“Qan yaddaşımızı unutmayaq” layihəsi çərçivəsində “Nə?”, “Harada?” və “Nə zaman?” intellektual yarışı üzrə rayon birinciliyinə yekun vurulub
“Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə 01 mart–01 may 2017-ci il tarixlərdə “Qan yaddaşımızı unutmayaq” adlı layihənin icrasını həyata keçirir.
Bu layihə çərçivəsində Qazax Olimpiya İdman Kompleksində “Nə?”, “Harada?” və “Nə zaman?” intellektual yarışı üzrə rayon birinciliyi keçirilib. Birincilikdə komandalar “A” və “B” qrupu üzrə mübarizə aparıblar.
Hər qrupda 11 komanda yer alıb. “A” qrupundan Daş Salahlı kənd A.Əmirov adına 1 saylı tam orta məktəbin “Special Forces”, BDU Qazax filialının “Sarkazm” və Qazax rayon Statistika İdarəsinin “Statistiklər”, “B” qrupundan Yuxarı Salahlı kənd Z.Mahmudov adına tam orta məktəbin “Vurğun”, şagirdlərdən ibarət müstəqil “Heksaqon” və “DeJaVu” komandaları finala vəsiqə qazanıblar.
17 aprel tarixində keçirilən final yarışında 6 komanda mübarizə aparıb. Ən çox xal toplayan Yuxarı Salahlı kənd Z.Mahmudov adına tam orta məktəbin “Vurğun” komandası I, Qazax rayon Statistika İdarəsinin “Statistiklər” komandası II, Daş Salahlı kənd A.Əmirov adına 1 saylı tam orta məktəbin “Special Forces” komandası III yerə layiq görülüblər.
Qalib komanda kubokla, eyni zamanda I, II, III yeri tutmuş komanda üzvləri fəxri fərmanla təltif olunublar.

GOYEZEN.AZ
Facebook-da paylaş