"Uğur Akademiyası" layihəsi çərçivəsində növbəti təlimlərə start verilib
Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun
maliyyə yardımı ilə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual
İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Uğur
Akademiyası" layihəsi çərçivəsində növbəti təlimlərə start verilib.
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində
"Potensial peşə və ixtisasların təhlili" mövzusunda reallaşan dördüncü təlim
beynəlxalq sertifikatlı təlimçi Rafət Şirəliyev tərəfindən aparılıb. Tədbirdə
Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin
aparıcı mütəxəssisi Zaur Osmanov iştirak edib.
Qeyd edək ki, növbəti iki
gün ərzində də gənclərin peşə seçimi və karyera inkişafı istiqamətində təlimlər
təşkil olunacaq. GOYEZEN.AZ
Facebook-da paylaş