20 Yanvar faciəsi Qazaxın məktəblərində qeyd olunub
20 Yanvar faciəsinin 28-ci il dönümü ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da dərin ehtiramla yad edilir. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 28 dekabr 2017-ci il tarixli sərəncamına əsasən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun bütün ümumtəhsil müəssisələrində faciənin ildönümü geniş şəkildə qeyd olunur.
Belə bir növbəti anım tədbirləri bu gün Namiq Vəliyev adına şəhər 5 saylı tam orta, Qaratel Hacımahmudova adına ümumi orta məktəblərdə və M.Hüseyn adına məktəb-liseydə keçirilib.
Anım tədbirlərində məktəblilərin ifasında Dövlət Himni səsləndikdən sonra 20 Yanvar şəhidlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova şəhər ümumi orta məktəbdə və məktəb-liseydə keçirilən anım mərasimlərində çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olmasından söz açıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən ilk dəfə siyasi-hüquqi qiymətini alan 20 Yanvar faciəsini bu gün xalqımız qəhrəmanlıq və şərəf günü kimi xatırlayır və hər il dərin hüznlə, böyük ürək yanğısı ilə qeyd edir.
Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, aparıcı məsləhətçi Rasim Carçıyev, RİHB Aparatında məsul katib Gülnar Quliyeva, məktəb-liseyin direktoru Tahirə Comərdova, liseyin tarix müəllimi Arzu Abbasova, ədəbiyyat müəllimi Nüşabə Namazova, şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü, tarix müəllimi Gülzadə Allahverdiyeva və başqaları çıxış edərək bildiriblər ki, 1990-cı ilin 20 Yanvarında Bakıda baş vermiş qanlı faciə əsrlər boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Həmin gün milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı edilən silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Şəhər 5 saylı tam orta məktəbdə keçirilən anım mərasimində rayon İcra Hakimiyyəti Başçısı Aparatında sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Gündüz Abışov, Təhsil şöbəsinin metodisti Məhəmməd Cəfərov, məktəbin direktoru Nəsibə Tağıyeva və başqaları çıxış edərək qeyd ediblər ki, bu gün xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən artıq iyirmi səkkiz il keçir. İllərin sayı artsa belə xalqımız o günləri heç vaxt unutmur. Müstəqilliyimizin əsasını qoyan azadlıq fədailərini həmişə yad edir, onların adını daim uca tuturlar.
Sonra tədbir keçirilən bütün məktəblərdə şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirib, həmin qanlı hadisəni özündə əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

GOYEZEN.AZ
Facebook-da paylaş