Dirçəliş günü qeyd olunub
17 NOYABR MİLLİ DİRÇƏLİŞ GÜNÜDÜR----------------------
17 noyabr Milli Dirçəliş Günü ilə əlaqədar rayonumuzda tədbir keçirilib. Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri iştirak edib.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq 17 noyabr Milli Dirçəliş Günü ilə əlaqədar bütün tədbir iştirakçılarını təbrik edib. Məruzə ilə çıxış edən Rəcəb Babaşov qeyd edib ki, 28 il bundan əvvəl 1988-ci il noyabrın 17-də Azərbaycan xalqı ayağa qalxaraq öz haqqını tələb etdi. Həmin gün tarixə meydan hərəkatı kimi daxil olaraq, xalqın özünüdərk prosesinin zirvəsi, milli oyanışın təntənəsi oldu.
Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında yeni bir mərhələ başladı. Ulu öndər Heydər Əliyev Azərbaycan SSRİ Ali Sovetinin 05 fevral 1991-ci il tarixli sessiyasındakı çıxışında SSRİ-dən imtinanın və müstəqillik uğrunda mübarizənin vacibliyini məntiqi şəkildə əsaslandırandan sonra elə həmin sessiyada Azərbaycan SSRİ-nin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı və üçrəngli bayrağımız dövlət bayrağı kimi təsdiq olundu. Beləliklə, 17 noyabr 1992-ci ildən həmin gün ölkəmizin tarixinə Milli Dirçəliş Günü kimi yazıldı.
Sonra RİHB Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Orucov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov, şəhər 5 saylı tam orta məktəbin direktoru Nəsibə Tağıyeva, Çaylı kənd 1 saylı tam orta məktəbin direktor müavini İlqar Hüseynəliyev və başqaları çıxış edərək Milli Dirçəliş Günü ilə əlaqədar öz ürək sözlərini söyləyib, 28 il bundan əvvəl baş verən azadlıq hərəkatından danışıb, respublikamızda, eləcə də rayonumuzda qazanılan uğurlardan söz açıblar.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq 17 noyabr Milli Dirçəliş Günü münasibətilə tədbir iştirakçılarını bir daha səmimi qəlbdən təbrik edib, müstəqil Azərbaycanın çiçəklənməsi naminə səmərəli fəaliyyət arzulayıb.

Facebook-da paylaş