Əsas Səhifə > Gənclər > Qazaxda “Könüllü qonaq” aksiyası uğurla davam etdirilir

Qazaxda “Könüllü qonaq” aksiyası uğurla davam etdirilir


27-01-2020, 23:56

 


Ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili "Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan "Könüllü qonaq” təşəbbüsünə qoşulan Qazax gəncləri də bu aksiyanı uğurla davam etdirir.

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllülərinin və fəal gənclərin qatıldığı bu aksiya qonaq olduqları ev sahibləri tərəfindən də maraqla qarşılanır. Sözügedən təşəbbüsün əsas məqsədi isə qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işləri aparmaq, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaratmaqdır.

Bu dəfə Ağköynək kəndinə səfər edən gənclər Bahar Süleymanovanın evində olublar. Gənclər məişətlə bağlı ev sahibinə köməklik göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər.

Gənclər ölkəmizin digər şəhər və kəndlərində yaşayan həmyaşıdlarını da #könüllüqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.














 

GOYEZEN.AZ

 


Geri qayıt