Əsas Səhifə > Gənclər > Qazaxda “Könüllülər Yurdu – Azərbaycan” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib

Qazaxda “Könüllülər Yurdu – Azərbaycan” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib


2-12-2019, 19:02


Azərbaycan Respublikasının Gənclər Fondunun, "ASAN xidmət” və "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə "Könüllülər Yurdu – Azərbaycan” layihəsi davam edir. Начало формыКонец формы30 noyabr - 1 dekabr tarixlərində Qazax rayonunda layihənin 13-cü tədbiri reallaşıb. Belə ki, layihə çərçivəsində Qazax və Ağstafa rayonlarında yaşayan gənclər arasında təlim keçirilib.

Noyabrın 30-da Ədəbiyyat Muzeyində keçirilən tədbirdə "Asan Könüllüləri” Təşkilatında Layihələrin İdarə Olunması Departamentinin rəhbəri Nicat Rəşidov, əməkdaşı Rza Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnsan resursları və təlim şöbəsinin baş mütəxəssisləri Fərhad İbadlı və Vüsal Hüseynli, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin aparıcı mütəxəssisi Zaur Osmanov, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, gənc fəal, Azərbaycan Rəssamlar İttifaqının üzvü Akif Əmirov, eləcə də rayonda təhsil alan və çalışan fəal gənclər, "Gənc könüllülər” iştirak ediblər.

 

Fəal gənc Akif Əmirov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb, respublikamızda gənclərə göstərilən diqqət və qayğının Qazaxda da olduğu kimi həyata keçirildiyini bildirib. Ölkə başçısının yürütdüyü gənclər siyasətinin Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən də uğurla yerinə yetirildiyini qeyd edib. Bu gün Qazaxda gənclərin inkişaf etdirilməsi, dövlət qayğısı ilə əhatə olunmaları istiqamətində məqsədyönlü işlər görüldüyünü vurğulayıb. 2 fevral 2019-cu il tarixindən Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan və aprel ayından rayonda fəaliyyətə başlayan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzini rayon gənclərinə olan dəstəyin və qayğının bariz nümunəsi kimi göstərib. Rayonda təhsil alan, eləcə də çalışan fəal gənclərə rayon rəhbərliyi tərəfindən hər cür dəstək göstərildiyini, onların daim qayğı ilə əhatə olunduqlarını diqqətə çatdırıb. Azərbaycan Gənclər Fondunun, "ASAN xidmət” və "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığıkeçirilən tədbiri də gənclərə olan növbəti dövlət qayğısı kimi dəyərləndirib.

 

"Asan Könüllüləri” Təşkilatında Layihələrin İdarə Olunması Departamentinin rəhbəri Nicat Rəşidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, təlimin məqsəd və əhəmiyyətindən danışıb. Layihənin keçirilməsində göstərdiyi dəstəyə görə Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, bu cür təlimlərin keçirilməsində əsas məqsəd gənclərə könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün və səmərəli keçirmələri istiqamətində, həmçinin fərdi və intellektual inkişafları üçün yaradılmış mövcud imkanlar, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət alması haqqında məlumatlar verməkdir.

 

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov çıxış edərək fəaliyyətə başladıqları gündən bu günə kimi Mərkəzdə yaradılan "Gənc könüllülər”lə birlikdə həyata keçirdikləri layihələrdən və tədbirlərdən söz açıb.

 

Sonra "Asan Könüllüləri” Təşkilatında Layihələrin İdarə Olunması Departamentinin əməkdaşıRza Əliyev tərəfindən təlim keçirilib. Təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təlimdə iştirak edən gənclərdən Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri Səadət Nuruşova, Tutu Qocayeva, Nərmin Yusifova, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri Araz İsmayılzadə və Ülvi Zülfüqarov çıxış edərək fəal gənclər kimi könüllü olaraq daim rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə iştirak etdiklərini qeyd ediblər. Gənclər olaraq istər ölkə başçısının, istərsə də rayon rəhbərliyinin diqqət və qayğısını hər an hiss etdiklərini vurğulayıblar. Bu cür təlimin keçirilməsinə görə əməyi keçən insanlara təşəkkürlərini çatdırıblar.

Sonda təlimdə iştirak edən gənclərə Sertifikatlar təqdim olunub.






 

GOYEZEN.AZ


Geri qayıt