• Təqvim

  • Maraq



Qazaxdan start götürən "Səyyar Gənclər Xidməti" layihəsi uğurla icra olunur


Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Səyyar Gənclər Xidməti" layihəsi ilk olaraq Qazaxdan start götürüb. Qazax, Şəmkir və Biləsuvar rayonları üzrə 16 kəndi əhatə edən layihə gənclərin böyük marağına səbəb olub. Qazaxda reallaşan layihə 5 kəndi - Daş Salahlı, Çaylı, İkinci Şıxlı, Birinci Şıxlı və Yuxarı Salahlı kəndlərini əhatə edəcək. 

İlk dəfə A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə reallaşan layihə uğurla davam edir. Layihə çərçivəsində ikinci səfər Qazax rayonununÇaylı kəndinə olub.

V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov əvvəlcə "Səyyar Gənclər Xidməti" layihəsi, eləcə də layihənin məqsəd və əhəmiyyəti barədə məlumat verib. Sonra Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzinin həyata keçirdiyi layihələrdən, gənclər üçün yaradılan şəraitdən, dövlətin gənclərə olan diqqət və qayğısından söz açıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova  da layihənin əhəmiyyətini qeyd edərək bu cür layihələri yüksək qiymətləndirib. Tədbirdə K.Cəfərova tərəfindən gənclərin ilkin psixoloji diaqnostikası aparılıb. Onlarla təlim-tərbiyə, inkişaf, həyatda öz yerini tutmaq problemləri, həmyaşıdları ilə qarşılıqlı münasibətlər, özünütərbiyə və peşəyönümü ilə bağlı konsultasiya da keçirilib.

Layihənin məqsədinə uyğun olaraq Qazax rayon Uşaq xəstəxanasının pediatrı Səadət Məmmədova tərəfindən isə gənclərin ödənişsiz tibbi müayinədən keçirilməsi, ilkin tibbi yardımın göstərilməsi və sanitariya-gigiyena qaydaları mövzularında məlumatlandırma sessiyası təşkil olunub.

Gənc təlimçilər Aysel Kərimova və Nicat Məmmədov gənclərin peşə məktəblərinə yönləndirilməsi, könüllülük, ixtisas seçimi və karyera inkişafı, təlimçi-bloqer Azər Qasımov isə sosial şəbəkələrdə qeydiyyat və onlardan səmərəli istifadə ilə bağlı təlim keçib. A.Qasımov həmçinin gənclərə rəqəmsal marketinq və SMM mütəxəssis peşəsi barədə ətraflı məlumat verib.

Daha sonra "Səyyar Gənclər Xidməti" layihəsinin əyləncəli hissəsinə start verilib. Burada kənd gənclərinin ifasında şeir, mahnı və rəqs nömrələri nümayiş etdirilib. Gənclər arasında intellektual viktorinalar, darts, stolüstü tennis və top çiləmə oyunları üzrə mini müsabiqələr təşkil olunub. Qeyd olunan yarışmalarda fərqlənən gənclər Qazax GİKM tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Tədbir DJ Hüseyn Bağırovun rəngarəng musiqi nömrələri ilə müşayiət olunub.






 







 

GOYEZEN.AZ



Facebook-da paylaş