Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti təqdimat mərasimləri rayonun ümumtəhsil məktəblərində keçirilib
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti təqdimat mərasimləri rayonun ümumtəhsil məktəblərində həyata keçirilib. Mərkəzin direktoru İsmayıl Süleymanov və mərkəzin könüllüsü Elmar Rzalı tərəfindən aparılan təqdimatların əsas məqsədi orta məktəb şagirdlərinə mərkəzin fəaliyyəti barədə məlumat vermək, onları mərkəzin nəzdində yaradılacaq kursların və digər dərnəklərin fəaliyyətində aktiv iştiraka dəvət etmək olub.
İlk olaraq S.Əfəndiyev adına Qazax şəhər 1 saylı tam orta məktəbdən start götürən təqdimat mərasimləri sonra şəhər S.Vurğun adına 2 saylı, İ.Qayıbov adına 3 saylı, F.Şamoyev adına 4 saylı, N.Vəliyev adına 5 saylı tam orta məktəblərdə və M.Hüseyn adına məktəb-liseydə davam etdirilib.
Mərkəz tərəfindən tərtib olunmuş qrafikə əsasən keçirilən təqdimat mərasimlərində əvvəlcə Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyəti, onun gənclərin hərtərəfli inkişafı yönündə həyata keçirdiyi işlər barədə məlumat verilib. Sonra Gənclərin İnkişaf və Karyera Mərkəzi və onun yerli nümayəndəliyi olaraq Qazax GİKM haqda danışılıb.
Məktəb direktorlarından 2 saylı məktəbin direktoru Murğuz Mustafayev Qazax GİKM-nin gənclərin inkişafında müsbət dəyişikliklər edəcəyinə inandığını bildirib və bu yolda uğurlar arzulayıb.
Təqdimat mərasimlərində şagirdləri maraqlandıran suallar da cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş