN.AZ AZƏRTAC-a əsasən xəbər verir ki, “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Tovuz, Qazax, Ağstafa, Daşkəsən və Göyçay rayonlarının məktəbliləri martın 25-də günün ikinci yarısında Zaqatala rayonuna gəliblər.
AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçılarını Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri mehribanlıqla qarşılayıblar.
Üç gün əvvəl başlanan tur-aksiya çərçivəsində artıq Qəbələ rayonunun, eləcə də qədim Şəkinin tarixi məkanları, görməli yerləri ilə tanış olan məktəblilər ekskursiyadan olduqca məmnun görünürdülər. Bu məmnunluq onların şən əhval-ruhiyyəsindən, sevinc dolu baxışlarından da açıq-aydın hiss olunurdu. Bu sevinci isə onlara Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən bu möhtəşəm layihə bəxş edib.
Tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova məktəblilərə rayonun tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə qısa məlumat verib. Bildirilib ki, Zaqatala rayonunda 20-dən çox xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində mehriban yaşayır.
Mərkəzin rəqs dərnəyinin üzvləri tur-aksiya iştirakçıları qarşısında milli rəqslər ifa ediblər.
Sonra məktəblilər Mərkəzlə yaxından tanış olublar. Məlumat verilib ki, 2008-ci ildən fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin yeni binası 2015-ci ilin noyabrında istifadəyə verilib. Binanın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. İkimərtəbəli binada müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Binanın birinci mərtəbəsindəki ekspozisiya zalında Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Binada, həmçinin akt və konfrans zalları, elektron kitabxana, kinozal, müxtəlif dərnək otaqları, fotostudiya, poliqrafiya emalatxanası və digər otaqlar yerləşir. Mərkəzdə fəaliyyət göstərən rəqs, rəsm, gitara, gənc fotoqraf, dekorativ tikmə, xalçaçılıq və toxuculuq dərnəklərində onlarla yeniyetmə və gənc məşğul olur.
Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıq zamanı məlumat verilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasında yerləşir. Çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin inqilabçı matrosları vaxtilə məhz bu qalada məhbus kimi saxlanılıblar.
Bildirilib ki, Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin “Qalada üsyan” romanını yazıb və bu əsər əsasında “Yenilməz batalyon” bədii filmi çəkilib. Müstəqillik illərində ekranlaşdırılan “Cavad xan” filminin bəzi səhnələri də Zaqatala qalası və onun ətrafında çəkilib.
Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkını ziyarət ediblər. Diqqətə çatdırılıb ki, 1947-ci ildə salınan parkın ərazisi 13 hektardır. Burada 27 ağac növü var. Son illər aparılan yenidənqurma işlərindən sonra park müasir görkəm alıb. Ulu Öndərin möhtəşəm abidəsinin ucaldıldığı bu park rayon əhalisinin, eləcə də qonaqların ən sevimli istirahət yeridir.
Məktəblilər “Qaladüzü pilləkənləri”ndən düşərək Zaqatala şəhərinin tarixi hissəsinə – Dədə Qorqud meydanına gəliblər. Tur-aksiya iştirakçıları sonra Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkiblər. Məlumat verilib ki, 1967-ci ildə yaradılan bu muzeydə 16 minə yaxın eksponat qorunub saxlanılır və nümayiş etdirilir.
Zaqatalaya səfərləri çərçivəsində tur-aksiya iştirakçıları Əliabad qəsəbəsində fəaliyyət göstərən fındıq emalı müəssisəsində də olublar. Məktəblilərin diqqətinə çatdırılıb ki, Azərbaycanda fındıq istehsalının böyük bir hissəsi Zaqatala rayonunun payına düşür.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın iştirakçıları “Qızılgüllər diyarı” Zaqataladan zəngin təəssüratlarla ayrılıblar.

Facebook-da paylaş