• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Könüllü qonaq”lar bu dəfə şəhid anasının evində olublar


Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili "Könüllülər ili” elan etməsi qazaxlı gənclər tərəfindən bu gün də minnətdarlıq hissi ilə qarşılanır. "Könüllülər ili” əlaqədar bir sıra rayonlarda başlanan "Könüllü qonaq” təşəbbüsü Qazaxda da uğurla davam etdirilir.

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllülərinin və fəal gənclərin qatıldığı bu aksiya qonaq olduqları ev sahiblərinin də böyük marağına səbəb olur. Adı çəkilən təşəbbüsün əsas məqsədi isə qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasıdır.

"Könüllü qonaq”ların bu dəfə üz tutduqları ünvan isə Çaylı kəndində yaşayan şəhid anası Zeynəb Sanıyevanın evi olub.

Gənclər əvvəlcə ağbirçək anaya məişət işlərində kömək göstəriblər. Sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər. Gənclərlə səmimi söhbət edən Zeynəb ana oğlundan, onun həyatından və keçdiyi döyüş yolundan danışıb. Bildirib ki, Sanıyev Elşad Şərif oğlu 3 iyul 1973-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. 1980-1990-cı illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbdə təhsil alıb. SSRİ-nin silahlı qüvvələrində hərbi xidmətdə olub. 17 mart 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda xidməti vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.

Gənclərin bu təşəbbüsünü və qayğısını yüksək qiymətləndirən Zeynəb ana ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıb.  











 

GOYEZEN.AZ



Facebook-da paylaş