"Uğur Akademiyası" layihəsi çərçivəsində psixoloji səpkidə olan təlimlər başa çatıb
Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Uğur Akademiyası" layihəsi çərçivəsində üçüncü təlim keçirilib.
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində "Psixoloji keyfiyyətlərin formalaşdırılması" mövzusunda reallaşan təlim psixoloq Aynur Bünyatova tərəfindən aparılıb. Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin aparıcı mütəxəssisi Zaur Osmanov da iştirak edib.
Bununla da, psixoloji səpkidə olan təlimlər başa çatıb. Qeyd edək ki, növbəti üç gün ərzində gənclərin peşə seçimi və karyera inkişafı istiqamətində təlimlər təşkil olunacaq.
GOYEZEN.AZ
Facebook-da paylaş