• Təqvim

  • Unutma

  • Maraq



Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri Göyəzən dağına yürüş ediblər


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri və aktiv gənclər Göyəzən dağına yürüş ediblər.

"ZirvədəSən” layihəsi çərçivəsində reallaşan aksiyada gənclər maraqlı zaman keçiriblər. Üçrəngli Azərbaycan bayrağı ilə dağın yamacına qalxan gənclər Qazaxın füsunkar təbiət mənzərələrini izləyiblər.

Belə layihələrin həyata keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsinə şərait yaratmaq, eyni zamanda onları rayonun əsrarəngiz təbiət guşələri ilə yaxından tanış etməkdir. 









 

GOYEZEN.AZ



Facebook-da paylaş