• Təqvim

  • Unutma

  • Maraq



Qazax rayon İcra Hakimiyyətində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Qazax rayon İcra Hakimiyyətində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Qazax rayon İcra Hakimiyyətinin akt zalında 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov və aparatın kollektivi iştirak edib.

Tədbir iştirakçıları ilk öncə vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib. Qazax rayon İcra Hakimiyyətində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
RİH Aparatında şöbə müdiri Gündüz Abışov çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının hüzn və şərəf günü olduğunu bildirib. Qeyd edib ki, XX əsrdə sovet imperiyasının törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar dinc əhaliyə qarşı həyata keçirilən dəhşətli cəza tədbiri kimi tarixə yazılıb. O gün həm də xalqımızın azadlıq mücadiləsinin başlandığı gündür.
Qazax rayon İcra Hakimiyyətində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Sonra RİH Başçısı Aparatının aparıcı və baş məsləhətçiləri Kəmalə Cəfərova, Kamil Mehdiyev, Vüqar Abdullayev, Müşviq Pirverdiyev çıxış ediblər.
Qazax rayon İcra Hakimiyyətində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Çıxışlarda bildirilib ki, 20 yanvarda baş verən hadisələr xalqımızın azadlıq tarixində həm faciəli, həm də şərəfli bir səhifədir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə nəhəng sovet imperiyası Bakıya qoşun yeridərək milli azadlıq ruhlu, əliyalın insanları vəhşicəsinə qətlə yetirdi. Həmin qanlı faciədə 137 nəfər insan öldürüldü, 744 nəfər ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Lakin xalq öz milli azadlığı, istiqlalı uğrunda mübarizədə böyük iradə və qətiyyətlə daha da birləşdi.
Qazax rayon İcra Hakimiyyətində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə 20 Yanvar hadisəsinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar - Ümumxalq Hüzn Günü kimi elan edildi.
Qazax rayon İcra Hakimiyyətində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tədbirin sonunda 20 Yanvar şəhidlərinə həsr olunmuş “Qanları ilə azadlıq dastanı yazanlar” adlı sənədli film nümayiş olunub.

GOYEZEN.AZ


Facebook-da paylaş