Qazaxda “Könüllü qonaq” aksiyası uğurla davam etdirilir
Ölkə Prezidenti İlham
Əliyevin 2020-ci ili "Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra
rayonlarda başlanan "Könüllü qonaq” təşəbbüsünə qoşulan Qazax gəncləri də bu aksiyanı
uğurla davam etdirir. Qazax
Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllülərinin və fəal gənclərin
qatıldığı bu aksiya qonaq olduqları ev sahibləri tərəfindən də maraqla
qarşılanır. Sözügedən təşəbbüsün əsas məqsədi isə qayğıya xüsusi ehtiyacı olan
ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işləri aparmaq, evlərdə,
həyətlərdə və bağlarda səliqə-sahman yaratmaqdır. Bu dəfə Ağköynək kəndinə
səfər edən gənclər Bahar Süleymanovanın evində olublar. Gənclər məişətlə bağlı
ev sahibinə köməklik göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt
keçiriblər. Gənclər ölkəmizin digər
şəhər və kəndlərində yaşayan həmyaşıdlarını da #könüllüqonaq təşəbbüsünə
qoşulmağa çağırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş