• Təqvim

  • Unutma

  • Maraq



Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində "Uğur Akademiyası" layihəsi çərçivəsində ilk təlim keçirilib


Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Uğur Akademiyası" layihəsi çərçivəsində ilk təlim keçirilib.

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində keçirilən "Liderlik. Qrup Həmrəyliyi, komanda bacarıqları” mövzusunda təlim psixoloq Aynur Bünyatova tərəfindən aparılır.

Qeyd edək ki, psixoloji səpkidə olan təlimlər üç gün davam edəcək.

Daha sonra isə növbəti üç gün ərzində gənclərin peşə seçimi və karyera inkişafı istiqamətində təlimlər təşkil olunacaq.



 

GOYEZEN.AZ



Facebook-da paylaş