Qazaxda “Könüllülər Yurdu – Azərbaycan” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun,
"ASAN xidmət” və "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə "Könüllülər
Yurdu – Azərbaycan” layihəsi davam edir. 30 noyabr - 1 dekabr
tarixlərində Qazax rayonunda layihənin 13-cü tədbiri reallaşıb. Belə ki, layihə
çərçivəsində Qazax və Ağstafa rayonlarında yaşayan gənclər arasında təlim keçirilib. Noyabrın 30-da Ədəbiyyat Muzeyində keçirilən tədbirdə "Asan Könüllüləri” Təşkilatında
Layihələrin İdarə Olunması Departamentinin rəhbəri Nicat Rəşidov, əməkdaşı Rza
Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin baş mütəxəssisləri Fərhad İbadlı və Vüsal Hüseynli, Azərbaycan
Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin aparıcı
mütəxəssisi Zaur Osmanov, Qazax Gənclərin İnkişaf və
Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov, Qazax Rayon Gənclər və İdman
İdarəsinin rəisi Vüqar Nəbiyev, gənc fəal, Azərbaycan Rəssamlar İttifaqının
üzvü Akif Əmirov, eləcə də rayonda təhsil alan və çalışan fəal gənclər, "Gənc
könüllülər” iştirak ediblər.
Fəal gənc Akif Əmirov tədbiri giriş sözü ilə açaraq qonaqları
salamlayıb, respublikamızda gənclərə göstərilən diqqət və qayğının Qazaxda da
olduğu kimi həyata keçirildiyini bildirib. Ölkə başçısının yürütdüyü gənclər
siyasətinin Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən də
uğurla yerinə yetirildiyini qeyd edib. Bu gün Qazaxda gənclərin inkişaf
etdirilməsi, dövlət qayğısı ilə əhatə olunmaları istiqamətində məqsədyönlü işlər
görüldüyünü vurğulayıb. 2 fevral 2019-cu il
tarixindən Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında
yaradılan və aprel ayından rayonda fəaliyyətə
başlayan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzini rayon gənclərinə olan dəstəyin
və qayğının bariz nümunəsi kimi göstərib. Rayonda təhsil alan, eləcə də çalışan
fəal gənclərə rayon rəhbərliyi tərəfindən hər cür dəstək göstərildiyini, onların
daim qayğı ilə əhatə olunduqlarını diqqətə çatdırıb. Azərbaycan Gənclər
Fondunun, "ASAN xidmət” və "ASAN
Könüllüləri” Təşkilatının birgə təşkilatçılığıkeçirilən tədbiri də gənclərə olan növbəti dövlət qayğısı kimi dəyərləndirib.
"Asan
Könüllüləri” Təşkilatında Layihələrin İdarə Olunması Departamentinin rəhbəri
Nicat Rəşidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, təlimin məqsəd və
əhəmiyyətindən danışıb. Layihənin
keçirilməsində göstərdiyi dəstəyə görə Qazax Rayon İcra Hakimiyyətinin
rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, bu
cür təlimlərin keçirilməsində əsas məqsəd gənclərə könüllülüyün təbliği, onların asudə
vaxtlarını daha düzgün və səmərəli keçirmələri istiqamətində, həmçinin fərdi və
intellektual inkişafları üçün yaradılmış mövcud imkanlar, o cümlədən könüllülük
hərəkatının ölkəmizdə daha geniş vüsət alması haqqında məlumatlar verməkdir.
Qazax Gənclərin İnkişaf və Karyera
Mərkəzinin direktoru İsmayıl Süleymanov çıxış edərək fəaliyyətə başladıqları
gündən bu günə kimi Mərkəzdə yaradılan "Gənc könüllülər”lə birlikdə həyata keçirdikləri
layihələrdən və tədbirlərdən söz açıb.
Sonra
"Asan Könüllüləri” Təşkilatında Layihələrin İdarə Olunması Departamentinin əməkdaşıRza Əliyev tərəfindən təlim keçirilib. Təlim
iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Təlimdə iştirak edən gənclərdən Qazax Dövlət Sosial-İqtisadi Kollecinin
tələbələri Səadət Nuruşova, Tutu Qocayeva, Nərmin Yusifova, Bakı Dövlət
Universitetinin Qazax filialının tələbələri Araz İsmayılzadə və Ülvi Zülfüqarov
çıxış edərək fəal gənclər kimi könüllü olaraq daim rayonda keçirilən mədəni-kütləvi
tədbirlərdə iştirak etdiklərini qeyd ediblər. Gənclər olaraq istər ölkə
başçısının, istərsə də rayon rəhbərliyinin diqqət və qayğısını hər an hiss
etdiklərini vurğulayıblar. Bu cür təlimin keçirilməsinə görə əməyi keçən
insanlara təşəkkürlərini çatdırıblar. Sonda təlimdə iştirak edən gənclərə Sertifikatlar təqdim olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş